Məhkəmə qərarları › İş №2(107)-147/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-147/2024

05.11.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-147/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sıracəddin qızına qarşı yaranmış maneənin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh Sıracəddin qızının İddiaçı qarşı maddi ziyanın ödənilməsi, sökülmüş çəpərin bərpası, şəxsin məsuliyyətə cəlb edilməsi, işə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyan, maneənin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi, İddiaçı və Cavabdeh Sıracəddin qızının iştirakları ilə, İddiaçı Cavabdeh Sıracəddin qızına qarşı yaranmış maneənin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh Sıracəddin qızının İddiaçı qarşı maddi ziyanın ödənilməsi, sökülmüş çəpərin bərpası, şəxsin məsuliyyətə cəlb edilməsi, işə xitam verilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)-306/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə üçüncü şəxs Cavabdeh adına tərtib edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış və reyestir nömrəsi **********05-10301 olan, xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin Texniki pasportu İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan və onlara məxsus JN-150A saylı şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021 qeydiyyat tarixli, **********66-10301 reyestr nömrəli Çıxarışa əsasən Zərdab rayonu Çallı kəndində yerləşən fərdi yaşayış evi və 0.22 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı hazırki ilk iddia ərizəsi ilə həmin 0,22 ha həyətyanı torpaq sahəsinin hasara alınmasına Cavabdeh Sıracəddin qızı tərəfindən yaradılan maneənin aradan qaldırılmasın və çəkdiyi xərclərin ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İlkin İddiaçı Cavabdeh Sıracəddin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən verilmiş, ********* saylı qeydiyyatda göstərilən 0,22 ha həyətyanı torpaq sahəsinin hasara alınmasına Cavabdeh Sıracəddin qızı tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, cavabdehin təqsiri səbəbindən çəkdiyi məhkəmə xərclərininməhkəmə iclaslarında iştirakı ilə əlaqədar yol, vəkil xərcləri, ekspertiza xərclərinə görə çəkdiyi 10000 manat ziyanın və 120 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Qarşılıqlı iddiaçı Cavabdeh Sıracəddin qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hər üç tələbi üzrə iddiasının təmin edilməməsini, maneənin aradan qaldırılması tələbi ilə qaldırdığı iddiaya xitam verilməsi, 2(035)-04/2018 saylı məhkəmə işinin icrası zamanı İcra Məmurlarının iştirakı ilə çəkilmiş və sonradan cavabdeh tərəfindən özbaşına sökülmüş sərhəd çəpərinin bərpası üçün cavabdehə öhdəlik qoyulması, sərhəd çəpəri çəkilənə qədər cavabdehin, ailə üzvlərinin, qohumlarının, qonaqlarının, mal-qarasının, həyət quşlarının həyətinə girməsinə qadağan tətbiq edilməsi, Azərbaycan Respublikasının Məhkəmələrinə və onların Qərar və Qətnamələrinə hörmətsizlik edərək, onların təyin etdiyi sərhədi pozduğu üçün məsuliyyətə cəlb olunması, çəpərin dağıdılması nəticəsində ona dəymiş 680 manat məbləğində maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında ilkin İddiaçı ilkin iddianı müdafiə edərək qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında göstərmişdir ki, Zərdаb Rayon Aqrar İslahat Komissiyasının 24 avqust 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 0,22 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin, həmin torpaq sahəsinə çıxarışın verilməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. Belə ki, imtinada qeyd edilmişdir ki, onlara məxsus Torpağın Mülkiyyətinə Verilməsinə dair JN-150A saylı Şəadətnaməsində göstərilən torpaq sahəsi, qonşuları, yəni hazırki Cavabdeh Sıracəddin qızının mülkiyyətinə verilmiş Torpağın Mülkiyyətinə Verilməsinə dair JN-58A saylı Şəhadətnamə ilə üst-üstə düşür. Lakin, o, hesab edir ki, JN- 150A şəhadətnamədə göstərilən torpaq sahəsi cavabdehin JN-58A şəhadətnaməsində göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 221/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsinə əsasən onun iddiası təmin edilmiş və Cavabdeh Sıracəddin qızının ona və onun ailə üzvlərinin mülkiyyətinə 0,22 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 0.06 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-221/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsindən Cavabdeh Sıracəddin qızının verdiyi apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin 02 iyul 2012-ci il tarixli 2(106)-24/2012 nömrəli qətnaməsi ilə və kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli 2(102)- 4244/2012 nömrəli qərarı ilə təmin edilmişdir. Sözü gedən məhkəmə qətnamələri icra edilərkən Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsindən kənar (artıq) torpaq sahəsini zəbt etmədiyi təsdiqlənmişdir. Həmin vaxtdan sonra heç bir çəpərləmə, yaxud mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərinin dəyişdirilməsi üzrə hərəkətləri olmamışdır. Lakin, DƏDRX-nın 16 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışa əlavə edilmiş texniki pasportda Cavabdeh Sıracəddin qızının iddia etdiyi 616 kvm torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Cavabdeh Sıracəddin qızına verilmiş texniki pasport mülkiyyət hüquqlarını pozduğundan, həmin sənəd şəhadətnaməyə uyğun tərtib edilmədiyindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məktubla müraciət edərək Cavabdeh Sıracəddin qızına verilmiş texniki pasport və çıxarışın etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etsədə heç-bir nəticə olmadığı üçün Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarına əsasən iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə üçüncü şəxs Cavabdeh adına tərtib edilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış və reyestir nömrəsi **********05-10301 olan, xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin Texniki pasportu İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan və onlara məxsus JN- 150A saylı şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsi ilə üstüstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Ona görə də hazırki iddia ilə yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmədən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Qarşılıqlı iddiaçı Cavabdeh Sıracəddin qızının nümayəndəsi X4 ilkin iddianı qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə Cavabdeh Sıracəddin qızının mərhum bibisi X6 mülkiyyətinə 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. Cəmilə Əliyevanın vərəsələri olmadığından, xx.xx.2008-ci il tarixdə bütün əmlakını yaxın qohumu kimi Cavabdeh vəsiyyət etmişdir. xx.xx.2009-cu ildə Cəmilə Əliyeva vəfat etmişdir. Cəmilə Əliyevanın vəfatından sonra vəsiyyət etdiyi əmlakları - 0.24 ha həyətyanı torpaq sahəsini, fərdi yaşayış evini və bütün mülkiyyəti Cavabdeh öz adına keçirmişdir. Sonradan Cavabdeh Sıracəddin qızının İddiaçı arasında torpaqla bağlı mübahisələri başlanmışdır. Cavabdeh DƏDRX-nin Ucar Ərazi İdarəsindən RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış və reyestir nömrəsi **********05-10301 olan, xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin Texniki pasportunu almışdır. JN-58A KOD: 90511018-li Torpağın MülkiyyətəVerilməsinə dair Şəhadətnamədə göstərilən həyətyanı torpaq sahəsinin sərhədlərinin tanıdılması ilə əlaqədar Zərdab Royon Məhkəməsinə müraciət etmiş və Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh Sıracəddin qızına məxsus olan torpaq sahəsinin zəbt etdiyi 616 kv.metr hissəsindən çıxarılması qət edilmişdir. Lakin, İddiaçı Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı Şəki Apaelyasiya Məhkəməsinin 2(107)- 568/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Sonra isə Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi icra olunması üçün Zərdab rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qərar icra olunmuş İddiaçı Cavabdeh Sıracəddin qızına məxsus olan torpaq sahəsinin zəbt etdiyi 616 kv.metr hissəsindən çıxdığı üçün və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 manat pulu dövlət büdcəsinə ödənildiyi üçün Zərdab rayon İcra və Probasiya şöbəsinin keçmiş icra məmuru Ziya Məmmədov tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam veriməsi haqqında Qərar qəbul etmişdir. Yuxarı instansiya məhkəmələrinin qəbul etdiyi qərarlara əsasən mübahisə öz hüquqi həllini tapmışdır. İddiaçı həm də, məhkəmələrin icraata götürdüyü işlər ilə əlaqədar çəkdiyi xərcləri Cavabdeh tərəfindən ödənilməsinə dair əsassız maddi ziyan tələbi irəli sürmüş və öz tələblərini təsdiqləyən hər hansı bir sübutu iddia ərizəsinə əlavə etməmişdır. Vəkillərə və ekspertlərə verdiyi 10000 manat pulun qəbzini sübut kimi məhkəməyə təqdim etməmişdir. Qeyd etmək istəyir ki, həmin məhkəmə işləri ilə əlaqədar Cavabdehda yetərincə məhkəmə xərcləri olmuşdur. Lakin, İddiaçı bir faktı nəzərdən qaçırır ki, məhkəmədə qaldırdiğı iddia Cavabdeh qarşı deyil, cavabdeh qismində Azerbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX 16 saylı Ucar Ərazi İdarəsinə qarşı olmuşdur. Belə olan halda maddi ziyan tələbi də həmin cavabdehə qarşı olmalıdır. Hesab edir ki, İddiaçı iddiası əsassız və qanunsuzdur. Ona görə də məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh Sıracəddin qızı ona məxsus Zərdab rayon Çallı kəndində yerləşən həyətyanı torpaq sahəsində çəkilmiş çəpərin İddiaçı оğlu tərəfindən özbaşına söküldüyü üçün sərhəd çəpərinin bərpası üçün cavabdehin üzərinə öhdəlik qoyulmasını, sərhəd çəpəri çəkilənə qədər cavabdehin, ailə üzvlərinin, malqarasının, həyət quşlarının həyətinə girişinə qadağan tətbiq edilməsini, Azerbaycan Respublikasının məhkəmələrinin qərar və qətnaməlırinə hörmətsizlik edərək onların qərarına əsasən müəyyən edilmiş sərhədi pozduğu üçün cavabdehin məsuliyyətə cəlb olunmasını, çəpərin dağıdılması nəticəsində dəymiş 680 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını iddia etsə də, Cavabdeh Sıracəddin qızının nümayəndəsi qarşılıqlı iddianı məhkəmə iclasında əsaslandıra bilməmiş və izahat verməkdən savayı iddianın təmin olunmasına əsas ola biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

7. Beləliklə, məhkəmə işin yuxarıda müəyyən edilən hallarına, proses iştirakçılarının məhkəmə iclasında verdikləri izahatlara və işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, əvvəlki məhkəmə instansiyalarında İddiaçı “yaranmış maneənin aradan qaldırılması” tələbini iddia etsə də, onun iddiaları təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarın surətindən görünür ki, cavabdeh Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi üzərinə Cavabdeh adına vermiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış və reyestir nömrəsi **********05-10301 olan, xx.xx.2013-cü il tarixli fərdi yaşayış evinin Texniki pasportu İddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində olan və onlara məxsus JN-150A saylı şəhadətnamədə göstərilən 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyi qoyulmuşdur. Ona görə də, İddiaçı hazırki iddia ilə məhkəməyə yenidən müraciət etməyə məcbur olmuşdur. Göründüyü kimi İddiaçı əvvəllər eyni tələbi irəli sürmüş, lakin, əvvəlki məhkəmə instansiyalarında iddiaları nəzərə alınmamışdır, iddiaçının hərəkətləri, yəni yaranmış maneənin aradan qaldırılmasına dair hissədə iddia tələbi davam edən hərəkətlərdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən tələb davam edən hərəkət olduğu üçün iş üzrə icraata xitam verilə bilməz.

8. İlkin iddiaçı Əhmədov İddiaçı Siyasət Sıracəddin qızından dəymiş maddi ziyana görə 10000 manat pulun alınıb ona verilməsini tələb etsə də, məhkəmə iclasında İddiaçı izahat verməkdən savayı həmin hissədə iddianı əsaslandıra biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

9. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi maddi ziyana görə 10000 manat pulun Cavabdeh Sıracəddin qızından alınaraq İddiaçı оğluna verilməsi”nə dair hissədə təmin edilməməlidir.

10. Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)-306/2023 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) ilk iddia qismən təmin edilmiş, ilkin İddiaçı xüsusi mülkiyyətində olan Zərdab rayonu Çallı kəndində yerləşən həyətyanı torpaq sahəsinə Cavabdeh Sıracəddin qızı tərəfindən törənən maneə aradan qaldırılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, həmçinin qarşılıqlı iddia təmin edilməməsi, ilkin iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş 120 manat dövlət rüsumunun Cavabdeh Sıracəddin qızından tutularaq ilkin İddiaçı ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 170-ci maddələrinə istinad etmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 nömrəli qərarı Zərdab Rayon Məhkəməsinin 2(035)-221/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-47/2012 saylı, xx.xx.2012-ci tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4244 /2012 saylı, xx.xx.2012-ci tarixli Qərarı Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin 2(107)-568/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4281/2020 saylı, xx.xx.2020-ci tarixli Qərarı X2 113 nömrəli, xx.xx.2021-ci tarixli ekspert rəyi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** Qeydiyyat nömrəli və Qeydiyyat tarixli xx.xx.2021 Çıxarış

13. İş üzrə qətnamədən narazı qalan İddiaçı və Cavabdeh Sıracəddin qızı apellyasiya şikayəti vermişlər.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, təqdim etdiyi sənədlərdən göründüyü kimi mülkiyyət hüququ illər ərzində cavabdeh tərəfindən pozulub, hüquqlarına müdaxilə olunub. Əslində çəkdiyi xərclər 10.000 manatdan çox olsa da həmin məbləği tələb etmişdir, lakin təqdim etdiyi məhkəmə aktlarına baxmayaraq məhkəmə maddi ziyan çəkmədiyini göstərib. Məhkəmə hesab etmişdir ki, maddi ziyan hissədə çəkdiyi xərcləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə ən azından icra və probasiya şöbəsindən sorğu ilə ödədiyi məbləğləri götürməklə maddi ziyanın bir hissəsini müəyyən edə bilərdi.

15. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)- 306/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilk iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

16. Cavabdeh Sıracəddin qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zərdab Rayon Məhkəməsi iddiaçının "dövlət rüsumunun ödənilməsi" tələbinə dair iddiasını təmin edərkən iddiaçının məhkəmənin keçirilməsi üçün ödədiyi "dövlət rüsumu" qəbzini maddi sübut kimi nəzərə almışdır. Lakin, hakim dövlət rüsumunun nəyə görə 120 manat olduğunu çözməmişdir. Belə ki, ilkin İddiaçının 10000 manat məbləğində "maddi ziyan" tələbi haqlı olaraq təmin edilmədiyi halda 120 manat "dövlət rüsumu" tələbi də təmin edilə bilməz. Ona görə ki, məhkəmə üçün dövlət rüsumunun məbləği onun iddia qiymətindən asılıdır. Hal-hazırda 1000 manatdan 10000 manatadək qiymətləndirilən iddianın rüsumu 120 manatdır.

17. Hakim heç bir araşdırma aparmadan, heç olmasa sökülmüş həyətyanı sərhəd çəpərinə baxış belə keçirmədən necə qərar verə bilir? Mötəbər sübut deyəndə nəyi nəzərdə tutub? Azərbaycan Respublikası Ali Məhkəməsindən belə mənə tanıdılmış sərhəddə dair verimiş qərar və qətnamədən böyük sübutmu olur? Hətta qonşusu-ilkin iddiaçı ilə sərhəddi istinad nöqtəsi kimi onun dülgər sexindən olduğunu işdə olan Zərdab Rayon Məhkəməsinin qətnaməsində (2(035)-04/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnamə) aydın göstərilib. Məhkəmə iclasında İddiaçı çəpəri sökməsinə Şəki İnzibati Məhkəməsinin qətnaməsini əsas göstərdiyi halda Zərdab Rayon Məhkəməsinə daha hansı mötəbər sübutlar lazım idi ki, "sökülmüş sərhəd çəpərinin bərpası, şəxsin məsuliyyətə cəlb edilməsi, maddi ziyanın ödənilməsi" tələbləri ilə qaldırdığı iddia təmin ediləydi?

18. Zərdab Rayon Məhkəməsi Azərbaycan Respublikasının qanunlarının hansı maddəsinə uyğun onun "işə xitam verilməsi" tələbi ilə qaldırdığı iddianı təmin etməmişdir? Zərdab Rayon Məhkəməsinin özünün yuxarıda göstərdiyi kimi artıq onların arasında eyni predmet barəsində, eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş iki məhkəmə işi olmuşdur. Lakin, göründüyü kimi Zərdab Rayon Məhkəməsi MPM-nin 261.0.2-ci, 233.3-cü, 82.3-cü maddələrini qərəzli şəkildə pozmuşdur. İşin faktiki hallarından göründüyü kimi Zərdab Rayon Məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, qərəzsiz, tam və obyektiv tədqiqinə lazimi şərait yaratmamış, ümumiyyətlə buna maraqlı olmamışdır. Onun təqdim etdiyi etirazda və qarşılıqlı iddia ərizəsində göstərdiyi faktlarla (sənədlərin surətləri ərizəyə əlavə olunmasına baxmayaraq) maraqlanmayan hakim özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıraraq, qərar qəbul etmiş və bununla yanaşı, iddianın predmetinə aid olmayan, faktiki heç bir araşdırma aparmadan, tələsik tam qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

19. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)- 306/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianı rədd edilməsi və qarşılıqlı iddianı təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sıracəddin qızı öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Hər iki tərəf Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)- 306/2023 nömrəli qətnaməsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

29. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 3 oktyabr 2024-cü il tarixli 10/7393 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 09.09.24 tarixli 3-21-3-36/2-3716/24 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Zərdab rayonu Məhkəməsinin 2(035)- 221/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə qət edilmiş 0.06 ha hissəsi, Cavabdeh məxsus olan torpaq sahəsinin Zərdab rayonu Məhkəməsinin 2(035)-04/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 616 kvm hissəsi ilə bağlı mütəxəssis rəyi və sözügedən torpaq sahələrinin konfiqurasiyası əks olunan sxem (yerquruluşu planı) idarənin arxiv materiallarında mövcud olmadığı üçün 0.06 ha və 616 kv.metr torpaq sahələrinin yerləşdiyi ərazi, həmçinin Zərdab rayonu Məhkəməsinin 2(035)-221/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə cavabdehin çıxarılması qət edilməmiş 182 kv.metr hissənin mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarı ilə qərara alınmış 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsinin ölçüləri və koordinatları müəyyən edilmişdir.(mütəxəssisin sxemində 0.0728 ha) Zərdab Rayon Məhkəməsinin 2(035)-221/2011 saylı, xx.xx.2011-ci tarixli qətnaməsi ilə qət edilmiş 0,06 ha hissəsi; Cavabdeh məxsus olan torpaq sahəsinin Zərdab Rayon Məhkəməsinin 2(035)-04/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş 616 kvm hissəsi ilə bağlı mütəxəssis rəyi və sxem idarənin arxiv materiallarında mövcud olmadığı üçün 0.06 ha və 616 kv.metr torpaq sahələrinin Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı qərarında qeyd edilən 0.0782 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. 27 mart 2012-ci il tarixli, 5062 saylı ekspert rəyi mütəxəssis tərəfindən arxiv materiallarında aşkar olunmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmənin işdə mövcud olan sübutlara əsasən araşdırma aparma səlahiyyəti olsa da, iddianı təsdiq edəcək heç bir sübutun təqdim edilmədiyi halda iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə verilmiş iddia ərizəsi yalnız 10.000 manat xərclərin ödənilməsi tələbini deyil, həm də maneələrin aradan qaldırılması tələbini ehtiva etmişdir ki, dövlət rüsumu da ona görə ödənilmişdir. Həmin tələb birinci instansiya məhkəməsi tərəfindən təmin olunduğundan ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasında məhkəmə haqlı olmuşdur.

32. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 17-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki məhkəmə mübahisəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-137/2021 saylı Qərarına əsasən iddiaçının hüququ tanınmış və onun adına mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0.22 ha torpaq sahəsi barədə olmuşdur. Cavabdeh isə qarşılqılı iddianı yalnız əvvəlki məhkəmə qərarları ilə əsaslandırmaqla kifayətlənmiş, qarşılıqlı iddiasında qeyd etdiyi çəpərin hansı torpaq sahəsində yerləşməsi, onun həqiqətən iddiaçı tərəfindən sökülməsi və hansı əsaslarla hansı məbləğdə maddi ziyanın vurulması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Bu qətnamənin 3-cü bəndində qeyd edildiyi kimi, iddianı təsdiq edəcək heç bir sübutun təqdim edilmədiyi halda iddiaçının əvəzinə sübut toplamaq məhkəmənin vəzifələrinə aid deyildir.

33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 18-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında əvvəllər Zərdab Rayon Məhkəməsində iki işə - 2(035)-221/2011 saylı və 2(035)- 04/2018 saylı mülki işlərə və Şəki İnzibati Məhkəməsində bir işə - 2-1(116)-137/2021 saylı inzibati işə baxılmışdır. 2(035)-221/2011 saylı mülki iş cavabdehin iddiaçının mülkiyyətində olan 0.22 ha həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsindən çıxarılması ilə bağlı, 2(035)-04/2018 saylı mülki iş hazırki iddiaçının hazırki cavabdehə məxsus olan torpaq sahəsinin 616 kv.m hissəsindən çıxarılması ilə bağlı olmuşdur. 2-1(116)-137/2021 saylı inzibati iş üzrə isə iddiaçıya məxsus 0.22 ha torpaq sahəsinin 0.0782 ha hissəsinə münasibətdə hazırki cavabdehin adına olan mülkiyyətlərinin ləğv edilməsi ilə bağlı olmuşdur ki, hazırki iddia tələbi ilə həmin qərara əsaslanmaqla torpaq sahəsinin hasara alınmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması tələb edilmişdir. Göründüyü kimi, tərəflər arasında olan əvvəlki məhkəmə qərarları ilə hazırki tələblə bağlı mübahisəyə baxılmamışdır.

34. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)-306/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədquiqatının dəyəri olan 100 manat pulun 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən alınmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və Cavabdeh Sıracəddin qızı tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(035)-306/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı və 50 manatı Cavabdeh Sıracəddin qızından tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar