Məhkəmə qərarları › İş №2(107)-1444/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1444/2021

21.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1444/2021 21.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinin nümayəndələri X13 və X6 (sonuncu prosesdə iştirak etmir) vəkili X11 iştirakı ilə İddiaçı cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinə qаrşı “işə bərpa olunma və məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-43/2021 nömrəli qətnaməsindən iş üzrə cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cаvаbdеh Göyçay Rayonu İcra Hakimiyyətinə qаrşı «işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilərək, onun Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 03 fevral 2021-ci il tarixli, 2(014)- 43/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh başçısının 23 iyul 2019cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunması, İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyəti apellyasiya şikayəti verərək Ağdaş rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 1971-ci ildən başlamaqla, rayonun müxtəlif idarə və təşkilatlarında rəhbər və məsul vəzifələrdə çalışmışdır. 08 oktyabr 2007-ci il tarixdə Göyçay Kommunal Təsərrüfatı İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Göyçay Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qərarı ilə barəsində bəraət qərarı çıxarıldığından, məhkəmənin 02 mart 2015-ci il tarixli qətnaməsi ilə işə bərpa edilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərimə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi kimi səmərəli fəaliyyəti ilə əlaqədar əməyi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, rayonunun ictimai-siyasi həyatında və Göyçay şəhərinin təmiz saxlanılmasındakı səmərəli fəaliyyətinə görə Cavabdeh başçısı tərəfindən 12 aprel 2018-ci il tarixdə ona təşəkkür elan olunmuş və bu barədə adına “Təşəkkümamə” verilmişdir. 23 iyul 2019-cu il tarixdə Mingəçevir şəhərində yaşayan qohumunun vəfatı ilə bağlı nahar fasiləsinə yaxın rayon İcra hakimiyyəti başçısının 1-ci müavininin icazəsi ilə hüzrdə iştirak etmək üçün Mingəçevir şəhərinə getmiş və nahardan sonra saat 15:00-da iş yerində olmuşdur. İşə qayıtdıqda ona artıq işdən azad olunması bildirilmişdir. Səbəbini soruşduqda əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirmədiyi bildirilmişdir. İşdən azad olunmağı ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə o, həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə Həmkarlar İttifaqının razılığı alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. Hesab edir ki, onun işdən azad olunmağına əsas səbəb cavabdeh tərəfindən ona hesablanmış 6500 manat əmək haqqını tələb etməyi olmuşdur. Göründüyü kimi cavabdeh orqan ona qarşı qərəzli mövqe tutaraq Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul olunarkən işə baxan məhkəmə tərəfindən təqdim olunan subutlar və işin həqiqi halları əlaqəli şəkildə obyektiv araşdırılmamışdır. Hesab edirlər ki, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2 (014)-43/2021 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak etmiş cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı vəzifə öhdəliyini layiqincə yerinə yetirmədiyindən, xidməti vəzifəsinin icrası zamanı dəfələrlə olunmuş şifahi xəbərdarlıqlardan nəticə çıxarmadığından Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçının nə vaxtsa təşəkkür alması, onu heç də işdən azad olunmasını istisna etmir. İddiaçının işlədiyi müddətdə şəhərdə daim anti-sanitar vəziyyət olmuş, rayon sakinləri dəfələrlə narazılığını bildirmişdir. Bu barədə ona bildirdikdə isə, aqressiv cavab verirdi. İddiaçı işlədiyi müddət ərzində vəzifə səlahiyyətlərini layiqincə yetirməməsindən başqa, işlədiyi dövrdə saxtakarlıqlara yol vermiş, özünə yaxın adamları “işə qəbul” etmiş, eyni zamanda maliyyə pozuntularına yol verərək, ayrılmış pulu mənimsəmişdir. İddiaçı barəsində hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işinin istintaqı gedir. Yəqin yaxın vaxtlarda yekunlaşacaqdır. Sonuncu dəfə İcra Hakimiyyətində rayon aktivlərinin iştirakı ilə Şuranın iclası keçirilmiş və yekdilliklə iddiaçının işdən azad olunmasına səs verilmişdir. İddiaçı Şuranın iclasına dəvət olunsa da gəlməmiş, guya birinci müavindən icazə alaraq qonşu rayona yas mərasiminə getdiyini bildirmişdir. Halbuki, iddiaçı rayon rəhbərliyindən icazə almamışdır. Bundan əlavə iddiaçı ikinci dəfə işə bərpa olunandan sonra Rayon Həmkarlar Təşkilatına üzv olunması ilə bağlı müraciət etməmiş, həmkarların üzvü olmamışdır. Bu səbəbdən də Həmkarlar Təşkilatının iclasının keçirilməsinə zərurət olmamışdır. İddiaçı tərəfindən ödənilmiş pul isə formaldır və həmkarların büdcəsinə keçməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak etmiş cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, özü hazırda RİH-in Göyçay şəhəri üzrə nümayəndəsi vəzifəsində işləyir. İddiaçı işlədiyi dövrdə işini layiqincə yanaşmamış, işlədiyi müddət ərzində şəhərdə daim anti-sanitar vəziyyət olmuşdur. Şəhər sakinləri dəfələrlə narazılığını bildirmişdir. Bu barədə iddiaçıya bir söz deyəndə də aqressiv davranaraq, onları təhqir edirdi. Hesab edir ki, iddiaçı bu vəzifəfə işləməyə layiq bir adam deyil. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak etmiş cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinin vəkili X18 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, işlədiyi müddət ərzində heç vaxt səhlənkarlığa yol verməmiş, işinə daim nizam-intizamla yanaşmış, heç vaxt əmək pozuntusuna yol verməmiş, daim kollektivin rəğbətini qazanmışdır. İşdən azad olunmazdan əvvəl ona heç bir xəbərdarlıq olunmamış, Şuranın iclasına dəvət olunmamışdır. Bundan əlavə hər ay əmək haqqısından həmkarlar təşkilatına tutulmalar aparılmışdır. Bu necə formal ola bilər. İşlədiyi müddət ərzində də heç bir maliyyə pozuntusuna yol verməmişdir. Hesab edir ki, işdən çıxarılma barədə verilmiş əmr tamamilə əsassızdır. Çünki RİHB bu işdə maraqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-43/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən 29 sentyabr 2020-ci il tarixli **********0 saylı məktubdan məlum olur ki, İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinin tarixi 05.03.2015-ci il, müqavilənin statusu qüvvədə deyil, əlavə edilmə tarixi 20.08.2015-ci il, imzalanma tarixi 20.08.2015-ci il, işəgötürənin adı Cavabdeh, əmək müqaviləsinin müddəti “müddətsiz”, xitamın tarixi 23.07.2019-cu il, xitamın sistemə işlənmə tarixi- 05.08.2019-cu il, xitamın maddəsi 70 ç, xitamın nömrəsi xxxxxxx0001X0. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən verilmiş 03 dekabr 2014-cü il tarixli 1(102)-1596/2014 saylı qərarın surətindən məlum olur ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, İddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli qərarı ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından məhkum İddiaçı barəsində Azərbaycan Respublikası CM-nın 309.2-ci maddəsi ilə cinayət işi üzrə iraata bəraətverici əsaslarla xitam verilməsi qərara alınmışdır. Göyçay RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin 28.06.2019-cu il və 22.07.2019cu il tarixli məktublarının məzmunundan görünür ki, 24 iyun, 02,06, 09, 13,16, 20 iyul 2019-cu il tarixlərdə şəhərin mərkəzi və digər küçələrində aparılan müşahidələr zamanı məlum olmuşdur ki, şəhərin bir sıra prospekt və küçələrində məişət tullantılarının götürülməsi və daşınması qrafikinə əməl edilməmiş, nəticədə küçələrdə antisanitar şərait yaranmışdır ki, bu da sakinlərin ciddi narazılığına səbəb olmuşdur. (mülki iş İ cild səh. 75- 76) Göyçay rayonunun bir qrup sakinləri tərəfindən rayon rəhbərliyinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, sakinlər İddiaçı fəaliyyətindən narazıdırlar. (mülki iş İ cild. səh.82) Göyçay RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən təsdiq olunmuş 06.07.2019, 09.07.2019, 13.07.2019, 16.07.2019, 20.07.2019-cu il tarixli aktlardan görünür ki, şəhərdə məişət tullantıları qrafikə uyğun daşınmamış, antisanitar şərait yaranmışdır (mülki iş İ cild.səh.88-93). AR VN-n 9 saylı ƏVİ tərəfindən məhkəməyə ünvanlanmış 21.11.2019-cu il tarixli məktubdan müəyyən edilir ki, Göyçay “Sanitar-Təmizlik” İdarəsinin 02.12.2019-cu il tarixı dövlət büdcəsinə ödənilməmiş 6113.39 manat vergi borcu vardır. (mülki iş İ cild.səh.121). Göyçay şəhər İcra Hakimiyyəti Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 10.12.2019-cu il tarixli, 100 nömrəli məktubdan görünür ki, İddiaçı yol verdiyi nöqsanlara görə işdən azad olunması məsələsi rayon icra başçısı yanında Şuranın iclasında müakirə edilmiş, Şura üzvlərinin iclasda iştirak edən digər şəxslərin rəyləri dinlənilmiş və onun işdən azad olunması tövsiyyə olunmuşdur. İddiaçı işdən azad olunması Şuranın iclasında müzakirə olunduğu üçün X8 müraciət olunmsına zərurət yaranmamışdır.( (mülki iş İ cild.səh.123). Göyçay “Sanitar-Təmizlik” İdarəsinin 10.12.2019-cu il tarixli 99 saylı məktubunun məzmunundan görünür ki, İddiaçı idarəyə rəhbərlik etdiyi son 4 ildə mühasibatlıq sənədlərinə aylar üzrə həmkarlar ittifaqına üzvlük haqları hesablansa da, X8 üzvlük haqları ödənilməmişdir (6390 manat) (mülki iş İ cild.səh.124). Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı komitəsi tərəfindən verilmiş 06.12.2019-cu il tarixli, 119 nömrəli məktubdan görünür ki, İddiaçı işə bərpa olunması ilə əlaqədar Hİ RK və HİK-ə heç bir müraciət olunmayıb və bununla bağlı məsələyə baxılmayıb..( (mülki iş İ cild.səh.71). Göyçay şəhər İcra Hakimiyyəti Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli 69 saylı arayışdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik” İdarəsinin keçmiş rəisi İddiaçı işə bərpa olunduqdan sonra onun müəssisəsinin X8 üzvlüyə qəbul olunması məsələsi həmkarlar komitəsində müzakirə olunmamış, onun üzvlüyə qəbul edilməsi haqqında qərar qəbul olunmamışdır. Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı komitəsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 67 saylı məktubdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik” İdarədsinin sabiq rəisi İddiaçı işə bərpa ilə əlaqədar Həmkarlar İttifaqı Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına heç bir müraciəti olunmayıb və bununla bağlı məsələyə baxılmayıb. “Sanitar-Təmizlik” İdarədsində çalışan həmkarlar ittifaqı üzvlərinin əmək haqqından tutulmuş üzvlük haqları 2016-2017-2018-2019-2020-ci illər ərzində Respublika Komitəsinin hesabına köçürülməmişdir, bu da “Həmkarlar ittifaqları haqqında” Qanununun tələblərinə ziddir. Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 X3 4.9 maddəsinə əsaslanaraq, həmkarlar ittifaqı üzvlük haqqını üzrsüz olaraq 3 aydan artıq verməyinə görə Göyçay “Sanitar-Təmizlik” İdarəsinin həmkarlar ittifaqı təşkilatı Respublika Komitəsinin xidmətindən çıxarılmışdır. Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 həmkarlar ittifaqı nizamnaməsinin 4.10-cu bəndinə əsasən həmkarlar ittifaqı üzvlüyündən xaric olunma haqqında qərar həmkarlar ittifaqı üzvünün iştirakı ilə yığıncaqda, həmkarlar ittifaqı orqanının iclasında yetərsay olduqda iştirak edənlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. Cavabdeh X17 idarəsi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli 42 saylı arayışdan məlum olur ki, 2019-cu ilin iyul ayından hal-hazıra kimi Vergi və dövlət Sosial Müdafiə Fonduna əvvəlki müdiriyyətin dövründə yaradılmış borcdan 20168 manat vəsait artıq ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi xidməti 9 saylı ərazi Vergilər idarəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli **********490500 saylı məktubdan məlum olur ki, Göyçay “Sanitar-Təmizlik” idarəsi 13.04.2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Göyçay “Sanitar-Təmizlik” İdarəsinin baza məlumatlarına əsasən hüquqi ünvanı Göyçay şəhəri N.Nərimanov küçəsi ev 46, rəhbəri X14 olaraq qeyd olunmuşdur. Hüquqi şəxsin rəhbərinin baza məlumatlarına əsasən əlaqə telefon nömrəsi 055-666-73- 02 olaraq qeyd edilmişdir. Cavabdeh X17 idarəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 94 saylı məktubdan məlum olur ki, Cavabdeh tabeliyində olan “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı 08 oktyabr 2007-ci ildən 23 iyul 2019-cu il tarixə kimi idarənin rəisi vəzifəsində işləmişdir. Həmçinin İddiaçı Göyçay “Sanitar-Təmizlik” idarəsinə 08 oktyabr 2007-ci il tarixdən, 23 iyul 2019-cu il tarixədək (2012-ci il dekabr, 2015-ilin mart ayı istisna olmaqla) rəhbərlik etdiyi dövrlərdə idarənin vergi və əmək haqqından tutulmuş sosial sığorta ödəmələrini təmin etdmədiyinə görə idarənin müvafiq dövlət qurumlarına küllü miqdarda borc yaratmışdır. Bu səbəbdən də Vergilər Nazirliyi və DSMF-tərəfindən idarəsinin bankda olan hesabına sərəncamlar qoyulmuşdur. Ona görə də əmək haqqı cədvəlində həmkarlar ittifaqına 1% )bir faiz) üzvlük haqqı tutulması qeyd olunsa da bu tutulma formal xarakter daşımış və yuxarıda göstərilən səbəblərdən İddiaçı və digər işçilərdən tutulmuş həmkarlar üzvlük haqqı Yerli Sənayə və Kommunal Məişət Xidməti X5 Respublika Komitəsinin hesabına ödənilməmişdir. Sabiq rəis İddiaçı 06 mart 2015-ci il tarixdən 23 iyul 2019-cu il tarixədək işlədiyi dövr ərzində hesablanmış əmək haqqı və əmək haqqından tutulmalar həyata keçirilmişdir. Cavabdeh Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 93 saylı məktubdan məlum olur ki, Cavabdeh tabeliyində olan “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı 06 mart 2015-ci il tarixdə kimi idarəyə rəis təyin olunduqdan sonra onun müəssisənin Həmkarlar Təşkilatına üzv qəbul olunması ilə bağlı ərizə müraciəti olmamış və bu məsələ müzakirə edilməmişdir. Həmçinin İddiaçı Göyçay “Sanitar-Təmizlik” idarəsinə 08 oktyabr 2007-ci il tarixdən, 23 iyul 2019-cu il tarixədək (2012-ci il dekabr, 2015-ilin mart ayı istisna olmaqla) rəhbərlik etdiyi dövrlərdə idarənin vergi və əmək haqqından tutulmuş sosial sığorta ödəmələrini təmin etmədiyinə görə idarənin müvafiq dövlət qurumlarına küllü miqdarda borc yaratmışdır. Bu səbəbdən də Vergilər Nazirliyi və DSMF-tərəfindən idarəsinin bankda olan hesabına sərəncamlar qoyulmuşdur. Ona görə də əmək haqqı cədvəlində həmkarlar ittifaqına 1% (bir faiz) üzvlük haqqı tutulması qeyd olunsa da bu tutulma formal xarakter daşımış və yuxarıda göstərilən səbəblərdən İddiaçı və digər işçilərdən tutulmuş həmkarlar üzvlük haqqı Yerli Sənayə və Kommunal Məişət Xidməti X5 Respublika Komitəsinin hesabına ödənilməmişdir. Göyçay “Sanitar-Təmizlik” idarəsinin Həmkarlar Təşkilatının heç bir nizamnaməsi, möhürü, hesab nömrəsi yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondu tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubdan məlum olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi-nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Göyçay “Sanitar-Təmizlik” idarəsi (SUN: **********7) tərəfindən təqdim edilmiş 2015-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3), 2017-2018-ci illərin İ-İV rübləri, 2019-cu ilin İ-İİİ rübləri üzrə “Məcburi dövlət Sosial sığortası üzrə hesabat”larda adı sığortaolunan kimi qeyd edilmiş X9 (SSN: **********153) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları göndərilmişdir. Azərbaycan Respublikası Cavabdeh başçısının Cavabdeh Sanitar Təmizlik İdarəsinin rəisi İddiaçı işdən azad olunması haqqında 23 iyul 2019-cu il tarixli 87 saylı əmrdən məlum olur ki, Göyçay rayonu icra hakimiyyəti başçısının yanında Şuranın 23 iyul 2019-cu il tarixli iclasında şəhərin təmizlik və abadlıq işlərinin vəziyyəti məsələsi müzakirə olunarkən rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi İddiaçı vəzifə funksiyalarını yerinə yetirməməsi, rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl etməməsi nəticəsində şəhərin təmizlik və abadlıq sahəsində ciddi nöqsanların mövcud olmuş, şura iclasının qərarına əsasən onun tutduğu vəzifədən azad olunması məsələsinə baxılması rayon icra hakimiyyəti başçısına tövsiyə edilmişdir. Sanitar-Təmizlik İdarəsinin rəisi İddiaçı şəhərdə məişət tullantılarının yığılması, daşınması, təmizlik işlərinin vaxtlıvaxtında həyata keçirilməsi üçün lazimi tədbirlər görməmiş, məişət tullantılarını yığılması, daşınması ilə bağlı ona verilmiş tapşırıqlara və göstərişlərə əməl etməmiş, üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmiş, rəhbərliklə kobud davranaraq verilən tapşırıq və göstərişlərə laqeyd yanaşmışdır. İddiaçı əmək funksiyalarını və üzərinə düşən vəzifələri yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıq olunsa da, bundan nəticə çıxarmamışdır. Odur ki, yuxarıda göstərilənləri, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunması və bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 10.12.2019-ci il tarixli 100 saylı məktubdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik”İdarəsi rayon icra hakimiyyətinin tabeliyində olduğundan idarənin keçmiş rəisi İddiaçı yol verdiyi nöqsanlara görə işdən azad olunması məsələsi rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə edilmiş, şura üzvlərinin, iclasda iştirak edən digər şəxslərin rəyləri dinlənilmiş və onun işdən azad olunması rayon icra hakimiyyəti başçısına tövsiyyə edilmişdir. Rayon İcra hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli əmrinə əsasən İddiaçı işdən azad olunmuşdur. İddiaçı işdən azad olunması məsələsi rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə olunduğu üçün X8 müraciət olunmasına zərurət yaranmamışdır. Azərbaycan Respublikası Cavabdeh X17 İdarəsi tərəfindən verilmiş 10.12.2019-ci il tarixli 99 saylı məktubdan məlum olur ki, “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı Kərim oğlu idarəyə rəhbərlik etdiyi son 4 ildə mühasibatlıq sənədlərinə aylar üzrə həmkarlar ittifaqına üzvlük haqları hesablansa da, X8 üzvlük haqları ödənilməmişdir. (6390 manat) İdarənin keçmiş rəhbəri İddiaçı idarənin müvafiq dövlət orqanları (Vergi, DSMF) qarşısında götürdüyü qanuna müvafiq öhdəliklərə səhlənkar yanaşaraq yerinə yetirməmişdir. Bu səbəbdən də idarənin bank hesabına yuxarıda qeyd edilən orqanlar tərəfindən maliyyə sanksiyası qoyulmuş və müvafiq ödənişlər aparılmamışdır. İddiaçı göstərişinə əsasən dövlət büdcəsindən ayrılmış vəsait qeyri-qanuni olaraq bütünlükdə əmək haqqı kimi hesablanmış və ştat üzrə işçilərin əmək kartlarına ödəniş edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X17 İdarəsi tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 08 saylı məktubdan məlum olur ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqının ödənilməsinə dair mülki işində səhhəti ilə əlaqədar olaraq şahid qismində iştirak edə bilməyəcək. Üzrlü hesab edilməsini xahiş edirəm. Bir daha nəzərinizə çatdırır ki, Göyçay “Sanitar-Təmizlik” İdarəsinin keçmiş rəisi İddiaçı işdən azad olunması məsələsinə Cavabdeh başçısı yanında şuranın iclasında müzakirə edilmiş və 23 iyul 2019-cu il tarixdə işdən azad olunmuşdur. İddiaçı işdən azad olunması məsələsi Cavabdeh başçısı yanında Şuranın iclasında müzakirə olunduğu üçün X8 müraciət olunmasına zərurət yaranmamışdır. Əməyin ödənişi xərclərinin hesablanmasına dair cədvəldən görünür ki, işçinin əmək haqqından Həmkarlar İttifaqına üzvlük haqqı tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya məhkəməsinin sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş; X17 İdarəsi tərəfindən verilmiş 24.08.2021-ci il tarixli məktubdan müəyyən edilir ki, “Sanitar-Təmizlik” İdarəsinin keçmiş rəisi İddiaçı işə bərpa olunduqdan sonra X8 heç bir ərizə ilə müraciət etməmiş, onun üzvlüyə qəbul olunması məsələsi həmkarlar komitəsində müzakirə olunmamış və üzvlüyə qəbul edilməsi haqqında qərar qəbul edilməmişdir. Yerli Sənaye və Kommunal X4 Hİ tərəfindən Şəki Apellyasiya Məhkəməsinə ünvanlanmış 26.08.2021-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı işə bərpası ilə əlaqədar HİRK-yə və AHİK-na heç bir müraciət olunmayıb və bununla bağlı məsələyə baxılmayıb. Eyni zamanda “Sanitar-Təmizlik” idarəsində çalışan işçilərin əmək haqqından tutulmuş həmkarlar ittifaqı üzvlük haqları 2017-2021-ci illər ərzində Respublika Komitəsinin hesabına köçürülməyibdir ki, bu da Həmkarlar İttifaqı haqqında Qanunun tələblərinə ziddir. Hİ üzvlük haqqını üzrsüz olaraq 3 aydan artıq vermədikdə üzv həmkarlar ittifaqından xaric edilir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan aydın olur ki, İddiaçı barəsində Binəqədi Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi 01.09.2021-ci il tarixdə baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 13.09.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı AR CM-in 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatına daxil olmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş, X7 yazılı rəyi alınmalı olduğu təqdirdə, bilavasitə Yerli İcra Hakimiyyətinin nəzindəki Şurada müzakirə edilməsi əsas gətirilərək əmək müqaviləsiniə xitam verilmişdir. Ona görə də iddia təmin edilməli, Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunmalı, məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümimilikdə hüquqi qiymət verərək, iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Apellyаsiyа şikаyətində göstərilən dəlillər əsaslı olmaqla, birinci instansiaya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması üçün əsaslıdır. Belə ki, işin faktiki halından müəyyən edilir ki, İddiaçı hazırda mübahisələndirdiyi vəzifəyə sonuncu dəfə Göyçay Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsi ilə işə bərpa edilmişdir. Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli əmri ilə işində yol verdiyi nöqsanlara və əmək funksiylarını kobud şəkildə pozması səbəbilə işdən azad olunmuşur. İddiaçı həmin əmrlə razılaşmır və ləğv olunmasını tələb edir. Əsas kimi də onun izahatının və X7 razılığının alınmamasını bildirir. Birinci instansiya məhkəməsi də məhz həmkarlar təşkilatının razılığının alınmamasını əsas gətirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası bununla razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 70-ci maddəsinə əsasən,əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Əmək Məcəlləsinin 71.2-ci görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. -74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 80-ci maddəsinin 1 və 2-ci bəndlərində təsbit edilmişdir ki, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı sonuncu dəfə işə bərpa olunarkən Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı komitəsinə və Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinə üzv olunması barədə ərizə ilə müraciuət etməmiş, sonuncunun Həmkarlar Təşkilatının üzvü seçilməsi barədə aidiyyəti qurumlar tərəfindən qərar qəbul olunmamışdır. Bu səbəbdən də iddiaçının işdən azad olunması barədə Həmkarlar Təşkilatına müraciət olunmamış, bununla bağlı məsələyə baxılmayıb, onun yol verdiyi nöqsanlara görə işdən azad olunması məsələsi rayon icra başçısı yanında Şuranın iclasında müakirə edilmiş, İddiaçı işdən azad olunması Şuranın iclasında müzakirə olunduğundan X8 müraciət olunmsına zərurət yaranmamışdır. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən sözügedən idarəyə rəhbərlik etdiyi son 4 ildə mühasibatlıq sənədlərinə aylar üzrə həmkarlar ittifaqına üzvlük haqları hesablansa da, X8 üzvlük haqları ödənilməmişdir (6390 manat) . Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, “Sanitar-Təmizlik” İdarəsində çalışan həmkarlar ittifaqı üzvlərinin əmək haqqından tutulmuş üzvlük haqları 2016--2021-ci illər ərzində Respublika Komitəsinin hesabına köçürülməmişdir ki, bu da “Həmkarlar ittifaqları haqqında” Qanununun tələblərinə ziddir. Bu səbəbdən də Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 X3 4.9-cu bəndinə əsaslanaraq, həmkarlar ittifaqı üzvlük haqqını üzrsüz olaraq 3 aydan artıq verməyinə görə Göyçay “Sanitar-Təmizlik” İdarəsinin həmkarlar ittifaqı təşkilatı Respublika Komitəsinin xidmətindən çıxarılmışdır. Bundan əlavə “X2”nin tələbinə görə Həmkarlar İttifaqlarının fəaliyyətinin əsasını müvafiq qanunvеricilik aktları ilə yanaşı, həmçinin оnların nizamnamələri təşkil еdir. Həmin Nizamnamənin 9-cu bəndinə görə ( Həmkarlar İttifaqına qəbul)

1. Həmkarlar İttifaqına qəbul şəхsi ərizə əsasında və ilk həmkarlar İttifaqı təşkilatının yığıncağında (ya оnun struktur bölməsində), yaхud həmkarlar İttifaqı kоmitəsinin iclasında həyata kеçirilir.

2. Həmkarlar İttifaqına üzvlük həmkarlar İttifaqı üzvlüyünə qəbul haqqında qərar qəbul еdilən gündən hеsablanır. Qeyd olunan Nizamnamənin imperativ tələbindən göründüyü kimi, həmkarlar təşkilatına üzv olunmaq üçün tələb şəхsi ərizə əsasında, ilk həmkarlar İttifaqı təşkilatının yığıncağında (ya оnun struktur bölməsində), yaхud həmkarlar İttifaqı kоmitəsinin iclasında həyata kеçirilir və üzvlüyüə qəbul barədə qərar qəbul olunur. Beləliklə də yuxarıda sadalanan qanunvericilik normalarından belə qənaətə gəlmək olur ki, İddiaçı aidiyyəti Həmkarlar Təşkilatının üzvlüyünə qəbul olunması, bununla bağlı barəsində qərar qəbul edilməsi iş materialları ilə sübut olunmur. Əksinə iş materillarından müəyyən edilir ki, sonuncunun Həmkarlar Təşkilatına üzv olunması məsələsi ümumiyyətlə təşkilatda müzakirə olunmamış, barəsində üzv seçilməsi barədə hər hansı qərar qəbul edilməmiş, əmək haqqından üzvlük haqqı hesablansa da, X8 üzvlük haqları ödənilməmiş və sonda yuxarıda qeyd olunan məbləğdə borc yaranmışdır. Göstərilənlərə əsasən belə qənaətə gəlmək olur ki, iddiaçının işdən azad olunması zamanı artıq Həmkarlar Təşkilatının iclasının keçirilməsinə və təşkilatın razılığının alınmasıa zərurət olmamışdır. Ona görə də iddiaçının işdən azad olunması barədə verilmiş əmr qanunsuz hesab edilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Ona görə də məhkəmə kollegiyаsı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)- 43/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cаvаbdеh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2(014)-43/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cаvаbdеh Göyçay Rayonu İcra Hakimiyyətinə qаrşı «işə bərpa olunma və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dаir iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar