Məhkəmə qərarları › İş №2(107)-145/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-145/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-145/2021 22.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh2 Mahamarasul qızının nümayəndəsi və vəkili Nümayəndə və İddiaçı Abdusəməd qızının iştirakları ilə, İddiaçı Abdusəməd qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iki uşaqla birgə cavabdehlərə məxsus evə köçürülməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-516/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-516/2020 nömrəli qətnаməsi ilə (hakim Hümbət Səlimov) iddiа təmin edilmiş, İddiaçı azyaşlı uşaqları-xx xxxxxxxx 2008-ci ildə anadan olmuş X11 qızı və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X9 ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 107.10 kv/m olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onun iki uşaqla birgə qeydiyyatda olduqları, cavabdehlərə məxsus mənzilə köçürülməsi və istifadə hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək iki uşaqla birgə qeydiyyatda olduqları cavabdehlərə məxsus evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı Abdusəməd qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə Cavabdeh1 oglu onun keçmiş əri, Cavabdeh2 isə qaynanasıdır. O, Cavabdeh1la el adəti ilə toy mərasimi keçirilməklə evlənmişdir və bundan sonra özünə məxsus cehiz əşyaları ilə cavabdehlərə məxsus olan evə gəlin köçmüşdür. Gəlin köçdükdən sonra Cavabdeh1 ilə xx xxxxxx 2007-ci il tarixində Balakən rayon Xalatala kənd inzibati ərazi dairəsində nikahlarını 12 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2011-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Uşaqlarının yaşından da göründüyü kimi xeyli bir müddət birgə yaşadıqdan sonra keçmiş həyat yoldaşı ona qarşı əsassız iftiralar ataraq onu azyaşlı uşaqlarının və anasının yanında alçaltmağa, təhqirlər etməyə başlamışdır. Cavabdehdən ona etdikləri hərəkətlərinə son qoymasını, evdə özünü tərbiyəli aparmasını xahiş, tələb etsə də o buna məhəl qoymadan öz əməllərini davam etdirməyə başlamışdır. lş o həddə çatmışdır ki, onların ailədə birgə yaşamaları mümkünsüz olmuşdur. Beləliklə keçmiş ərinin ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-293/2020 saylı qətnaməsinə əsasən nikah pozulmuşdur. Nikahları məhkəmə tərəfindən pozulduqdan sonra cavabdehlər onu və iki azyaşlı uşağını evə buraxmayaraq onları evdən qovmağa başlamışlar. Hal-hazıra kimi onun bütün cehiz əşyaları və uşaqların pal-paltarları pasport qeydiyyatında olduğu cavabdehlərə məxsus evdə qalmaqdadır. Onlar evdən qovulandan sonra ata evinə getmək məcburiyyətində qalsalar da orada ev darısqal olduğundan ata evində yaşamaq qeyri mümkündür. Həmin evdə uşaqlarının təlim tərbiyəsi, onların təhsillə məşğul olmalarına heç bir şərait yoxdur. O, gəlin köçdüyü evə köçüb uşaqlarını orada böyütmək istəyir. Fərdi yaşayış evi hazırda dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli evdə yaşamaq hüququnun gerçəkləşməsi üçün onların həmin evdə istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməlidirlər. Onların mübahisəli evdə yaşamaq və həmin evdən istifadə etmək hüquqları vardır. Dəfələrlə mübahisəli evə qayıdıb yaşamaq istəmələrinə baxmayaraq cavabdehlər onu evə buraxmamış, ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2007-ci ildə İddiaçı Abdusəməd qızı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci ildə Milana və 19 oktyabr 2011-ci ildə Murad adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçıdan ayrılmış və Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqların anasının yanında qalmaları və uşaqların saxlanması üçün hər ay hər bir uşağa 110 manat sabit pul məbləğində aliment ödənməsi qət edilmişdir. İddiaçının cehiz əşyaları hazırda onların evindədir. İddiaçının iddia tələbi ilə razı deyil, çünki iddiaçının evə köçürmə tələb etdiyi ev anası Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da almışlar. Ev anasının xüsusi mülkiyyətində olduğuna görə iddiaçının həmin evə köçürülməsinə etiraz edir. İddiaçının onlar yaşayan evə gəlib onlarla birlikdə yaşaması mümkün deyildir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 Mahamarasul qızı və onun nümayəndəsi Daanov X10 Fərhad İdris oğlunun izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn cavabdeh Əhmədova Müslimat Mahamarasul qızı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Əhmədova Müslimat Mahamarasul qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədən tam narazıdır. Balakən rayon məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməməklə iddianı təmin etmişdir. O, Cavabdeh2 ünvan 1i ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh1 onun oğlundur. O, 2007-ci ildə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2008-ci ildə Milana və xx xxxxxxx 2011-ci ildə Murad adında iki uşaqları olmuşdur. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçıdan ayrılmış və Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, uşaqların anasının yanında qalmaları və uşaqların saxlanması üçün hər ay hər bir uşağa 110 manat sabit pul məbləğində aliment ödənməsi qət edilmişdir. İddiaçının iddia tələbi ilə razı deyildir, çünki iddiaçının evə köçürmə tələb etdiyi ev onun-Cavabdeh2 xüsusi mülkiyyətindədir və bu barədə Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış da almışdır. İddiaçı xx.xx.2007-ci il tarixdə ona məxsus evə köçərkən ona evində uzun müddət yaşaması üçün razılıq verməmişdir. Qeyd etdiyi ev onun mülkiyyətindədir. İddiaçı 2020-ci ilin yanvar ayından atasına məxsus evdə yaşayır və onun yaşadığı ev onun evindən iki dəfə daha böyükdür. İddiaçı ərinə xəyanət etdiyinə görə onların ailəsi dağılmışdır. Belə əxlaqa malik qadınla bir evdə yaşamaq dözülməzdir və gələcəkdə hansısa xoşagəlməz hadisələrə səbəb ola bilər. Məhkəmə tərəflər arasında hüquq münasibətləri yaranan zaman mübahisə predmeti olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını əsas gətirərək hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli olan hüquq normasının olmamasını qeyd etmişdir. Balakən rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarını araşdırmamış, hüquq münasibətlərini tənzimləyən hüquq norması olduğu halda, məhkəmə qanunun analogiyasına müraciət etmişdir. İddiaçının sözügedən fərdi yaşayış evi üzərində hər hansı bir hüququnun olması barədə iş materiallarında hər hansı bir sənəd aşkar edilməməklə yanaşı, iddianın təmin edilməsi üçün qanunvericiliyin tələbləri baxımından da əsaslar yoxdur. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Ona görə də, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)- 516/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Mahamarasul qızının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Abdusəməd qızı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-516/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Əhmədova Müslimat Mahamarasul qızı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apelyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli 2(019)-516/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Əhmədova Müslimat Mahamarasul qızına qarşı iki uşaqla birgə cavabdehlərə məxsus evə köçürülməsi tələbinə dair iddiаsı rədd edilməlidir. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-293/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh Əhmədova Xalidə Abdusəməd qızı arasında bağlanmış və xx xxxxxx 2007-ci il tarixdə Balakən rayon Xalatala kənd İcra Nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X5 və xx xxxxxxx 2011ci il tarixdə doğulmuş X4 anaları Əhmədova Xalidə Abdusəməd qızının yanında saxlanılmaları, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X5 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X4 iddiaçı Cavabdeh1 alınıb, cavabdeh Əhmədova Xalidə Abdusəməd qızına verilməsi, xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X2 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh1 hər uşağa görə ayda 110 manat olmaqla hər ay cəmi 220 manat sabit pul məbləğində aliment alınaraq, cavabdeh İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, hazırki qətnamə üzrə təyin olunan alimentin tutulmasının xx xxxxxxxx 2008-ci il tarixdə doğulmuş X5 və xx xxxxxxx 2011-ci il tarixdə doğulmuş X4 iddiaçı Cavabdeh1 alınıb, cavabdeh Əhmədova Xalidə Abdusəməd qızına verilməsi barədə hazırki məhkəmə qətnaməsinin icra edildiyi vaxtdan hesablanması, cavabdeh Əhmədova Xalidə Abdusəməd qızından 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 iyun 2020-ci il tarixdə verilmiş 504 nömrəli nikah haqqında çıxarışdan görünür ki, Cavabdeh1 ilə Süleymanova Xalidə Abdusəməd qızı arasında 15 noyabr 2007-ci ildə 12 nömrə ilə nikah qeyd edilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 503 nömrəli doğum haqqında çıxarışın surətindən görünür ki, X5 xx xxxxxxxx 2008-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı Abdusəməd qızı yazılmışdır. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 505 nömrəli doğum haqqında çıxarışın surətindən görünür ki, X13 oğlu 19 oktyabr 2011-ci il tarixdə anadan olmuş, atası Cavabdeh1 oğlu, anası İddiaçı Abdusəməd qızı yazılmışdır. İşdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.1835 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 107.10 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh2, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahamarasul qızının X6, X3, X7 və Cavabdeh1 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4 və 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11, 27.2 və 228-ci maddələrinə, xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərinin tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir ( qanun analogiyası). Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 228-ci maddəsi isə yaşayış binasının mülkiyyətçisi ilə orada yaşayan ailə üzvüləri arasındakı münasibətləri tənzimləyir. Tərəflər arasında hüquq münasibətləri yarana zaman mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından hazırki işdə tərəflər arasındakı mübahisəyə birbaşa tətbiq edilməli hüquq norması yoxdur. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını,valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı Abdusəməd qızı 15 noyabr 2007-ci il tarixdə nikahlarını Balakən rayon İcra Hakimiyyəti Xalatala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmiləşdirməklə Cavabdeh1 İdris oğlu ilə evlənmişdir. İddiaçı cavabdeh Cavabdeh1, onun ailə üzvlərinin yaşadıqları evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından xx xxxxxxxx 2008-ci ildə X5 və 19 oktyabr 2011-ci ildə isə X9 adında iki uşaqları doğulmuşdur. İddiaçı 2020-ci kimi həmin evdə yaşamışdır. Cehiz əşyaları həmin evə yerləşdirilmiş, hal-hazırda da oradadır. İddiaçı və uşaqların hər ikisi həmin evdə qeydiyyatdadırlar. Aralarında baş vermiş narazılıqla əlaqədar iddiaçı Cavabdeh1 ayrılmış, o, vaxtdan atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 293/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqların hər ikisinin iddiaçının yanında saxlanmaları və uşaqların saxlanmaları üçün hər ay hər uşağa 110 manat sabit pul məbləğində aliment qət edilmişdir. İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə qayıdıb orada yaşamaq istəsə də cavabdehlər onu evə buraxmır və ora qayıdıb yaşamasına maneçilik törədirlər. İddiaçının başqa yerdə yaşayış sahəsi yoxdur. Onun daimi yaşayış yeri sözügedən evdir. Cavabdehlər iddiaçını evə buraxmadıqlarından o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisəli evə gəlin köçərkən və orada yaşadığı müddətdə həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamış, ümumi sahəsi 107.10 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına, evin yerləşdiyi 0.1835 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2, X6, X3, X7 və Cavabdeh1 adına xx xxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarından göründüyü kimi hazırkı işdə tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 15 noyabr 2007-ci-ci ildən sonra yaranmışdır. Belə olan halda hazırkı mübahisəyə Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında hüquq münasibətləri yaranarkən və iddiaçı həmin evdə yaşadığı müddətdə mübahisəli yaşayış evinin heç kimin mülkiyyətində olmamasını, iddiaçının cavabdehlər tərəfindən heç bir qeyd şərt olmadan həmin evə köçürülməsini, iddiaçının cavabdehlərlə birgə təsərrüfat aparmasını, iddiaçının hazırda da daimi yaşayış yerinin həmin ev olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı Abdusəməd qızı azyaşlı uşaqları- 10 sentyabr 2008-ci ildə anadan olmuş X11 qızı və xx xxxxxxx 2011- ci ildə anadan olmuş X9 ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 107.10 kv/m olan fərdi yaşayış evinə köçürülməlidirlər. Məhkəmə kollegiyası iddianı təmin edərkən iddianın təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Mülki işin materiallarından görünür ki, iddiаçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi ünvan 1ində yerləşən 0.1835 ha həyətyanı torpaq sahəsində inşa olunmuşdur və ümumi sahəsi 107.10 kv/m-dir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 Mahamarasul qızının, X6, X3, X7 və Cavabdeh1 adına qeydə alınmışdır. Yaşayış evi tərəflər nikaha daxil olduqları zaman Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin, iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh2 ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh2 ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi Cavabdeh2 həmin əmaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, həmin hüquq əsasında da, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Balakən rayonu Xalatala kəndində yerləşən 0.1835 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 107.10 kv/m fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh2, torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh2 X6, X3, X7 və Cavabdeh1 adına qeydə alınmışdır. Buna görə hazırkı münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. "X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarma uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2014-cü il il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi evin M.Bəylərovıın adına dövlət qeydiyyatına məhz 2011-ci ildə alınmasına diqqət yetirməmiş, nəticədə isə tətbiq edilməli olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq etməmişdir." X8 Məhkəməsinin Plenumu hüquq münasibətlərinin 2001-ci ildə yox, köçürülməsi tələb olunan ev üzərində hüquqların qeydiyyata alındığı 2011 -ci ildə qüvvədə olan maddi hüquq normasının tətbiq edilməli olduğu qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi İddiaçı Abdusəməd qızı azyaşlı uşaqları-10 sentyabr 2008-ci ildə anadan olmuş X11 qızı və xx xxxxxxx 2011-ci ildə anadan olmuş X9 ilə birlikdə Balakən rayonunun Xalatala kəndində yerləşən Cavabdeh2 mülkiyyətində olan, ümumi sahəsi 107.10 kv/m olan fərdi yaşayış evinə köçürülməsini təmin edərkən maddi hüquq normalarını səhv təfsir etdiyindən düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Kanstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx xxxx 2008-ci il tarixli Qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etməkimkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu)şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementinin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan inandırıcıdır, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyildir. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Kanstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Balakən Rayon Məhkəməsi iddiаnı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn cavabdeh Əhmədova Müslimat Mahamarasul qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-516/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Əhmədova Müslimat Mahamarasul qızına qarşı iki uşaqla birgə cavabdehlərə məxsus evə köçürülməsi tələbinə dair iddiаsı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əhmədova Müslimat Mahamarasul qızı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(019)-516/2020 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Əhmədova Müslimat Mahamarasul qızına qarşı iki uşaqla birgə cavabdehlərə məxsus evə köçürülməsi tələbinə dair iddiаsı rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar