Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-147/2021 02.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı(qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı Cavabdeh(qarşılıqlı iddia üzrə cavabdeh) qarşı mənzilə köçürülmə tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-712/2020 nömrəli qətnaməsindən iş üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-712/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia təmin edilmiş, iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası təmin olunmamış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmişdir. İddiaçı Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən edilsin qət edilmişdir. İşin halları: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşlıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət edərək İddiaçı tərəfindən verilmiş iddianın təmin edilməməsi və ona məxsus olan Mingəçevir şəhəri, H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili Vəkil ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddianı isə qəbul etməyərək göstərmişdir ki, iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilə xx xxxxxxx 2009-cu il tarixdə ailə qurmuşdur. Onların birgə evliliyindən xx xxxxxx 2010-cu il təvəllüdlü Ebru, xx xxxx 2015-ci il təvəllüdlü Yeganə adlı uşaqları olmuşdur. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə onların arasındakı nikah ləğv edilmişdir. Birgə evlilik zamanı babası tərəfindən onlara yaşayış yeri kimi yataqxanadan otaq alınmış, hər ikisi Mingəçevir şəhəri H.Əliyev küçəsi 1/2 saylı evin 21 saylı mənzilinə qeydiyyata düşmüşlər. Cavabdeh onunla ailəli olduğu müddətdə həmin mənzildə başqa kişi ilə içki məclisi qurmuşdur. Bu səbəbdən onların ailələri dağılmışdır. Hazırda uşaqları da həmin mənzildə yaşayır. Yaşamaq üçün başqa yaşayış yerinin olmadığını bildirmişdir. Buna görə də, iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia tələbi ilə razı olmadığını və qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2015-ci ildən özünə məxsus olan Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən 1/2 saylı evin 21 saylı mənzilində yaşayır. Həmin mənzilə məxsus olan sənədlərdə də bu öz əksini tapmışdır. ünvan 1 mənzil 21 əmlak kirayəsi üzrə ona məxsusdur. Həmin mənzildə azyaşlı övladları 2010-cu il təvəllüdlü Ebru Qurbanova və 2015-ci il təvəllüdlü Yeganə Qurbanova ilə birgə yaşayır. Onun keçmiş həyat yoldaşı İddiaçı demək olar ki, həmin mənzildə 2015-ci ildən 2018-ci il tarixədək təxminən 1 ay yaşamışdır. Ona görə ki, o, həmin müddət ərzində Yevlax rayonu Hürüşağı kəndində və Bakı şəhərində yaşamış, onunla və övladları ilə heç bir əlaqəsi olmamışdır, onlarla maraqlanmamış və maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Bundan başqa İddiaçı 2018-ci ilin yanvar ayından ona məxsus olan ünvan 1 mənzil 21 ünvanında yaşamamışdır. İddiaçı əsassız olaraq ona hər yanda şər və böhtan atır. İddiaçı ünvan 1 mənzil 20 ünvanda başqa bir evləri vardır. Həmçinin onların Mingəçevir şəhərində toxuculuq kombinatı ilə üzbə-üz 5 mərtəbəli binada mənzilləri vardır. xx xxxx 2020-ci il tarixli 5 saylı MİS-nin tərtib etdiyi aktda qonşuların iştirakı və imzası ilə təsdiq olunmuşdur ki, İddiaçı ona məxsus olan mənzildə yaşamamışdır. İddiaçı onunla heç bir qohumluq əlaqəsi yoxdur. Onların arasında olan nikah xeyli müddətdir ki, pozulmuşdur. Buna görə də ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili X5 da Cavabdeh izahatına oxşar məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 712/2020 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır, həmin qətnamə prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə köçürülmə tələbi təmin olunmamış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ona qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qarşılıqlı iddası təmin edilmiş, İddiaçı Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən 1/2 saylı evin 21 saylı mənzilindən istifadə hüququnun olmaması müəyyən olunmuşdur. İlk iddianı rədd, qarşılıqlı iddianı təmin edən məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad etsədə Mingəçevir şəhər məhkəməsi işin hallarını əsaslandırmamış və hansı səbəbdən ilk iddianı təmin etməməsini qətnamədə göstərməmişdir. Bildirmişdir ki, mənzil kimi qeyd olunan Mingəçevir şəhəri, H.Əliyev küçəsi,1/2 saylı evin 21 saylı otağı yataqxana binasında yerləşir və məhkəməyə təqdim olunmuş icarə müqaviləsindən görünür ki, Cavabdeh 3 nəfər ailə üzvü, əri və 2 qızları öz ailə üzvü kimi göstərilmişdir. İddiaçı həmin ünvanda qeydiyyatdadır. Cavabdeh ilə ailə münaqişəsi yaranana qədər həmin ünvanda yaşamışdır. Heç bir əsas gətirmədən məhkəmə İddiaçı mənzilə istifadə hüququnun olmaması qənaətinə gəlmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-712/2020 saylı qətnaməsini ləğv edib, ilk iddianı təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Kərimli X2 şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)- 712/2020 saylı qətnaməsini ləğv edib, ilk iddianı təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və vəkili X5 oxşar məzmunlu izahat verərək Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-712/2020 saylı qətnaməsinin qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. . Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş mаteriаllаrındа olan və məhkəmə iclasında tədqiq edilən: -283 saylı xx xxxxxx 2017-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzil Cavabdeh sahibliyinə və istifadəsinə verilmişdir. - Mingəçevir şəhər 5 saylı MİS-nin xx xxxx 2020-ci il tarixli, 224 saylı arayışından görünür ki, Qurbanova X1 şəhərinin 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilində keçmiş əri və qızları ilə birlikdə yaşamaqla qeydiyyatdadır. - xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, aşağıda akta imza edənlər öz imzaları ilə təsdiq etmişlər ki, həqiqətən də ünvan 1 mənzil 21 ünvanında yaşayan Cavabdeh ərizəsinə əsasən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, onun keçmiş əri İddiaçı 2018-ci il tarixdən H.Əliyev küçəsi ev 1/2, mənzil 21 ünvanında yaşamayıb və hal hazırda da yaşamır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tələbində göstərilən faktiki hallara uyğun onlar arasında heç bir ziddiyyət olmadığını, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) sözügedən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, orada yaşamamış, mənzilə qeydiyyatı formal xarakter daşıyır və onun mənzildən istifadə hüququnun davam etməsi mülkiyyətçisinin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırır. Məhkəmə Mülki Məcəlləsinin 228-ci maddəsinə və Mənzil Məcəlləsinin 30-cu maddələlərinə istinad edərək iddiaçı Qurbanov X3 şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilinə müvəqqəti qeydiyyata düşməsinə baxmayaraq, o, həmin mənzildə uzun müddət yaşamadığına əsasən istifadə hüququ yaranmadığını hesab edərək ilkin iddia tələbini rədd etmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Məhkəmə kollegiyаsı İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi və vəkili Vəkil və Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçını) dinləyib, аpellyаsiyа şikаyətinin dəlillərini mülki iş mаteriаllаrı ilə birlikdə аrаşdırıb, işin hаllаrınа hüquqi qiymət verərək, аşаğıdаkılаrа əsаsən bu nəticəyə gəlir ki, аpellyаsiyа şikаyəti təmin edilməli, iş üzrə birinci instаnsiyа məhkəməsinin qətnаməsi ləğv edilməli, yeni qətnаmə çıxаrılmаqlа ilk iddia tələbi təmin edilməli və qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini və Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə, hüququn tətbiq edilməsində səhv buraxmışdır. Belə ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququnun olmasının, Mənzil Məcəlləsinin 30-cu maddəsində isə yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsi ilə bağlıdır. Bununla yanaşı, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Belə ki, iş materiallarından və işin faktiki hallarından görünür ki, Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzil Cavabdeh ilə Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nəzdindəki 5 saylı mənzil istismar sahəsi arasında xx xxxxxx 2017-ci il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi imzalanmışdır. Cavabdeh, İddiaçı və qızları Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilində müvəqqəti yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə kollegiyası Cavabdeh ilə kirayədə onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələrini müəyyən etməsini nəzərə alaraq, məhkəmə kollegiyası İddiaçı Mingəçevir şəhərinin H.Əliyev küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilə köçürülməsini və həmin mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci ,59-cu, 62-ci, 68-ci, 70-ci maddələrinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -48-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. [17] - 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. -62.1-ci maddəsində göstərilmişdir ki,yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. - 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. -68.3-cü maddəsindən görünür ki sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. -68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. -70-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Göründüyü kimi, ehtiyacı olan aztəminatlı vətəndaşlarla yaşayış sahəsinin sosial kirayə müqaviləsi yazılı formada bağlanır, vətəndaşların yaşaması üçün müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Bundan başqa sosial kirayə müqaviləsi üzrə kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər və ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxdıqda, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olmaqla və həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Bununla yanaşı yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onun sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb ola bilməz. Belə olan halda məhkəmə kollegiyаsı iddia tələbinin mənzilə köçürülmə ilə bаğlı olan hissəsinin rədd olunmаsı bаrədə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə ilə rаzılаşmır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı Mingəçevir şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 8(səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmışdır. Həmin qərardan məlum olur ki, İddiaçı yaşayış yeri Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzili olmuş və cəzasının icrası yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. Bundan başqa Mingəçevir şəhər məhkəməsinin 2(051)-950/2019 saylı, xx xxxx 2019cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan xx xxxxxxx 2009-cu ildə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 388 saylı nikah qeydi pozulmasını və xx xxxxxx 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat aliment tutulması daimi hesab edilmiş, ünvan 1 mənzil 21 ünvanda yaşayan İddiaçı xx xxxxxx 2010-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat və xx xxxx 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub, ünvan 4 ünvanında yaşayan Cavabdeh verilməsi qət edilmişdir. Bununla baglı,məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından görünür ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 2019-cu ildə ünvan 4 ünvanında yaşamışdır. Lakin, 10 mart 2020-ci il tarixli aktda göstərilmişdir ki, İddiaçı 2018-ci il tarixdən Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilində yaşamayıb və hal hazırda yaşamır. Birinci instansiya məhkəməsi xx xxxx 2020-ci il tarixli akta istinad edərək İddiaçı mübahisəli mənzildə 2018-ci il tarixdən yaşamadığı nəticəsinə gələrək ilkin mənzilə köçürülməsi ilə baglı iddia tələbini rədd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 2018-ci il tarixdən Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin 21 saylı mənzilində yaşamadığı barədə xx xxxx 2020-ci il tarixli aktda qeyd olunanlara tənqidi yanaşaraq inandırıcı hesab etmir və həmin akt sübut qismində qəbul edilə bilməz. Məhkəmə kollegiyаsı birinci instаnsiyа məhkəməsinin akta əsaslanması ilə bağlı gəldiyi nəticə ilə rаzılаşmır və qeyd edir ki, məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadan, işdə olan sübutları təhlil etmədən,onların mötərbəyliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən etmədən hazırkı mübahisənin həllində yalnış nəticəyə gəlmişdir. Bundan əlavə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən İddiaçı qаrşı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzildə yaşayış hüququnun itirilməsinə tələbinə dair məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud qanunvericiliyinin tələblərinə düzgün hüquqi qiymət verməmiş və bu səbəbdən də mübahisəni düzgün həll etməmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik aktlarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisi Cavabdeh, İddiaçı qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin şəxs kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmçinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Belə ki, Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2015-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz(Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə xx xxxx 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə xx xxxxxx 2012-ci il tarixli Qərarları). Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”xx xxxxxxx 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə x xxxx 2011-ci il tarixli Qərarları). Yuxarıda qeyd olunmuş qanunvericilik normalarına istinadən məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzilin mülkiyyətçisi deyildir. O, kirayə müqaviləsi əsasında həmin mənzildən istifadə edir və İddiaçı həmin mənzildə yaşayış hüququnun itirilməsinə dair məhkəmədə iddia qaldırmaq üçün heç bir subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh vermiş olduğu qarşılıqlı iddia ərizəsində göstərdiyi xüsusatların subyektiv hüquqa zidd olduğunu və heç bir qanunauyğun normalara uyğun olmadığına görə qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş sənədlərə və kollegiyaya təqdim edilmiş sübutları qiymətləndirərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı mənzilə köçürülməsi və ondan istifadəsini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək yuxarıda göstərilən hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ilkin İddiaçı münasibətdə işə birtərəfli, qeyri-obyektiv və səthi yanaşmış, qanunun aliliyi prinsipini pozaraq, işin hallarına uyğun olmayan əsassız qətnamə qəbul etmişdir. İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olduğunu, onun kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıdığını və sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmadığını, birinci instansiya məhkəməsi mənzil qanunvericiliyinin norma və tələblərinə uyğun olaraq nəzərə almamışdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin : - 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. -385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin apellyasiya qаydаsındа ləğv edilməsi üçün əsаsdır. - 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. - 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. - 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini nəzərə alaraq hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаriхli 2(051)-712/2020 nömrəli qətnaməsi ləgv edilməli, yeni qətnamə qəbul edilməlidir. İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi təmin olunmalı, iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) Qurbanov X3 şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzilinə köçürülməlidir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-712/2020 nömrəli qətnaməsi ləğv olunsun. Yeni qətnamə qəbul edilsin. İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Mingəçevir şəhəri, 20 Yanvar küçəsindəki 1/2 saylı evin, 21 saylı mənzilinə köçürülsün. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-147/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-147/2021
02.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver