Məhkəmə qərarları › İş №2(107)-1475/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1475/2021

29.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1475/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X1 iştirakları ilə, İddiaçı cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbinə qarşı “əmrin və əmək müqaviləsinin müddətli sayılması hissəsinin etibarsız sayılması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsindən cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) iddia təmin olunmuş, İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə 1 il müddətinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin ləğv edilməsi, İddiaçı Göyçay şəhər 5 saylı orta məktəbinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə dair Göyçay şəhər 5 saylı orta məktəbin direktoru ilə bağlanmış 15.09.2020-ci il tarixli əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsi və məktəbin direktoru tərəfindən imzalanmış 15.09.2020ci il tarixli 84 saylı əmri İddiaçı işə müddətli əsaslarla bərpa olunması hissəsinin ləğv edilməsi, bu qətnamənin İddiaçı ilə Göyçay şəhər 5 saylı orta məktəbin direktoru arasında bağlanmış 15.09.2020-ci il tarixli 84 saylı müqavilənin müddətsiz hesab edilməsi üçün əsas hesab olunması qət edilmişdir. İşin halları İddiaçı Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə Göyçay şəhəri 5 saylı tam orta məktəbinin 14.06.2017-ci il tarixli əmrinin qanunsuz hesab edilməklə ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Göyçay şəhəri 5 saylı tam orta məktəbinə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin predmentinin dəyişdirilməsi barədə ərizə verərək elektron informasiya sisteminə daxil edilmiş 1 il müddətinə Göyçay şəhər 5 saylı orta məktəbə müəllim vəzifəsinə təyin edilməsinə dair 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bildirişinin, onunla 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi hissəsinin və həmin tarixli 84 saylı əmrinin onun işə müddətli əsaslarla bərpa olunmağı hissəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək edərək göstərmişdir ki, Göyçay şəhər 5 saylı orta məktəbin 11 noyabr 2012-ci il tarixli 78& 2 saylı əmrinə əsasən həmin tarixdən 0.5 oklad hesabı ilə məktəbə lobarant vəzifəsinə təyin edilərək ixtisası üzrə dərs aparmağına icazə verilmişdir. 16 aprel 2013-cü ildən lobarant vəzifəsindən azad edilmişdir. Həmin vaxtdan məktəbdə yalnız müəllimə kimi əmək fəaliyyətini davam etdirmiş, əmək kitabçasına hər iki əmr daxil edilmişdir. Məktəb direktorunun 01 dekabr 2017-ci il tarixli əmri ilə işdən azad edilsədə Şəki Apellyasiya Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə 01 dekabr 2017-ci il tarixli 98 saylı əmri ləğv edilmiş, həmin məktəbə ixtisası üzrə «azərbaycan dili və ədəbiyyatı» ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, iddiasının təmin edilməsi barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvədə saxlanılmışdır. 15 sentyabr 2020-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən əvvəlki işinə bərpa olunmuşdur. İşə bərpa olunduqdan bir müddət sonra məktəb direktoru ona 1 il müddətinə işə bərpa edildiyini bildirmiş və göstərmişdir ki, onunla 14 sentyabr 2017-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin surətinin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, 15 sentyabr 2020-ci il tarixli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri yoxdur, 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr yoxdur, 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr mövcud olsa da, əmrlə onun tanış edilməsi haqqında heç bir sənəd mövcud deyildir. Halbu ki, 30 mart 2021-ci ildə elektron informasiya sistemindən özü ilə bağlı bu məlumatları əldə etmiş və orada qeyd edilmişdir ki, onunla 15 sentyabr 2014-cü ildə və 15 sentyabr 2020-ci ildə müddətli müqavilə bağlanmışdır. Həmin məlumatlarda 14 sentyabr 2017-ci il tarixli əmrlə bağlı məlumat yerləşdirilməmişdir. Halbu ki, işəgötürənlə 15 sentyabr 2014-cü ildə və 14 sentyabr 2017-cü ildə əmək müqaviləsi bağlamamışdır. Məktəbin direktoru əmrin 14 sentyabr 2014-ci il tarixli olmasını göstərsə də, elektron informasiya sisteminə isə 15 sentyabr 2014-cü il tarixli əmək müqaviləsi bağlanması daxil edilmişdir. Ona məxsus əmək kitabçasında isə ümumiyyətlə bu barədə hər hansı əmr qeyd edilməmişdir. Bu səbəbdən də əmrdən uzun müddət xəbərsiz olmuşdur. İşə bərpa olunarkən isə cavabdeh məktəbdə hər hansı müqaviləsi aşkar olunmadığını bildirib əmək müqaviləsini imzalamalı olduğunu bildirmişdir. Hazırda isə ona məlum olmuşdur ki, onun barəsində əvvəl olan müqavilələr müddətli olduğundan bağlanmış əmək müqaviləsi də müddətlidir. Müqavilələrin surəti ona verilmədiyindən bundan elektron informasiya sistemindən həmin məlumatları çıxartdıqdan sonra xəbərdar olmuşdur. İş üzrə cavabdeh Göyçay şəhər 5 saylı orta məktəbin direktrou X2 iddianı qəbul etməyərək göstərmişdir ki, məktəbə yeni direktror təyin olunmuşdur. İddiaçının işə bərpası ilə əlaqədar məhkəmə qətnaməsi icra edilmiş, lakin ondan əvvəl işləmiş direktrorun 15 sentybr 2017-ci il tarixli əmri ilə İddiaçı müddətli müqavilə ilə işə qəbul edildiyindən, 15 sentyabr 2020-ci il tarixli əmri müddətli əmək müqaviləsi kimi hazırlamış və imzalamışdır. Lakin elektron informasiya sisteminə daxil edilmiş 14 sentyabr 2014-cü il tarixli İddiaçı ilə bağlı əmr və bununla əlaqədar bağlanmış əmək müqaviləsi mövcud deyildir, elektron informasiya sisteminə daxil edilmiş 15 sentyabr 2017-ci il tarixli əmr, əmr kitabında 14 sentyabr 2017-ci il tarixli 64 nömrəli əmr kimi mövcuddur. Həmin 14 sentyabr 2017-ci il tarixli əmrlə əlaqədar İddiaçı ilə bağlanmış əmək müqaviləsi məktəbdə aşkar olunmamış, həmin əmrlə İddiaçı tanış edilməsi barədə məlumat yoxdur. Məktəbdə yalnız İddiaçı ilə onun 2012-ci il tarixdə 05 oklad hesabı ilə lobarant təyin vəzifəsinə təyin edilməsi və məktəbə ixtisası üzrə dil ədəbiyyat fənnini tədris etməyə icazə verilməsi barədə 01.11.2012-ci il tarixli 78 saylı əmri mövcuddur. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən 15.09.2020-ci il tarixdə Göyçay şəhər 5 saylı tam orta məktəbə 84 saylı əmrlə Azərbaycan dili və Ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göyçay rayon Məhkəməsinin 2(046)-548/2021 nömrəli, 07.05.2021-ci il tarixli qətnaməsi ləğv olunmalıdır. İddiaçı Göyçay şəhər 5 saylı tam orta məktəbin 11 noyabr 2012-ci il tarixli 78/2 saylı əmrinə əsasən həmin tarixdən 0,5 vahid ştat hesabı ilə məktəbə laborant vəzifəsinə təyin edilmiş və ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Əvəzçilik üzrə dərs aparan müəllim əsas işçi hesab edilmir. Odur ki, iddiaçı 11 noyabr 2012-ci il tarixdən 16 aprel 2013-cü il tarixə qədər məktəbdə laborant vəzifəsində işləmişdir. 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edilsə də, onun məktəbdə müəllim kimi fəaliyyət göstərməsi barədə sənədləşdirmə aparılmamışdır. Eyni zamanda əmək kitabçasında bu barədə qeydlər aparılmamışdır. 2010-2011-ci dərs ilindən ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu yeni qaydalar əsasında, müsabiqə yolu ilə həyata keçirilir. İddiaçı işlədiyi müddət ərzində müəllimlərin işə qəbulu müsabiqəsindən keçməmişdir. Odur ki, onun həmin müddət ərzində müəllim kimi fəaliyyət göstərməsi qanunauyğun deyil. 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə İddiaçı 1 (bir) il müddətinə ixtisası üzrə məktəbə müəllim təyin edilmişdir. Həmin əmrin məzmunundan məlum olur ki, iddiaçı əvvəllər məktəbdə müqavilə ilə işləmişdir. Bu da onu sübut edir ki, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad edildikdən sonra qanunsuz olaraq (müəllimlərin işə qəbulu müsabiqəsindən keçmədiyi üçün) 01.12.2017-ci il tarixə qədər müddətli müqavilə əsasında əvəzçilik üzrə dərs aparmışdır. 2017-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlama aparılmış və digər qanunsuz işçilərlə bərabər İddiaçı da işdən azad edilməsi üçün Göyçay Rayon Təhsil Şöbəsinə 29.11.2017-ci il tarixli K-728 nömrəli məktub göndərilmişdir. Göyçay şəhər 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. İddiaçı yenidən işə bərpa edilməsi barədə məhkəməyə müraciət etmişdir. İddiaçı işdən azad edilərkən əmək qanunvericiliyinin tələbləri gözlənilmədiyi üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə işə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 2310/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarına əsasən 15.09.2020-ci il tarixində Göyçay şəhər 5 saylı tam orta məktəbə 84 saylı əmrlə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilərək, onunla 1 (bir) tədris ili müddətinə müqavilə bağlanılmışdır. İddiaçı işə bərpa edilərkən onun sonuncu dəfə 14 sentyabr 2017- ci il tarixli 64 saylı əmrlə əvvəllər məktəbdə müqavilə ilə işləməsi qeyd edilərək, 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanması əsas götürülmüşdür. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)- 548/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2310 saylı, 18 sentyabr 2019-cu il tarixli 2(107)-2310/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 01 may 2019- cu il tarixli 2(046)-834/2019 nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdeh Göyçay şəhəri 5 saylı tam orta məktəbə qarşı məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv olunması və həmin məktəbə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi barədə iddiasının təmin edilməsi və Göyçay şəhəri 5 saylı tam orta məktəbin 01.12.2017-ci il tarixli 98 nömrəli əmrinin mübahisələndirilməsi üçün İddiaçı tərəfindən ötürülmüş müddətin bərpa edilməsi, Göyçay şəhər 5 saylı tam orta məktəbin 01 dekabr 2017-ci il tarixli 98 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı həmin məktəbə “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə müəllim vəzifəsinə bərpa edilməsi qət edilmişdir. İşdə olan Göyçay şəhəri 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən imzalanmş 15.09.2020-ci il tarixli 84 nömrəli əmrdən görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə işə bərpa edilmiş, onunla həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. İşdə olan Göyçay şəhəri 5 saylı tam orta məktəbin 31.10.2012-ci il tarixli 78 nömrəli əmrinin 1-ci paraqrafından görünür ki, İddiaçı Göyçay şəhəri 5 saylı tam orta məktəbə laborant təyin olunmuş və “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. İşdə olan Göyçay şəhəri 5 saylı tam orta məktəbin 14.09.2017-ci il tarixli 64 nömrəli əmrindən görünür ki, Göyçay şəhəri 5 saylı tam orta məktəbdə əvvəllər müqavilə ilə işləmiş İddiaçı işə bir il müddətinə müvəqqəti əmək müqaviləsi bağlanmışdır. İşdə olan Göyçay rayon Təhsil Şöbəsinin 01 aprel 2021-ci il tarixli 59 saylı arayışından görünür ki, Göyçay şəhər 5 saylı orta məktəbin müəllimi İddiaçı 2013-cü ilin sentyabr ayından 2017-ci ilin dekabr ayınadək əmək haqqı hesablanmışdır. İşdə olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, Göyçay şəhər 5 saylı orta məktəbin direktorunun 01 noyabr 2012-ci il tarixli, 78&1 saylı əmri ilə məktəbə laborant (0.5 oklad hesabı ilə) təyin edilmiş və məktəbdə ixtisası üzrə əvəzçiliklə dərs aparmağa icazə verilmişdir. Məktəb direktorunun 16 sentyabr 2013-cü il tarixli 43 saylı əmri ilə laborant vəzifəsindən azad edilmişdir. Məktəb direktorunun 15 sentyabr 2020-ci il tarixli 84 say əmri ilə həmin tarixdən 14 iyun 2021-ci il tarixə qədər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2020-ci il tarixli 2(102)- 7442020 nömrəli qərarına əsasən Göyçay şəhər 5 saylı orta məktəbə müddətli əmək müqaviləsi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə bərpa edilmişdir. İşdə olan Göyçay şəhər 5 saylı orta məktəbin əmrlər kitabından çıxarışdan görünür ki, məktəb direktorunun 14.09.2017-ci il tarixli 64 saylı əmri əmr kitabına daxil edilsə də, əmək müqaviləsinin bağlanması ilə bağlı qeyd yoxdur, elektron informasiya sisteminə daxil edilmiş məktəbin 15 sentyabr 2014-cü il tarixli əmr isə mövcud deyildir. İşdə olan İddiaçı barədə elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2014-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 15 sentyabr 2017-ci il tarixdir. Bildiriş sistemə 18 sentyabr 2014-cü ildə daxil edilmiş, 30 mart 2021-ci ildə çap edilmişdir. İşdə olan İddiaçı barədə elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2017-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 14 iyun 2018-ci il tarixdir. Bildiriş sistemə 28 noyabr 2017-ci ildə daxil edilmiş, 30 mart 2021-ci ildə çap edilmişdir. İşdə olan İddiaçı barədə elektron informasiya sisteminə daxil edilmiş məlumatlardan görünür ki, onunla 15 sentyabr 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin qurtardığı tarix 14 iyun 2021-ci il tarixdir. Bildiriş sistemə 16 sentyabr 2020-ci ildə daxil edilmişdir. İşdə olan Göyçay şəhər 5 saylı orta məktəbin direktrou Vüqar Məlikovun verdiyi 29 aprel 2021-ci il tarixli 11 saylı məktubdan görünür ki, İddiaçı ilə 15 sentyabr 2020-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsindən başqa əvvəllər işə qəbul edilməsi ilə əlaqədar bağlanmış əmək müqavilələri mövcud deyildir. 15 sentyabr 2014-cü ildə onunla əmək müqaviləsinin bağlanması barədə əmr kitabında əmr mövcud deyildir. Onun barəsində 14 sentyabr 2017-ci il tarixli 64 saylı əmrlə işçinin 1 il müddətinə işə qəbul edilməsi barədə əmr mövcuddur, lakin həmin əmrin İddiaçı ilə tanış edilməsi barədə məlumat yoxdur və İddiaçı ilə həmin tarixdə müddətli əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2, 44.1, 44.3, 45.2, 45.3, 45.4, 45.5, 81.1, 81.2, 85.1, 85.2, 85.3, 86.1, 294.1, 296.1, 296.2 və 296.3-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Həmin Məcəllənin 7- ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin Məcəllənin 44.3 –cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Həmin Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 45.5-ci maddəsinə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 85.3-cü maddəsinə əsasən bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Həmin Məcəllənin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən bu Həmin Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlanmasını mübahisələndirir və tələbini belə əsaslandırır ki, 01.11.2012-ci il tarixdən həmin məktəbə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilməsinə baxmayaraq, hazırda məktəbin direktoru onunla müddətli əmək müqaviləsi bağlamaqda haqlı olmamışdır. Belə ki, 5 ildən artıq müddət ərzində Azərbaycan dili və Ədəbiyyatı fənnini tədris etməklə, həmin məktəbdə işlədiyindən onunla müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Belə ki, məktəbin direktoru tərəfindən onunla müddətli əmək müqaviləsi bağlanmasına əsas olan hal kimi, məktəbin 14.09.2017ci il tarixli 1 il müddətinə əmək müqaviləsi bağlanması barədə 64 nömrəli əmri əsas götürülmüşdür. Halbu ki, həmin əmrin mövcud olduğuna dair heç bir məlumatı olmamış və həmin tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 16 aprel 2013-cü ildən laborant vəzifəsindən azad ediləndən məktəbdə əvəzçilik üzrə «Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi əmək fəaliyyətini davam etdirdiyindən, həmin vaxt onun işə qəbul edilməsi ilə bağlı müddət tərəflər arasında razılaşdırılmadığından işə götürənin birtərəfli qaydada əmək müqaviləsinin şərtlərini dəyişdirməsi qanunsuzdur. Həmçinin işəgötürənin əmək müqaviləsi bağlamadan mövcud olmayan 15 sentyabr 2014-cü ildə müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə məlumatlar daxil etməsi, əmr kitabında 14 sentyabr 2017-ci il tarix qeyd olunmasına baxmayaraq elektron informasiya sisteminə mövcud olmayan 15 sentyabr 2017-ci il tarixli müddətli əmək müqavilərini daxil etməklə işçinin hüquqlarını pozması müəyyən olunur və 5 saylı orta məktəbin direktorunun məktubu ilə də təsdiq olunur ki, həmin tarixli əmək müqavilələləri mövcud deyildir və həmin tarixli əmrlərin, əmək müqavilələrinin iddiaçı ilə tanış edilməsi barədə cavabdeh tərəfdən məlumat yoxdur. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilə əmək münasibətlərinin müddətli olması müəyyən olunmadığından İddiaçı ilə 15 sentyabr 2020-ci ildə bağlanmış əmək müqaviləsinin müddətli hesab edilməsi bu barədə verilmiş eyni tarixli 84 saylı əmrinin müddətli əsaslarla bərpa edilməsi hissəsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Əmək müqaviləsinin bağlanması ilə bağlı 18.09.2014-cü il tarixdə və 28.11.2017-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən göründüyü kimi İddiaçı həmin bildirişləri 30.03.2021-ci il tarixdə əldə etmişdir. Göründüyü kimi İddiaçı hüquqlarının pozulduğu gündən müddəti ötürmədən pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və cavabdeh isə bu hissəni mübahisələndirmədiyindən müddət ötmüş hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Göyçay şəhər 5 saylı tam orta məktəbin direktoru X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2(046)-548/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar