Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-145/2024 09.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin etibarsızlığı, əqdin bəyənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2023-cü il tarixli, 2(039)-1492/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, torpaq islahatı zamanı iddiaçıya və ailə üzvlərinə ümumi birgə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində ümumi birgə paylı olan Cavabdeh2 özünə məxsus payını digər mülkiyyətçilərin razılığı olmadan Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsində tərəflərin payı müəyyən olunmamışdır. İddiaçı və digər mülkiyyətçilər 07 avqust 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən məlumatsız olmuşlar. Onların razılığı olmadan həmin müqavilə bağlanmşdır. İddiaçı çıxarış alarkən belə bir əməliyyat olduğunu bilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir.
6. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında izah etmişdir ki, dövlət tərəfindən ona və ailə üzvlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin qardaşı tərəfindən satılmasını bilməmişdir. Onun mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh1 iştirakı ilə 17 yanvar 2022-ci il tarixdə hansısa sənədi imzalamışdır. Lakin torpağın satılmasını bilməmişdir.Torpağın satılmasından çıxarışı alan zaman məlumatı olmuşdur.
7. İddiaçı nümayəndəsi X18 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izah etmişdir ki, torpaq sahəsi ümumi birgə olmuşdur. Cavabdehlər alqı-satqı müqaviləsi bağlayarkən iddiaçının məlumatı olmamışdır. Həmin müqavilə qanunvericiliyə zidd olaraq bağlanmışdır.
8. Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etmişdir ki, alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada notariat ofisində rəsmiləşmişdir. Həmin vaxt notarius tərəfindən iddiaçıya və digər mülkiyyətçilərə telefon vasitəsi ilə məlumat verilmişdir. Həmçinin müqavilə əsasında çıxarış alınarkən 17 yanvar 2022-ci il tarixdə iddiaçı və digər mülkiyyətçilər bölgü planını imzalamışlar. Həmin müqavilə notarius tərəfindən təsdiqlənmişdir. Yəni iddiaçının müqavilədən məlumatı olmuşdur. Müqavilədən bir il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.
9. Cavabdeh1 birinci instansiya məhkəməsindən iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izah etmişdir ki, 2019-cu ildə Cavabdeh1 ona torpağın satmasını bildirmişdir. İlk öncə razı olmasa da, sonradan pula ehtiyacı olduğundan 700 manata satmağa razılıq vermişdir. Sənədləşmə işini Cavabdeh1 həll edirdi. Torpaq sahəsini həqiqətən satmışdır. Lakin sənəd işindən başı çıxmır. Notariat ofisində olarkən məbləğ az olduğundan müqavilədə 1800 manat qeyd edilmişdir. Atası həmin vaxt həbsdə idi. Notarius həmin vaxt dedi ki, digər mülkiyyətçilərə də məlumat verilməlidir. Cavabdeh1 orada olan tanışı ilə danışdı və heç kimə məlumat verilmədən müqaviləni bağladı. Torpağı könüllü satmışdır. Ona heç bir təyziq olmamışdır.
11. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
12. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1492/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına aparılmış qeydin ləğv edilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya və ailə üzvlərinə Yevlax rayonu, Qaraməmmədli kəndində ümumi birgə mülkiyyətində torpaq sahəsi verilmişdir. Cavabdeh2 07 avqust 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 0.72 ha torpaq sahəsini Cavabdeh1 satmışdır. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
15. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 adına aparılmış qeyd ləğv edilidir.
16. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müaviləsi bağlanan zaman mülkiyyətçilərin hər birinə məlumat verilmli idi. İddiaçının və digər mülkiyyətçilərin razılığı olmadan alqısatqı müqaviləsinin bağlanması onların mülkiyyət hüququnu pozur.
17. Həmçinin məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Hazırki iddia tələbi isə mülkiyyət hüququ ilə bağlı olduğundan iddia müttəti tətbir edilə bilməz.
18. Məhkəmə Cavabdeh1 izah etmişdir ki, 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə ödənilmiş pulun tələbi ilə Cavabdeh2 qarşı iddia əriəsi ilə məhkəməyə müraciət etmək hüquuq vardır.
19. Məhkəmə qeyd etmişdir ki, iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
20. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 71-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 140, 149.2, 152.1, 222.2, 351.2, 351.3, 354.1, 354.2, 355.1, 355.2, 357, 358.1, 358.2, 360.2, 404.1, 404.2, 560.1, 560.2, 560.3, 560.3.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam olaraq araşdırmamış, işdə olan əhəmiyyət kəsb edən sübutlara qiymət verməmişdir.
25. O, aşağıdakı əsaslara görə hesab edir ki, məhkəmə qətnaməsi tam qanunsuz olaraq qəbul edilmişdir.
26. 1-ci o, qanuni əsaslarla notariat orqanına girərək, satıcı ilə razılaşaraq, onun pulunu ödəyərək Cavabdeh2 onun payını notariat orqanında alqı-satqı etmişdir. İddiaçı, Cavabdeh2 bacısıdır. O, qanuni əsaslarla Elçinin torpağını almışdır. İşdəndə göründüyü kimi bu barədə tərəflərin alqı-satqı müqaviləsi bağlanmış, o da həmin əmlakın sahibi olaraq adına çıxarış əldə etmişdir.
27. 2-ci o, alqı-satqı müqaviləsindən sonra əldə etdiyi müqaviləni 17 saylı Ərazi İdarəsinə gətirərkən ona bildirmişlər ki, digər mülkiyyətçilərin aldığı torpaq sahəsi ilə bağlı razılıqlarının alınması üçün onların hər biri Dövlət Notariat Kontoruna getməli, bölgü ilə bağlı razılıqlarını bildirməlidir. Bu səbəbdəndə onlar Bərdə regional “Asan-Xidmət” Mərkəzinə gedərək notarius X3 iştirakı ilə İddiaçı, X13, X9 və onun iştirakı ilə Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən xx.xx.2020-ci il tarixli **********80 nömrəli dövlət aktı üzrə şəhadətnamənin alqı-satqı müqaviləsinə əsasən 3,5965 ha torpaq sahəsinin Bölgü Planı tərtib edilərək hər bir mülkiyyətçinin yeri könüllü razılıqla müəyyən edilərək “bölgüyə razıyam, şikayətim, etirazım, əlavəm yoxdur, bölgü planını imzamızla təsdiq edirik. Qeydini edərək hər biri öz imzasını çəkərək xx.xx.2022-ci il tarixində həmin razılığı yuxarıda qeyd etdiyi notariusda təsdiqləmişlər”.
28. Bundan sonra o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışı əldə etmişdir. Payları razılıqla bölünmüş, o da həmin torpağı istifadə edir. Burada İddiaçı öz yaxınlarının iştirakı ilə qardaşının, böyüklərinin bilavasitə iştirakı hər birinin razılığı ilə bu bölgünü etmişlər. Bu artıq qarşılıqlı razılıq deyilmi? Razılıq başqa necə olur?
29. 3-cü X14 artıq xx.xx.2022-ci il tarixində imzaladığı bölgü planını təsdiqləməklə, artıq razılığını verməklə bütün bunlardan xəbərdar idi. Şəxs 1 il 4 aydan sonra iddia ərizəsi qaldıraraq Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqısatqı müqaviləsini və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsini xahiş etmişlər. İşin hallarındanda görünür ki, iddiaçı həm alqı-satqı müqaviləsini, həm də çıxarışın etibarsızlığını mübahisələndirmişdir. Məhkəmə iddianı tam və yaxudda qismən ləğv etməsi işdə görünmür. Məhkəmə isə qətnamənin qət etdi hissəsində tələbdən tamamilə kənara çıxmışdır. İddiaçı alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirir. Məhkəmə isə həm müqaviləni etibarsız hesab edir, həm də 17 saylı Ərazi İdarəsi tərəfindən X11 adına aparılmış qeydini ləğv edir. Axı iddiaçı bu tələbdə olmadığı halda məhkəmə bütün bunları necə edə bilər. Qətnaməyə diqqət yetirsək iddiaçının belə bir tələbi mövcud deyil. Əgər mövcud olsaydı onların da xəbərləri olmaqla qətnamədə də bu hal öz təsdiqini tapardı. Bundan başqa əqidlərin etibarsızlığı ilə bağlı qanunda bir il müəyyən olunduğu məhkəməyə bildirilmişdir. Tələbdə əqdin ləğvi ilə bağlı bir cümlə mövcud deyildir. Məhkəmə bunları necə edə bilərdi. Onlar iddia müddətinin tədbiq edilməsini xahiş etmişlər. Çünki bu hal reallıqdır. Bundan başqa məhkəmə işin faktiki hallarına yetərincə qiymət verməmişdir. Axı iddiaçı ona çıxarış verilənədək bölgü ilə razılaşmışdır. Qəbul etsə ki, alqı-satqı müqaviləsində Nəzakət xanımın şəxsi istəyi olsada bəhanə gətirərək guya istəyinin olmadığını bildirir. Bəs bölgü planına nə deyələr? Onlar desinlər ki heç notariusa getməmişlər. Torpağı öz aralarında bölmüşlər. Bunlara da İddiaçı rəsmi razılıq verib. İstək və iradəsini bildirib. Alınan torpaq iddiaçının deyil, qardaşının torpağıdır. Torpağı satan onun qardaşıdır. Burada onun nə günahı var. Çıxarışı əldə edən zaman tərtib olunan bölgü planında İddiaçı razılığını imzası ilə təsdiq edir. Məhkəmə qətnamə qəbul edərkən iddianı təmin etməməli idi. Bu səbəbdəndə hazırki şikayətində maddi hüquq normalarının pozulduğunu bəyan edir.
30. Tərəfindən iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə müraciət etmişdir. Görünən oduki Mülki Qanunvericilikdə əqdlərin etibarsızlığı ilə bağlı ümumi müddət 1 il nəzərdə tutulmuşdur. Məhkəmə onun bu məsələsinə baxarkən AR MM-nın 354.1-ci maddəsinə istinad edərək yalnış bir mövqe ortaya qoymuşdur. Bu səbəbdən də məhkəmə, hesab edir ki, maddi hüquq normalarını pozmuşdur.
31. Onun fikir və mövqeyinə məhkəməyə təqdim etdiyi bölgü planına, işin faktiki hallarına heç bir halda qiymət verməmişdir. Tələbə qərəzli qaydada baxmış, əsassız olaraq mümkün olmayan bir tələbi təmin etməklə ədalət prinsipini pozmuşdur. Məhkəmə baxılan tələbə bərabər qaydada baxmamış, təqdim etdikləri sübutları heç bir əsas olmadan qətnamədə hansı səbəbdən qəbul edilməməsini əks etdirməmişdir. Tərəflərindən hər bir halda məhkəmə prosesini ədalətli aparılacağına ciddi inamları olsada çıxarılan nəticə real həqiqəti əks etdirməmişdir. Bu səbəbdəndə təqdim etdikləri sübutlar qeyriobyektiv, qərəzli hüquq normalarına müvafiq olaraq qiymət verilmədən dəyərləndirilməmişdir.
32. AR MPM-nın yuxarıda qeyd etdiyi normaları tam mənada ona münasibətdə pozulmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır. 1-ci tələbdə iddiaçının yalan mövqeyi təqdim etdikləri bölgü planında əks etdirildiyi halda məhkəmə iddiaçının yalanlarını təsdiq etmişdir. 2-ci məhkəmə iddia tələbinin xahiş etdi hissəsini çıxarılmış olduğu qətnaməsinin qət etdi hissəsi ilə uyğunlaşdırmamışdır. İddia tələbi ilə qətnamənin nəticə hissəsi iddiadan kənara çıxmaqdır. Bundan başqa məhkəmə iddia müddətinin tədbiqi ilə bağlı ərizələrini əsaslandırmamış mövqeyilə cavab vermişdir.
33. Məhkəmə iddia tələbinin əsassızlığını gördüyü halda səhv nəticəyə gəlmişdir. İş üçün əhəmiyyət kəsb edən hallar sübuta yetirilməmişdir. Həmin hal ondan ibarətdir ki, iddiaçı yalan danışmışdır. Öz iradəsinə müvafiq olaraq bölgü ilə razılaşmışdır. Bu razılaşmanı atasının, qardaşının və digər şəxslərin iştirakı ilə “Asan-Xidmət”-ində təsdiq etdirmişdir. İddiaçı çıxarışın və alqı-satqı müqaviləsinin etibarsızlığını istəyir. Məhkəmə isə iddianı tam və ya qismən təmin edib- etmədiyini müəyyən etməməklə iddiadan kənara çıxaraq hətta qeydi belə ləğv edir. Bu halda tələblə qətnamənin nəticə hissəsinin uyğun olmadığını ortaya qoyur.
34. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(039)-1492/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
35. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etirazında Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(039)-1492/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
36. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi, həmçinin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü iltarixli, 2(039)- 1492/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
37. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri və X20 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasında iştirak etməmələrinin üzrlü hesab edilməsini xahiş etsə də digər dəvət olunanlar gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:
41. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarxli qərarı:
42. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri 44.Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. Cavabdeh Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 1492/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Yevlax rayonu Aqrar İslahat Komissiyasının 20 iyun 1998-ci il tarixli 32 nömrəli qərarı ilə iddiaçı Hüseynova (Mürsəlova) Nəzakət Rafis qızının, Cavabdeh2, X13, X6, X4 ümumi birgə mülkiyyətinə Yevlax rayonu Qaraməmmədli kəndi ərazisindən 3.60 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 07 avqust 2019-cu il tarixdə 4Ə-1456 reyestr nömrəsi ilə qeydə alınmış, satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 3.60 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0.72 ha hissəsi 700 manata Cavabdeh1 satılmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsi 0,7193 ha paylarla X5, X13, X4, İddiaçı və Cavabdeh1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir. 17 yanvar 2022-ci il tarixdə Cavabdeh1, İddiaçı, X13 və X4 iştirakı ilə 3,5965 ha torpaq sahəsinin Bölgü Planı tərtib edilərək 0,7193 ha ayrılan torpaq sahəsinin naturada ayrılması və ölçüləri razılaşdırılmış, iştirakçılar bölgüyə razılıqlarını, şikayətlərinin olmamasını imzaları ilə təsdiq etmişlər. Həmin sənəd notarial qaydada da təsdiq edilmişdir. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsinin 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X7 məxsus hissəsindən 1/2 hissədə irs almışdır. Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 29 mart 2022-ci il tarixdə 4Ə-533 reyestr nömrəsi ilə qeydə alınmış, hədiyyə verənlər X8 və X20 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X1 rayonu Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 3,5965 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında ona məxsus 0,7193 ha, X20 isə 1,0789 ha hissəni İddiaçı hədiyyə etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 2.8772 ha torpaq sahəsi İddiaçı, 08 aprel 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat, **********08 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0,7193 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə rəsmiləşdirilmişdir. X8 22 may 2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmış torpaq sahəsinin naturada ayrılması və ölçüləri ölçüləri İddiaçı iştirakı ilə razılaşdırılmasına baxmayaraq, İddiaçı cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını və onun əsasında verilmiş çıxarışın ləğvini tələb etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçının və digərlərinin ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
51. Bundan əlavə, səlahiyyəti olmayan şəxsin əşyaya sərəncam verməsi və onun nəticələri ilə bağlı hüquq münasibətləri Mülki Məcəllənin digər normaları ilə də tənzimlənmişdir.
52. Belə ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
53. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
54. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
55. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ümumibirgə mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsini digər mülkiyyətçilərin razılığı olmadan satsa da, işə baxan birinci instansiya məhkəməsi 07 avqust 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin İddiaçı tərəfindən bəyənilməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə almamış, beləliklə maddi hüquq normalarının pozuntusuna yol vermişdir.
56. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin 3,5965 ha torpaq sahəsinin Bölgü Planı tərtib edilərək hər bir mülkiyyətçinin yerinin könüllü razılıqla müəyyən edilməsinə, həmin razılığın notariusda təsdiq edilməsinə, payların razılıqla bölünməsinə, iddiaçının ona çıxarış verilənədək bölgü ilə razılaşmasına, torpağı öz aralarında bölmələrinə, bunlara İddiaçı rəsmi razılıq verməsinə, istək və iradəsini bildirməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan 17 yanvar 2022-ci il tarixdə Cavabdeh1, İddiaçı, X13 və X4 iştirakı ilə tərtib edilmiş 3,5965 ha torpaq sahəsinin Bölgü Planından görünür ki, iştirakçılar 0,7193 ha torpaq sahəsinin 3,5965 ha torpaq sahəsindən naturada ayrılmasını və ölçülərini razılaşdırmaqla yanaşı bölgüyə razılıqlarını, şikayətlərinin olmamasını imzaları ilə təsdiq etmişlər. Həmin sənəd notarial qaydada da təsdiq edilmişdir.
57. Həmçinin işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsi 0,7193 ha paylarla X5, X13, X4, İddiaçı və Cavabdeh1 mülkiyyətlərinə rəsmiləşdirilmişdir.
58. İşdə olan Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 iyun 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 3,5965 ha torpaq sahəsinin 24 fevral 2010-cu il tarixdə vəfat etmiş X7 məxsus hissəsindən İddiaçı 1/2 hissədə irs almalıdır.
59. İşdə olan Bərdə Regional “Asan xidmət” mərkəzində Notariat ofisində 29 mart 2022-ci il tarixdə 4Ə-533 reyestr nömrəsi ilə qeydə alınmış, hədiyyə verənlər X8 və X20 ilə hədiyyə alan İddiaçı arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 rayonu Qaraməmmədli kəndində yerləşən ümumi sahəsi 3,5965 ha olan torpaq sahəsinin paylı mülkiyyət hüququ əsasında ona məxsus 0,7193 ha, X20 isə 1,0789 ha hissəsini İddiaçı hədiyyə etmişlər.
60. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 13 aprel 2022-ci il tarixdə verilmiş ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 2.8772 ha torpaq sahəsi İddiaçı mülkiyyəti kimi onun adına qeydiyyata alınmışdır.
61. İşdə olan 08 aprel 2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0,7193 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyəti kimi onun adına qeydiyyata alınmışdır.
62. Məhkəmə kollegiyası hesab edir ki, X27 Xidmət mərkəzində Notariat ofisində 07 avqust 2019-cu il tarixdə 4Ə-1456 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlandığı zaman JN 369 KOD ********* olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında göstərilən 3.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin sağ olan digər birgə mülkiyyətçiləri iştirak etməsələr də, 10 iyun 2020-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla mübahisəli torpaq sahəsi tərəflərin paylı mülkiyyəti kimi qeydiyyata alınmış və İddiaçı 17 yanvar 2022-ci il tarixdə torpaq sahəsinin Bölgü Planını imzası ilə təsdiq etməklə sonradan mübahisələndirdiyi 07 avqust 2019-cu il tarixli alqısatqı müqaviləsinə öz razılığını ifadə etmişdir.
63. Bu baxımdan, apellyasiya şikayətinin qanuni əsaslarla alqı-satqı etməsi, qanuni əsaslarla Elçinin torpağını almasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olmuş İddiaçı bu əqddən xəbərdar olması və bəyənməsi işin araşdırılmış halları ilə müəyyən olunur.
64. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli qərarında qeyd olunanlara əsasən hazırkı iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
65. Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.
66. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
67. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.
68. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
69. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
70. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
71. Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.
72. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.
73. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.
74. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
75. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.03.23-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
76. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.
77. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.
78. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
79. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
80. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi üzrə müraciəi Mülki Məcəlləinin 5.3cü və 16.1-ci maddələrində təsbit edilmiş mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd olmaqla həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən hüquqdan sui-istifadə halını yaradır.
81. Kollegiya qeyd edir ki, məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olubolmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan suiistifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir.
82. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi’’ anlayışının özünə kökündən ziddir.
83. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şəxsin 1 il 4 aydan sonra iddia qaldırması, X10 xx.xx.2022-ci il tarixində imzaladığı bölgü planını təsdiqləməklə, bütün bunlardan xəbərdar olması, iddia müddətinin tədbiq edilməsini xahiş etməsi, tərəfindən iddia müddətinin tədbiq edilməsinə dair ərizə ilə müraciət edilməsi, məhkəmənin AR MMnın 354.1-ci maddəsinə istinad edərək yalnış bir mövqe ortaya qoymasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
84. Göründüyü kimi Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əyər iddia tələbi əsaslıdırsa və iddia müddəti keçibsə iddia müddəti tətbiq edilə bilər. Yox əgər iddia tələbi əsassızıdırsa iddia müddətinin tətbiq edilməsinə zəruruət yoxdur. Yəni iddia ərizəsi əsassızlığına görə rədd edilməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir.
85. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikaslı Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
86. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 mart 2020-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının tətbiqi üçün əhəmiyyət kəsb etmir.
87. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
88. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
89. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına əsasən Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
90. Bir sözlə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə iddia müddətinin, yaxud kəsici müddətin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir.
91. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin iddianı tam və yaxud da qismən təmin etməsinin işdən görünməməsi, məhkəmənin qətnamənin qət etdi hissəsində tələbdən tamamilə kənara çıxması, iddiaçının alqı-satqı müqaviləsinin etibarsızlığını mübahisələndirməsi, məhkəmənin isə həm müqaviləni etibarsız hesab etməsi, həm də 17 saylı Ərazi İdarəsi tərəfindən X11 adına aparılmış qeydi ləğv etməsi, iddiaçının belə bir tələbinin mövcud olmamasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddia ərizəsindən və iddia tələbinin dəqiqləşdirilməsinə dair sonradan təqdim edilmiş ərizədən görünür ki, iddiaçı, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsini və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, alqı-satqı müqaviləsi əsasında alıcının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və bunun əsasında da X11 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Yəni çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasını təsdiq edən sənəddir.
92. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
93. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb edildiyi göstərilsə də iş materiallarından, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin iş üzrə cavabdeh qismində cəlb edilməsi məsələsinin müzakirə edilməsi, iddiaçı tərəfin bununla bağlı vəsatət verməsi, məhkəmənin buna dair təklif irəli sürməsi halları müəyyən edilmir.
94. Halbuki Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
95. Göründüyü kimi birinci instansiya məhkəməsi Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin cavabdeh qismində cəlb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara riayət etməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. X28 “Asan Xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia tələbi irəli sürülməmiş və həmin təşkilat birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh qismində cəlb edilməmişdir.
96. Göstərilənlər nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Bərdə Regional “Asan Xidmət” mərkəzində Notariat ofisi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
97. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1492/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilməlidir.
98. İddia rədd edildiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir.
99. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-1492/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.