Məhkəmə qərarları › İş №2(107)-1485/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1485/2020

01.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1485/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclas katibiyi, iddiaçılar İddiaçı1, X6 və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı “icarəyə verilmiş 50 hektar torpaq sahəsinə sahiblik və istifadəyə maneələrin aradan qaldırılması, torpaq sahəsindən qanunsuz istifadə nəticəsində vurulmuş 6700 manat ziyan” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-402/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara icarəyə verilmiş Şəki rayonu, Turan qəsəbəsində “Bayan Çala” adlı ərazidə yerləşən 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların sahiblik və istifadəyə Şəki rayonu, Sarıca kəndində yaşayan Cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması, torpaq sahəsindən onun qanunsuz istifadəsi nəticəsində onlara dəymiş 6750 manat pulun Cavabdeh alınıb onların hər birinə 3375 manat olmaqla verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-402/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və X2 icarəyə verilmiş Şəki rayonu, Turan qəsəbəsində “Bayan Çala” adlı ərazidə yerləşən 50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların sahiblik və istifadələrinə Şəki rayonu, Sarıca kəndində yaşayan Cavabdeh tərəfindən törədilən maneələr aradan qaldırılması, iİddiaçılar İddiaçı1 və X2 dəymiş zərərin əvəzi olan 472,50 manat Cavabdeh alınaraq həmin pulun 236,25 manatı İddiaçı1, 236,25 manatı isə X2 verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və X6 apelyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2018 ci il tarixli icarə müqaviləsi ilə Şəki rayonu Turan Qəsəbəsində “Bayan Cala“ adlı ərazidə yerləşən və Bələdiyyənin mülkiyyətində olan 50 hektar kənd təsərrüfatlı təyinatlı (örüş otaq) torpaq sahəsi onların icarələrinə verilmişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2033-cü ilədək müəyyən edilmişdir. İcarə müqaviləsi əsasında bu torpaq sahəsi DƏDRX-nin 12 saylı ərazi idarəsində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahələrinin koordinantları müəyyən edilərək torpaq sahələri yerində onlara göstərilmişdir. Onların icarələrində olan həmin torpaq sahəsini cavabdeh X10 oglu özbaşına zəbt etmişdir. Cavabdehin həmin hərəkətləri nəticəsində onlara ziyan dəydiyindən, həmin ziyan məbləği könüllü olaraq onlara ödənilmədiyindən, həmçinin, cavabdeh onların icarələrində olan torpaq sahələrindən istifadə etmələrinə maneəçilik yaratdığından məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişlər. Hesab edirlər ki, iddiaları əsaslıdır və iddianı müdafiə edirlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi hüquq normalarını düzgün tətbiq etməməklə, prosessual hüquq normalarının tələblərini pozmaqla, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan, birtərəfli araşdırma aparılmaqla qəbul edildiyindən həmin qətnamə qanunsuz və əsassızdır və ona görə də ləğv olunmalıdır. Belə ki, məhkəmə iş üzrə mütəxəssis rəyini tələb etsə də mütəxəssisin verdiyi mücərrəd bir rəyi dəqiqləşdirmək üçün heç bir tədbir görməmişdir. İki il ərzində həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması səbəbindən həmin torpaqdan gəlir götürə bilməmişlər. Cavabdeh onların torpağını istifadə edərək (bir hissəsində mal qara otarır, bir hissəsində də taxıl əkir) gəlir əldə edir. Bu hal bələdiyyə tərəfindən tərtib edilmiş aktda açıq-aydın görünsə də məhkəmə bu hala hüquqi qiymət verməmişdir. Ona görə də qeyd olunanları nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, neçə vaxtdır cavabdeh onların istifadəsində olan torpaqdan istifadə etmiş, onlara məxsus olan torpaqdakı otu biçmişdir. Bunun nəticəsində onlara xeyli məbləğdə maddi ziyan dəymişdir. Lakin birinci instansiya məhkəməsi iddianın maddi ziyan hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilərək, iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 da apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh onlara məxsus olan torpaqdan istifadə etməklə xeyli məbləğdə, yəni 6750 manat məbləğində maddi ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi iddianın maddi ziyan hissəsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilərək, iddianın tam təmin olunmasına dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onların hər ikisi Kəlbəcər rayonundan məcburi köçkün olmaqla yanaşı, həm də qohumdurlar. Onun özü də təsərrüfatla məşğul olur və istifadəsində hektarlarla torpaq sahəsi var. İddiaçının torpaq sahəsinə ehtiyacı olmamışdır. Odur ki, apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi qətnamə yalnız iddianın təmin olunmayan hissəsində mübahisələndirilmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmir. Ona görə də, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yalnız bu hədd daxilində işə baxılmalı və qətnamə bu hissədə yoxlanılmalıdır. Qətnamənin digər hissəsi barədə isə araşdırma aparılmır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı olmaduğundan təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X14 tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş **********59 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Turan Qəsəbəsində yerləşən 50 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında X1 və İddiaçı1 adlarına qeydə alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X14 tərəfindən xx xxxxxx 2018ci il tarixdə verilmiş **********00 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Turan Qəsəbəsində yerləşən 200 hektar torpaq sahəsi icarə müqaviləsi əsasında Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki Dövlət X7 xx xxxxxx 2019-cu il tarixli, 19/833 nömrəli sorğunun araşdırılmasına dair məktubundan görünür ki, Şəki rayonunun Sarıca kəndində məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkünlər İddiaçı1 və X1 icarəsindəki 50 hektar örüş sahəsinin otarılması səbəbindən dəymiş ziyanlığın müəyyən edilməsi ilə bağlı mərkəzin mütəxəssisləri, aidiyyəti yerli qurumların nümayəndələrinin və şikayətçilərin birgə iştirakı ilə yerində baxış müşahidə keçirilmişdir. Aparılan baxış müşahidə zamanı 50 hektar örüş sahəsindən il ərzində müvafiq normativlərə istinadən 750 ədəd təbii ot presi istehsalı və son 3 ildə hər hektardan orta hesabla 28-30 sentner olmaqla arpa və buğda məhsulu toplanılması barədə nümayəndəlik tərəfindən Dövlət statistika komitəsinə rəsmi məlumat verilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki Dövlət X7 Şəki Dövlət X7 Maliyyə-təsərrüfat sektorunun torpaq məsələləri üzrə baş məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Qorxmaz Məmmədov, Şəki Dövlət X7 Bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsini müvəqqəti icra edən Nazim Məmmədov, Şəki Dövlət X7 Heyvandarlıq sektorunun baş məsləhətçis vəzifəsini müvəqqəti icra edən Şahin Qədimli, Şəki Şəhər İHB-nın Turan qəsəbə İƏD-si üzrə nümayəndəsi Güloğlan Rəfiyev, Turan bələdiyyəsinin sədri Nəbi Balaşov, Sarıca kəndində məskunlaşmış məcburi köçkünlər Ceyhunə Əsədova və İddiaçı1 iştirakları ilə xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şəki rayonu Turan qəsəbəsi “Bayan Çalası” adlanan köhnə qoyunçuluq fermasında 1994-cü ildən məskunlaşmış Kəlbəcər rayonundan məcburi köçkünlər İddiaçı1 və Əsədova Ceyhunənin icarəsində olan 50 hektar (25 ha+25ha) örüş sahəsinə qəsəbə icra nümayəndəsinin, bələdiyyə sədrinin, Turan qəsəbəsi Polis şöbəsinin əməkdaşlarının, mərkəzin mütəxəssislərinin və şikayətçilərin birgə iştirakı ilə baxış müşahidə keçirilmişdir. Həmin vətəndaşların müraciəti əsasında xx xxxxxxx 2019-cu il tarixdə ƏMDK-nin nümayəndələrinin, yerli qurumların və vətəndaşların birgə iştirakı ilə sahəyə baxış keçirilmişdir. Aparılan baxış müşahidə zamanı 50 hektar örüş sahəsinə 15 il müddətinə hərrac yolu ilə çıxarış verildiyi və qonşusu tərəfindən həmin örüş sahəsinin 7 hektarının şumlanması barədə akt tərtib edilmişdir. Tərəflərindən aparılan baxış müşahidə zamanı aşkar edildi ki, şikayətçilərə mövcud qanunvericiliyə uyğun qaydada **********9 nömrəli çıxarışa əsasən 50 hektar uzun müddətə icarəyə verildiyi örüş yerinin 7 hektarı qanunsuz olaraq digər şəxs tərəfindən zəbt olunaraq taxıl səpilmiş, əraziyə heyvanların giriş-çıxış yolunun qarşısı şumlanmışdır. Sahəyə giriş-çıxış üçün 5 metr enində köhnə təsərrüfat yolu qalmışdır. Şikyətçilərin verdiyi məlumata görə iki ildir həmin əraziyə heyvan gətirə bilmirlər. Baxış zamanı adı gedən örüş sahəsində iri və xırdabuynuzlu mal-qara otarılırdı. Verilən məlumata əsasən həmin heyvanlar Cavabdeh məxsusdur. Şəki rayon X8 tərəfindən xx xxxx 2020-ci il tarixli, 03 nömrəli məktubdan görünür ki, iddiaçılar Kəlbəcər rayonundan məcburi köçkünlər İddiaçı1 və X1 Turan bələdiyyəsindən icarəyə götürdüyü 50 (əlli) ha örüş sahəsinə baxış zamanı məlum olmuşdur ki, İddiaçı1 və X1 iddia etdikləri kimi Cavabdeh həqiqətən, həmin örüş sahəsinin yolluğunu şumlayaraq onların gedişgəlişinə mane olmuşdur. Cavabdeh eyni zamanda örüş sahəsinin çox hissəsini yandıraraq, onların bu sahədən istifadəsini əngəlləmişdir. Şəki şəhər İHB-nin Turan Qəsəbə İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 14 nömrəli məktubdan görünür ki, X8 ilə birlikdə yerində baxış keçirilmişdir. İddiaçılar Kəlbəcər rayonundan məcburi köçkünlər İddiaçı1 və X1 Turan bələdiyyəsindən icarəyə götürdükləri 50 (əlli) ha örüş sahəsinə baxış zamanı məlum olmuşdur ki, İddiaçı1 və X1 iddia etdikləri kimi Cavabdeh həqiqətən, həmin örüş sahəsinin yolluğunu şumlayaraq onların gediş-gəlişinə mane olmuşdur. Cavabdeh eyni zamanda örüş sahəsinin çox hissəsini yandıraraq, onların bu sahədən istifadəsini əngəlləmişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı X11 mühəndis invertarlaşdırıcısı X3 mütəxəssis rəyindən görünür ki, Şəki rayon Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1 və X1 Cavabdeh qarşı icarəyə vetrmiş 50 hektar torpaq sahəsinə sahiblik və istifadəyə maneələrin aradan qaldırılması ,torpaq sahəsindən qanunsuz istifadə nəticəzində vurulmuş 6700 manat maddi ziyanın tələbinə dair iddia ərizəsi üzrə mülki işi vardır. Odur ki, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh tərəfindən zəbt edildiyini bildirdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları tərəflərindən bir neçə dəfə vətəndaşların iştirakı ilə naturada göstərilmişdir. Odur ki, iddiaçıların icarəsinə verilmiş 50 hektar torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilibedilməməsi barədə rəy vermək mümkün deyildir. “xxxxxxxxxx” ASC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 95 nömrəli məktubdan görünür ki, bir kiloqram buğdanın orta satış bazar qiyməti 45 qəpik, bir bağ təbii otun orta satış bazar qiyməti 4,5 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nə-ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əm-lakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödə-nil-məlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vur-ma-yan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edil-məsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il ta-rixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.Həmin qərara əsasən hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir şəxsin mülki hüquq pozuntusu (delikt) ilə bağlı məsuliyyətinin yaranması üçün ziyan vurulmasına gətirib çıxarmış hərəkətlə (hərəkətsizliklə) bağlı onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası verilmiş apelyasiya şikayətinin dəlillərinə nəzər yetirməklə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı tərəf onlara 6750 manat məbləğində ziyan vurulmasını və həmin ziyanın da məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. Göründüyü kimi iddiaçı tərəfindən bununla bağlı tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, həmçinin işə baxan birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilərək dəymiş ziyanın məbləği dəqiqləşdirilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbini dəstəkləyən sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə verilmiş mütəxəssis rəyinə istinad etmişdir. İkincisi, məhkəməsi kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, iddiaçı tərəf onlara vurulmuş ziyanın daha çox olması qənətində olduğunu bildirir. Lakin məhkəmə kollegiyası tərəfindən təklif olunmasına baxmayaraq iddiaçılar həmin məbləğin nə qədər olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, apelyasiya şikayətinin bu dəlilini öz mülahizəsi əsasında əsaslandırmağa çalışmışlar. İddiaçı tərəfin bu izahatına və dəlillərinə münasibətdə isə kollegiya nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-402/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar