Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1435/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(037)-800/2018 saylı qərardadından Cavabdeh6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İsmayıllı Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(037)-800 nömrəli qətnaməsinə əsasən İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən JN - 202 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Məhərrəməli oğlu və Cavabdeh7 xüsusi mülkiyyətində olan 8,15 hektar torpaq sahəsinin 1,40 hektar hissəsi barəsində tərəflər arasında bağlanmış alqı-satqı əqdinin etibarlı sayılması qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Cavabdeh6 göstərilən qətnamədən apellyasiya şikayəti vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(037)-800/2018 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət edilmədiyinə görə geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh6 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində məhkəmə aktının olmasından xəbər tutduqdan sonra İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək qeyd olunan qətnamənin bir nüsxəsinin ona təqdim edilməsini istəmişdir. Lakin məhkəmə tərəfindən bildirilmişdir ki, atası həmin qətnaməni 2018-ci ilin sentyabr ayında rəsmi qaydada poçt vasitəsi ilə almış və bu səbəbdən də qətnamə ona təqdim oluna bilməz. Məhkəmə tərəfindən qətnamə ona rəsmi qaydada verilmədiyindən Məhkəmə Hüquq Şurasına müraciət etmiş, müraciəti əsasında 23 sentyabr 2022-ci il tarixində həmin qətnamə ona təqdim olunmuşdur. Bundan sonra, MPM-in 360-cı maddəsinin tələblərinə uyğun olaraq müddəti ötürmədən qətnaməni rəsmi qaydada aldığı müddətdən 1 (bir) ay müddətində apellyasiya şikayətini hazırlayaraq 18 oktyabr 2022-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə göndərmişdir. Lakin, məhkəmə qərardadda qeyd edir ki, Cavabdeh6 müraciəti nəzərə alınaraq göstərilən qətnamənin surəti 23 sentyabr 2022-ci il tarixdə təkrarən ona göndərilmişdir. Halbuki, heç bir təkrarçılıqdan söhbət gedə bilməz. Qərardadda ancaq qətnamənin atası tərəfindən alınma tarixi qeyd edilmişdir. Göstərdiklərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 nömrəli 04 noyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsni xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü mаddəsində göstərilmişdir ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti 1-ci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarına baxaraq qeyd edir ki, poçt göndərişinin verilməsi haqqında xəbərnamələrdən göründüyü kimi cavabdehlərin hər biri ayrı-ayrılıqda məhkəmə bildirişlərini almışlar. Qətnamənin surəti 31 avqust 2018-ci il tarixdə cavabdehlərə sifarişli və xəbərnaməli poçt vasitəsilə göndərilmişdir. Məhkəməyə qaytarılmış xəbərnamədən görünür ki, qətnamə 12 sentyabr 2018-ci il tarixdə Məhərrəməli Mustafayev tərəfindən alınmışdır. Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəyə minmişdir. Cavabdeh6 müraciəti nəzərə alınaraq göstərilən qətnamənin surəti 23 sentyabr 2022-ci il tarixdə təkrarən ona göndərilmişdir. Cavabdeh6 qətnamənin rəsmi qaydada ona verilməsindən dörd il müddət keçdikdən sonra qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət bitdikdən sonra verilməsinin üzürlü səbəblərdən baş verdiyini qeyd etməmiş və buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etməmişdir. İddiaçı qətnamədən vaxtında apellyasiya şikayəti verə bilmədiyinin səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən və qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərdən baş verdiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən buraxılması üçün üzürlü səbəb yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 360, 363. 364 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh6 tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-800/2018 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1435/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1435/2022
08.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver