Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1532/2021 27.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, İddiaçı həyat yoldaşı X5 və az yaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onun, yəni İddiaçı həyat yoldaşı X5 və az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzrəində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələlərini və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqındaqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclası zamanı iddia ərizəsinə uyğu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi anası, Cavabdeh mülkiyyətindədir. Belə ki, onlar həmin ünvana köçməmişdən əvvəl ünvan 3mışıq. Qeyd olunan mənzili 2011-ci ildə satmışlar və ünvan 2 ünvanda yerləşən torpaq sahəsini onun adına almışlar. Həmin torpaq sahəsini aldıqdan sonra onlar orada fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evinin tikilməsində əsas onun vəsaitindən istifadə olunmuşdur. Bundan sonra o anası Cavabdeh ilə yaşamağa başlamışlar. Onlar ailədə 1 oğlan və 2 qız olmaqla 3 övladdırlar. Bacıları və o ailə qurmuşlar. Belə ki, o 14 dekabr 2017-ci ildə X5 ilə ailə qurmuşdur. Birgə nikahdan onların 19 may 2019-cu ildə Fatimə adlı 1 uşaqları dünyaya gəlmiş və bu yaxınlarda da 1 övladı dünyaya gələcəkdir. O Səyalı Süleymanzadə ilə ailə qurduqdan sonra o, onlara məxsus, ünvan 4 ünvana gəlin köçmüş və ona məxsus cehiz əmlaklar da onlara məxsus evə yerləşdirilmişdir. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi 21 may 2020-ci il tarixə kimi onun mülkiyyətində olmuşdur. Cavabdeh, anası İlahə Abdullayeva ilə belə razılığa gəlmişlər ki, o, torpaq sahəsini anasının adına bağışlasın və anası da bunun əsasında həm torpaq sahəsi, həm də onun üzərinə inşa olunmuş fərdi yaşayış evinə dair çıxarış alsın. Anası ilə aralarında olan razılığa əsasən anası gələcək torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini onlara verməsi barədə söz vermişdir. Lakin o qeyd olunan torpaq sahəsini anasının adına bağışlayan kimi, anası onu, həyat yoldaşını və az yaşlı qızlarını həmin ünvanda yaşamağa imkan verməmişdir. O dəfələrlə anası ilə söhbət edib mübahisəni həll etməyə çalışmışdır. Lakin anası onunla razılaşmamış, ondan Polis Şöbəsinə şikayət etmişdir. Onları isə qeyd olunan evdən qovub çıxartmışdır. Onun ailə üzvləri ilə birlikdə yaşamağa heç bir yerləri yoxdur. ünvan 4 ünvanda yerləşən torpaq sahəsini 26 sentyabr 2011-ci ildə o almışdır. Onun üzərində yerləşən fərdi yaşayış evini o inşa etmişdir. Qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evindən onun və ailə üzvlərinin istifadə hüquqları yaranmışdır. onun, yəni İddiaçı həyat yoldaşı X5 və az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzrəində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələlərini və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclası zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X16 iddinın təmin olunmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli evi 1983-cü ildə özü almışdır. 2011-ci ildə torpaq sahəsini oğlunun adına almışdır. Oğlu 2016-cı ildə evlənib ailəsinidə onun evinə gətirmişdir. Oğlunun yoldaşı oğrudur özüdə bilir dəfələrlə evdən oğrluq edibdir. Qaldığı otağa açar düzəldibki evdən çıxanda qapını balayıb gedirdi. Əks halda otağına girərək oğrluluq edirdi. Oğlunun 31 yaşı var ailəsini də götürüb başqa yerdə yaşasın. Çünki onlarla birlikdə yaşaya bilmir yoldaşı onu söyüb təhqir edir. Hətta bir dəfə polisə müraciət edib onu inzibati qaydada həbs ediblər. Onlarla birlikdə yaşamaq istəmir.Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hesab edir ki, həmin qətnamə maddi və prosessual hquq normalarının pozulması və düzgün tədbiq edilməməsi ilə çıxarıldığından aşağıdakı əsaslarla ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi 21.05.2021-ci il tarixdən bağışlanma müqaviləsinə əsasən onun tam mülkiyətindədir. Bundan əvvəl onların M.Maqamayev prospekti ev 73 m.2-də yaşayış evləri olmuş 2011-ci ildə həmin evi sataraq qeyd edilən həmin evi almış və orada fərdi yaşayış evi inşa etmişlər. Ailədə onun bir oğlu, iki qızı olmuş, qızları ailə qurub köçmüş, 2017-ci ildə oğlu İddiaçı Sayalı Süleymanzadə ilə ailə qurmuş və həmin mənzilə gəlin köçmüşdür. Ona məxsus yaşayış evində yaşamışlar. Birgə yaşadıqları dövürdə bir uşaqları olmuşdur. 21.05.2020-ci ildə oğlu Taleh bağşlama müqaviləsi ilə həmin torpaq sahəsini və həmin yaşayış evini ona bağışlamaqla mülkiyətinə vermiş, 01.06.2021-ci il tarixdə həmin daşınmaz əmlaka Çıxarış almaqla onun xüsusi, tam mülkiyətində olmuşdur. Lakin, sonradan oğlu və gəlini ilə ailə münsaibətləri kəskin pisləşmiş, oğlu İddiaçı onu evdə döyərək xəsarət yetirmiş, Mingəçevir şəhər məhkəməsinin 07.01.2021-ci il tarixli inzibati xəta haqqinda qərarı ilə İddiaçı İXM-nın 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təksirli bilinib 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tənbehini çəkib qurtardıqdan sonra məhkəmədə onun mülkiyətində olan fərdi yaşayış evinə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia qaldırmış və yuxarıda qeyd edilən qətnamə qəbul edilmişdir. Həmin müddətdən də oğlu İddiaçı ailəsi ilə birlikdə başqa yerdə yaşayırlar. Belə olan halda ailə münasibətləri pozulduğuna görə birlikdə yaşamaqları mümkünsüz olmuşdur. Qətnamədən görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə köçürülmə ilə bağlı yaranan mülki münasibətləridir. Məhkəmə işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123, 53 və 54-cü maddələrini əsas götürmüşdür. Habuki, həmin torpaq sahəsi və fərdi yaşayış evi 21.05.2020-ci il tarixdən bağışlama müqaviləsi ilə onun mülkiyətinə verilmiş, 01.06.2020-ci tarixdən isə dövlət qeydiyyatına alımışdır. Belə olan halda qeyd edilən hüquq münasibətləri 01.10.2009- cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələri ilə tənzimlənməlidir. Qeyd edilən mülki mübahisədən görünür ki, mülkiyətçi ilə onun ailə üzvləri arasında ailə münasibətləri pozulmuş, İddiaçı Cavabdeh qarşı inzibati xəta törətməklə 15 gün müddətinə inzibati qaydada həps edilmiş, gəlini Sayalı Süleymanzadə 2017-ci ildən onun oğlu ilə ailə qurmasına baxmayaraq dəfərlə oğurluq etmiş və bu ailə üzvlərinin birgə yaşaması mümkünüz hesab olmuşdur. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)- 636/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X12 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh nümayəndəsi və vəkili X18 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin mübahisələndirilən iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi hissəsində təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 fevral 1991-ci il təvəllüdlü İddiaçı anası Cavabdehdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Kür küçəsi 39 mənzili 2/7 pay hissəsi ilə X13, 1/7 pay hissəsi ilə X9, 1/7 pay hissəsi ilə X8 X10, 1/7 pay hissəsi ilə X11, 1/7 pay hissəsi ilə X14 mülkiyyətindədir. X3 adına 07.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır İşdə olan Daşınmaz əmlakın AN-İ № ******* saylı, 26.09.2011-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Yevlax Ərazi İdarəsi tərəfindən 07.09.2011-ci il tarixdə verilmiş 5989 nömrəli arayışa əsasən 0,43 hektar torpaq sahəində yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 126,17 yaşayış sahəsi 77,78 kv.metr olan ünvan 6 ünvanında yerləşən fərdi-yaşayış evinin həyətyanı torpaq sahəsinin cənub-qərb tərəfdən 665,46 kv.metr-i alıcının mülkiyyətinə verir. Alıcı torpaq sahəsinin müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini nəqd şəkildə satıcıya tam ödəyəcək. Həmin məbləğin 3560 (üç min beş yüz altmış) manatını halhazırda qalan 1640,00 (bir min altı yüz qırx) manatını isə 30.03.2012-ci il tarixədək ödəyəcək. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı, 0.0664 ha torpaq sahəsi İddiaçı xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 06.05.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********-dır. Məhkəməyə təqdim olunmuş Daşınmaz Əmlakın 21 may 2020-ci il tarixli Bağışlanması Müqaviləsindən görünür ki, Hədiyyə verən İddiaçı 0.0665 ha torpaq sahəsini anası hədiyyə alan Cavabdeh bağışlamışdır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanı, 0.0665 ha, kvadrat metrlə 96.60 ərazi Cavabdeh xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 01.06.2020-ci il tarixli, qeydiyyat nömrəsi 202005686-dır. Məhkəməyə təqdim olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanı, 0.0664 ha torpaq sahəsi Cavabdeh xüsusi, tam mülkiyyətinədir. Qeydiyyat tarixi 30.06.2020-ci il tarixli, qeydiyyat nömrəsi 202006352-dir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstutisiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Birinci instansiya məhkəməsi işin hallarını 01 oktyabr 2009-cu ildən sonra yaranmış münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında təhlil edib hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının ünvan 1 ünvanından istifadə hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X4 aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X4 aid hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 27 sentyabr 2021-ci il tarixli 2(107)- 1532/2021 nömrəli qərardadı ilə Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)- 636/2021 nömrəli qətnaməsi “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın X2 aid hissəsində ləğv edilmiş, həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən “mənzilə köçürülmə və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı – 19 may 2019-cu il təvəllüdlü X4 aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin mübahisələndirilən iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi hissəsində təmin edilməməli, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti Mingəçevir Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(051)-636/2021 nömrəli qətnaməsinin mübahisələndirilən iddianın təmin edilmiş İddiaçı az yaşlı övladı 19 may 2019-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülməsi və həmin torpaq sahəsi və fərdi yaşayış evinə istifadə hüquqlarının müəyyən edilməsi hissəsində təmin edilməsin. Qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılsın. İddianın təmin edilmiş İddiaçı həyat yoldaşı X1 ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evinə köçürülmələrini və həmin torpaq sahəsi və fərdi yaşayış evindən istifadə hüquqlarının müəyyən edilməsinə dair hissəsində iddianın baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 27 sentyabr 2021-ci il tarixli 2(107)-1532/2021 nömrəli qərardadı nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1532/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1532/2021
27.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver