Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1522/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 apelyasiya şikayəti verməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir. Qətnamənin surəti işdə iştirak edən şəxslərə göndərilmişdir. Həmin qətnamədən işdə iştirak edən şəxslər tərəfindən şikayət verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X1 Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru İlham İlyasov izahat verərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 №-li qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti imzalanmaması səbəbindən məhkəmənin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Lakin poçt vasitəsi ilə göndərilmiş həmin qərardad ona çatmamış, qərardadı xx xxx 2020-ci ildə məhkəmə binasından götürmüşdür. Nöqsanı aradan qaldırmaqla qətnamədən apelyasiya şikayəti vermişdir. Məhkəmənin xx xxx 2020ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi səbəbindən geri qaytarılmışdır. Qətnamədən birinci dəfə vermiş olduğu apelyasiya şikayətini unutqanlıq səbəbindən imzalamamasını, bu səbəbdən apelyasiya şikayətinin geri qaytarılması barədə qərardad ona çatmadığına görə həmin qərardaddan vaxtında məlumatı olmadığı üçün qətnamədən apelyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməmişdir. Ona görə də ərizənin təmin olunmasını, qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin buraxılması səbəbini üzrlü hesab edərək müddətin bərpa olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında ərizə əsassız olduğuna, qeyd edilən qətnamədən apelyasiya şikayəti verilməsi müddəti üzrlü səbəb olmadan buraxıldığına görə təmin olunmamasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli (hakim M.K.Kərimova) qərardadı ilə cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 apelyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, eyni zamanda onun tərəfindən verilmiş apelyasiya şikayəti qəbul edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə həmin Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X5şikayətin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qərardadının isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçı və cavabdehin nümayəndəsinin fikirlərini dinləyərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)- 331/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən, qanunla müəyyən edilmiş rəsmi qaydada aldığı gündən 1 ay müddətində, xx xxxxx 2020-ci ildə apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti imzalanmadığına görə MPM-in 363.1.1-ci maddəsinə əsasən məhkəmənin xx xxxxx 2020-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Lakin poçt vasitəsi ilə göndərilmiş içərisində həmin qərardad olan zərfin üzərində “qapı bağlıdır” qeyd edilməklə geri qaytarılmışdır. Qərardad cavabdehə çatmadığına görə o, nöqsanları aradan qaldırıb qanunla müəyyən edilmiş vaxtda apelyasiya şikayəti verə bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, ərizə təmin olunmalı, cavabdehin məhkəmənin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddətinin buraxılması səbəbi üzrlü hesab edilməli, buraxılmış müddət bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədən apelyasiya şikayətinin verilməsi üçün cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X5 tərəfindən prosessual müddətin ötürülməsi səbəbini üzrlü hesab edərək həmin müddəti bərpa etmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X3 müraciəti üzrə düzgün nəticəyə gəlmiş və onun vəsatətini təmin etməkdə haqlı olmuşdur. Belə ki, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qərardadından şikayətində göstərmişdir ki, cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X5 məhkəmə qətnaməsinin surətini rəsmi qaydada almasa da, lakin həmin qətnamədən vaxtında xəbərdar olmuş, lakin ondan apelyasiya şikayəti verməyə qəsdən vaxtında təşəbbüs göstərməmiş, əslində icraatı yubandırmaq məqsədi güdmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericilik apelyasiya şikayətinin verilməsi müddətinin axımının başlanma vaxtını həmin hüquqa malik işdə iştirak edən şəxslərin müvafiq qətnamədən xəbərdar olduqları gündən deyil, müstəsna olaraq qətnamənin onlara rəsmi qaydada verildiyi gündən hesablanmasını müəyyən etmişdir. Ona görə də məhkəmə qətnaməsinin rəsmi qaydada verilmədiyi şəxs üçün apelyasiya şikayətinin verilməsi müddətinin axımı həmin qətnamə ona rəsmi qaydada verilməyənədək başlamır. Üzrlü səbəbdən ötürülmüş apelyasiya şikayəti müddətinin bərpa edilməməsi tərəfin birinci instansiya məhkəməsinin aktını apelyasiya qaydasında mübahisələndirmək hüququnun pozulması ilə nəticələnə bilər ki, bu da bütövlükdə məhkəmə müdafiəsi hüququnun pozulmasını ehtiva edir. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini qəbuledilməz sayır. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa etməyə borcludur. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən,apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 128-133, 395-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-331/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X4 qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Mingəçevir Peşə məktəbinin direktoru X5 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılması üçün mülki iş icraata qəbul edilməsindən ötrü Şəki Apelyasiya Məhkəməsinin dəftərxanasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1522/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1522/2020
24.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver