Məhkəmə qərarları › İş №2(107)-15/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-15/2021

26.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-15/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən zəruri yol yerinin ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: iddia- zəruri yol verilməsi, torpaq sahəsindən yol yerinin ayrılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası kakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı və nüməyəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 may 2021-ci il tarixdə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən zəruri yol yerinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Bum qəsəbəsində JN-348 A kod:40800038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»yə əsasən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,14 ha torpaq sahəsinə gediş-gəliş üçün zəruri yol yerinn cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsindən (tərəfindən yol yeri ayrılacaq torpaq sahəsinə qonşu olan torpaq sahəsindən eyni ölçüdə torpaq ayralmaqla) ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 2(025)-14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim A. Əliyev) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən zəruri yol yerinin ayrılması” tələbinə dair iddiası təmin edilməmişdir. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində pul, İddiaçı tutularaq, Az.MEM, VÖEN ********** ,AZ34CTRE********************,Dövlət XəzinədarlığıAgentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK STREAZ22 büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, JN-348A, kod 40800038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.06.2008-ci il qeydiyyat tarixli, Seriya MH ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu Bum kəndi ərazisində Cavabdeh1 mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.14792 ha torpaq sahəsi verilmiş və çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsindən (tərəfindən yol yeri ayrılacaq torpaq sahəsinə qonşu olan torpaq sahəsindən eyni ölçüdə torpaq sahəsi ayralmaqla) yolun ayrılmasını tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2019-cu il tarixli, 2829 nömrəli mühəndis-texniki ekspertizasının rəyində JN-348A saylı, kod 40800038 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə məxsus Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunun mərkəzin elektron bazasında, kompleks yerquruluşu layihələrində nəzərdə tutulmadığı göstərilməklə, yolunun açılmasının «servitut» qaydasında (özgənin əmlakından, mülkindən müəyyən dərəcədə istifadə etmək hüququ) müəyyən olunmasının mümkün olduğu göstərilmişdir. «X3» MMC-nin 11.12.2017ci il tarixli, ******* saylı «Daşınmaz əmlakın qiymətləndirilməsinə dair» hesabatında isə ( torpaq sahəsinin tikinti-texniki ekspertiza rəyində) Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsinə qiymətləndirmə baxışı keçirildiyi, paremetrləri 40 metr x 4 metr ölçülərində olan 1.06 sot, yəni 160 kv.m olan torpaq sahəsi zolağının ümumi dəyərinin 1200 manat təşkil etdiyini qeyd edilmişdir. Lakin mülki işin məhkəmə araşdırılması zamanı tərəflər arasında iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlərin mülkiyyətindəki torpaq sahəsindən kompensasiya ödənilməklə ayrılmasına dair heç bir razılıq əldə olunmamışdır. Birinci instansiya məhkəməsi nəzərə almışdır ki, JN-348A kod 40800038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» ilə, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı, X7, X4 və X8 mülkiyyətinə Qəbələ rayonu Bum qəsəbəsində 0,14 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.06.2008-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********73 reyetr nömrəli, Seriya MH ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu Bum qəsəbəsi ərazisində Cavabdeh1 mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.14792 ha torpaq sahəsi verilmişdir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qəbələ rayon Torpaq şöbəsinin baş məsləhətçisi İ. Mahmudovun, Bum Bələdiyyəsinin sədri Q.Cəfərovun, qəsəbə sakinləri İddiaçı, Yaqub Umarovun və Səbirə Hacıyevanın iştirakı ilə tərtib olunmuş aktda İddiaçı şikayəti ilə əlaqədar əraziyə baxış keçirildiyi, baxış zamanı İddiaçı həyətyanı sahəsinə və orada tikilmiş evə gediş-gəliş yolunun texniki səbəblərdən əraziyə aid xəritədə və mülkiyyət sənədlərində göstərilmədiyi qeyd olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli, 2(025)2627/2017 saylı qərardadının surətindən müəyyən olunur ki, mübahisəli yol yerinin yerləşdiyi torpaq sahəsinin hazırkı bazar qiymətinin müəyyən olunması məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və qərardad icra olunması üçün 30 noyabr 2017-ci il tarixdə «X3» MMC-yə göndərilmişdir. «X3» MMC-nin 11.12.2017-ci il tarixli, ******* saylı «Daşınmaz əmlakın qiymətləndirilməsinə dair» hesabatında (torpaq sahəsinin tikinti-texniki ekspertizası rəyində) 05 dekabr 2017-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsinə qiymətlənirmə baxışının keçirildiyi, paremetrləri 40 metr x 4 metr ölçülərində olan 1.06 sot, yəni 160 kv.m olan torpaq sahəsi zolağının ümumi dəyərinin -1200 manat təşkil etdiyi qeyd edilmişdir (qeyd : yol tələbi irəli sürülən torpaq sahəsi zolağının ayrı-ayrılıqda iki nəfərin mülkiyyətində olduğunu nəzərə alaraq hər bir mülkiyyətçinin payına düşən hissənin qiymətinin ayrıca göstərilməsi məqsədəuyğun hesab edilmiş, Cavabdeh1 payına düşən hissə 0.08 sot və ya 80 kv.m olmaqla 600 manat, Cavabdeh2 payına düşən hissə 0.08 sot və ya 80 kv.m olmaqla 600 manat təşkil etdiyi müəyyən olunmuşdur). Rəyə əlavə olunmuş ərazinin faktiki planında “Q-F” koordinatları üzrə yol tələbi irəli sürülmüş torpaq sahəsinin yerləşmə vəziyyəti əksini tapmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2019-cu il tarixli, 2829 nömrəli mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 11.04.2019-cu il tarixli məktubu ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, “xxxx” MMC-nin Şəki LTİ-nin mütəxəssislərinin tərtib etdikləri 09.03.2019-cu il tarixli, ŞM-113 saylı mütəxəssis rəyi mərkəzə daxil olmuş və mübahisəli torpaq sahasinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə ölçü işləri aparılmış və araşdırma zamanı JN-348A saylı, kod 40800038 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən, İddiaçı və ailə üzvlərinə məxsus Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsindən gediş-gəliş yolunun müəyyən edilməsinin səlahiyyətlər daxilində olmadığı, İddiaçı və ailə üzvlərinə məxsus olan 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunun mərkəzin elektron bazasında, kompleks yerquruluşu layihələrində nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Rəydə həmçinin qeyd edilmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan torpaq sahəsindən İddiaçı məxsus 0,14 ha həyətyanı torpaq sahəsinə giriş-çıxış yolunun açılması «servitut» qaydasında (özgənin əmlakından, mülkindən müəyyən dərəcədə istifadə etmək hüququ) müəyyən oluna bilər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ağağıdakılarla əsaslandırmışdır; JN-348A, kod 40800038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.06.2008-ci il qeydiyyat tarixli, Seriya MH ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu, Bum kəndi ərazisində Cavabdeh1 mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.14792 ha torpaq sahəsi verilmiş və çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2019-cu il tarixli, 2829 nömrəli mühəndis-texniki ekspertizasının rəyində JN-348A saylı, kod 40800038 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə məxsus Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunun mərkəzin elektron bazasında, kompleks yerquruluşu layihələrində nəzərdə tutulmadığı göstərilməklə, yolunun açılmasının «servitut» qaydasında (özgənin əmlakından, mülkindən müəyyən dərəcədə istifadə etmək hüququ) müəyyən olunmasının mümkün olduğu göstərilmişdir. «X3» MMC 11.12.2017ci il tarixli, ******* saylı «Daşınmaz əmlakın qiymətləndirilməsinə dair» hesabatında isə (torpaq sahəsinin tikinti-texniki ekspertiza rəyində) Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsinə qiymətlənirmə baxışı keçirildiyi, paremetrləri 40 metr x 4 metr ölçülərində olan 1.06 sot, yəni 160 kv.m olan torpaq sahəsi zolağının ümumi dəyərinin 1200 manat təşkil etdiyini qeyd edilmişdir. Lakin mülki işin məhkəmə araşdırılması zamanı tərəflər arasında iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlərin mülkiyyətindəki torpaq sahəsindən kompensasiya ödənilməklə ayrılmasına dair heç bir razılıq əldə olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələri, 175-ci 255ci, 256.2-ci maddələri, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 20-ci bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci mad.əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mad.əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qərəzli, ədalətsiz mövqe ilə baxmış, işi hərtərəfli araşdırmamış, tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verməmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Qəbələ rayon AİK-nın 25 iyul 1998-ci il tarixli 11 saylı qərarı ilə ona və ailə üzvlərinə 0,14 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi adlarına JN348A kod, 40800038 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi islahata qədər ərazidə fəaliyyətdə olan «Şahdağ» kolxozu tərəfindən həyətyanı torpaq sahəsi kimi verilmiş və torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir. Bu vaxtadək torpaq sahəsinə yol yeri mövcud olmaqla tikinti və digər işlərini hazırda cavabdehlərin mülkiyyətinə verilmiş, yol olan sahədən keçməklə həyata keçirilmişdir. Lakin islahat keçiriləndə AİK-nın texniki səhvi səbəbindən sözügedən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış və tərtib olunun sənədlərdə göstərilməmişdir. Başqa yerdən də həmin torpaq sahəsinə yol yerinin açılması mümkün deyildir. Yol yeri AİK-nın səhvi ucbatından cavabdehlərin mülkiyyətinə verilmişdir. Hazırda mülkiyyətindəki torpaq sahəsinə maşın və s. texnikaların hərəkəti mümkünsüzdür. Cavabdehlərə əvəzi ödənilməklə yol yerinin verilməsi təklif edilsə də, həmin yol yeri verilməmişdir. Yol yerinin açılmasına köməklik göstərilməsi üçün aidiyyəti üzrə müraciətlər etmişdir. Mübahisəli əraziyə baxış keçirilmiş və bu barədə müvafiq akt da tərtib olunmuşdur. Görülən işlərin heç bir nəticəsi olmamış və cavabdehlər yol yerinin açılmasına razılıq verməmişlər. Bundan əlavə, apelyator bildirmişdir ki, iddia tələbi əsasında keçirilən məhkəmə iclasında Cavabdeh2 məhkəməyə mərhum qardaşı, yəni 1966-cı ildən ölən günə qədər Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış qardaşı X5 adına olan torpaq şəhadətnaməsini təqdim edərək, yolun verilməsi üçün tələb olunan torpaq sahəsinin başqasının mülkiyətində olduğunu sübut etməyə çalışmışdır. Beləliklə də cavabdeh yola çıxışın açılması üçün zəruri olan 25 metr, yəni cəmi 0,01 sot torpağın əvəzi ödənilməklə verilməsinə də imkan vermir. Məhkəmə bu sənədə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 175-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçid yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Ancaq birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 255-ci maddəsinin tələbinə, yəni servitut qaydasında həll edilmə qənaətinə gəlmişdir. Ona görə də o, Qəbələ Rayon Məhkəməsinin 2(025)-14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və nüməyəndəsi və vəkili X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək maneənin nədən ibarət olduğunu vurğulamamış və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Belə ki, onlar, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-284/2020 nömrəli iş üzrə 27 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Eyni zamanda Cavabdeh2 izahatını davam edərək bildirmişdir ki, “X6” MMC-nin hazırladığı 05.03.2021-ci il tarixli, 62 saylı ekspert rəyi iddiaçının istəyinə uyğun və onun diktəsi ilə hazırlanmışdır. Belə ki, onlar məhkəmənin ekspert qarşısında qoyduğu suallara cavab vermək əvəzinə iddiaçının istəyini yerinə yetirmişdirlər. O, razıdır ki, Aqrar İslahat Komissiyasının apardığı islahat zamanı, yaşayış məntəqəsi üzrə işlənən ümumi xəritə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən şəhadətnamələrin planları faktiki torpaq sahəsinə oxşadılsa da, torpaq sahəsinin ölçülərində və ümumi konfiqurasiyasında müəyyən fərqlər vardır. Onun torpağının şimal hissəsində 2 metr enində, 55 metr uzunluğunda göstərilən 0, 0156 ha yol sahəsi faktiki olaraq naturada 4 metr enində, 78 metr uzunluğunda 0.0312 ha yol sahəsi oğlunun ( A№ 417388 torpaq şəhadətnaməsi) və digər övladlarının mülkiyyətindədir. Ekspert qardaşının mülkiyyət hüquqlarını da pozaraq, onun mülkiyyətini qardaşının mülkiyyəti ilə birgə ölçüb nəticəyə gəlmişdir. Hansı ki, qardaşının adı bu işdə cavabdeh kimi keçmir, ancaq ekspert rəyində cavabdeh kimi göstərilmişdir. Bu isə onun hüquqlarını pozmaqdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut-bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən malqaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiətqoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 175-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir.Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. İstinad olunan maddənin əsas dispozitiv şərtinə görə hər hansı torpaq sahəsinin ictimai yola keçidi yoxdursa, həmin torpaq sahəsinin mülkiyyətçisi qonşu torpaq sahəsindən zəruri keçid verilməsini tələb edə bilər, lakin bu zaman keçid üçün ayrılmış torpaq sahəsinin dəyəri tam ödənilməli, kompensasiya verilməlidir. 255-ci maddəsinə görə, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrıayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 256.2-ci maddəsinə əsasən, servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Göründüyü kimi, qanunvericilik servitut verilməsi barədə birbaşa məhkəməyə müraciət etmək hüququnu istisna edir. Bu barədə tərəflər öz aralarında azad surətdə müqavilə bağlamalıdırlar. Müqavilə notarial qaydada təsdiq olunmalıdır. Hər hansı şəxsin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsi isə mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə ziddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarı: “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarının 20-ci bəndinə görə torpaq sahəsinə tətbiq edilən servitutların təqribi dairəsi Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir. Servitut barədə razılaşma olmadıqda onun şərtləri məhkəmənin qətnaməsi ilə müəyyən edilə və yaxud dayandırıla bilər. Servitut verilməsi haqqında müqavilə yazılı formada tərtib edilməli, notariat qaydasında təsdiq olunmalı və dövlət qeydiyyatından keçirilməlidir. Həmin qaydaya əməl olunmaması servitutun etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsinin tam ləğv edilməsini, yeni qətnamə çıxarılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Tələb qətnamənin ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN-348A, kod 40800038 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı digər ailə üzvləri ilə birlikdə mülkiyyətinə 0,14 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.06.2008-ci il qeydiyyat tarixli, Seriya MH ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la Qəbələ rayonu, Bum kəndi ərazisində Cavabdeh1 mülkiyyətinə yaşayış məntəqələrinin torpaqlarından 0.14792 ha torpaq sahəsi verilmiş və çıxarış daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyətində olan həmin torpaq sahəsindən (tərəfindən yol yeri ayrılacaq torpaq sahəsinə qonşu olan torpaq sahəsindən eyni ölçüdə torpaq sahəsi ayralmaqla) yolun ayrılmasını tələb edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2019-cu il tarixli, 2829 nömrəli mühəndis-texniki ekspertizasının rəyində JN-348A saylı, kod 40800038 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinə məxsus Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,14 ha torpaq sahəsinə gediş-gəliş yolunun mərkəzin elektron bazasında, kompleks yerquruluşu layihələrində nəzərdə tutulmadığı göstərilməklə, yolunun açılmasının «servitut» qaydasında (özgənin əmlakından, mülkindən müəyyən dərəcədə istifadə etmək hüququ) müəyyən olunmasının mümkün olduğu göstərilmişdir. «X3» MMC-nin 11.12.2017ci il tarixli, ******* saylı «Daşınmaz əmlakın qiymətləndirilməsinə dair» hesabatında isə ( torpaq sahəsinin tikinti-texniki ekspertiza rəyində) Cavabdeh1 və Cavabdeh2 məxsus torpaq sahəsinə qiymətləndirmə baxışı keçirildiyi, paremetrləri 40 metr x 4 metr ölçülərində olan 1.06 sot, yəni 160 kv.m olan torpaq sahəsi zolağının ümumi dəyərinin 1200 manat təşkil etdiyi qeyd edilmişdir. “X6” MMC-nin 05 mart 2021-ci il tarixli, 62 nömrəli ekspert rəyinin nəticəsinə görə cavabdehlərə məxsus torpaq sahəsində əlavə 0.0221 ha torpaq sahəsi qalır ki, bu sahəni Yerquruluşu qaydasına uyğun olaraq cavabdehlərə məxsus JN-349A/0.10 ha saylı şəhadətnamə kontorunun cənub-qərb hissəsindən 4 m enində, iddiaçıya məxsus torpaq sahəsinin şimal- qərb başlanğıcından qərb istiqamətinə çay kənarından keçən ümumi yola çıxışı göstərilməklə 56 m uzunluğunda alternativ yol təklif olunur. Təklif olunan yol sahəsinin verilməsi Yerquruluşu qaydalarına uyğun şəkildə yerli icra hakimiyyətinin nümayəndəliyinin, bələdiyyənin və daşınmaz əmlakın yerli idarə və şöbələrinin iştirakı ilə akt əsasında verilməsi məqsədəmüvafiq hesab edilir. Əlavə olaraq məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdehlərin mülkiyyətindəki torpaq sahəsindən kompensasiya ödənilməklə ayrılmasına dair heç bir razılıq əldə olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci:Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, servitut verilməsi barədə şəxsin birbaşa məhkəməyə müraciət etmək hüququnu qanunvericiliyin istisna etməsini, bu barədə tərəflərin öz aralarında azad surətdə müqavilə bağlamalı və müqavilənin notarial qaydada təsdiq olunmalı olduğunu, eləcə də hər hansı şəxsin servitut verilməsi ilə bağlı müqavilə bağlamağa məcbur edilməsinin mülki qanunvericiliyin prinsiplərinə, ən əsası isə müqavilə azadlığı prinsipinə zidd olmasını, iddiaçının mülkiyyətindəki torpaq sahəsinə və fərdi yaşayış evinə kompensasiya ödənilməsi ilə gediş-gəliş üçün zəruri yol yerinin ayrılmasına cavabdehlərin razılıq vermədiklərini, servituta dair tərəflər arasında notarial qaydada bağlanmış hər hansı rəsmi müqavilənin olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalıdır. İkinci:Bundan başqa iddia ərizəsindən və apellyasiya şikayətindən görünür ki, islahat keçiriləndə AİK-nın texniki səhvi səbəbindən sözügedən torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış və tərtib olunun sənədlərdə göstərilməmişdir. Başqa yerdən də həmin torpaq sahəsinə yol yerinin açılması mümkün deyildir. Cavabdehlərə əvəzi ödənilməklə yol yerinin verilməsi təklif edilsə də, həmin yol yeri verilməmişdir. Halbuki, iş materialları araşdırılarkən və tərəflərin izahatları dinlənilərkən iddiaçı tərəfindən cavabdehlərə əvəzi ödənilməklə yol yerinin verilməsi təklif edilməmişdir. Üçüncüsü:Daha sonra kollegiya qeyd edir ki, “X6” MMC-nin 05 mart 2021-ci il tarixli, 62 nömrəli ekspert rəyinin nəticəsinə görə Yerquruluşu qaydasına uyğun olaraq cavabdehlərə məxsus JN-349A/0.10 ha saylı şəhadətnamə kontorunun cənub-qərb hissəsindən 4 m enində, iddiaçıya məxsus torpaq sahəsinin şimal- qərb başlanğıcından qərb istiqamətinə çay kənarından keçən ümumi yola çıxışı göstərilməklə 56 m uzunluğunda alternativ yol təklif olunur. Təklif olunan yol sahəsinin verilməsi Yerquruluşu qaydalarına uyğun şəkildə yerli icra hakimiyyətinin nümayəndəliyinin, bələdiyyənin və daşınmaz əmlakın yerli idarə və şöbələrinin iştirakı ilə akt əsasında verilməsi məqsədəmüvafiq hesab edilir. Göründüyü kimi rəydə göstərilən yolun iddiaçı üçün verilməsi yerli icra hakimiyyətinin nümayəndəliyinin, bələdiyyənin və daşınmaz əmlakın yerli idarə və şöbələrinin iştirakı ilə akt əsasında verilməsi məqsədəmüvafiq hesab edilir. Məhkəmə isə yerli icra hakimiyyətinin nümayəndəliyinin, bələdiyyənin və daşınmaz əmlakın yerli idarə və şöbələrinin səlhiyyətlərini mənimsəyə bilməz. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarında qeyd edilmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə 3 elementin vəhdətini nəzərdə tutur: qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu, məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurikdiksiyaya malik olması və müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilə bilməsin. Bu prinsip onu nəzərdə tutur ki, tərəflər işlərinə yalnız yenidən baxılması və yeni qərar qəbul edilməsi məqsədi ilə məhkəmə qərarına yenidən baxılmasına nail olmamalıdırlar. Yuxarı məhkəmələr məhkəmə qərarlanna yalnız yenidən baxılması xatirinə deyil, ədalət mühakiməsi həyata keçirilən zaman yol verilmiş pozuntuların aradan qaldırılması məqsədi ilə baxmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş Qəbələ Rayon Məhkəməsinin 2(025)- 14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-14/2019 nömrəli iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar