Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1463/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh M.Ə.Sabir adına Güllük kənd Tam Orta Məktəbinin direktoru X3 iştirakları ilə, İddiaçı cavabdeh M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinə qarşı “işə bərpa və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinı dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) İddiaçı cavabdeh M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinə qarşı "onun M.Ə.Sabir adına Güllük kənd orta məktəbinə işə bərpa olunmasına və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiasının iddia müddəti keçdiyindən rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdeh M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun M.Ə.Sabir adına Güllük kənd orta məktəbinə işə bərpa olunmasına və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxış iclasında İddiaçı iddianı müdafiə etmiş, cavabdeh M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinin direktoru X5 isə iddianı qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahat verərək göstərmişdir ki, 2001-ci il tarixdə X12-Təsərrüfatı Universitetinin Dövlət X4 fakültəsinə qəbul olunmuş və 2005-ci ildə Filologiya, Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə həmin universiteti bitirmişdir. Diplomu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən tanınmışdır. 01 aprel 2011-ci il tarixdə 5 nömrəli əmr ilə M.Ə.Sabir adma Güllük kənd tam orta məktəbinə müvəqqəti olaraq müəllim təyin edilmişdir. 15 sentyabr 2016-cı il tarixdə 8 saylı əmr ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinin müəllimliyindən azad edilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi kobud qanun pozuntusu olmaqla qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də işə bərpa olunmalıdır və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir. İddianı aşağıdakı hallarla əsaslandırır. Onunla əmək müqaviləsinin bağlanması ümumiyyətlə yadına gəlmir. Əmək müqaviləsinin bir nüsxəsi ona verilməmişdir, Hətta vəkili vəkili sorğu versə də əmək müqaviləsi səlahiyyətli şəxs və ya şəxslər tərəfindən tapılmır ki, əmək müqaviləsinin bir nüsxəsi ilə tanış olsun. İddia ərizənə əlavə etdiyi əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən də görünür ki, o 01 aprel 2011-ci il tarixdən 15 sentyabr 2016-cı il tarixədək yəni fasiləsiz olaraq 5 ildən artıq müddətdə M.Ə.Sabir adma Güllük kənd tam orta məktəbində işləmişdir. Əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Ona isə 15 sentyabr 2016-cı il tarixdə yox vəkilinin sorğusu əsasında yalnız 25 yanvar 2021 -ci il tarixdə əmrdən çıxarış təqdim olunmuşdur. Əmək kitabçası isə ona 2020-ci ilin sentybr ayında verilmişdir. Ona görə də, iddia müddətini ötürməmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən onun M.Ə.Sabir adına Güllük kənd orta məktəbinə işə bərpa olunmasına və məcburi iş buraxma üçün əmək haqqı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi vəkil Nümayəndə Hacıməhəmməd oğlu iddiaçının izahatı ilə eyni məzmunlu izahat verərək iddiaçının M.Ə.Sabir adına Güllük kənd tam orta məktəbinə işə bərpa olunmasına və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh M.Ə.Sabir adına Güllük kənd tam orta məktəb direktoru X5 izahat verərək göstərmişdir ki, iddiaçı 15.09.2016-cı il tarixli 8 saylı əmrlə işdən azad edilmişdir. Belə ki, iddiaçı əvvəl Güllük tam orta məktəbin direktoru çalışmış Fazil Musayev tərəfindən müddətli əmək müqaviləsi əsasında işə qəbul olunmuşdur. Lakin tərəflər arasında bağlanmış əmək müqaviləsi həmin məktəbə direktor təyin edildikdən sonra ona təqdim edilməmişdir. İddiaçı əmək müqaviləsinin məktəbin arxiv sənədlərində aşkar olunmaması barədə akt tərtib edilmişdir. İddiaçı 01.04.2011-ci il tarixli 05 saylı əmrlə Güllük kənd tam orta məktəbinə müvəqqəti olaraq müəllim təyin edilmişdir. Lakin sözügedən müqavilə mövcud olmadığından iddiaçının hansı müddətə işə qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin iddiaçı 01.10.2015-ci il tarixdən 31.12.2019-cu il tarixədək Güllük Bələdiyyəsində sədr müavini vəzifəsində çalışmış və əmək haqqı almıışdır. Beləliklə də, iddiaçı işdən azad edildikdən sonra əmək haqqı aldığından məcburi iş buraxma üçün əmək haqqı ödənilməsi tələbini də, irəli sürməkdə haqlı olmamışdır. Əslində iddiaçı hazırki iddia tələbi ilə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli idi. Hazırda iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə ilə razı deyil. Hesab edir ki, qətnamə qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılmışdır. Belə ki, hakim qətnaməsində qeyd etmişdir ki, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndində göstərilən sənədlərdən biri, yəni əmək kitabçası iddiaçıya təhvil verildiyi gün iddiaçı hüququnun pozulmasını bilmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aydan çox müddət sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tədbiq edilməklə rədd edilməlir. Hakimin bu əsaslandırması tam qanunsuzdur. Çünki o, 15 sentyabr 2016-cı il tarixdə 8 saylı əmrlə işdən azad olunarkən hətta həmin tarixdən 5 ilə yaxın müddət keçdikdə belə onun qanunsuz olaraq işdən azad olunduğunu bilməmişdir. O, 2021-ci ilin yanvar ayında təsadüfən başqa bir işlə bağlı məsləhətləşərkən onun 2016-cı ildə qanunsuz olaraq işdən azad olunduğunu, hüququnun pozulduğunu bilmişdir. O, 2021-ci ilin yanvar ayında hüququnun pozulduğunu bilən kimi vəkillə müqavilə bağlayıb qanunsuz olaraq işdən azad olunmağıyla əlaqədar işi aparmağı vəkilinə tapşırmışdır. Əgər o zamanında hüququnun pozulduğunu, qanunsuz olaraq işdən azad olunduğunu bilsəydi, bu qədər müddət yeganə gəlir yeri məktəbdən aldığı maaş olduğu halda ailəsini pulsuz qoymazdı. Hətta əmək kitabçasını direktor kimlərinsə vasitəsi ilə göndərdikdə belə o, qanunsuz olaraq işdən azad olunduğunu bilmirdi. Ona görə də, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh M.Ə.Sabir adına Güllük kənd Tam Orta Məktəbinin direktoru X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş İddiaçı qızma məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 01.04.2011-ci il tarixdə 05 saylı əmrlə Güllük kənd tam orta məktəbində müəllim vəzifəsinə qəbul edilmiş, 15.09.2016-cı il tarixli 8 nömrəli əmrlə işdən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş X12 təsərrüfatı universiteti Menecement İnstitunun verdiyi Bakalavr Diplomunun notariat qaydasında təsdiq olunmuş tərcüməsinin təsdiq olunmuş surətindən görünür ki, Fərhadova (Mənəfova) Aynurə Fərrux qızı 2021-ci ildə həmin universitetin pedoqogika fakültəsinə daxil olmuş və 2005-ci ildə həmin universiteti Filologiya, Azərbaycan dii və ədəbiyyat ixtisası üzrə bitirmişdir. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük kənd orta məktəbinin 01.04.2011ci il tarixli 05 əmrindən Çıxarışdan görünür ki, İddiaçı ixtisası üzrə M.Ə.Sabir adına Güllük kənd tam məktəbinə müvəqqəti olaraq müəlim təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük kənd orta məktəbinin 01.04.2011ci il tarixli 04 əmrindən Çıxarışdan görünür ki, 01 aprel 2011-ci il tarixli əmrə düzəliş edilərək məktəbin tərbiyyə üzrə direktor müavini X6 analıq məzuniyyətinə çıxdığı üçün onun vəzifəsi və tədris etdiyi fənlərin tədrisi müvəqqəti olaraq digər müəllimlərlə yanaşı İddiaçı (5 A sinfində Dil Ədəbiyyat 8 saat) tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük kənd orta məktəbinin 30.06.2016cı il tarixli əmrindən Çıxarışdan görünür ki. həmin məktəbin müəllimi olan İddiaçı 01,06.2016-cı il tarixdən 56 gün olmaqla, 26.08.2016-cı il tarixədək növbəti əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin verdiyi 10 mart 2021-ci il tarixli. N° 25 saylı Arayışdan görünür ki, İddiaçı 30.06.2016-cı il tarixli 68 saylı əmrlə cədvəl üzrə 56 gün növbəti əmək məzuniyyəti və ondan sonra avqust ayından 3 gün və sentyabr ayından 8 iş günü kanikulyar əmək haqqı verilmişdir. İş materiallarına əlavə edilmiş 15 sentyabr 2016-cı il tarixli Aktın təsdiq olunmuş surətindən görünür ki, məktəbdə kadrların şəxsi işlərinə tikilən sənədlərin mövcudluğu araşdırılarkən məktəbə sosial məzuniyyət yerinə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmiş İddiaçı ilə məktəbin sabir direktoru X7 arasında əmək münasibətlərinin tənzimlənməsi zamanı əmək müqaviləsinin bağlanmasına aid heç bir sənəd aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş Qax rayonu Güllük kənd orta məktəbinin 15.09.2016cı il tarixli əmrindən Çıxarışdan görünür ki, həmin məktəbin müəllimi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün 15.09.2016- cı il tarixdən ləğv edilmişdir. İş materiallarında olan Qax rayon Güllük Bələdiyyəsinin verdiyi 22.01.2021 -ci il tarixli, 01 saylı arayışdan görünür ki, İddiaçı 01 oktyabr 2015-ci il tarixdən 31 dekabr 2019cu il tarixədək bələdiyyədə sədr müavini vəzifəsində işləmiş, 01 oktyabr 2015-ci il tarixdən 01 aprel 2019-cu il tarixədək aylıq 145.00 manat, 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 180 manat əmək haqqı almışdır. İş materiallarına əlavə edilmiş Seriya AZE N° 07873792 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki. X1 rayonu Güllük kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 18.02.2021 -ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1 və 375.2-ci maddələrinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.1 -ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı 2005-ci ildə X12-Təsərrüfatı Universitetinin Dövlət X2, Azərbaycan dili və Ədəbiyyatı ixtisası üzrə bitirmiş, 01 aprel 2011-ci il tarixdə 5 nömrəli əmr ilə M.Ə.Sabir adma Güllük kənd tam orta məktəbinə müvəqqəti olaraq müəllim vəzifəsinə qəbul edilmiş, 15 sentyabr 2016-cı il tarixdə məktəb direktorunun həmin tarixli. 8 saylı əmr ilə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə vəzifəsindən azad edilmişdir. Eyni zamanda İddiaçı 01 oktyabr 2015-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək bələdiyyədə sədr müavini vəzifəsində işləmiş, 01 oktyabr 2015-ci il tarixdən 01 aprei 2019-cu il tarixədək aylıq 145.00 manat, 01 aprel 2019-cu il tarixdən 31 dekabr 2019-cu il tarixədək 180 manat əmək haqqı alımışdır. İddiaçı hazırda onun M.Ə.Sabir adım. Güllük kənd orta məktəbinə işə bərpa olunmasına və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etməsi üçün bəlli 1 ay ərzində müddət müəyyən etmişdir. Bu da hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasmı tələb etmək imkanı verir. Hazırkı iddia tələbi üzrə iddiaçı bildirir ki, 15 sentyabr 2016-cı il tarixdən işdən kənarlaşdırıbmış, təxminən bir il əvvəl, yəni 2020-ci ilin sentyabr-oktyabr aylarında ona əmək kitabçası qaytarılmış, 2021 -ci ilin yanvar ayının 25-i əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti təqdim edilmiş, iddiaçı 16 fevral 2021 -ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Məhkəmə çəkişməsi zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndində göstərilən sənədlərdən biri, yəni əmək kitabçası iddiaçıya təhvil verildiyi gün iddiaçı hüququnun pozulmasını bilmişdir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı onun hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 aydan çox müddət sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə, rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 30 aprel 2021-ci il tarixli, 2(024)-220/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1463/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1463/2021
28.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver