Məhkəmə qərarları › İş №2(107)-1519/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1519/2021

09.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1519/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 vəkili Vəkil1 və cavabdeh X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)- 94/2021 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia ərizəsi qismən təmin olunmuş, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsinin cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılması, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılması, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəklərinin sökülməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdeh X1 tutularaq “X10” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yəni-İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq, ona qaytarılması və torpaq sahəsinin ətrafında ölän cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək-açılması və ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi; onun yəni-İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması və torpaq sahəsinin ətrafında olan cavabdeh tərəfindən qanunsuz olaraq bağlanılmış ağac dirəklərin və taxta hasarın sökülərək- açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 və ailə üzvləri - həyat yoldaşı X6, övladları X7, X11, X12 və X14 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 2.46 ha torpaq sahəsinə görə onlara JN-0059 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 1.9494 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 1.9494 ha torpaq sahəsinin təxminən 0.50 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Həmçinin, ünvan reyestri və kadastr xidmətinin əməkdaşlarını əraziyə dəvət etsəmdə, zəbt olunan torpaq sahəsi hasara alındığından imtina olunmuş və mübahisəni həll etmək üçün məhkəməyə müraciət etməyini bildirmişlər. Cavabdeh dəfələrlə torpaq sahəmdən çıxmasını bildirib, xəbərdarlıq etməyimə baxmayaraq heç bir nəticə əldə edə bilməmişəm və cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəmi mənə qaytarmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və ailə üzvləri - həyat yoldaşı X3, övladları X15, X13, islamov Tərlan Valik oğluna və X9 Qəbələ rayonu, Nic kəndi ərazisindən Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı Qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.14 ha torpaq sahəsinə görə onlara JN-0058 Kod 40600068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Həmin vaxtdan da qeyd olunan torpaq sahəsi üzərində istifadə və sahiblik etməyə başlamışlar. Torpaq sahəsinin 0.5111 ha hissəsi kəndin suvarılmayan dağ ərazisindən, 0.6307 ha hissəsi isə suvarılan düzənlik ərazisindən verilmişdir. 2019-cu ildə yenidən torpaq sahələrinin dəqiqlədirilməsi aparılan zaman ona və ailə üzvlərinə məxsus kəndin suvarılan düzənlik ərazisində olan 0.6307 ha torpaq sahəsinin təxminən 0.25 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edildiyi, 3 illik fındıq meyvə ağacları əkərək və həmin ərazini ağac dirəklərlə hasara alması məlum olmuşdur. Cavabdeh onun torpağını zəbt etməyinə baxmayaraq öz torpağı hesab edir və həmin əraziyə onu buraxmır. Cavabdehə dəfələrlə torpaq sahəsindən çıxmasını bildirib, xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı1 iddia tələblərini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 iddia tələblərini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı2 vəkili Vəkil1 iddia tələblərini müdafiə etmiş, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdeh X8 iddianı qəbul etməyərək yazılı etiraz ərizəsi təqdim etmiş və göstərmişdir ki, təqdim edilmiş ekspertiza rəyi ilə razı deyil. İddiaçıların ona qarşı olan iddia tələbi tam və hüquqi əsassızdır. Buna görə də həmin iddianı qəbul etmir. İddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadə və sahibliyindədir. Yəni, həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırkı vəziyyətə çatdırmışdır. İlk baxışda və sözdə bu məsələlər asan və çox sadə görünsə də əslində böyük əziyyət, zəhmət və fiziki qüvvə, bundan savayı maddi vəsait və xərc tələb edir. Hansı ki, o, sadaladığı bu cürə hərəkət sahəsində buna nail ola bilmişdir. Belə ki, həmin torpaq sahəsində müxtəlif növ ağac növləri əkmiş, calaqlar calayaraq müxtəlif meyvə növlərini yetişdirmişdir. Həmin ağaclara qulluq göstərmiş və hazırkı vəziyyətdə çatdırılmqala, göz qabağında olan gözəl və ağacları bar verən bağ yaratmışdır. Necə deyərlər, atalar demişkən : «Bağa baxarsan bağ olar, baxmazsan dağ». Həqiqətən də, bu prinsipi üstün tutmaqla zəhmətinin və xərclədiyi vəsaitin hesabına belə bağın yaradılmasına nail olmuşdur. Bunu isə bütün kənd icması (camaatı) və eləcə də iddiaçıların özləri də çox gözə! bilirlər. Bununla belə bu yaxın vaxtlara qədər istifadə və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə də məxsus torpaq sahəsi mövcuddur. Hesab etmiş ki, istifadə və sahibliyimdə olan torpaq sahəsi onun özünə məxsusdur. Bu barədə xəbər biləndən sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif «yollar və vasitələrlə» mübahisələndirilən torpaq sahəsinə, yəni hazırkı bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bir sözlə hazırına yiyə və sahib olmuşlar. Bundan sonra iddiaçılarla yaranan münasibətlərinə barışıq mövqeyindən yanaşaraq aralarında torpaq sahəsinə dair qarşılıqlı razılığın əldə olmasına dəfələrlə cəhd etmişdir. Hətta onlara ayrı yerdən torpaq sahəsinin alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər, bir sözlə iddiaçılar təklifləri qəbul etməyərək arzuladıqları formada, bir növ düşünülmüş və şüurlu surətdə onunla məhkəmə çəkişməsindən vaz keçmək istəməmişlər. Ancaq iddiaçılar bir məsələni unudurlar ki, həyatda kimin və nəyinsə hesabına torpaq sahəsinə və başqa mülkiyyətə də sahib olmaq olar, ancaq halallıq olmayan yerdə heç bir xeyir tapmazlar. Yəni illər boyu halal zəhməti ilə (bu yaşında) və əziyyəti ilə əldə etdiyi ağacların məhsulunu və meyvəsini yeyə bilməzlər. Çünki, Böyük allah yerin və göyün tək sahibidir, hər bir bəndənin hərəkətini görür və qiymətləndirir. Uzun illərin əziyyəti və zəhməti hesabına yaratdığı bağa çəkilən xərclərin iddiaçılardan tələb edilməsi də onun hüquqlarıdır. Çox güman ki, gələcəkdə qəbul olunacaq məhkəmə qərarından asılı olaraq onun da bu istiqamətdə və s. iddiaları olacaqdır. Buna görə də iddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif edir. Onların barışıq sazişindən imtina etdikləri halda isə məhkəmədən ədalət və haqq naminə, iddiaçıların iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 İsgəndər oğlu iddia tələbini qəbul etməyərək, iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X8 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X8 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinə təqdim etdiyi etiraz ərizəsində qeyd etdiyi kimi - məhkəmə baxışı iclaslarında çatdırmışdır ki, iddiaçılarla aralarında mübahisələndirilən torpaq sahəsi uzun illərdir onun istifadəsində və sahibliyindədir. Yəni, həmin torpaq sahəsini yararsız və istifadəsiz vəziyyətdən aqrotexniki vasitələr və üsullarla qulluq göstərməklə hazırki münbit vəziyyətə çatdırmışdır. İlk baxışda və sözdə bu məsələlər asan və çox sadə görünsə də əslində böyük əziyyət, zəhmət və fiziki qüvvə, bundan savayı maddi vəsait və xərc tələb edir. Belə ki, həmin torpaq sahəsində müxtəlif növ ağac növləri əkmiş, calaqlar calayaraq müxtəlif meyvə növlərini yetişdirmişdir. Həmin ağaclara qulluq göstərmiş və hazırki vəziyyətdə çatdırmaqla, göz qabağında olan gözəl, ağacları bar verən bağ yaratmışdır. Bunu bütün kənd icması (camaatı) və eləcə də iddiaçıların özləri də çox gözəl bilirlər. Bu yaxın vaxtlara qədər istifadəsində və sahibliyində olan bağ sahəsinin mülkiyyət sənədlərinin iddiaçılarda olan sənədlərlə əlaqəsinin olub-olmadığını bilməmişdir. Çünki, həmin ərazidə onun özünə də məxsus torpaq sahəsi mövcuddur. Hesab etmişdir ki, istifadə və sahibliyində olan torpaq sahəsi onun özünə məxsusdur. Bu işdən islahatdan 25 il sonra xəbər bilmişdir. Sonra isə məsələnin əsl mahiyyəti ilə maraqlanmağa başlamış və son nəticədə ona məlum olmuşdur ki, iddiaçılar müxtəlif “yollar və vasitələrlə’’ mübahisələndirilən torpaq sahəsinə, yəni hazırki bağ sahəsinə mülkiyyət sənədləri əldə etmişlər. Bir sözlə hazırına yiyə və sahib olmuşlar. Bundan sonra iddiaçılarla yaranan münasibətlərə barışıq mövqeyindən yanaşaraq aralarında torpaq sahəsinə dair qarşılıqlı razılığın əldə olunmasına dəfələrlə cəhd etmişdir. Hətta onlara ayrı yerdən torpaq sahəsinin onun tərəfindən alınıb verilməsi də təklif olunmuşdur. Lakin bütün təkliflərə baxmayaraq iddiaçılar edilən təklifləri qəbul etməmişlər. Bir sözlə iddiaçılar təkliflərini qəbul etməyərək, arzuladıqları formada, bir növ düşünülmüş və şüurlu surətdə onunla məhkəmə çəkişməsindən vaz keçmək istəməmişlər. Onların son məhkəmə iclasında nümayiş etdikləri mövqe və hərəkətləri bunu deməyə əsas verir. Ancaq iddiaçılar bir məsələni unudurlar ki, həyatda kimin və nəyinsə hesabına torpaq sahəsinə və başqa mülkiyyətə də sahib olmaq olar, ancaq halallıq olmayan yerdə heç bir xeyir tapmazlar. Yəni illər boyu halal zəhmətiylə (47 il müəllim işləmiş 72 yaşında təqaüdçüdür) və əziyyətiylə əldə etdiyi ağacların məhsulunu və meyvəsini yeyə bilməzlər. Uzun illərin əziyyəti və zəhməti hesabına yaratdığı bağa çəkilən xərclərin iddiaçılardan tələb edilməsi də onun hüquqlarıdır. Çox güman ki, gələcəkdə qəbul olunacaq məhkəmə qərarından asılı olaraq onun da bu istiqamətdə və s. iddiaları olacaqdır. Buna görə də iddiaçılara birinci növbədə mübahisə predmeti üzrə barışıq sazişinin bağlanmasını təklif etmişdir. Lakin iddiaçılar barışıq sazişindən imtina etmişlər. Hesab edir ki, iddiaçıların onun barışıq sazişindən imtina etmələri (məntiqi olaraq belə düşünmək üçün əsas verir) məhkəmədə ekspert rəyi ilə razı olmadığına və əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair verdiyi vəsatətin hakim tərəfindən təmin edilməməsi ilə üst-üstə düşür. Yəqin ki, iddiaçılar onların iddia tələblərinin hakim tərəfindən təmin ediləcəyinə dair olan “sövdələşmələrindən” arxayın olmuşlar. Çünki, əks təqdirdə hakim onun tam hüquqi və qanuni əsaslarla təqdim etdiyi vəsatəti təmin edərdi və əlavə ekspertiza təyin edərdi. Güman ki, iddiaçılar əvvəlcədən bilirdilər ki, ekspertizadan narazılığımla bağlı verəcəyim hər hansı vəsatət təmin edilməyəcəkdir.İddiaçıların məhkəmədəki hərəkətləri tam olaraq arxayın olduqlarına işarə edən dəlillərdir.Əlavə ekspertizaya işin getməsi və yenidən ekspertizanın keçirilməsi güman ki, nə məhkəməni (işə baxan hakimi nəzərdə tuturam) və nə də ki, iddiaçıları təmin etmirdi. Ona görə ki, onlar verilən rəyin göydən düşmə olmadıqlarını, buna müəyyən qədər “əziyyət” çəkdiklərini, təkrar və əlavə ekspertizaların keçiriləcəyi halda isə həmin “əziyyətlərinin” hədər getməsinə şəraitin yaranacağını bilirdilər. O, vəsatətində tam əsaslandıraraq qeyd etmişdi ki, "xxxx" MMC isə 05 aprel 2021-ci il tarixdə 99 nömrəli natamam, əsassız və iddiaçıların mənafelərini təmsil edən, onların maraqlarına uyğun rəy verilmişdir. Ekspertlər mübahisə predmetinə yerli baxışları zamanı keçmiş qaydalarla heç bir müasir texniki vasitələrdən (CıRS və s ) istifadə etməməklə demək olar ki, mübahisəli torpaq sahəsinin qonşu sərhədləri üzrə koordinatlarını müəyyən etmədən, kortəbii ölçü işləri aparmaqla kifayətlənməklə əsassız və qanunsuz rəy tərtib etmişlər. Aparılan ölçü işləri ilə bağlı o mübahisə üzrə tərəf olduğunu ekspertlərin nəzərinə çatdırmaqla hazırki şəraitdə istifadə olunan texniki vasitələrdən istifadə edilmədən niyə ölçü işlərinin aparıldığını xəbər aldıqda, onlar həmin ölçülərin onların ofislərində yerləşən texniki vasitələrlə analiz və araşdırmaqla ekspert rəyinin veriləcəyi barədə yalan danışmaqdan belə çəkinməmişlər. Ekspetlərin belə cavabları təbii ki, müasir elm və texnologiyanın inkişaf etdiyi və insanların informasiya mənbələrinin zəngin (insanların əvvəlki illərə nisbətən daha da geniş məlumatlara sahib olduqları) olduğu bir dövrdə başqa insanlar kimi onun da də diqqətini cəlb etmiş, konkret olaraq onun üçün qəbuledilməz və gülüş doğuran olmuşdur. Ekspertin rəyində konfiqurasiya fərqləri, koordinat sürüşmələri və s. kimi ifadələr işlədilmişdir. Bu ifadələrin özləri də iddiaçıların adlarını çəkmədiyi və həmin məsələlərlə bağlı işləri görən təşkilatlarda işləyən qohumları vasitəsi ilə torpaq sərhədlərini sürüşdürməklə, yerlərini dəyişdirməklə və daşınmaz əmlakın dövlət reyestri xidmətinin məlumat bazasında olan xəritələrində konfiqurasiya işlərini görməklə saxta yollarla sənəd alınmasına nail olduğuna dəlalət edir. Onlar onun həmin sahədə olan 0,24 ha bələdiyyə torpağını da iddiaçılara pay torpağı kimi təhvil verməsini tələb edirlər. Torpaq qonşuları Usub və Elmanda olan torpaqlarını isə onlardan tələb etmirlər. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı2 vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. iş materiallarına əlavə edilmiş JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0057 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarına əsasən Qəbələ rayonu Nic qəsəbəsində Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. "xxxx" MMC-nin 05.04.2021-ci il tarixli 99 saylı ekspert rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilən JN-0057, JN-0058 və JN-0059 saylı Dövlət Aktlarının planşetləri DTXK tərəfindən köhnə koordinat sistemi olan Pulkovo-42 koordinat sistemində tərtib olunmuşdur. DƏDRX tərəfindən ərazinin ümumi elektron baza məlumat xəritəsi Yeni Beynəlxalq koordinat sistemi olan WGS-84 (UTM - 38N; 39N) koordinat sistemində yığıldığından, Azərbaycan Respublikasının bütün əraziləri üzrə verilən Dövlət Aktlarının və şəhadətnamələrin xəritə məlumatlarının yeni elektron məlumat bazasına inteqrasiyası zamanı müəyyən koordinat sürüşmələri və planşet üzrə müvafiq torpaq sahələrinin naturadakı uyğun torpaq sahələrinə nisbətdə konfiqurasiya fərqlərinə gətirib çıxarmışdır. Məhz bu ərazidə də konfiqurasiya fərqləri olduğundan sözügedən JN-0058 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı2 və onun ailə üzvlərinin ümumbirgə mülkiyyətlərinə verilmiş 1.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 58A konturu üzrə 0.63 ha olan torpaq sahəsinin planşet əsasında (ərazinin ümumi xəritəsi - X5) naturaya nisbətdə müəyyən yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN-0058 saylı Dövlət Aktının 58A konturu üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsinin Cavabdeh istifadəsində olması müəyyən olunmuşdur. Həmçinin JN-0059 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic qəsəbəsində İddiaçı1 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 59A konturu üzrə 1.949 ha olan torpaq sahəsinin planşet əsasında (X5) naturaya nisbətdə müvafiq yerquruluşu-mühəndis işləri aparılaraq döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. JN0059 saylı Dövlət Aktının 59A konturu üzrə 1.949 ha olan, torpaq sahəsinin 0.4589 ha hissəsinin Cavabdeh istifadəsində olunması müəyyən olunmuşdur. Həmçinin qeyd olunur ki, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 ha torpaq sahələrini iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsindən ağac dirəklər, mövcud olan ağaclar və kollar ayırır. Mübahisəli torpaq sahələrinin ölçüləri AutoCad, ArcMap, Google Mapper və SAS.Planeta xəritə proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 və 152.1-152.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN-0058 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinə məxsusdur. Həmçinin iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 2,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarına əsasən JN- 0059 nömrəli (kod: ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə məxsusdur. Cavabdeh qeyd olunan torpaq sahələrinin bir hissəsini qanunsuz şəkildə zəbt edərək ətrafına ağac basdırmış və taxta hasar çəkmişdir. Cavabdeh iddiaçıların həmin torpaq sahələrindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçıların qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar özünə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçılarının mülkiyyət hüquqları pozulmuşdur. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli, 03 saylı qərarı ilə JN-0058 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 1.14 ha torpaq sahəsinin 0.25 ha hissəsinin və JN- 0059 saylı, kod 40600068 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən verilmiş 2.46 ha torpaq sahəsinin 0.50 ha hissəsinin cavabdeh X17 oglu tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneə törədildiyini iddia etsələr də bu tələbi əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdirlər. Məhkəmə araşdırması zamanı ekspertiza rəyi ilə mübahisəli 1.14 ha torpaq sahəsinin yalnız 0.1931 ha hissəsinin və 2.46 ha torpaq sahəsinin yalnız 0.4589 ha hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, İddiaçı1 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN- 0059, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 2.46 ha torpaq sahəsinin 59A kontoru üzrə 1.949 ha olan torpaq sahəsinin 0.4589 ha hissəsi cavabdeh X1 alınaraq, İddiaçı1 qaytarılmalı, İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Torpağa mülkiyyət hüququna dair JN-0058, Kod 40600068 saylı Dövlət Aktına əsasən Qəbələ rayonu, Nic kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş 1.14 ha torpaq sahəsinin 58A kontoru üzrə 0.63 ha torpaq sahəsinin 0.1931 ha hissəsi cavabdeh X1 alınaraq İddiaçı2 qaytarılmalı, cavabdehin istifadəsində olan mübahisəli 0.1931 ha və 0.4589 torpaq sahələrində olan ağac dirəkləri sökülməli, ekspertiza tədqiqatının dəyəri olan 300 manat cavabdeh X1 tutularaq “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi hesaba köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini xahiş etsə də, o, iddianın rədd olunmuş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmi hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X8 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 2(025)-94/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar