Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1451/2023 13.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında Cavabdeh ərizəsinin təmin edilməməsi barədə İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu,Ərəgit kəndində 0.05 hektar torpaq sahəsində yerləşən 477.40 kv.metr sahəsi olan fərdi yaşayış evinin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülərək onların birgə sahibliyinə və istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qətnaməsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışa əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, Ərəgit kəndində 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 477.40 kv.metr olan fərdi yaşayış evi Cavabdeh qeyriqanuni sahibliyindən götürülərək iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə sahibliyinə və istifadələrinə verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-914/2023-cü nömrəli qərardadı ilə verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri mümkün hesab edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi Vəkil 03 oktyabr 2023-cü il tarixdə apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Cavabdeh məhkəmə tərkibinə etirazı baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin surəti 22 may 2023-cü il tarixdəqətnamə qəbul edildikdən 3 gün sonra tərəflərə rəsmi qaydada göndərilmiş, 6 gün sonra- 26 may 2023-cü il tarixdə isə Vəkil tərəfindən rəsmi şəkildə qəbul edilmişdir. Qətnamə rəsmi qaydada tərəflərə verildikdən 28 gün sonra - yəni apelyasiya şikayəti verilmə müddətinin son gününə 3 gün qalmış Vəkil tərəfindən apelyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İsmayıllı Rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayətə apellyasiya məhkəməsinə vəkil orderinin əlavə edilməməsini əsas gətirərək apellyasiya şikayətini qeyri-mümkün hesab edilərək geri qaytarılması barədə qərardad qəbul etmiş, həmin qərardaddan verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qərar 29 sentyabr 2023-cü il tarixdə vəkilin elektron kabinetinə yerləşdirilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qətnaməsindən Vəkil 3 oktyabr 2023-cü il tarixdə apelyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə verərək, yuxarıda sadalanan səbəblərin üzürlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, iş üzrə birinci apellyasiya şikayəti müddətin bitməsinə 3 gün qalmış verilmiş, həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in müddəaları pozulmaqla verilmiş, həmin pozuntu Vəkil məlum olduqdan sonra isə yeni apellyasiya şikayəti 3 gün deyil, 4 gün sonra verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 19 may 2023cü il tarixli 2(037)-149/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti tərəfin öz təqsiri üzündən ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin, ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(037)-149/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(037)-149/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1451/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1451/2023
13.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver