Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1444/2020 14.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tаrixli, 2(019)-177/2020 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhumə Mahmudova Alagöz Əlibala qızından miras qalmış Balakən şəhəri Z.Əliyeva küçəsində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən sonuncuya düşən hissə üzərində iddiaçılar İddiaçı1 və İddiaçı2 hər birinin payı ½ olmaqla qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi (tanınması) barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x5 birinci instansiya məhkəməsinə vəsatət göndərərək tərəfindən hazırkı iddiaya qarşı onun mülkiyyətində olan 05 ha torpaq sahəsinin ilkin sənədlərinin x13 Komissiyasının 23.11.2004-cü il tarixli, 02 saylı qərarını, həmçinin onun əsasında tərtib olunmuş JN 960A KOD 40101004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni mübahisələndirdiyindən, hazırkı tələbin Balakən Rayon Məhkəməsindəki tələbə əhəmiyyətli dərəcədə təsirini nəzərə alaraq məhkəmə prosesində İddiaçı2 və digərlərinin iddia tələbi üzrə icraatın dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tаrixli, 2(019)-177/2020 saylı qərardadı ilə (hakim Zamin Tahirov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair 2(019)-177/2020 saylı mülki iş üzrə icraatın, Şəki İnzibati Məhkəməsinin icraatında olan x2 Aqrar islahat Komissiyasının qərarının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəsini alana kimi dayandırılması qərara alınmışdır. İddiaçı1 Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(019)-177/2020 saylı qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(019)-177/2020 saylı qərardadına əsasən İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs x5 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(019)-177/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hal-hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x1 islahat Komissiyasının qərarının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş materiallarından həmçinin görünür ki, həmin iddia ərizəsində iş üzrə üçüncü şəxs kimi göstərilən İddiaçı2 Balakən Rayon Məhkəməsinin icraatında olan 2(019)-177/2020 saylı mülki iş üzrə iddiaçıdır. Göründüyü kimi, hazırkı 2(019)-177/2020 saylı mülki işlə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x2 Şəki İnzibati Məhkəməsinə verdiyi Aqrar islahat Komissiyasının qərarının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin cavabdehin üzərinə qoyulması tələbi arasında qarşılıqlı bağlılıq və qarşılıqlı asılılıq vardır. Yəni mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs x2 Şəki İnzibati Məhkəməsinə verdiyi tələb üzrə məsələlər həllini tapmadan hazırkı 2(019)-177/2020 saylı mulki işə baxılması ümumiyyətlə mümkün deyildir. Sözügedən tələb üzrə işə baxılması zamanı müəyyən olunmuş faktlar və hallar 2(019)-177/2020 saylı mülki işdə olan məsələnin həlli üçün preyudisal əhəmiyyət daşıyan faktlar və hallar olmaqla zəruri əhəmiyyətə malik olacaqdır. Belə ki, həmin tələb üzrə Aqrar islahat Komissiyasının qərarının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsi 2(019)-177/2020 saylı mülki iş üzrə iddanın təmin olunmasını aradan qaldıra bilər və ya əksinə aradan qaldırmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Qeyd olunan prosessual hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki işin Şəki İnzibati Məhkəməsinin icraatında olan iddiaçı x2 cavabdeh DƏDRX-nin Balakən rayon şöbəsinə qarşı Aqrar islahat Komissiyasının qərarının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qismən ləğv edilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işdən аsılığı vardır. Həmin asılılıq hazırkı işə baxılmasını qeyri-mümkün etdiyindən və qeyd olunan inzibati işə Şəki İnzibati Məhkəməsində baxılıb qərar qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alanadək hazırkı mülki işə baxılması mümkün deyildir və bu səbəbdən də hazırkı iş üzrə icraat dayandırılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci mаddəsinə əsаsən məhkəmə qаnundа nəzərdə tutulаn digər hаllаrdа dа iş üzrə icrааtı dаyаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Məhkəmə kollegiyаsı hesаb edir ki, iddiaçı x6 nümayəndələri x3 və x7 tərəfindən verilmiş şikayətlər təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(019)-177/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(019)-177/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1444/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1444/2020
14.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver