Məhkəmə qərarları › İş №2(107)-1453/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1453/2023

13.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1453/2023 13.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(019)-586/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsayova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 qarşı qəsdə son qoyma, qapının açılması və cavabdehlərə məxsus əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(019)-586/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsayova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu, Hənifə kəndində yerləşən, ona məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 məxsus əşyaların cavabdehlərin öz hesabına evdən çıxarılması, qıfıllanmış qapının açılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(019)-586/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Hənifə kəndində yerləşən ,mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 əmlakları onların özlərinin hesabına çıxarılsın, onlar tərəfindən evin qıfıllanmış qapısının açılması,100 manat dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsayova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Balakən Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli e-2(019)-586/2023 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə saat 15:48-də cavabdehlər Cavabdeh1 və Cavabdeh4 elektron kabinetinə yerləşdirilmiş,digər cavabdehlər İsakova (Əliqayeva) Günəş Nəybullah qızına və Cavabdeh2 isə 18 sentyabr 2023-cü il tarixdə sifarişlixəbərnaməli poçt vasitəsi ilə göndərilmiş, 21 sentyabr 2023-cü il tarixdə qətnamənin surəti rəsmi qaydada onlara verilmişdir. Lakin cavabdehlər qanunla müəyyən edilmiş 1(bir) ay müddətdə apellyasiya şikayəti verməmiş, apellyasiya şikayəti 24 oktyabr 2023-cü il tarixdə, yəni apellyasiya şikayəti vermə müddəti heç bir üzürlü səbəb olmadan ötürülməklə (apellyasiya şikayəti vermə müddəti cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən 06 gün,digər cavabdehlər İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 tərəfindən 03 gün ötürülmüşdür) verilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh1 şikayətində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(019)-586/2023 nömrəli qətnaməsi ona poçt işçisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu zaman ona sənədi almağı barədə heç bir sənədə imza etdirilməmişdir. Məhkəmə tərəfindən sistemə əlavə edilmiş çatdırılma barədə sənəddə də onun imzasının olmaması aydın görünür. Zərfin üstündəki tarix pis oxunsa da 24 rəqəmi seçilir. Zərfin əslini məhkəməyə təqdim edə bilər. Qətnamə ona poçt vasitəsilə göndərildiyi üçün zərfin üstündəki tarixin əsas götürüləcəyini düşünmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh istinad etdiyi zərfi şikayətə əlavə etsə də, həmin zərfin üzərində zərfin ünvan sahibinə məhz xx.xx.2023-cü ildə çatdırıldığını göstərən hər hansı yazıya rast gəlinmir. Zərfin üzərində olan möhürlər isə oxunmaz vəziyyətdədir. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(019)-586/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar