Məhkəmə qərarları › İş №2(107)-1506/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1506/2022

22.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1506/2022 22.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 saylı qərardadından iş üzrə Cavabdeh3 hüquqi varisi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Ucar rayon dövlət notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Ucar şəhəri, Nərimanov küçəsi 9 saylı (indiki Heydər Əliyev küçəsi 9) ünvanda yerləşən yaşayış evinin ikidə bir hissəsinə Daşdəmirov Kamran Vəli oğlunun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Ucar rayon dövlət notariat kontoruna vəzifə olaraq tapşırılması, Cavabdeh3 oğlunun ləyaqətsiz vərəsə kimi tanınması tələbinə və 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlərdən Cavabdeh3 iddiaçının xeyrinə tutulması barədə iddiası əsassız olduğundan rədd edilmişdir. 07 oktyabr 2022-ci il tarixdə məhkəməyə hazırki mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti daxil olmuş, apellyasiya şikayəti mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(107)-1318/2022 nömrəli qərardadı ilə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, mülki işin prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Ucar Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəməyə hazırkı mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsindən iş üzrə İddiaçı oğlu tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi daxil olmuş, ərizədə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009cu il, 2(063)-242/2009 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin tərəfindən buraxılması üzrlü hesab olunaraq ona münasibətdə buraxılmış prosessual müddətin bərpa olunması və apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 nömrəli qərardadı ilə İddiaçı Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı cavabdehlər Ucar rayon Dövlət Notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Ucar şəhəri Nərimanov (indiki Heydər Əliyev küçəsi 9) küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli, 2(063)-242/2009 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin hazırkı mülki iş üzrə 05 noyabr 2022-cı il tarixli 2(063)-242/2009 nömrəli qərardadından Cavabdeh3 hüquqi varisi X3 şikayət verərək, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh3 hüquqi varisi X3 şikayəti onunla əsasladırmışdır ki, xx.xx.2022-ci il tarixli ərizəsində apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsinə münasibət bildirərkən də qeyd etdiyi kimi, iddiaçı ağlabatan əsas göstərməmişdir. Belə ki, İddiaçı Ucar rayon Məhkəməsinin 22 oktyabr 2009-cu il tarixli 2(063)-242/2009 saylı qətnaməsi qəbul olunarkən yetkinlik yaşına çatmamamış olsa da, məhkəmədə onun hüquqlarını qanuni nümayəndəsi olan anası Cavabdeh2 müdafiə etmişdir. Bundan başqa İddiaçı 2010-cu ildə yetkinlik yaşına çatmış, buna baxmayaraq, o həmin qətnamədən yenə də şikayət etməmişdir. Halbuki, şəxsən onun həmin qətnamədən xəbəri olmuşdur. Qətnamədən xəbərdar olmağını onunla əsaslandırır ki, xx.xx.2021-ci il tarixdə 2(063)-400/2021 saylı iş üzrə iddia ərizəsi verərkən də həmin qətnamənin surətini iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə 2(063)-400/2021 saylı mülki iş üzrə iddia ərizəsi verərkən, iddia ərizəsində sözügedən 2(063)-242/2009 saylı qətnaməyə münasibət bildirmişdir. 2(063)-400/2021 saylı mülki iş üzrə qətnamədə iddiaçının çıxışında qeyd olunub ki, "2009-cu ildə onun anası tərəfindən məhkəmədə iddia qaldırılan zaman isə onun 17 yaşı olmuşdur. O, öz hüquqlarının və azadlıqlarının keyfiyyətli müdafiəsi üçün birinci növbədə baş verən hadisələri qavramağı, onların hüquqi nəticəsini dərk etməli, oxumalı, işləməli, pul qazanmalı, notariat icraatını qaldırmalı, atasına məxsus sənədləri toplamalı, hüquqi yardım üçün vəkillə müqavilə bağlamalı və mülkiyyət hüquqlarını bərpa etmək üçün məhkəmədə düzgün iddia qaldırmalı idi, həmçinin 2009-cu il tarixdə məhkəmədə qaldırılan iddianın məzmunundan görünür ki, iddia ərizəsi hüquqi savada malik olmayan şəxs tərəfindən qaldırılmışdır". Bu çıxış çox sadə və anlaşılan formadadı, yəni iddiaçı artıq yüksək keyfiyyətli hüquqi yardım alaraq məhkəmədə iştirak edir. Yüksək keyfiyyətli hüquqi yardım alan şəxs prosesual müddətin bərpası anlayışından xəbərsiz ola bilməz. Həmin çıxışı isə 2021-ci ilin iyun ayından və yaxud da ondan əvvəl etmişdir. 2021-ci ilin iyun ayından isə artıq 1 il yarıma yaxın müddət keçmişdir. Buna baxmayaraq o müddətin bərpası barədə ərizəni 2022-ci ilin oktyabr ayında vermişdir. Bundan başqa bildirmək istəyir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ona və digərlərinə qarşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət etmiş (2(063)- 400/2021 saylı iş), daha sonra isə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti və apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiva şikayəti vermiş, onun həmin iddia ərizəsi və şikayətləri təmin olunmamışdır. Odur ki, qeyd etdiklərimi nəzərə alaraq Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli 2(063)-242/2009 saylı qərardadının ləğv edilməsini xahiş edir. Ucar Rayon Məhkəməsinin 30 noyabr 2022-cı ıl tarixli, 2(063)-242/2009 saylı qərardadı ilə, İddiaçı cavabdehlər Ucar rayon Dövlət Notariat kontoruna, Cavabdeh3 və Cavabdeh2 qarşı Cavabdeh1 tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Ucar şəhəri Nərimanov (indiki Heydər Əliyev küçəsi 9) küçəsi 9 saylı ünvanda yerləşən yaşayış evinin 1/2 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Cavabdeh1na vəzifə olaraq tapşırılması, Cavabdeh3 ləyaqətsiz vərəsə kimi tanınması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli. 2(063)-242/2009 nömrəli qərardadından iş üzrə Cavabdeh3 hüquqi varisi X3 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)- 242/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan, 02 noyabr 2009-cu il tarixli mülki icraat üzrə məlumatdan müəyyən edilmişdir ki, Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-ci il tarixli, 2(063)-242/2009 saylı qətnaməsi İddiaçı, Cavabdeh1na və Cavabdeh3 göndərilmişdir. Lakin mülki iş materiallarında qətnamənin surətinin təqdim edilməsini təsdiq edən sənəd yoxdur. Eyni zamanda mülki iş materialları ilə müəyyən edilmişdir ki, 26 sentyabr 2022-ci il tarixdə iddiaçının müraciətinə əsasən qətnamənin surəti rəsmi qaydada iddiaçıya göndərilmiş, 04 oktyabr 2022-ci ildə ona təqdim edilmiş və həmin qətnamədən iddiaçının apellyasiya şikayəti 07 oktyabr 2022-ci tarixdə Ucar Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-ci il tarixli, 2(063)- 242/2009 saylı qətnaməsi İddiaçı göndərilsə də, iş materiallarında qətnamənin surətinin təqdim edilməsini təsdiq edən sənəd yoxdur. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, müddətinin bərpa olunması barədə tələbin prosessual hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş prosessual müddət üzürlü səbəblərə görə buraxılmışsa, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Bu isə onu deməyə əsas verir ki, qeyd edilən qətnamə İddiaçı tərəfindən 04 oktyabr 2022ci ildə təhvil alındığından birinci instansiya məhkəməsi haqlı olaraq qətnamədən apellyasiya şikayətinin verilmə müddətini bərpa etmiş, Cavabdeh3 hüquqi varisi X2 şikayətini isə təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci mаddəsinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci mаddəsinə görə, məhkəmə qаnunlа müəyyən edilmiş müddətin burаxılmаsının səbəbini üzrlü hesаb edərsə, işdə iştirаk edən şəxsin ərizəsinə əsаsən burаxılmış müddəti bərpа edir. Həmin Məcəllənin 133.3-cü mаddəsində göstərilmişdir ki, müddətin bərpаsı hаqqındа ərizə verilməklə eyni zаmаndа müddəti burаxılmış zəruri prоsessuаl hərəkət edilməlidir (ərizə, şikаyət verilməli, sənədlər təqdim оlunmаlıdır). Həmin Məcəllənin 133.4-cü mаddəsində göstərilmişdir ki, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Məhkəmə Kollegiyası mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı bir daha qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 130, 133, 263-264, 360 və 397-400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh3 hüquqi varisi X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli, 2(063)-242/2009 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı Ucar Rayon Məhkəməsinin 22 oktyabr 2009-ci il tarixli, 2(063)-242/2009 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar