Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1448/2020 15.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “zəbt olunmuş 0.08 ha torpaq sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs apelyasiya şikayətinin geri qaytarılması barədə həmin Məhkəmənin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, X2 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt olunmuş 0.08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X3 məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.İ.Qarayev) xx xxxxxx 2018-ci il tarixli, 2(024)- 460/2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, Qax rayon X10 tərəfindən xx xxxx 2000-ci il tarixdə verilmiş JN:053G KOD 40309028 saylı Dövlət Aktına əsasən İddiaçı məxsus olan 0.08 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və X3 məcburi qaydada çıxarılması və iş üzrə 50 (əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və X4 alınaraq müvafiq hesaba köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra xx xxxxxx 2019-cu il tarixdə icraya yönəldilmişdir. Qax rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin icra vərəqəsi tam icra olunduğu üçün xx.xx.2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərardad qəbul edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən xx xxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti verilmiş, apelyasiya şikayəti həmin tarixdə məhkəməyə daxil olmuş və həmin gün qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəməyə gəlməmişlər.Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, tərəfindən Şəki İnzibati Məhkəməsində “Texniki səhv səbəbindən İddiaçı Vasoyevnanın adına verilmiş JN-053F və JN-053G nömrəli Şəhadətnamələrin və X1, X9 və X7 adına verilmiş JN-084A nömrəli Şəhadətnamənin ləğv edilməsi və İddiaçı adına verilmiş şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X5, X11 və X7 adlarına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinin AR ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul etməsi” tələbinə dair iddia qaldırılmışdır. xx xxxxxx 2020-cı il tarixli məhkəmə prosesi zamanı ona məlum olmuşdur ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460 nömrəli qətnaməsi ilə ona X11 tərəfindən xx xxxxxxx 2000-ci il tarixdə vəsiyyət edilmiş torpaq sahəsi və ev texniki səhv səbəbindən İddiaçı Vasiliyevnaya JN-053G və JN-o53F nömrəli şəhadətnamələr əsasında işlənildiyi üçün onun valideyinləri olan Cavabdeh1 və X3 həmin torpaqdan çıxarılması qət edilmişdir. Qax Rayon Məhkəməsinin qətnaməsində mübahisə predmeti olmuş torpaq sahəsi ona vəsiyyət edilmişdir və səhvən başqa şəxsin adına sənəd işlənilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460 nömrəli qətnaməsi ona vəsiyyət edilmiş torpaq sahəsi üzərində onun qanuni mülkiyyət hüquqlarını pozur. Hazırda onu həmin torpaq sahəsinə girməyə qoymurlar. Yuxarıda qeyd edilən anlaşılmazlıq hal-hazırda Şəki inzibati Məhkəməsində araşdırılır. Həmin qətnamənin qanunsuz olması birbaşa olaraq onun hüquqlarına toxunur və bu səbəbdən də ləğv edilməlidir. Göstərdiklərini nəzərə alaraq apelyasiya məhkəməsindən Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)- 460/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, X8 və maraqlı tərəf Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı “zəbt olunmuş 0.08 ha torpaq sahəsindən Cavabdeh1 və X3 məcburi qaydada çıxarılması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadının ləğv edilməsini, tərəfindən Qax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinin isə mülki işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsi Mülki Prosessual Məcəllənin 269-cu maddəsinin tələblərinə riayət etmədən Maraqlı şəxs şikayətini mülki işlə birlikdə baxılması üçün birbaşa Şəki Apelyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)- 1373/2020 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)- 460/2018 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267- 269-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılmışdır. Qax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadı ilə həmin Məhkəmənin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən şikayət apelyasiya qaydasında baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş tərəflər və Maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Maraqlı şəxs həmin iş üzrə tərəf və ya işdə iştirak edən şəxs olmamış, onun apelyasiya şikayətinə əlavə etdiyi vəsiyyətnamədə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsində qeyd edilən torpaq sahəsinə dair sənədlərin heç bir rekviziti qeyd edilməmişdir. Eyni zamanda, Maraqlı şəxs həmin torpaq sahəsinin ona vəsiyyət edilən əmlak olmasına və yaxud özünün mülkiyyətində olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsi ilə Qax rayon X10 tərəfindən xx xxxx 2000-ci il tarixdə verilmiş JN:053G KOD 40309028 saylı Dövlət Aktına əsasən İddiaçı məxsus olan 0.08 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması nəzərdə tutulan cavabdehlər Cavabdeh1 və X3 Maraqlı şəxs valideynləri olması isə onun sözügedən qətnaməyə münasibətdə maraqlı şəxs hesab edilməsinə əsas vermir. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsi Maraqlı şəxs hüquq və mənafelərinə, maraqlarına toxunmur. Ona görə də birinci instansiya məhkəməsi Maraqlı şəxs apelyasiya şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarının tələbləri pozulmaqla verildiyindən geri qaytarmışdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apelyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apelyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 361.1.1-ci maddəsinə əsasən apelyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edildiyi kimi, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)- 460/2018 nömrəli qətnaməsi üzrə mübahisə predmeti olmuş 0.08 ha torpaq sahəsinə hazırda Maraqlı şəxs aidiyyətinin və həmin torpaq sahəsi üzərində hər hansı hüququnun olduğunu təsdiqləyən sübut yoxdur. Əgər Maraqlı şəxs vəsiyyətnamə əsasında gələcəkdə sözügedən torpaq sahəsi üzərində hüquqlar əldə edərsə və əldə etdiyi hüquqların məhz həmin torpaq sahəsinə aid olduğu müəyyən olunarsa, onda o, müvafiq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Odur ki, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız və qəbuledilməz sayır. Belə ki, Maraqlı şəxs sözügedən iş üzrə tərəf və ya üçüncü şəxs olmadığı halda Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-460/2018 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş, qətnamənin onun hüquq və mənafelərinə, maraqlarına toxunması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-460/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1448/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1448/2020
15.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver