Məhkəmə qərarları › İş №2(107)-1529/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1529/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1529/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı LPO «xxxxxxxxx» ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı borc tələbi və ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 saylı qərardadından LPO «xxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X6 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-54/2020 saylı qətnaməsi ilə iddiaçı LPO xxxxxxxxx ASC-nin Cavabdeh qarşı kredit bocunun ödənilməsi və kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, LPO xxxxxxxxx ASC-nin ləğvedicisi X3 Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-54/2020 saylı qətnaməsinin surətini rəsmi qaydada xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Göstərilən qətnamədən qanunla müəyyən edilmiş müddətdə apelyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. İddiaçı LPO xxxxxxxxx ASC-nin ləğvedicisi X1 Kreditlərin idarə edilməsi departamentinin Məkhəmələrlə iş şöbəsinin müdiri X6 xx xxx 2020-ci il tarixdə qətnamədən apelyasiya şikayəti vermiş, Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 nömrəli (hakim İbrahim Fəttahov) qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı LPO «xxxxxxxxx» ASC məhkəmənin həmin qərardadından şikayət verərək Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 nömrəli qərardadının ləğv edilməsi bаrədə qərardad çıxаrılmаsını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, COVİD-19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejimin tənzimlənməsi barədə qaydalar müəyyən olunmuşdur. Həmin qərarın 1-ci bəndinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (xx.xx.2020-xx.xx.2020) ölkə ərazisində xüsusi rejimli iş (əmək) rejimi tətbiq edilmişdir. Daha sonra xüsusi karantin rejimi 144 saylı qərar ilə xx xxx 2020-ci il saat 00:00- dək, ikinci dəfə isə xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Əlavə olaraq qeyd etmək istərdik ki, Azərbaycan Respublikasında koronavirus (COVİD- 19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinə işlərə baxılması ilə bağlı “Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılmasını müvəqqəti olaraq təxirə salınması tövsiyyə edilmişdir. Qeyd olunan səbəblərdən apleyasiya şikayəti üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür.Hesab edir ki, qətnamədən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzürlü hesab ediməlidir. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxx 2020ci il tarixli 2(046)-54/2020 saylı qərardadının ləğv edilərək apelyasiya şikayətinə baxılması üçün göndərilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(046)-54/2020 nömrəli qərаrdаdı ilə iddiaçı LPO «xxxxxxxxx» ASC tərəfindən verilmiş şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iddiaçı LPO «xxxxxxxxx» ASC-nin nümayəndəsi X4 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxt və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-ci maddəsinə əsasən apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin verilmə müddətinin ötürülməsi ilə bağlı apelyasiya verən şəxsin dəlilləri ilə razılaşmır. Belə ki, o məhkəmə qətnaməsini xx xxxx 2020-ci il tarixdə almalarına baxmayaraq xüsusi karantin dövründə apelyasiya şikayəti verə bilmədiklərini bildirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xüsusi karantin dövründə apelyasiya şikayətinin hazırlanması və poçt vasitəsi ilə göndərilməsi üçün imkanlar tam məhdud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: «İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.». Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Apelyasiya şikayətini nəzərdə keçirdikdə aydın oldu ki, cavabdeh təşkilata göndərilmiş İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apelyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq iş materialından görünür ki, məhkəmə qətnaməsinin qəbul edilməsindən qanunvericiliklə müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Həmçinin, cavabdeh İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti apelyasiya şikayətinə əlavə etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO «xxxxxxxxx» ASC-nin ləğvedicisi X1 Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(046)-54/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar