Məhkəmə qərarları › İş №2(107)-153/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-153/2024

15.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-153/2024 15.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X11 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnаməsindən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X15 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X1rşı “işdən azad olunması barədə əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Qəbələ X15 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 097/k saylı əmrinin ləğv edilməsi, onun X19 X5 meşəbəyiliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixli, 183/k saylı əmrə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti X19 X5 meşəbəyiliyinə meşəbəyi vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 103/k saylı əmrlə onunla Ekologoya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti Qəbələ X15 Mərkəzi arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə uyğun olaraq (öz xahişi ilə) xitam verilmişdir. Qəbələ X15 Mərkəzinin xx.xx.2023-cü il tarixli 056/k saylı əmri ilə Daşağıl meşəbəyiliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Qəbələ X15 Mərkəzinin xx.xx.2023-cü il tarixli 097/k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinə əsas kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli, 147/ü nömrəli əmri, Qəbələ RMTM-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli 09 saylı protokolu və F.M.Musayevin razılıq ərizəsi göstərilmişdir. O, işdən azad olunmasına dair əmri qanunsuz və əsassız hesab edir. İşdən azad olunmamışdan əvvəl 08 may 2023-cü il tarixdə Qəbələ RMTM-nin X4 Qəbələ Regional MTM-nin direktorunun barəsində olan 03 may 2023-cü il tarixli, 314-27- 2/2-118/2023 saylı təqdimatının müzakirəsi keçirilmişdir. Müzakirə zamanı 126 nəfər təşkilat üzvündən 10 nəfər iştirak etmiş, iclas Qəbələ RMTM-nin direktorunun təzyiqi və təsiri altında keçmiş, onun hüquqlarını müdafiə etməli olan X10 nəinki onu müdafiə etməyə çalışmamamış, hətta heç bir əsas olmadan onun işdən azad olunmasına razılıq vermək əvəzinə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmişdir. Halbuki, X10 müəssisənin direktorunun təqdimatının əsaslı və ədalətli olub olmamasını diqqətlə araşdıraraq onun hüquqlarını müdafiə etmək üçün axıradək səy göstərməli idi. X10 nəinki həqiqəti üzə çıxarmaq üçün heç bir təşəbbüs və səy göstərmədən, onun əsassız olaraq işdən azad olunmasına dair qərar qəbul etmişdir. Buradan belə çıxır ki, Qəbələ RMTM-nin X3 bağlanmış əmək müqaviləsinə müdiriyyətdən 8 gün əvvəl “xitam vermişdir”. Hesab edir ki, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul etmək X10nın səlahiyyətində olmadığından onun hazırkı iş üzrə 08 may 2023-cü il tarixli iclasının qərarı işdən azad olunmasına razılıq kimi nəzərə alınmamalıdır. Həmçinin bildirir ki, onun işdən azad olunmasına səbəb kimi Daşağıl meşəbəyiliyinin 7 saylı dolayısının meşə gözətçisi kimi onun (həmin dövrdə Daşağıl Meşəbəyiliyinin meşəbəyisi kimi işləmişdir) Daşağıl Meşəbəyiliyinin 8 saylı dolayısında baş vermiş kütləvi qırıntı zamanı Mərkəzə heç bir yazılı məlumat verməməsi, kəsilən ağacları vaxtında aşkar etmədiyi üçün təqsirkar bilinmişdir. Ağaclar kəsilən tarixdə o, müdiriyyətin tapşırığı ilə tamamilə başqa bir ərazidə təhvil qəbul yoxlamasında iştirak etdiyindən, eyni zamanda iki ayrı ərazidə ola bilməzmiş. Qeyd edilən meşə qırıntısı üçün meşə gözətçisi məsuliyyət daşımalı olduğu halda məsələ araşdırılmadan işdən azad edilmişdir. Onu da bildirir ki, qeyd edilən meşə qırıntısı o və mühafizə mühəndisi Elşad Qaffarov tərəfindən aşkar edilmiş və dərhal aidiyyəti üzrə Qəbələ RMTM-nin rəisinə məlumat verilmişdir. Bundan sonra müvafiq komissiya göndərilərək onun və Elşad Qaffarovun iştirakı ilə yoxlama keçirilərək aktlaşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 6 oktyabr 2023-cü il tаrixli, 2(025)- 1302/2023 saylı qətnaməsi ilə, iddianın təmin edilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X2 Namus Bəhcət oğlunun işdən azad olunması barədə 16 may 2023-cü il tarixli, 097/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X5 meşəbəyliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 183/k nömrəli əmri ilə 15 saylı Regional Meşə X5 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 103/k saylı əmrlə İddiaçı 15 saylı X15 Mərkəzi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzinin direktoru Əkrəm Babayevin 15 mart 2023-cü il tarixli, 056/K nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı X19 X7 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə təyin edilmişdir. Ekologiya və X16 tapşırığı əsasında aparılmış yoxlamanın nəticəsi olaraq, Nazirliyin xx.xx.2023-cü il tarixli 337/ü saylı əmrinə əsasən Meşələrin İnkişafı Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 147/ü saylı əmr imzalanmış və həmin əmrdə Daşağıl meşəbəyliyində 07 saylı dolayın meşə gözətçisi (həmin dövrdə Daşağıl meşəbəyliyinin meşəbəyisi işləmiş) İddiaçı barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafiq tədbir görüb nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat verilməsi tapşırılmışdır. Qeyd edilən düzünə göstərişə əsasən 15 saylı X15 Mərkəzinin rəhbərliyı tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün Mərkəzin X10na təqdimatla müraciət olunmuşdur. X10 xx.xx.2023-cü il tarixində keçirdiyi iclasda həmin təqdimatı müzakirəyə çıxarmış və 15 saylı X15 Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul etmişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzinin direktoru Əkrəm Babayevin 16 may 2023-cü il tarixli, 097/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə xx.xx.2023-cü il tarixdən X19 X8 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi ilk növbədə işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını onunla əsaslandırılmışdır ki, İddiaçı Daşağıl meşəbəyliyinin 8 saylı dolayının meşəbəyisi vəzifəsində işləyən zaman meşə dolayında aşkar edilmiş nöqsan və çatışmazlıqların yaranmasının vaxtında qarşısının alınmasında fəaliyyətsizlik göstərmiş və bununla bağlı olaraq Meşələrin İnkişafı Xidmətinin 27 aprel 2023-cü il tarixli 147/ü nömrəli əmrində Qəbələ X15 Mərkəzinə tapşırıq verilmişdir. Birinci instansiya məhkəməsi birinci olaraq onu qeyd etmişdir ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X10nın qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X10na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X10 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırki işdən görünür ki, Həmkarlar İttifaqı tərəfindən işəgötürənə, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X15 Mərkəzinə İddiaçı əsaslandırılmış yazılı qərar verməsi iş materialları ilə sübuta yetirilmir. Cavabdeh tərəfindən yalnız iş materiallarına sübut kimi Qəbələ RMTM-nin X10nın iclas protokolu əlavə edilmişdir ki, həmin protokolda Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır. Halbuki, Həmkarlar İttifaqı əsaslanıdırılmış qərar qəbul etmək əvəzinə, protokolla əsassız olaraq işçinin işdən azad edilməsi barədə qərar qəbul etmişdir. İkinci olaraq birinci instansiya məhkəməsi onu qeyd etmişdir ki, baxılan işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçının fəaliyyətinin araşdırılması 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixlərdə Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edilmiş və həmin dövrdə İddiaçı Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının işdən azad edilməsinə əsas olmuş inzitam pozuntuları (yəni qanunsuz ağac kəsimi hallarının mövcud olması) işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Hazırkı işdən isə müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsinə əsas olmuş inzitam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Bu səbəbdən də işdən çıxarılma barədə əmr qanunsuz olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi üçüncü olaraq qeyd etmişdir ki, İddiaçı barəsində hansı əsasla digər, daha yüngül intizam tədbirinin deyil, məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsinin zəruriliyi işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq əmrinə əsasən müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X2 Namus Bəhcət oğlunun işdən azad olunması barədə 16 may 2023-cü il tarixli, 097/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X19 X5 meşəbəyliyinin 07 saylı dolayısına (9-cu dərəcə ilə) meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 35-cı maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 68, 70, 71, 72, 80, 83, 84, 87, 186, 187, 300-cü maddələri, “X6” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 119.1 10-1.3, 218.3-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, X10 sözügedən məsələyə dair müvafiq qərar qəbul etməli olduğu halda məsələni protokolla həll etmiş və protokolda əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə dair münasibət bildirmək əvəzinə həmin əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Qeyd edilən faktiki hala məhkəmə hərfən yanaşaraq nəzərə almamışdır ki, protokolun sonuncu səhifəsində iclasda müzakirə olunan məsələlərə dair ayrıca qərar hissəsi mövcud olmuş və bir aktın daxilində eyni zamanda qərarda qəbul edilmiş nəticədə mövcud məsələyə X10 protokolla deyil qərarla münasibət bildirmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tətbiqinin düzgünlüyünü yoxlayarkən qeyd etmişdir ki, intizam pozuntusu onun aşkar olunduğu tarixdən bir ay müddətində verilməli olduğu halda hadisədən iki ay keçdikdən sonra İddiaçı barəsində intizam tənbeh tədbiri görülmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki, iş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil və qəbul atklarıyla İddiaçı tərəfindən əmək funksiyalarının kobud pozuntusu aşkar olunmuş bununla bağlı müvafiq araşdırma aparılaraq onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə ləğv edilmişdir. Lakin yuxarıda qeyd edilən aktların tərtib olunduğu və hadisənin törədilyi vaxtı müqayisə edən zaman İddiaçı barəsində intizam tənbehinin verilməsi üçün altı aylıq müddətin keçmədiyi müəyyən edilir ki, həmin məsələyə münasibətini birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandıra bilməmiş nəticədə Əmək Məcəlləsinin 187 və 300-cü maddələrini yanlış tətbiq və təfsir edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi X10 tərəfindən işə dair mövqeyini qərarla deyil protokolla münasibət bildirməsinə və intizam tənbehinin verilməsi zamanı tənbehin verilməsi üçün nəzərdə tutulan müddətin keçməməsi ilə bağlı hazırki şikayətin maddi hüquq normalarının pozuntularına aid olan hissənin 1-ci bəndində göstərilən məsələlərə əhəmiyyət vermədən işə dair yanlış qənaətə gələrək işdə olan və əlavə təqdim edilmiş sübutları hərtərəfli və tam araşdırmamışdır. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin e- 2(025)-1302/2023, xx.xx.2023cü il il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X15 Mərkəzinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X10nın qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci bəndinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X10na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X10 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri;

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsi; 2.İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin e- 2(025)-1302/2023, xx.xx.2023cü il il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə mübahisələndirilən hissə üzrə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 183/k nömrəli əmri ilə 15 saylı Regional Meşə X5 meşəbəyliyinin meşəbəyisi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 103/k saylı əmrlə İddiaçı 15 saylı X15 Mərkəzi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzinin direktoru Əkrəm Babayevin 15 mart 2023-cü il tarixli, 056/K nömrəli “əmək müqaviləsinin bağlanması barədə” əmrinə əsasən xx.xx.2023-cü il tarixdən İddiaçı X19 X7 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi vəzifəsinə (9-cu dərəcə ilə) 3 (üç) ay müddətinə təyin edilmişdir. Ekologiya və X16 tapşırığı əsasında aparılmış yoxlamanın nəticəsi olaraq, Nazirliyin xx.xx.2023-cü il tarixli 337/ü saylı əmrinə əsasən Meşələrin İnkişafı Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli 147/ü saylı əmr imzalanmış və həmin əmrdə Daşağıl meşəbəyliyində 07 saylı dolayın meşə gözətçisi (həmin dövrdə Daşağıl meşəbəyliyinin meşəbəyisi işləmiş) İddiaçı barəsində məsuliyyət dərəcəsinə uyğun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "ç" bəndinə uyğun olaraq qanunamüvafıq tədbir görüb nəticəsi barədə Meşələrin İnkişafı Xidmətinə məlumat verilməsi tapşırılmışdır. 15 saylı X15 Mərkəzinin rəhbərliyı tərəfindən xx.xx.2023-cü il tarixində İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün Mərkəzin X10na təqdimatla müraciət olunmuşdur. X10 xx.xx.2023-cü il tarixində keçirdiyi iclasda həmin təqdimatı müzakirəyə çıxarmış və 15 saylı X15 Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə qərar qəbul etmişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ X15 Mərkəzinin direktoru Əkrəm Babayevin 16 may 2023-cü il tarixli, 097/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri ilə xx.xx.2023-cü il tarixdən X19 X8 meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Şikayətin dəlili onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi faktiki hallara hərfən yanaşaraq nəzərə almamışdır ki, protokolun sonuncu səhifəsində iclasda müzakirə olunan məsələlərə dair ayrıca qərar hissəsi mövcud olmuş və bir aktın daxilində eyni zamanda qərar qəbul edilmiş nəticədə mövcud məsələyə X10 protokolla deyil qərarla münasibət bildirmişdir. Kollegiya şikayətlə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Qəbələ RMTM-nin X10nın iclas protokolunda Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün əsaslandırılmış qərar qəbul etmək əvəzinə, protokolla əsassız olaraq işçinin işdən azad edilməsi barədə qərar qəbul etməsi barədə X10nın qərarını sübut kimi qəbul etməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki, Qəbələ RMTM-nin X10 qanunla müəyyən edilmiş müddətdə və qaydada Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilməsi üçün əsaslanıdırılmış qərar qəbul etmiş olsaydı belə, bu iddianın rədd edilməsi anlamına gəlməyəcəkdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hazırkı mübahisəyə Əmək Məcəlləsinin 187-ci maddəsini tətbiq edərək qeyd etmişdir ki, iddiaçıya intizam tənbehi intizam pozuntusu onun aşkar olunduğu tarixdən bir ay müddətində verilməli olduğu halda hadisədən iki ay keçdikdən sonra İddiaçı barəsində intizam tənbeh tədbiri görülmüşdür. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Şikayətin digər dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əmək məcəlləsinin 187-ci maddəsinin tətbiqinin düzgünlüyünü yoxlayarkən qeyd etmişdir ki, intizam pozuntusu onun aşkar olunduğu tarixdən bir ay müddətində verilməli olduğu halda, hadisədən iki ay keçdikdən sonra İddiaçı barəsində intizam tənbeh tədbiri görülmüşdür. Lakin məhkəmə nəzərə almamışdır ki iş materiallarında olan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil və qəbul atklarıyla İddiaçı tərəfindən əmək funksiyalarının kobud pozuntusu aşkar olunmuş bununla bağlı müvafiq araşdırma aparılaraq onunla bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü ildə ləğv edilmişdir. Lakin yuxarıda qeyd edilən aktların tərtib olunduğu və hadisənin törədilyi vaxtı müqayisə edən zaman İddiaçı barəsində intizam tənbehinin verilməsi üçün altı aylıq müddətin keçmədiyi müəyyən edilir ki, həmin məsələyə münasibətini birinci keçmədiyi müəyyən edilir ki, həmin məsələyə münasibətini birinci instansiya məhkəməsi öz qətnaməsində əsaslandıra bilməmiş nəticədə Əmək Məcəlləsinin 187 və 300-cü maddələrini yanlış tətbiq və təfsir edərək iş üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsi; 2.İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Göründüyü kimi qanunverici işəgötürən tərəfindən işçiyə intizam tənbehinin verilməsi müddətini işçi tərəfindən əmək və ya icra intizamının pozulduğunun aşkar edildiyi gündən bir ay keçənədək vermək hüququnu tanımışdır. İddiaçı barəsində intizam tənbehinin verilməsi üçün altı aylıq müddətin keçmədiyi baərədə şikayətin dəlilinə qiymət verən kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi qanunverici burada işçiyə intizam tənbehinin verilə bilməməsini İntizam xətasının törədildiyi gündən altı aylıq müddətlə şərtləndirmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-cı maddəsinın 3-cü hissəsində nəzərdə tutulmuş 6 aylıq və 2 illik müddətlər intizam pozuntusunun aşkar edildiyi vaxtdan deyil, intizam xətasının törədildiyi gündən hesablanır. Yəni əgər törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilərsə, onun törədilməsi üzərindən artıq müvafiq olaraq 6 ay və 2 il müddət keçibsə, işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi 3-cü hissədə müəyyən edilmiş müddətlər də əslində işçilər üçün əlavə təminat olmaqla, intizam xətasının törədilməsi üzərindən həmin müddətlər keçdikdən sonra işçinin intizam məsuliyyətini istisna edir. Eyni zamanda törədilmiş intizam xətası işəgötürən tərəfindən sonradan aşkar edilmişdirsə, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq işəgötürən tərəfindən işçiyə intizam tənbehi hər bir halda həmin pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçının işdən azad edilməsinə əsas olmuş inzitam pozuntuları işəgötürən tərəfindən ən geci xx.xx.2023-cü il tarixdə aşkar olunmuşdur. İşçiyə onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv olunması barədə intizam tənbehi isə həmin tarixdən 2 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə verilmişdir. Bundan başqa Kollegiya qeyd edir ki, iddiaçının fəaliyyətinin araşdırılması 28 fevral 2023-cü il və 01 mart 2023-cü il tarixlərdə Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edilmiş və həmin dövrdə İddiaçı Daşağıl meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləmişdir. Yəni İddiaçı Qəbələ RMTM-nin Daşağıl meşəbəyliyinin 07 saylı və 08 saylı meşə dolayında təhvil-qəbul yoxlamaları zamanı qanunsuz ağac kəsilməsi müəyyən edildiyi vaxt meşəbəyi vəzifəsindən öz ərizəsi ilə azad edilmişdir. Kollegiya hesab edir ki, iddiaçının meşəbəyi işlədiyi vaxt aşkar edilmiş pozuntu üçün, sonradan onunla gözətçi kimi bağlanmış əmək müqaviləsinə xitam verilməsi də qanunsuz olmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 15 saylı X15 Mərkəzi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 6 oktyabr 2023-cü il tаrixli, 2(025)-1302/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar