Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1494/2020 20.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tаrixli 2(075)-777/2020 nömrəli qərardadından İddiaçı nümayəndəsi x5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Yaqub Süleymanov küçəsi, 14 ünvanında yerləşən paylı mülkiyyətdə olan miras C tikilisinin 1/6 hissə miras payların bölünməsi, bölgü mümkün olmadıqda qiymətləndirərək C tikilisinin 1/6 hissə dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) x5 iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 izahat verərək göstərmişdir ki, onun cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x7 və Şəki Regional "Asan Xidmət" x2rşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Şəki rayon məhkəməsində 2(075)-981/2020 saylı mülki iş vardır. Həmin iş üzrə yekun qərar qəbul edilənədək 2(075)-777/2020 saylı mülki işin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x7 və Şəki Regional "Asan Xidmət" x2rşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair 2(075)-981/2020 saylı mülki işə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı “paylı mülkiyyətdə olan evin miras C tikilisinin 1/6 hissə miras payın naturada ayrılaraq ona verilməsi, bölgü mümkün olmadıqda qiymətləndirərək dəyərinin” tələbinə dair 2(075)- 777/2020 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(075)-777/2020 nömrəli qərardadından iddiaçı x1 nümayəndəsi x5 şikayət vermişdir. Şikayət belə əsaslandırılmışdır ki, x1 nikahı pozulmasa da, o atasının ölümündən sonra miras mülkə yiyələnərək miras mülkdə uşağı ilə yaşayıb miras evin 1 otağından istifadə etməklə 2020-ci ilə qədər həmin otaqda yaşayıb mirasa yiyələnməklə vərəsəlik hüququ haqqında şəhadətnaməni və reyestrdən çıxarışı almışdır. Miras mülk mirası qəbul edən vərəsələr arasında paylar bərabər olmaqla bölünür. İddiaçını qardaşı miras evdən çıxarandan sonra o sənədləri əldə edib miras payını qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(075)-777/2020 nömrəli qərardadı ilə iddiaçı x1 nümayəndəsi x5 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, nümayəndəsi x5, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının MPM-in 376.2-ci mаddəsinə əsаsən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirərək hesab edir ki, Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli 2(075)-777/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 06 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan miras C tikilisinin 1/6 hissə miras payların bölünməsi, bölgü mümkün olmadıqda qiymətləndirərək C tikilisinin 1/6 hissə dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Şəki Rayon Məhkəməsində baxılan zaman Cavabdeh2 vəsatət verərək onun cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x7 və Şəki Regional "Asan Xidmət" x2rşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Şəki rayon məhkəməsində 2(075)-981/2020 saylı mülki işi olduğunu və həmin iş üzrə yekun qərar qəbul edilənədək 2(075)-777/2020 saylı mülki işin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək 2(075)-777/2020 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərаrdаddаn iş üzrə iddiaçının nümayəndəsi x5 şikayət vermişdir. Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, İddiaçı ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakdan 1/6 hissə miras payların bölünməsi, bölgü mümkün olmadıqda 1/6 hissə dəyərinin ona ödənilməsini tələb etdiyi əmlakla bağlı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əlakın dövlət reyestrindən çıxarış Şəki Rayon Məhkəməsinin icraatındakı 2(075)-981/2020 saylı mülki iş üzrə iddiaçı qismində çıxış edən Cavabdeh2 tərəfindən mübahisələndirilmişdir. 2(075)-981/2020 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 tələbi təmin edilərsə bu İddiaçı tələbini əsaslandıran hal kimi istinad etdiyi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakdan 1/6 hissə miras payların bölünməsini, bölgü mümkün olmadıqda 1/6 hissə dəyərinin ona ödənilməsini istisna edəcəkdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı x7 və Şəki Regional "Asan Xidmət" x2rşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair 2(075)-981/2020 saylı mülki işə baxılaraq yekun məhkəmə qərarı qəbul edilənədək hazırkı işin icraatını dayandırmaqla düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1, 400-cü və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi x5 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tаrixli 2(075)-777/2020 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 06 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1494/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1494/2020
20.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver