Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1542/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0528 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyətyanı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-30/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxx 2020-ci il tarixli 2(019)-30/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş,İddiaçı mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0528 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahələrinə İddiaçı İsam qızının mülkiyyət hüququ bərpa olunması və torpaq sahəsinin İddiaçı İsam qızına təhvil verilməsi qət edilmişdir. İşin hаllаrı: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0528 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyətyanı torpaq sahələrindən cavabdehin çıxarılması, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi və həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəmsinin məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, Balakən rayonunun Mahamalar kəndində yaşayır. 1971-ci ilin oktyabr ayında Balakən rayonunun Mahamalar kəndində yaşayan X9 ilə evlənmişdir. Birgə nikahlarından xx xxxx 1972-ci ildə Uluxanov Elman, xx xxxxxx 1975-ci ildə Uluxanov Elçin adında iki övladları olmuşdur. X9 ilə xasiyyətləri uyğun gəlmədiyinə görə xx xxxxxx 1978-ci ildə nikahları pozulmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı əsasında torpağın mülkiyyətə verilməsi barədə JN-785A saylı KOD 40108018 olan şəhadətnamə əsasında Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən 0.08 ha torpaq sahəsi, eyni zamanda JN1263 saylı Kod 40108018 olan Dövlət aktına əsasən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi oğlu X2 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin 381.89 kv/m çöl ərazisindən, 605.98 kv/m hissəsi isə yaşadığı əraziyə yaxın sahədən verilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(019)-830/2015 saylı qətnaməsi ilə oğlu xx xxxx 1972-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuş X7 ölmüş elan edilmişdir. Lakin uzun müddətdir ki, yoxaçıxan oğlu X7 guya qohumu X3 xx xxxx 2012-ci il tarixdə etibarnamə vermiş, həmin etibarnamə faks vasitəsi ilə qəbul edilmiş və tərcümə edilərək təsdiq edilməsi üçün Balakən rayon Dövlət Notariat Kontoruna təqdim edilmişdir. Bundan sonra X1 Elman Rafiq oğluna məxsus 0.08 ha həyətyanı və 0.0528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini xx xxxxxxxx 2012-ci il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda bağışlama müqaviləsi əsasında Cavabdeh hədiyyə etmişdir. Oğlu X2 adından xx xxxx 2012ci il tarixdə verilmiş etibarnamə saxta əldə edildiyindən və eyni zamanda oğlu Elman barəsində həmin vaxt heç bir məlumat olmadığından Balakən rayon Dövlət Notariat Kontorunun xx xxxxxxxx 2012-ci il tarixli 4Ə-451 saylı və 4Ə-452 saylı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(019)-830/2015 saylı qətnaməsi ilə Balakən rayon Dövlət Notariat Kontorunun xx xxxxxxxx 2012-ci il tarixli 4Ə-451 və 4Ə-452 saylı bağışlama müqavilələri etibarsız hesab edilmişdir. Bundan sonra o, xx.xx.2016-cı il tarixdə 0.08 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış almışdır. xx.xx.2018-ciildə 0.0528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışalmışdır. Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan 0.0528 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyatyanı torpaq sahəsini zəbt edərək oradan istifadə edir, ora girməsinə mane olmaqla, onun torpaqdan istifadə etməyinə imkan vermir. Cavabdehin torpaq sahəsindən çıxarılması ilə bağlı müxtəlif orqanlara yazılı müraciətlər etsə də bunun heç bir nəticəsi olmamışdır. Cavabdeh hazıradək həmin torpaq sahəsini zəbt etməkdə davam edir. O, cavabdehi məcburi olaraq torpaq sahəsindən çıxara bilməmişdir. Buna görə də o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində 0.0528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-50/2016 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən rayon Dövlət Notariat Kontorunun xx xxxxxxxx 2012-ci il tarixli X4 məxsus 0.0528 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 4 Ə-451 və 0.08 ha həyətyanı torpaq sahəsinin Cavabdeh bağışlanmasına dair 4Ə-452 saylı bağışlama müqavilələri etibarsız hesab edilmişdir. İşdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi Balakən rayonu Mahamalar kəndində yaşayan anası İddiaçıdır və o əmlakdan bütöv hissədə pay almışdır. İşdə olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 761768 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. İşdə olan Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)1022/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8, Balakən rayon Dövlət Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir.. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-446/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)-1022/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İş üzrə qətnamədən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, qətnamə maddi hüquq və prosesual hüquq normalarının pozulması ilə çıxarılış, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Belə ki, Balakən Rayon Məhkəməsi qətanmə qəbul edərkən çəkişmə prinsipin pozmuşdur. O, məhkəmə prosesində iştirak edə bilməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxıb və qərar qəbul etmişdir. Bundan əlavə məhkəmə həmin torpaq sahələrinin onun mülkiyyətində artıq 30 ildən çox müddət ərzində olduğunu onun həmin 0.0528 ha və 0.08 ha həyətyanı torpaq sahəsindən fasiləsiz və etirarsız idarə etdiyini nəzərə almamışdır. Ona görə də Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-30/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbin təmin edilməməsi barədə yeni qətnamə qəbul etmənizi xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını və apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını onun bаrəsində аçıq və yа dolаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və onа etirаzlаrdа ifаdə olunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz olduqdа isə tаm yoxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X10 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instasniya məhkəməsi iddia tələbin təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(019)1022/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8, Balakən rayon Dövlət Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Birinci instasniya məhkəməsi araşdırma zamanı belə bir nəticəyə gəlmişdir ki, İddiaçı Balakən rayonunun Mahamalar kəndində 0.0528 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmış və ona daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. İddiaçı məxsus olan həmin torpaq sahələri Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunur. Nəticədə iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir, onun mülkiyyət hüququ pozulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş materialları ilə müəyyən olunmuş subutlara müəyyən olaraq qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, Zaqatala rayon məhkəməsinin qətnаməsi dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə həmin hissədə təmin edilmədən sаxlаnmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(019)-30/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1542/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1542/2020
05.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver