Məhkəmə qərarları › İş №2(107)-146/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-146/2020

07.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-146/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, iddiaçılar İddiaçı və X3 nümayəndəsi və vəkil X13 və Cavabdeh1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı və X8 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X7 Şəhər Məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Asan Xidmət Mərkəzində notariat kontoruna qarşı iddia qaldıraraq X6 miras əmlakına vərəsəlik hüquqlarının tanınması, Məmməd Sarıyevdən miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin yalnız İddiaçı və qızı Günel Zəkarazadə tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Ruslan və Cavabdeh2lər məhkəməyə qarşılıqlı iddia təqdim edərək ataları X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(051)-897/2019 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və Günel Zəkarazadənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakına vərəsəlik hüquqlarının tanınması və mirasın qəbul edilməsinin müəyyən olunması tələbinə dair mülki iş üzrə hakimə etirazları təmin edilmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il taixli 2(107)-1509/2019 nömrəli qərardadı ilə etiraz təmin edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) xx xxxx 2019-cu il tarixli 2(039)- 1372/2019 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 14 saylı evin 30 saylı mənzili ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılmış və həmin mənzilin ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə X2, ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 payları müəyyən edilməklə, ilkin və qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X16 ilə xx xxxxx 1990-cı ildə ailə qurmuş, Günel Zəkarazadə bu evlilikdən doğulmuşdur. M.Sarıyev ondan əvvəl nikahda olmuş və əvvəlki nikahından cavabdehlər anadan olmuşlar. Onların arasındakı nikah pozulmamışdır. Əri M.Sarıyev xx xxxxxxxx 2016-cı ildə vəfat etmiş, vəfat edənə qədər birlikdə ünvan 1 mənzil 30 ünvanında yaşamışlar. Əri vəfat edənə qədər onun və qızının cavabdehlərlə heç bir mübahisəsi olmamışdır. Məmməd Sarıyev sağlığında xəstə olduğundan gələcəkdə ola biləcək mübahisələrdən qaçmaq məqsədilə 2014-ci ildə Cavabdeh1 Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı evin, 47 saylı mənzilini, Cavabdeh2 isə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 16 saylı evin, 61 saylı mənzilin dəyərini ödəməklə satın almış və ailələri ilə birlikdə həmin mənzilə yerləşdirmişdir. Ailə daxili danışıqlarda yaşadıqları mənzilin ona və qızına qaldığını bildirmiş və cavabdehlər də buna etiraz etməmişlər. Bu müddət ərzində o da, qızı da hesab etmişdir ki, mübahisəli mənzil onların payıdır. Ancaq notariat kontoruna gedib bu barədə ərizə verməyi təklif edərkən əsl niyyətin başqa olmasını bilmişlər. Məmməd Sarıyev vəfat edərkən ondan miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilində yaşamaqla, mirasın qəbulunu həyata keçirmişlər, mənzilin bütün kommunal xərclərini ödəmişlər. Cavabdehlər isə başqa ünvanda yaşamış, mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə verməmiş, faktiki hərəkətlərilə iradə idəsi bildirməmişlər. Ona görə də X6 miras əmlakına vərəsəlik hüquqlarının tanınması, Məmməd Sarıyevdən miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin yalnız İddiaçı və qızı Günel Zəkarazadə tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ataları vəfat etdikdən sonra da daimi olaraq həmin evə gedib-gəlmişlər. Həmin vaxtlar onlar evdən istifadə etmiş, özlərinə məxsus olan pul vəsaitini qeyd edilən mənzildə saxlamışlar. Bundan başqa, onlar mübahisəli mənzildə təmir işləri aparmış və həmin mənzilə KOMBİ istilik sistemi çəkilmişdir. Qeyd olunanlarla yanaşı, anasına məxsus olan və atası ilə birgə nikah dövründə alınmış qızıl zinət əşyaları da onlarda olmuşdur. Həmin mənzilin təmir edilməsi üçün onlar, ümumilikdə 1870 manat pul xərcləmişlər. Bu fakt onu göstərir ki, onlar əmlakdan istifadə etmişlər. Bundan başqa, ilkin iddia üzrə cavabdehlər tərəfindən özlərinə məxsus pul və qızıl zinət əşyalarını həmin evdə saxlamışlar. Digər bir fakt ondan ibarətdir ki, anaları ilə atalarından birgə nikah dövründə alınmış qızıl zinət əşyaları da onlarda qalmış və həmin əmlakı miras olaraq qəbul etmişlər. Mənzilin kommunal xərclərinin ödənilməsi ilə bağlı məvacibi də onlar ödəmişlər. Ona görə də ataları X4 miras qalmış Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı mənzilinin özləri tərəfindən faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır.. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırmışdır ki, mən İddiaçı miras qoyan Məmməd Sarıyevlə xx xxxxx 1990-cı ildə ailə qurmuşam. Birgə evlilikdən bizim Günel adlı övladımız olmuşdur. Məmməd Sarıyev məndən əvvəl nikahda olmuş və əvvəlki evliliyindən isə onun, hazırki iddia üzrə cavabdehlər olan Ruslan və Cavabdeh2 adlı övladları vardır. X9 evliliyim pozulmamış və o vəfat edənə qədər mən və qızım Günel ilə birgə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14 saylı evin 30 saylı ənzilində yaşamışıq. Ərim Məmməd vəfat edənə qədər cavabdehlərlə heç bir mübahisəm olmamışdır. Məmməd Sarıyev isə xəstə olduğundan sağlığında gələcəkdə ola biləcək mübahisələrdən qaçmaq məqsədilə 2014-cü ildə Cavabdeh1 Mingəçevir şəhəri, H.Əliyev küçəsi, 42 saylı evin, 47 saylı mənzilini, Cavabdeh2 isə Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 16 saylı evin, 61 saylı mənzilinin dəyərini ödəməklə satın almış və onları ailələri ilə birlikdə həmin mənzilə yerləşdirmişdir. Hətta həmin mənzillərdən biri biz ər-arvadın ümumi birgə mülkiyyətində olmuş və mənim də razılığımla bağışlanmış, razılaşmamıza əsasən isə yaşadığımız mənzil mənə və qızıma qalmışdır. Bu müddət ərzində mən də, qızım da hesab etmişik ki, bu da bizim payımıza düşmüşdür. Hətta cavabdehlər Ruslan və Cavabdeh2 2019-cu ilin yanvar ayında Mingəçevir Şəhər Məhkəməsində miras əmlakın qəbul edilmə müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması, miras payların müəyyən edilməsi tələbinə dair iddia qaldırmışlar və həmin iddia tələbləri məhkəmənin xx xxxx 2019- il tarixli 2(051)-932/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Yalnız xx xxx 2019-cu ildə bizə qarşı mirasın faktiki qəbul edilməsi və miras paylarının müəyyən edilməsi barədə iddia qaldırmışlar. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 iddialarının faktiki əsası kimi «ilkin iddia üzrə cavabdehlər tərəfindən özlərinə məxsus pul və qızıl zinət əşyalarının mübahisəli mənzildə saxlanması, həmin mənzildə öz şəxsi vəsaitləri hesabına təmir işləri aparması və anaları və atalarının birgə nikah dövründə alınmış qızıl-zinət əşyalarının ilkin iddia üzrə cavabdehlərdə olması faktı onu deməyə əsas verir ki, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən əmlakın qəbul edilməsi ilə bağlı nəticəyə gəlməyə kifayət qədər əsas verir» göstərməklə iddia qaldırmışlar. İlk və qarşılıqlı iddianı qismən təmin edən məhkəmə qətnaməni əsaslandırarkən göstərmişdir ki, “Məhkəmənin araşdırmaları zamanı qarşılıqlı iddiaçılar miras qoyannın-atalarının ölümündən sonra müntəzəm olaraq mübahisəli mənzilə gedib-gəldiklərini, mənzilin bir açarının onlarda olduğunu, atalarının dəfn və yas mərasimlərini keçirdiklərini, bu mərasimlərdən sonra mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus əşyaları apardıqlarını, mənzili təmir etdirib kombi sistemi ilə təchiz etdiklərini, ilkin iddiaçılarla münasibətlərinin həmişə yaxşı olduğunu, bacılarının onların məsləhət görmədikləri insanla ailə qurmasından sonra münasibətlərinin pisləşdiyini, ilkin iddiaçının qapı kilidinin dəyişdirildiyini və məhz bundan sonra mübahisəli mənzilə daxil ola bilməmələrini bildirmişlər. İlkin iddiaçılar isə mübahisəli mənzilin kombi sistemi ilə təchiz olunması halından başqa, qalan halları mübahisələndirməyərək bildirmişlər ki, mərhum M.Sarıyev hələ sağlığında qarşılıqlı iddiaçılara mənzil alıb onları yerləşdirmiş, mübahisəli mənzili isə ilkin iddiaçılara bağışlamışdır, qarşılıqlı iddiaçıların maddi imkanları yaxşıdır və mübahisəli mənzilə ehtiyacları yoxdur”. Bu ifadələrlə bağlı məhkəmə iclas protokoluna qeydlər verilmişdir. İddiaçıların göstərdikləri ilə bağlı bildirilmişdir ki, mərhum Məmməd Sarıyev vəfat etdikdən sonra aralarında miras əmlakla bağlı heç bir mübahisə olmamış, M.Sarıyev sağlığında İddiaçı razılığı ilə cavabdehləri hər cür maddi təminatla, həm mənzil, həm də qeyri-yaşayış sahəsi ilə təmin etdiyindən, cavabdehlər bu mənzildən atalarının ölümündən 2 ildən artıq müddətdə miras payı tələb etməmişlər. Aramızdakı mübahisə isə 2018-ci ilin yayında iddiaçı Günelin ailə qurması ilə bağlı yaranmış və həmin vaxtdan sonra cavabdehlər onlardan qisas almaq məqsədilə hazırki iddianı qaldırmışlar. Cavabdehlərdə heç vaxt evin açarları olmamışdır. Cavabdehlərin ona qarşı qızıl zinət əşyaları tələbinə dair iddiaları üzrə ayrıca məhkəmə mübahisələri olmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlərin ona qarşı 73 adda qızıl zinət əşyaları və 9100 ABŞ dolları tələbinə dair iddiaları təmin edilməmişdir. Cavabdehlərin mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus əşyaları aparmaları ilə əlaqədar qeyd olunmalıdır ki, həmin hallar baş vermiş olsa belə şəkillər miras əmlak toplusuna daxil deyildir, analarına aid 750 əyarlıq üzüyün aparılması, özlərinə məxsus əşyaları apamaları Məmməd Sarıyevin mirasının qəbul edilməsi sayılmır. Halbuki, cavabdehlər Rinat və Cavabdeh1lər İddiaçıqarşı əmlak tələbinə dair iddia tələblərində İddiaçı onları evdən qovmasını göstərmişlər. Həmin cavabdehlərin miras əmlakın qəbul edilmə müddətinin uzadılması və əmlak tələbinə dair iddia ərizələrinin surətini işə baxarkən məhkəməyə təqdim etmişdir. Məhkəməyə cavabdehlər tərəfindən təqdim olunmuş şahid ifadələri bir-birilə uyğunluq təşkil etmir, verdikləri ifadələrin mötəbərliyinə dair hər hansı sübut yoxdur, hər birisi ayrıayrı hallarla bağlıdır. İş üzrə şahid qismində izahat vermiş şahid X17 özü təsdiq edir ki, həmin binada yaşamır. Məmməd Sarıyev vəfat etməmişdən əvvəl binadan çıxmışdır. İş üzrə şahid qismində ifadə vermiş Məmmədov İsgəndər Zöhrab oğlu isə həmin mənzildə heç vaxt olmamışdır. Cavabdehlərin mal-material almasına dair təqdim etdikləri qəbzin isə mübahisəli evə aidiyyəti yoxdur. İsgəndər Məmmədovun o evdə işləməsini cavabdehlərdən və özündən başqa heç kəs təsdiq etməmişdir. Həmin şəxs santexnik ustası olmuşdur. Kombinin isə Vüqar usta çəkdiyini qəbzdə cavabdehlər öz dəst xətləri ilə yazsalar da, məhkəmə İsgəndər Məmmədovun kombi çəkməsi qənaətinə gəlmişdir. İş üzrə şahid X10 isə qapının kilidinin içliyinin İddiaçı tərəfindən dəyişdirildiyini göstərmişdir. Bir daha göstərir ki, məhkəmə iclasında bildirmişdir ki, qapının kilidinin içliyi dəyişdirilməmişdir. Həmin məsələ ilə bağlı Çingiz Nəbiyev cavabdehlərin İddiaçı qarşı əmlak tələbinə dair mülki işdə də şahid qismində dindirilmiş və həmin işdə də içliyi dəyişdirmədiyini bildirmişdir. Çingiz Nəbiyev məhkəmədə yalan danışaraq göstərmişdir ki, dükan işlədir. Halbuki, o, taksi fəaliyyəti ilə məşğuldur. O heç bir vaxt Çingiz Nəbiyevdən qapı kilidinin içliyini almamışdır. Çingiz Nəbiyevə sual verilmişdir ki, Siz hər kilid dəyişəndə bu barədə məlumatları yayırsınızmı? O isə cavabında Cavabdeh1 2019-cu ilin yanvar ayında ona yaxınlaşıb kilidi dəyişdiyini soruşarkən bu barədə məlumat verdiyini təsdiq etmişdir. Bu isə onu təsdiq edir ki, şahid Cavabdeh1 iradəsi ilə ona uyğun ifadələr verməyə gəlmişdir. X1 onun qayını, X11 isə baldızıdır. Ərinin sağlığından onların münasibətləri normal olmamış, aralarında münaqişə olmasına görə Zabella Əhmədova ilə bir-birinin evinə gəlibgetməmişlər. Voroşil Sarıyev isə onlara gəlib getsə də, Məmməd Sarıyev onlara getməmiş, onu da Voraşilgilə getməyə qoymamışdır. Hətta Günelin toy mərasimində də bu səbəbdən iştirak etməmişlər. Cavabdehlər mirasın qəbulu ilə bağlı sübut təqdim etməmişlər. Təqdim edilmiş sübutlar isə mirasın faktiki qəbulunu təsdiq edən sübutlar deyildir. Ona görə də göstərilənləri əsas tutub, məhkəmədən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini, ilk iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkil Ruhiyə Kərimli apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Cavabdeh1 bildirmişdir ki, iddiaçılarla münasibətləri həmişə yaxşı olmuş, atalarının dəfn, yas mərasimlərini keçirmiş, həmişə mübahisəli mənzilə gəlib-getmiş, atalarının vəfatından sonra da bacıları olan Günelə və anası Faziləyə baxmış, həm maddi, həm də mənəvi dəstək göstərmişlər. Sonra mübahisəli mənzili təmir etdirmiş, mənzilə kombi sistemi çəkdirmiş, hətta rəhmətlik analarına aid bəzi qızıl əşyaları, onların özlərinə məxsus qızıl zinət əşyaları və digər şəxsi əşyaları da mübahisəli mənzildə olmuşdur. Onlar qızıl zinət əşyalarının satışı ilə məşğul olmuş, ataları rəhmətə getməmişdən əvvəl isə mağazalarında oğurluq olduğundan həmin vaxtdan sonra onlar daha qiymətli, nadir əşyaları mübahisəli mənzildə saxlamışlar. Bacıları Günel onların istəmədiyi, Mingəçevirdə mənfi reputasiyalı bir adamla ailə qurduğuna görə aralarındakı yaxşı münasibət pozulmuşdur. Bundan sonra xx xxxxxx 2018-ci ildə həmişəki kimi evə gələn zaman görmüşlər ki, anaları Fazilə qapı kilidinin içliyini dəyişmiş, beləliklə onları mənzilə buraxmamışdır. Məhz bundan sonra münasibətləri daha da pisləşmişdir. Mübahisəli mənzil onların ata yurdu olmuşdur və orada onların da payının olduğunu hamı bilir. Bununla bağlı heç vaxt aralarında narazılıq olmamışdır. Ataları saatsaz işləmiş və gündəlik qayğıları ilə yaşamışdır. Onun ev almağa heç vaxt imkanı olmamışdır. Həmin vaxtlarda o və qardaşı Rinat Kazaxstanda qızıl alveri ilə məşğul olmuş, işlədikləri müddətdə atalarına ev alması üçün pul göndərmiş və atası həmin pulla öz adına iki ev almış, daha sonra isə həmin evləri bağışlama yolu ilə ona və qardaşına vermişdir. Bu evlərdə özlərindən başqa heç kimin haqqı olmamışdır. Atalarının vəfatından sonra isə onlar mirası qəbul etmişlər. Belə ki qardaşı Rinat 2016-cı ilin may ayına qədər həmin evdə qeydiyyatda olmuşdur. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar, Cavabdeh2 və üçüncü şəxs notariat kontorunun nümayəndəsi məhkmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün olan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla, yəni nikah, doğum, ölüm haqqında şəhadətnamələr, ƏMDK DƏDRX-in 17 saylı X19 tələb edilmiş materiallar, çıxarış, tərəflərin izahatları, habelə iş üzrə şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, İddiaçı xx xxxxx 1990-cı ildə Məmməd Sarıyevlə nikaha daxil olmuş, onların bu nikahından digər iddiaçı Günel Zəkarazadə anadan olmuşdur. Cavabdehlər isə Məmməd Sarıyevin birinci nikahından doğulmuş övladlarıdır. Mübahisəli Mingəçevir şəhəri, D.Əliyeva küçəsi,ev 14, mənzil 30-da yerləşən mənzil xx.xx.2015-ci ildə tərəflərin razılığı ilə Məmməd Sarıyevin adına özəlləşdirilmiş və Məmməd Sarıyevin adına mənzilə dair xx xxxxxx 2015-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, Məmməd Sarıyev xx.xx.2016-cı ildə vəfat etmiş, tərəflər arasında mənzillə bağlı mübahisə yarandığından notariat orqanı onlara vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmiş və məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, Ruslan və Rinatla uzun müddət qonşu olmuş, eyni binada yaşamış, sonradan ailə quraraq həmin binada-mübahisəli mənzilin üstündəki mənzildə bir müddət kirayədə yaşamış, valideynləri isə hazırda da orada yaşayır. İddiaçıları da qonşu kimi tanımışdır. Ruslan və Rinatın ataları rəhmətə gedəndən sonra da həmişə onları mübahisəli mənzilə gəlib-gedən görmüş, dəfələrlə Ruslan və Rinatın bazarlıq edib gəldiyini görmüş, binanın qarşısında söhbətlər etmişlər. Hətta bir dəfə onların mənzilindən mübahisəli mənzilə su axdığından Ruslan gəlib onlara irad da bildirmişdir. Tərəflərin münasibətləri həmişə mehriban olmuş, son dövrlərdə pozulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Məmmədov İsgəndər Zöhrab oğlu bildirmişdir ki, o, santexnik işləyir. Cavabdeh1 tanıyır. Əvvəllər həm onun özünün, həm də qohumlarının sifarişi ilə dəfələrlə onlara məxsus evlərdə təmir işləri aparmışdır. Ruslanın sifarişinə əsasən digər usta yoldaşı ilə mübahisəli mənzildə kombi sistemi çəkmişdir. Mübahisəli mənzildə cəmi 5 kombi nöqtəsi olmuş və kombi nöqtəsini 50 manata çəkmişdir. Mənzildə işləri görən zaman tanımadığı qadın ona yemək və çay vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, tərəfləri tanıyır, mübahisəli mənzilin yerləşdiyi bina ilə üzbəüz binanın altında dükan işlədir. İddiaçı ondan bir dəfə qapı kilidinin içliyini almış, sonra xahiş etmişdir ki, mübahisəli mənzilin qapısının kilidinin içliyini dəyişsin. O da qonşu kimi dəyişmişdir. Həmin vaxt köhnə içlik işlək vəziyyətdə olmuşdur. Ruslan bu barədə ondan soruşduqda, o, İddiaçı xahişi ilə içliyi dəyişdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində digər şahid X15 ifadəsində göstərmişdir ki, mərhum Məmməd Sarıyevin qardaşıdır. 1978-ci ildən o da mübahisəli mənzilin yerləşdiyi binada yaşamaqla, tərəflərlə həm də qonşudur. Qardaşı rəhmətə gedəndə mərhumun dəfn və yas xərclərini oğulları Ruslan və Rinat qarşılamış, qardaşı rəhmətə gedəndən sonra Ruslan və Rinat iddiaçılara baxmağa davam etmiş, həmişə mənzilə gəlib-getmişlər. İddiaçıların bütün qayğılarını çəkmiş, problemlərini həll etmiş, mübahisəli mənzili təmir etdirmiş, mənzilə kombi sistemi çəkdirmiş, iki dəfə iddiaçı Faziləni əməliyyat etdirmişlər. Mübahisəli mənzil uşaqların ata yurdu olmuş, onların hamısının mənzildə payı olduğunu hamı bilmişdir. Mənzilin bir açarı həmişə Ruslan və Rinatda olmuş, hətta onlar öz qızıllarını da ata yurdu kimi həmin mənzildə saxlamışlar. Onların mərhum analarına aid əşyalar da, qızıllar da həmin mənzildə olmuşdur. Sonradan onlar həmin əşyaları mənzildən aparmışlar. Bacıları Günelin istəmədikləri insanla ailə qurmasına əsəbləşdiklərindən münasibətləri pozulmuş, bundan sonra da Fazilənin mənzilin açarını Çingizə dəyişdirdiyini o, şəxsən görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X12 bildirmişdir ki, mərhum Məmməd Sarıyevin bacısıdır. O da mübahisəli mənzilin yerləşdiyi binanın qonşuluğunda yaşayır. İddiaçılar heç yerdə işləməmiş, qardaşı 6 il xəstə olmuş, sonra rəhmətə getmiş, həmin müddətdə və ondan sonra da Ruslan və Rinat iddiaçılara ailə kimi baxmış, mərhumun dəfn və yas xərclərini çəkmiş, həmişə mənzilə gəlib-getmiş, mübahisəli mənzili təmir etdirmişlər. Mübahisəli mənzilin bir açarı da həmişə Ruslan və Rinatda olmuşdur. Münasibətləri həmişə yaxşı olmuş, bacıları Günelin istəmədikləri insanla ailə qurmasına əsəbləşdiklərindən münasibətləri pozulmuşdur. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Belə ki, apelyasiya şikayətində göstərilir ki, heç bir vaxt evin açarları cavabdehlərdə olmamışdır. Cavabdehlərin izahatlarından görünür k, mübahisəli mənzilin açrlarından biri həmişə onlarda olmuş, lakin iddiaçılarla münasibətləri pozulandan sonra iddiaçılar qapı kilidinin içliyini dəyişdirərək onları mənzilə buraxmamışlar. Birinci instasniya məhkəməsində şahid qismində ifadə vermiş Çingiz Nəbiyev bu faktı təsdiq etmişdir. İddiaçıların özləri isə işin bu halını bilavasitə mübahisələndirməmişlər. Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilini işin faktiki halları ilə üstüstə düşməyən və qətnamənin qanuniliyi və əsaslılığına təsir etməyən əsassız dəlil kimi qiymətləndirir. Apelyasiya şikayətinin dəlillərindən biri budur ki, cavabdehlərin iddiaçı Fazilə Gülmalıyevə qarşı qızıl zinət əşyaları tələbinə dair iddiaları üzrə ayrıca məhkəmə mübahisələri olmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, baxılan iş üzrə cavabdehlərin atalarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmələrini təsdiq edən kifayət qədər sübutlar vardır. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar–iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Cavabdehlərin və onların tərəfində ifadə vermiş şahid ifadələri ilə yanaşı, iş materiallarında (i. v.106) olan Mingəçevir şəhər D.Əliyeva küçəsi, 14, m. 36-da yaşayan Umudvar Cabbarov (tel: ***-***-**-**), Mingəçevir şəhər, D.Əliyeva küçəsi, 14, m. 14-də yaşayan Ramil Mustafayev (tel: ***-***-**-**), Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14, m. 38-də yaşayan Gülnaz Məmmədova (tel: ***-***-**-**), Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14, m. 29-da yaşayan Naimə Hacıyeva və Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 14, m. 24də yaşayan Kamal Quliyev tərəfindən tərtib edilərək imzalanmış və “Mingəçevir” Mənziltikinti kooperativinin möhürü ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, aktı tərtib edən qonşular təsdiq etmişlər ki, Cavabdeh1 və Cavabdeh2 D.Əliyeva küçəsi, 14, m. 30 ünvanında yaşamış Sarıyev Məmmədin övladlarıdır. Bildiririk ki, Cavabdeh1 və qardaşı Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixədək (yəni ögey anaları İddiaçı evin qapısının qıfılını dəyişdirənədək) ata evi olan Dilarə Əliyeva 14, mənzil 30 ünvanına gəlib gediblər. Həm atalarının sağlığında, həm də ataları dünyasını dəyişdikdən sonra evin bütün məsuliyyətini daşıyıblar. Remont işləri, bazarlıq və s. kimi lazım olan köməyi ediblər. Ataları xəstə olan zaman həkimlərə aparıblar, müalicəsi ilə bağlı bütün xərcləri çəkiblər. 2016-cı ildə ataları rəhmətə getdikdə yas mərasimini veriblər, qəbrin üstünü götürüblər. 2017-ci ildə ata evlərinə “kombi-istilik sistemi” çəkdiriblər. Son vaxta kimi, yəni xx xxxxxx 2018-ci il tarixədək ailəvi gəlib gediblər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlili ilə razılaşmır. Bundan başqa, apelyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdehlərin mənzildən analarına aid 750 əyarlıq üzüyü və özlərinə məxsus əşyaları aparmaları Məmməd Sarıyevin mirasının qəbul edilməsi sayılmır. İş materiallarından görünür ki, cavabdehlər miras qoyan atalarının ölümündən sonra təkcə analarına aid 750 əyarlıq üzüyü və özlərinə məxsus əşyaları aparmaqla kifayətlənməmiş, eyni zamanda müntəzəm olaraq mübahisəli mənzilə gedib-gəlmiş, mənzilin bir açarını özlərində saxlamış, atalarının dəfn və yas mərasimlərini keçirmiş, bu mərasimlərdən sonra mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus bəzi əşyaları aparməş, mənzili təmir etdirib kombi sistemi ilə təchiz etdirmişlər. Ona görə də apelyasiya şikayətinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin cavabdehlərin məhkəməyə təqdim etdikləri şahid ifadələrinin bir-birilə uyğunluq təşkil etməməsi, verdikləri ifadələrin mötəbərliyinə dair hər hansı sübutun olmaması və hər birinin ayrı-ayrı hallarla bağlı olması, habelə cavabdehlərin mirasın qəbulu ilə bağlı sübut təqdim etməmələri, təqdim edilmiş sübutların isə mirasın faktiki qəbulunu təsdiq edən sübutlar olmaması barədə dəlillərini də əsaslı hesab etmir. Belə ki, MPM-in 76-cı maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (MPM-in 80ci maddəsi). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). İş materiallarından görünür ki, şahidlər Fərid Məmmədov və İsgəndər Məmmədovun iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirdikdə müəyyən olunur ki, onların işin faktiki halları ilə bağlı söylədikləri fikirlər tərəflərin izahatları, eləcə də işdə olan digər sübutlarla üst-üstə düşməklə bir-birini tamamlayır. Bu sübutlar faktiki olaraq cavabdehlərin mirası qəbul etmələrini təsdiq edir. İddiaçılar mənzilin onlara bağışlanmasını, mübahisəli mənzilin kombi sisteminin cavabdehlər tərəfindən deyil, özləri tərəfindən gətirilmiş ustalar vasitəsilə çəkildiyini iddia etsələr də, bununla bağlı hansı sübut təqdim edə bilməmişlər. Halbuki, MPM 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlilləri ilə də razılaşa bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (mad. 1133). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (mad. 1159.1, 1159.1.1, 1159.1.3). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mad. 1243.2). Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və s. İşdən görünür ki, cavabdehlər miras qoyan atalarının ölümündən sonra müntəzəm olaraq mübahisəli mənzilə gedib-gəlməklə, mənzilin bir açarının onlarda olması ilə, atalarının dəfn və yas mərasimlərini keçirməklə, bu mərasimlərdən sonra mənzildən atalarına aid şəkilləri, analarına aid 750 əyarlıq üzüyü, özlərinə məxsus bəzi əşyaları aparmaqla, bundan sonra mənzili təmir etdirib kombi sistemi ilə təchiz etməklə miras əmlaka sahiblik edib idarə etməyə faktik başladıqlarını və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər, birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuşdır. Birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu səbəbdən də apelyasiya şikayətinin dəlilləri əsaslı deyil və bu dəlillər birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin tərəflərin təqdim etdiyi sübutlar əsasında apardığı araşdırma işin həqiqi hallarına uyğun olmuş və müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar