Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-150/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh1 nümayəndələri X4 və Nümayəndə2 Məhəməli oğlunun, həmçinin Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, maddi zərər və sair tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-13/2020 nömrəli qətnaməsindən Cavabdeh1 direktoru Cabbar Qəribov və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-13/2020 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, həmin 0.1659 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, İddiaçı qaytarılması, Cavabdeh1ndən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatın alınıb, İddiaçı verilməsi, hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməsi, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat, cəmi 150 manatın cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X9 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı X18 və Bərpası Müəssisəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus 0.1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq, iddiaçıya qaytarılması və torpaqdan qanunsuz istifadə etdiyinə görə 2005-ci ildən 2018-ci ilin dekabr ayınadək fındığını yığmaqla ona vurmuş olduğu 14198.40 (on dörd min bir yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində dəymiş zərərin cavabdehdən alınaraq iddaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X18 və Bərpası Müəssisəsi əsl Cavabdeh1 ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 məhkəməyə iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 0,1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq,iddiaçıya qaytarılması və 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatın Cavabdeh1ndən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Həmçinin iş materialları ilə iddiaçının tələb etdiyi torpaq sahəsinin Cavabdeh1 hüquqi varisi olduğu X18 və Bərpası Müəssisəsi tərəfindən Cavabdeh2 icarəyə verilməsi və torpaq sahəsinin həmçinin onun faktiki istifadəsində olması nəzərə alınaraq, iddiaçının razılığı ilə Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, Balakən rayon X10 xx xxxx 1998-ci il tarixli, 08 iyun qərarı ilə onun mülkiyyətinə 0.17 ha torpaq sahəsi və həmin torpağa nömrəsi JN-03xx xxx 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilib. Bundan başqa həmin 0.17 ha olan torpaq sahəsinin xüsusi mülkiyət hüququ ilə ona məxsus olması, həmin torpaq sahəsinə bitişik qonşu sahələr barədə, həmçinin həmin torpaq sahəsinə aid torpaq vergilərinin onun tərəfindən ödənilməsini təsdiq edən Balakən rayon Mahamalar bələdiyyəsinin təsdiq edilmiş arayışı vardır. O, öz sahəsinin hansı ərazidə yerləşməsini bilmək üçün torpaq sahəsinə gedərkən onun torpaq sahəsinin ərazisində heç nə olmayan bir sahəni göstərmişlər. Onun torpaq ölçüləri barədə anlayışı olmadığından həmin ərazidəki şəxslərin sözlərinə inanmışdır. Həmin sahənin onun yaşadığı ərazidən çox uzaqda yerləşməsini, ora gedib-gəlməyin çətin olmasını görüb, satmaq qərarına gəlmiş, onun üçün çıxarış alması lazım gəlmişdir. Bununla bağlı DƏDRXnin Balakən şöbəsinə müraciətindən sonra torpaq sahəsinin müayinəsi zamanı ona məlum olmuşdur ki, kimlər ki, onun sahəsində iş görürdülər, həmin şəxslər onu aldadaraq, ona qəsdən başqa bir sahəni göstərməklə ərazisində olan fındığını yığmışlar. Sonradan məlum olmuşdur ki, onun sahəsindəki fındığını yığan məhz Balakən rayon X11 işçiləri olmuşlar. Həmin təsərrüfatda 36 ədəd fındıq ağacları vardır. Beləliklə öz mülkiyyətində olan fındıq ona yığmağa çatmırdı. Balakən rayon X16, mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməklə, həm də fındığını yığmaqla, ona külli miqdarda zərər vurmuşlar. Bu fakt ortaya çıxandan sonra dəfələrlə həmin sahənin boşaldılaraq, ona təhvil verilməsini xahiş və tələb etsə də, buna nail ola bilməmişdir. Onlar yenə də onu həmin sahəyə buraxmamış və yenə də bildirmişlər ki, həmin sahə özlərinin mülkiyyətindədir. Əgər onların dediyi kimi, həmin mülkiyyət meşə təsərrüfatındadırsa, o zaman DƏDRX-dən çıxarış alarkən ona çıxarış verilməzdi və həmin mübahisənin aradan qaldırılması üçün məhkəməyə müraciət üçün göndərilərdi. 0.1659 ha torpaq sahəsi DƏDRX tərəfindən araşdırıldıqdan sonra həmin sahə ******* saylı çıxarışla onun adına rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsi hazırda cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməklə yanaşı, həm də fındığını yığıblar. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Balakən rayon Statistika İdarəsinin 106 saylı xx xxxxx 2019-cu il tarixli məktubunda 2005-ci ildən 2018-ci illər ərzində ölkə üzrə fındığın illik istehlak qiyməti haqda tərtib etdiyi cədvəldə fındığın 2005-ci ildən 2018-ci ilə qədər olan bazar qiymətləri aşağıdakı kimidir. Eyni zamanda Balakən rayon Dövlət X17 verdiyi rəyə görə 2005-ci ildən 2018-ci il daxil olmaqla, 36 ədəd fındıq ağacından hər il 288 kq fındıq götürməklə fındığın 1 kilosu illər üzrə müxtəlif qiymətlərlə dəyişməklə cədvəl üzrə aşağıda göstərilən məbləğ etmişdir. 2005-ci il üçün 288 kq x3.21 manat=924.48 manat 2006-cı il üçün 288 kq x2.81 manat=809.28 manat 2007-cı il üçün 288 kq x2.70 manat=777.60 manat 2008-cı il üçün 288 kq x3.34 manat=961.92 manat 2009-cı il üçün 288 kq x2.21 manat=636.48 manat 2010-cı il üçün 288 kq x2.89 manat=832.32 manat 2011-cı il üçün 288 kq x3.09 manat=889.92 manat 2012-cı il üçün 288 kq x3.18 manat=915.84 manat 2013-cı il üçün 288 kq x3.07 manat=884.16 manat 2014-cı il üçün 288 kq x3.12 manat=898.56 manat 2015-cı il üçün 288 kq x4.35 manat=1252.80 manat 2016-cı il üçün 288 kq x4.86 manat=1399.68 manat 2017-cı il üçün 288 kq x5.59 manat=1609.92 manat 2018-cı il üçün 288 kq x4.88 manat=1405.44 manat Şəki regional laboratoriyasının Balakən rayon üzrə Baş Aqrokimyaçısının rəyinə əsasən Qullar kənd sakini İddiaçı Mahamalar kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsində olan 36 ədəd fındıq tomasında 2005-2018 – ci illər üzrə orta hesabla 4.032 kq məhsulun olduğu və ondan 14198.40 manat gəlirin ola biləcəyi müəyyən edildi. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdehlərin iddiaçıya məxsus 0,1659 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən alınaraq, iddiaçıya qaytarılması və 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatın Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında əlavə cavabdeh qismində işə cəlb edilmiş Cavabdeh2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, sözügedən torpaq sahəsi və bu sahədə yerləşən fındıq ağacları 2006-cı ilin mart ayının 23-də 10 il müddətinə aqrotexniki qulluq göstərilməsi üçün X18 və Bərpası Müəssisəsi tərəfindən onun icarəsinə verilmişdir və neçə illərdir ki, o, həmin sahədən istifadə edir və sahədən yığdığı fındığı da X20 Təsərrüfatı Mərkəzinə vermişdir. Həmin torpaq sahəsinin və fındıq ağaclarının İddiaçı məxsus olmasını bilməmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq, o, həmin sahədən istifadə edir. İddia üzrə mübahisənin qanun əsasında həll olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Azərbaycan Respublikası Ekoligiya və Təbii Sərvətlər Nazirliyi X5 X20 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə2 göstərmişdir ki, X18 və Bərpası Müəssisəsi ləğv edilmişdir, onun bazasında yaradılan struktur qurum hüquqi şəxs deyildir və hazırda həmin müəssisəsinin öhdəlikləri üzrə cavabdehliyi yeni qurum- Cavabdeh1 daşıyır. Cavabdeh1 İddiaçı məxsusluğu iddia edilən 0,1659 ha fındıq ağacları olan torpaq sahəsini 2005-ci ildən istifadə edir və fındığını yığır, 2006-cı ilin mart ayının 23-də həmin fındıq sahəsi Cavabdeh2 adlı şəxsə 10 il müddətinə qulluq göstərilməsi üçün icarəyə verilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadəsindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 direktoru Cabbar Qəribov və Cavabdeh2 apellyasiya şikаyətləri vermişlər. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh1 direktoru Cabbar Qəribov apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə mülki iş üzrə zəruri ekspertizalar keçirsə də Balakən rayon X10 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3 adına verilmiş JN-353 saylı, 40108018 kodu olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X22 aid torpaqlarla üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. Eyni zamanda ekspert qarşısında belə bir sual qoyulmamışdır. Bununla da iş üzrə həqiqətin müəyyən olunması üçün torpaq sahələrinin yerləşdiyi ərazilərdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılmamışdır. İddiaçı iddia tələbi əsaslı deyildir. Cavabdeh2 da icarə müqaviləsi əsasında X22 aid torpaqdan istifadə etmişdir. Ona görə də, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-13/2020 nömrəli qətnaməsini ləğv edib, göstərilən 0,7 hektar sahənin meşə fonduna aid olması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, o, X18 və bərpası müəssisəsi ilə xx xxxx 2006-cı il tarixdə icarə müqaviləsi bağlayaraq, həmin müqavilə əsasında meşə fonduna aid torpaq sahəsini 10 il müddətinə icarəyə götürmüşdür. Müqavilə müddəti bitdikdən sonra torpaq sahəsindən istifadə etməmişdir. Hazırda isə məhkəmənin onu mülki işə cavabdeh qismində cəlb etməsi əsassızdır. Əgər iddiaçının mübahisə ilə əlaqədar iddiası hüquqi nəticə yaradırsa, buna cavabdehliyi X20 Təsərrüfatı Mərkəzi və X18 və bərpası müəssisəsi daşıyır. Bundan başqa iddiaçının hüququnu o, yox X18 və bərpası müəssisəsi pozmuş olur. Lakin, məhkəmə mülki iş üzrə həqiqəti rnüəyyən etmək üçün mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazilərin faktiki yerini müəyyən etməmiş, müvafiq ekspertizalar təyin etməklə, torpaq sahələrinin təyinatını dəqiqləşdirmişdir. Hazırda isə iddiaçı X1 iddia etdiyi torpaq sahəsinin ona məxsus olub-olmadığı şübhəlidir. Ona görə ki, məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli rəyi natamamdır. Məhkəmə ekspert qarşısında iddiaçı X1 iddia etdiyi torpaq sahəsinin X22 məxsus olub-olmamasının və Balakən rayon X10 xx xxxx 1998-ci il tarixli 08 nömrəli qəran ilə X3 adına verilmiş JN-353 saylı, 40108018 kodu olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməmdə göstərilən 0,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə X22 aid torpaqlarla üst-üstə düşüb-düşmədiyi müəyyən edilməsi barədə suallar qoymalı idi. Eyni zamanda bildirir ki, iddiaçı X1 ona qarşı hər hansı iddiası əsassızdır. Onun mülki iş üzrə cavabdeh qismində tanınmasının özü belə qanuni və əsaslı deyildir. Ona görə də, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-13/2020 nömrəli qətnaməsini ləğv edib, yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndələri X7 və Nümayəndə2 Məhəməli oğlu Cavabdeh1 direktoru Cabbar Qəribov tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(019)-13/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh1 direktoru Cabbar Qəribov və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-13/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Balakən rayon Mahamalar bələdiyyəsinin xx.xx.2019- cu il tarixli, 137 №li arayışdan görünür ki, Məhərləmova (İbrahimova) Qəhri Nəsrəddin qızının JH-353 nömrəli dövlər aktına əsasən Mahamalar bəldiyyəsi ərazisində 0,17 ha pay torpaq sahəsi vardır. Hesablanmış torpaq vergisi Məhərləmova (İbrahimova) Qəhri Nəsrəddin qızı tərəfindən ödənilir. İşdə olan Balakən rayon Statistika İdarəsinin xx xxxxx 2019-cu il tarixli, 106 nömrəli məktubundan görünür ki, ölkə üzrə fındığın 2005- 2018-ci illərdə orta illik istehlak qiyməti aşağıdakı kimidir: 2005-ci il üçün 1 kq 3,21 manat, 2006-cı il üçün 1 kq 2,81 manat, 2007cı il üçün 1 kq 2,70 manat, 2008-cı il üçün 1 kq 3,34 manat, 2009-cı il üçün 1 kq 2,21 manat, 2010-cı il üçün 1 kq 2,89 manat, 2011-cı il üçün 1 kq 3,09 manat, 2012-cı il üçün 1 kq 3,18 manat, 2013-cı il üçün 1 kq 3,07 manat, 2014-cı il üçün 1 kq 3,12 manat, 2015-cı il üçün 1 kq 4,35 manat, 2016-cı il üçün 1kq 4,86 manat, 2017-cı il üçün 1 kq 5,59 manat, 2018-cı il üçün 1 kq 4,88 manat İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********29 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazbinə kəndi 0,1659 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 17 №li vərəqində xx.xx.2019- cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18404 saylı rəyindən görünür ki, İddiaçı Nəsrəddin qızının mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX **********29 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi həyətyanı sahə deyil, kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrdir və hüquqmüəyyənedici sənədlərə uyğundur. İddiaçı Nəsrəddin qızının mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi X18 və Bərpası Müəssisəsi tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2019-cu il tarixli, 18404 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 nömrəli rəyindən görünür ki, 2005-2018-ci illər üzrə ölkə üzrə fındığın 1 kiloqramının orta istehlak qiyməti 3,52 manatdır. 2005-2018-ci illər üzrə orta hesabla fındıq məhsulunun məhsuldarlığı (10% azaldılmaqla) 10.10 kq müəyyən olunur. 0,16 ha torpaq sahəsində olan 36 ədəd fındıq topasından 2005-2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 7690,0 manat müəyyən olunur. 2016- 2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 2248,0 manat müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 9/485 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. İşdə olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçıhazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan xx xxxx 2006-cı il tarixli müqavilədən görünür ki, 1 saylı meşə dolayısının 25-ci kvartalının 8 saylı bölməsində olan fındıq bağından 105 ədəd fındıq koması 10 il müddətinə qorunub mühafizə olunması və aqrotexniki xidmət işi aparılması üçün X18 və Bərpası Müəssisəsi tərəfindən Cəmilə Hüsenovaya verilmişdir. Həmin müqavilənin müddətinin bitməsinə baxmayaraq, həmin torpaq sahəsi və fındıq ağacları Cavabdeh2 istifadəsi və sahibliyində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (AvropaKonvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 238.1, 238.3, 239.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndinə, Azərbaycan Respublikasının MPM-nin 118.1, 119.1 və 124.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (AvropaKonvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Balakən rayon X10 xx xxxx 1998-ci il tarixli, 08 iyun qərarı ilə İddiaçın mülkiyyətinə Balakən rayonu Qazbinə kəndində 0.1659 ha torpaq sahəsi-fındıq bağı verilmiş və onun adına JN-03xx xxx 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********29 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışla Balakən rayonu Qazbinə kəndi 0,1659 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 75 №li reyestr kitabının 17 №li vərəqində xx.xx.2019-cu il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə uzun illər (bar verən fındıq ağaclarına) faktiki sahiblik edib, ondan istifadə etmiş, oranın fındıq məhsulunu toplamış, həmin torpaq sahəsini xx xxxx 2006-cı il tarixli müqavilə ilə 10 il müddətinə mühafizə olunması və aqrotexniki xidmət göstərilməsi üçün Cavabdeh2 vermişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 18404 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi DƏDRX-nin tərtib etdiyi RX **********29 saylı torpaq sahəsinin Planı və Ölçüsü sənədinə əsasən həmin torpaq sahəsi həyətyanı sahə deyil, kənd təsərrüfatı təyinatlı çoxillik əkmələrdir və hüquqmüəyyənedici sənədlərə uyğundur, İddiaçı Nəsrəddin qızının mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha torpaq sahəsi Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi X18 və Bərpası Müəssisəsi tərəfindən istifadə edilir. Həmçinin iş üzrə təyin olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, 2005-2018-ci illər üzrə ölkə üzrə fındığın 1 kiloqramının orta istehlak qiyməti 3,52 manatdır. 2005-2018-ci illər üzrə orta hesabla fındıq məhsulunun məhsuldarlığı (10% azaldılmaqla) 10.10 kq müəyyən olunur. 0,16 ha torpaq sahəsində olan 36 ədəd fındıq topasından 2005-2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 7690,0 manat müəyyən olunur. 2016- 2018-ci illər üzrə orta hesabla yığılan fındıq məhsulunun ümumi dəyəri 2248,0 manat müəyyən edilir. Həmin torpaq sahəsi hazırda cavabdehlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 X19 Təsərrüfatı Mərkəzi və Cavabdeh2 qanunsuz sahiblik və istifadəsindədir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaqsahəsinigeri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2- ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyriqanuni olmalıdır. Birinci instansiya məhkəməsi bildirmişdir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmi əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. İşdəki sübutlarla birmənalı müəyyən olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyətində olan və Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 hatorpaq sahəsi-fındıq bağı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 X20 Təsərrfatı Mərkəzi tərəfindən iddiaçının qeyd etdiyinə əsasən onun mülkiyyətinə verildiyi vaxtdan, cavabdehin nümayəndəsinin qeyd etdiyinə əsasən 2005-ci il tarixdən istifadə olunmaqla, oranın fındıq məhsulu yığılmışdır. 2006-cı il martın 23-də bağlanmış müqaviləyə əsasən həmin torpaq sahəsi (fındıq bağı) Cavabdeh1 hüquqi varisi olduğu X18 və Bərpası Müəssisəsi tərəfindən 10 il müddətinə mühafizə olunması və bağa aqrotexniki qulluq göstərilməsi üçün digər Cavabdeh2 icarəyə verilmiş, Cavabdeh2 həmin sahədən yığdığı fındıq məhsulunu Cavabdeh1nə vermiş və həmin müqavilə müddəti bitmişdir. Lakin həmin torpaq sahəsi-fındıq bağı hələdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sahiblik və istifadəsindədir və cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan həmin 0.1659 ha torpaq sahəsinə-fındıq bağına sahiblik və istifadəsi qeyri-qanunidir. Həmçinin işdəki sübutlarla o cümlədən iddiaçının zərər tələb etdiyi 2016- 2018-ci illərdə Cavabdeh1 tərəfindən iddiaçıya məxsus sözügedən sahədə fındıq məhsulunun yığılması və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/485 saylı rəyinə əsasən 2016-2018-ci illər üzrə orta hesabla orada yığılan fındıq məhsulunun ümumi dəyərinin 2248,00 manat olması müəyyən edilmişdir. Bununla da işdəki sübutlarla müəyyən olunur ki, cavabdehlər iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarını pozmuş, həmçinin Cavabdeh1 iddiaçıya tələb etdiyi məbləğdə maddi zərər vurmuşdur. Ona görə də iddia təmin edilməklə, iddiçıya məxsus sözügedən 0,1659 ha torpaq sahəsi cavabdehlərin qeyri-qanuni sahibliyindən geri alınmaqla iddiaçıya qaytarılmalı, cavabdehlər həmin torpaq sahəsindən çıxarılmalı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 X21 Təsərrüfatı Mərkəzindən 2016- 2018-ci illər üçün fındıq məhsulunu yığmaqla vurduğu maddi zərərin əvəzi olaraq 2248 manat alınaraq, İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, mübahisə predmeti olan 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlərin heç bir hüququ olmadan həmin torpaq sahəsindən istifadə etməsinivə ona qeyri-qanuni sahiblik etməsini, nəticədə iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməməsini, bununla da onun mülkiyyət hüququnun pozulmasını və iddiaçıya X20 Təsərrüfatı Mərkəzi tərəfindən maddi zərər vurulmasını nəzərə alaraq, hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.1659 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, həmin 0.1659 hatorpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyri-qanuni sahibliyindən geri alınaraq, İddiaçı qaytarılmalı, Cavabdeh1ndən vurduğu maddi zərərin əvəzi olaraq 2016-2018-ci illər üzrə yığılan fındıq məhsulunun ümumi dəyəri olan 2248,0 manatalınıb, İddiaçına verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, İddiaçı ödənilməli, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat və məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat, cəmi 150 manat cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X9 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətlərinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Cavabdehlərin apellyasiya şikayətlərində qoyduqları məsələlər birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılaraq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyatorların apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan tərəflər göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 direktoru Cabbar Qəribov və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-13/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Balakən Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli 2(019)-13/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh1 direktoru Cabbar Qəribov və Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-150/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-150/2021
01.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver