Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-144/2022 13.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, vahid mülkiyyət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(033)-40/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı mülkiyyətində fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. sahə iki yaşayış otağı, qaraj, mətbəx və açıq eyvandan ibarətdir. Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 187,60 kv.m.-dir. Fərdi yaşayış evinin sahəsi 102,55 kv.m. və fərdi yaşayış evinə əlavə inşa edilmiş sahə 106,25 kv.m. olmaqla iki yaşayış otağı 43,4 kv.m., qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m-dən ibarətdir. Həmin 106,25 kv.m. tikili fərdi yaşayış evinə bitişik şəkildə inşa edilmişdir və giriş bir yerdən olmaqla tikili iki mərtəbəlidir. Tikilinin birinci mərtəbəsində qaraj (25,4 kv.m.), mətbəx (16,45 kv.m.) və açıq eyvan (21,20 kv.m) yerləşir. Tikilinin ikinci mərtəbəsində isə ümumi sahəsi 43,40 kv.m. olan iki yaşayış otağı vardır. Həmçinin fərdi yaşayış evinin texniki pasportunda bunlar göstərilmişdir. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının arvadı Ceyran Mustafayeva yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Hal-hazırda evin ikinci mərtəbəsində yaşayır. İddiaçı tərəfindən tikilmiş 106,25 kv.m. hissə çıxarışla onun adına rəsmiləşdirilmişdir. Hazırda cavabdehlər fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m. hissəni zəbt etmişlər. Cavabdehlər bununla iddiaçının mülkiyyət hüquqlarını pozurlar. Həmin əlavə inşa edilmiş hissədən çıxmaq istəmirlər. Əlavə inşa edilmiş hissənin rəsmiləşdirilməsinə dair çıxarış da cavabdehlər tərəfindən mübahisələndirilmiş, nəticədə həmin çıxarış ləğv olunmamış, qüvvədədir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 2(033)-40/2021 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı tam mülkiyyətində olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissədən (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərci onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər tərəfindən zəbt edilmiş ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m. hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv.m., mətbəx 16,45 kv.m. və açıq eyvan 21,20 kv.m.-dən cavabdehlərin məcburi qaydada çıxarılmasını tələb edir. Bundan başqa məhkəmə müəyyən etmişdir k, reyestr nömrəsi **********98-10301 olan ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə 13.11.2019-cu il tarixdə X5, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-575/2020 nömrəli 21 sentyabr 2020- ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və üçüncü şəxslər X3 və İddiaçı qarşı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2021 nömrəli 23 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2021 nömrəli 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(033)-575/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3730/2021 nömrəli 21 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-308/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi iddia tələbinin Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 17 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız hesab edilməsinin rədd olunması hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə, yəni iddia tələbinin 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab olunmasının rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, mübahisəli ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına qeydiyyata alınmışdır. İşdən də göründüyü kimi iddiaçının iddia ərizəsində göstərilən hallar, yəni cavabdehlər tərəfindən həqiqətən iddiaçının mülkiyyətində olan, fərdi yaşayış evinin əlavə inşa edilmiş hissəsindən istifadə etməsi və mülkiyyətçinin öz mülkiyyətində olan evinə sahiblik edə bilməməsində, həmin evdən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə etibarsız hesab edilməsi (sayılması) tələbinə dair iddia rədd edilmişdir. Cavabdehin isə hazırki dəlilləri iddianın rədd olunması üçün əsas deyil. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi, 13-cü, 26-cı, 29-cu maddələri, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarı, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 152.1-ci, 152.5-ci, 157.2-ci, 157.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci, 14.2ci, 77.1-ci, 119.1-ci, 217.4-cü, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, mərhum ailə üzvləri X1 miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində onlar və iş üzrə üçüncü şəxs İddiaçı hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən 08 yanvar 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. X2 onlara qarşı qaldırmış olduğu iddiasından sonra məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi ümumi birgə mülkiyyətlərində olan fərdi yaşayış evinin müəyyən hissəsini onların razılığı olmadan, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" qüvvədə ola-ola 17 aprel 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs İddiaçı adma qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bundan sonra İddiaçı torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X4 bağışlamışdır. X2 həmin əmlak üzərində hüquqları 13 noyabr 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirmiş, həmçinin texniki pasport tərtib etmişdir.hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvlərindən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövk Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən də qeyd olunan qanunsuz hərəkətlər nəticəsində verilmiş sənədlər də etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1' aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 2, nömrəli reyestr kitabının 15 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyata rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış" ın və 13 noyabr 2019-cu il tarixdə tarixdə daşınma: əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 25 nömrəli reyestr kitabının 15 nomrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın fərdi yaşayış evinə dair hissədə ləğv edilməsi öhdəliyinin qoyulması tələbinə dair" iddia ərizəsi ilə Şəki inzibat Məhkəməsinə müraciət etmişlər və iş hazırda həmin məhkəmənin icraatındadır. Zaqatala Rayon Məhkəməsi isə Şəki İnzibati Məhkəməsinin iş üzrə yekun qərarını gözləmədən hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmim qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdi tutulmuş əsaslar yaranmışdır. Qeyd olunanalara əsasən onlar Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci İl tarixli, 2(033)-40/2021 iş nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən məhkəməyə vəsatət, iddiaçı tərəfindən isə ərizə verilmişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməsi üçün sübutlar olmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci İl tarixli, 2(033)-40/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci İl tarixli, 2(033)- 40/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, reyestr nömrəsi **********98-10301 olan ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə 13.11.2019-cu il tarixdə X5, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m.-nin paylı mülkiyyətçilərindən biridir, eyni zamanda həmin fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsinin (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) tam mülkiyyətçisidir. Onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə-3 ünvanında 0,0313 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə əlavə inşa edilmiş 106,25 kv.m hissəsindən cavabdehlərin çıxmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehlərin belə hərəkətləri qanunsuz sayılmalı, iddiaçının mülkiyyətindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər həmin hissədən çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Reyestr nömrəsi **********98-10301 olan ünvan 1 ünvanında 0.0313 ha torpaq sahəsinin 6/12 hissəsi ********** qeydiyyat nömrəsi ilə 13.11.2019-cu il tarixdə X5, ********** qeydiyyat nömrəsi ilə 08.01.2016-cı il tarixdə aparılmış qeydiyyata əsasən 0.0313 ha torpaq sahəsi və fərdi yaşayış evinin 102,55 kv.m nin 2/12 hissəsi Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin 102,55 kv.m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv.m hissəsi (iki yaşayış otağı 43,4 kv.m, qaraj 25,4 kv.m, mətbəx 16,45 kv.m və açıq eyvan 21,20 kv.m) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi tərəflərin adına qeydiyyata alınmışdır. Yəni həmin fərdi yaşayış evi paylı mülkiyyət kimi tərəflərin adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evindəki paylar müəyyən edilmiş olsa belə, paylar naturada müəyyən edilməmişdir. Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Hazırkı halda isə fərdi yaşayış evinə dair bütün mülkiyyətçilərinin razılaşması müəyyən edilmir. Eyni zamanda fərdi yaşayış evinə dair istifadə qaydasının müəyyən edilməsinə dair hər hansı bir tələb yoxdur. İddiaçı birtərəfli qaydada məhkəməyə müraciət edərək cavabdehlərin fərdi yaşayış evinin yardımçı sahələrindən eyni zamanda yeni tikilmiş otaqdan istifadə edilməsini cavabdehlərə qadağan edilməsini tələb etmişdir. Halbuki cavabdehlər də mülkiyyətçi olaraq qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məlum olduğu kimi, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Kollegiya qeyd edir ki, heç kəs mülkiyyətindən maneəsiz istifadə etmək hüququndan qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(033)- 40/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə iş üzrə Zaqatala Rayon Məhkəməsinin 23 avqust 2021-ci İl tarixli, 2(033)- 40/2021 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-144/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-144/2022
13.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver