Məhkəmə qərarları › İş №2(107)-1470/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1470/2022

15.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1470/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadından verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadının ləğv edilməsi və mülki işin apellyasiya instansiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadına əsasən, Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-514/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilən qətnamə birbaşa olaraq Maraqlı şəxs hüquq və qanuni mənafeyinə toxunur. Belə ki, Maraqlı şəxs cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia tələbi Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(046)-368/2012 saylı qətnaməsi ilə təmin edilmişdir. Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(046)-368/2012 saylı qətnaməsini cavabdehlər icra etmir və Maraqlı şəxs Göyçay rayon Bığır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 97.5 m2, yaşayış sahəsi 48 m2 iki otaqlı yaşayış sahəsidnə yaşamaması üçün müxtəlif maneələr yaradılır. Halbuki Maraqlı şəxs bütün cehiz əmlakı və digər əşyaları muübahisəli yaşayış evində yerləşir. İddiaçı hazırki iş üzrə cavabdehlərə qarşı iddia qaldırmaqda məqsəd Maraqlı şəxs qeyd olunan yaşayış sahəsində yaşamağını məhdudlaşdırmaq olmuşdur. Belə ki, cavabdeh (qaynana) Cavabdeh1 iddiçı İddiaçı bacısıdır. Məhz bu səbəbdən də Cavabdeh1 iddia tələbini qəbul etmişdir. Əgər evdən çıxmağa Cavabdeh1 razılığı var idisə onda niyə məhkəmədə iddia qaldırılırdı. Hesab edir ki, məqsəd Maraqlı şəxs yaşayış sahəsindən istifadəsini məhdudlaşdırmaqdı. İddiaçı Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(046)-368/2012 saylı qətnaməsi üzrə evə köçürülmə tələbimə dair icra sənədində göstərilən borclu şəxs deyildir. Bu baxımdan Maraqlı şəxs qeyd olunan yaşayış sahəsinə köçürülməyi və orada yaşamağına əlavə maneələr yaradılacaqdır və Maraqlı şəxs əlavə olaraq yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Hazırki qətnamə Maraqlı şəxs hüquq və qanuni maraqlarına birbaşa toxunmaqla, onun hüquqlarını pozur. Bundan əlavə tərəflər arasında mübahisə olmadan məhkəmədə iddia qaldırılması və iddianın etiraf olunması bir daha onu göstərir ki, məqsəd Maraqlı şəxs yaşayış sahəsində yaşamağına süni maneələr yaratmaqdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilən 27 aprel 2021-ci il tarixli 136 saylı arxiv arayışından müəyyən edilir ki, evdən çıxarılması tələb olunan Göyçay rayon Bığır kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 97.5 m2, yaşayış sahəsi 48 m2 iki otaqlı ev Cavabdeh2 və digər cavabdehlərə məxsusdur. Lakin məhkəmə həmin halları araşdırmamış, cavabdehlərin onlara məxsus olan və uzun illər yaşadıqları və istifadə hüquqları olduğu evdən hansı səbəbdən çıxmağa razı olduqları aydınlaşdırılmamışdır. Buna görə də qərardadın ləğv olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(046)-514/2022 saylı qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi Maraqlı şəxs hüquqlarına və qanuni maraqlarına toxunmur. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(046)-368/2012 saylı qətnaməsi ilə Maraqlı şəxs cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşadıqları Göyçay rayon Bığır kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Maraqlı şəxs deyil, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını xahiş etmiş, Maraqlı şəxs qarşı heç bir tələbi olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında qərar qebul etmişdir. Azərbaycan Respublikası MPM-in 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. MPM-in 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 15.4-cü maddəsinə görə məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apelyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. «... MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə... onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. MPM-in 357.2-ci maddəsində göstərilən şəxlərin apelyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: 1) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; 2) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apellyasiya şikayəti vermək hüququ istisna olunur. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-ci il tarixli Qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi hazırki iş üzrə Maraqlı şəxs tərəf kimi işə cəlb edilməsinə lüzum olmamış, qəbul edilmiş qətnamə onun hüquqlarına və qanuni maraqlarına toxunmamış, hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual marağı olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilib-verilməməsinin araşdırılmasına yönəlmişdir. ..... Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Məhkəmə kolegiyası hesab edir ki, şikayət əsaslı deyildir. Ona görə də şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədən hüquq və vəzifələrinə toxunmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasını nizama salan norma olmadığından, Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsini rəhbər tutub anoloji hüquq münasibətini tənzimləyən normaya yəni, Azərbaycan Respublikası MPM-in 363.1.1-ci maddəsinə istinad edərək məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Maraqlı şəxs nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli 2(046)-514/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar