Məhkəmə qərarları › İş №2(107)-1460/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1460/2022

13.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1460/2022 13.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X3rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti-müddət keçib) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X3rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2(075)-1685/2022 saylı qətnaməsinə əsasən İddiaçı onun cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X3rşı Azərbaycan Respublikası Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB “Şəki Rayon Mərkəzi Xəstəxanası” X5 xx.xx.2021-ci il tarixli, 2146 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2(075)-1685/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 saylı qərardadı ilə İddiaçı Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli 2(075)- 1685/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə ona geri qaytarılmışdır. İddiaçı Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 saylı qərardadından şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(075)- 1685/2022 saylı qətnaməsi İddiaçı məxsus şəxsi elektron kabinetinə yerləşdirilməklə 29 sentyabr 2022-ci il tarixdə saat 10:13-də rəsmi olaraq ona çatdırılmışdır. Lakin İddiaçı həmin qətnamədən 29 oktyabr 2022-ci ilədək apellyasiya şikayəti verməli olduğu halda müddəti ötürərək 4 gün sonra yəni, xx.xx.2022-ci ilə tarixdə apellyasiya şikayətini elektron qaydada məhkəməyə göndərmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(075)-1685/2022 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134, 135.1, 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr2022-ci il tarixli, e-2(075)-1685/2022 saylı qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Lakin Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ciil tarixli e-(075)-1685/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası” X3rşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e-2(075)-1685/2022 saylı qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli e-(075)-1685/2022 saylı qərardadı qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, bu normaları düzgün tətbiq etməmiş və nəticədə onun tərəfindən apellyasiya şikayəti vaxtında verilsə də apellyasiya şikayətini qanunsuz və əsassız olaraq geri qaytarmışdır. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytararkən MPM-nin 135.1,135.5 və 135.6-cı maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(075)-1685/2022 saylı qətnaməsi ona məxsus şəxsi elektron kabinetinə yerləşdirilməklə 29 sentyabr 2022-ci il tarixdə saat 10:13-də rəsmi olaraq ona çatdırılmışdır. O, həmin qətnamədən 29 oktyabr 2022-ci ilədək apellyasiya şikayəti verməli olduğu halda müddəti ötürərək 4 gün sonra yəni, xx.xx.2022-ci ilə tarixdə apellyasiya şikayətini elektron qaydada məhkəməyə göndərmişdir. İşə baxan birinci instansiya məhkəməsi MPM-nin 135.6-cı maddəsini düzgün təfsir etməmişdir. Birinci instansiya məhkəməsi həmin sənədin alınmasının nədən ibarət olmasına aydınlıq gətirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi həmin qətnamənin “elektron kabinet”-ə yerləşdirilməsindən sonra bu barədə şəxslə elektron qaydada məlumat verilməsi elektron poçt, SMS və s. göndərilməsi ilə heç bir sübuta istinad etməmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, e- 2(075)-1685/2022 saylı qətnaməsi ona rəsmi qaydada elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilməmişdir. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 146-cı maddəsinə əsasən Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİMK-nin 16 avqust 2006-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət 4 yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur». Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirdikdə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(075)- 1685/2022 saylı qətnaməsi İddiaçı məxsus şəxsi elektron kabinetinə yerləşdirilməklə 29 sentyabr 2022-ci il tarixdə saat 10:13-də rəsmi olaraq ona çatdırılmışdır (i/m səh.133-134). Lakin İddiaçı həmin qətnamədən 29 oktyabr 2022-ci ilədək apellyasiya şikayəti verməli olduğu halda, müddəti ötürərək 4 gün sonra yəni, xx.xx.2022-ci ilə tarixdə apellyasiya şikayətini elektron qaydada məhkəməyə göndərmişdir (i/m səh. 145-165). Göründüyü kimi İddiaçı qətnamə rəsmi qaydada verildikdən 4 gün keçdikdən sonra, yəni 2 noyabr 2022-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti gecikdirdiyi halda prosessual müddətin bərpasına dair vəsatətlə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(075)-1685/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar