Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-147/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylı qətnaməsindən ərizəçi Azərbayca Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 cəmi 63749.83 manat vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxslər “xxxxxxxxx” MMC, “xxxxxxxx” MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylı qətnaməsi ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 ərizəsi rədd edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən ərizəçi Azərbayca Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal gəlirlər Baş İdarəsi apelyаsiyа şikаyəti vermişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikləri üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi “xxxxxxxxx” MMC-nin (VÖEN: **********) 17132,83 manat məbləğində (o cümlədən, vergilər üzrə 16500,13 manat, faizlər üşzrə 632,7 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), “xxxxxxxx” MMC-nin (VÖEN: **********) 46617.00 manat məbləğində (o cümlədən, vergilər üzrə 44952 manat, faizlər üzrə 1665 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat), vergi borcu vardı. Maraqlı şəxsin rəhbəri olduğu müəssisələr üzrə dövlət büdcəsinə ümumilikdə 63749.83 manat vergi borcu ödənilmədiyinə görə onun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Lakin birinci instansiya məhkəməsi borcun məbləğinin maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına kifayət etmədiyinə əsaslanaraq iddianı təmin etməmişdir. Halbuki qanunvericilikdə borcun məbləğindən bəhs olunmur. Borcun olması kifayətdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə ilə ərizə təmin edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməslərinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Ərizə və ona əlavə sənədlər araşdırılarkən müəyyən olunur ki, vergi orqanı ərizəyə borcun könüllü icra edilməsi üçün bildirişin borcluya rəsmi qaydada təqdim olunması, borclunun milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra ( ödəniş ) sənədi olan sərəncamın verilməsi, borclunun əmlaklarının olub-olmaması, olduğu halda öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi borclunun əmlakının siyahıya alınması, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb etməsi barədə sübutlar əlavə etməmişdir. Bundan əlavə ərizədə maraqlı şəxs X3 hüquqi şəxs olan, “xxxxxxxx” MMC-nin rəhbəri olduğu, həmin MMC-nin 46617, 00 manat vergi borcu olduğu qeyd edilsə də, bunlarla bağlı hər hansı bir sənəd ərizəyə əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Həmin Məcəllənin 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Kollegiyanın qənaətinə görə, mülki-prosessual qanunvericiliyə yeni daxil edilən bu müddəalar, vergi ödəyicisinin konstitusion hüquqlarını müvəqqəti məhdudlaşdırmaq yolu ilə onu dövlət büdcəsinə yaranmış vergi borclarını ödəməyə məcbur etmək məqsədi daşıyır və əgər vergi borcunun mübahisəli olduğu əsas götürülərək müvafiq ərizənin təmin edilməməsinə haqq qazandırılarsa, belə halda həmin məqsədə nail olunması faktiki olaraq mümkünsüz olacaqdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici, müvafiq ərizə üzrə çıxarılacaq qətnamədən hətta şikayət verildikdə belə qətnamənin icrasının dayandırılmayacağını nəzərdə tutmuşdur; bu isə o deməkdir ki, vergi borcunun mübahisəli olması əsas götürülərək ərizənin təmin olunmaması qanunun məqsədinə uyğun olmamaqla vergi ödəyicisinin hüquqdan sui-istifadəsinə imkan yarada bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tаrixli, 2(039)-2155/2018 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilərək xxxxxxxxx” MMC və “xxxxxxxx” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 63749.83 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün xxxxxxxxx” MMC və “xxxxxxxx” MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, işə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatdan görünür ki, vergi ödəyicisi “xxxxxxxxx” MMC-nin rəhbəri Maraqlı şəxsdur. İşə əlavə olunmuş şəxsi hesab vərəqələrində göstərilir ki, “xxxxxxxxx” MMC -nin cəmi ödəməli olduğu borc 61.514,77 manatdır. İş materiallarında olan **********0 №-li xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, “xxxxxxxxx” MMCyə dövlət büdcəsinə 51.388 manat vergilər üzrə, 1.852,24 manat faiz üzrə, cəmi 53.240, 24 manat borcu olması barədə bildiriş göndərilmişdir. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəllənin 217.4-cü mаddəsinin tələbinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, ərizə təmin edilərək xxxxxxxxx” MMC və “xxxxxxxx” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 63749.83 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün xxxxxxxxx” MMC və “xxxxxxxx” MMCnin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi Azərbayca Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal gəlirlər Baş İdarəsi tərəfidən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(051)-1956/2019 saylıqətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. xxxxxxxxx” MMC və “xxxxxxxx” MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 63749.83 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün xxxxxxxxx” MMC və “xxxxxxxx” MMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-147/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-147/2020
09.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver