Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1544/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vərəsəlik hüququnun tanınması, mirasdakı payın müəyyən edilməsi tələbi”nə dair, X4 və Cavabdeh İddiaçı qarşı “ilkin iddia tələbinin rədd edilməsi, mərhum qızı X1 miras qalmış əmlakın 2/6 hissəsi üzərində onların vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində onların payının müəyyən edilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum arvadı X1 miras qalmış cehiz əşyalara və qızıl-zinət əşyalarına vərəsəlik hüququnun tanınması, payının müəyyən edilməsi barədə, X7 və Cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək “mərhum qızı X1 miras qalmış əmlakın 2/6 hissəsi üzərində onların mülkiyyət hüququnun tanınması və həmin əmlakların alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana Cavabdeh və X7 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilkin iddia tələbinin rədd edilməsi, mərhum qızı X1 miras qalmış əmlakın 2/6 hissəsi üzərində onların vərəsəlik hüququnun tanınması və miras əmlakda onların payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər Birinci instansiya məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, İddiaçı gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə gəlmiş, qarşılıqlı iddia üzrə iddiaçı X7 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə İddiaçı iştirakı olmadan, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Əbülfət İbrahimovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, Cavabdeh ilkin iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçı 2006-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə Abidət Təmrazova ilə ailə qurmuşlar. Birgə nikahdan onların Elcan, Firudin və Aysun adlı övladları dünyaya gəlmişdir. Münasibətləri pozulduğu üçün onların nikahları məhkəmə tərəfindən pozulmuşdur. Abidət Təmrazovanın əmlak tələbinə dair iddiasına Şəki Apellyasiya Məhkəməsində baxılan zaman Abidət vəfat etmiş, onun anası Cavabdeh onun hüquqi varisi hesab edilərək işə baxılmışdır. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən mərhum Abidət Təmrazovaya məxsus olan qızıl və zinət əşyalarının anası Cavabdeh verilməsi qət edilmişdir. Məhkəməyə müraciəti əsasında Abidət Təmrazovadan miras qalmış əmlaklardan onun övladları Elcan, Firudin və Aysunun payları müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə miras qoyanın 6 nəfər vərəsəsi müəyyən edilmiş və Elcan, Firudin və Aysunun miras əmlakda hər birinin payları 1/6 hissədə müəyyən edilərək onların paylarına düşən hissə onlara verilmişdir. Abidət Təmrazovanın sabiq əri olan İddiaçı da onun vərəsəsi hesab edilmişdir. Ona görə də, hesab edir ki, həmin miras əmlakda onun payı da müəyyən edilməlidir. Qarşılıqlı iddianın isə rədd edilməsini xahiş edir. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum arvadı X1 miras qalmış cehiz əşyalara və qızıl-zinət əşyalarına vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasındaCavabdeh məhkəmə iclasında izahat verərək göstərmişdir ki, İddiaçıla qızı Abidət Təmrazovanın nikahları məhkəmə tərəfindən rəsmi qaydada pozulduqdan sonra Abidət cehiz əmlak və qızıl-zinət əşyaları tələbi barədə iddia qaldırmışdır. Onun tələbinə Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən qızı Abidət vəfat etmiş, o qızının hüquqi varisi hesab edilərək işin məhkəmə baxışı davam etmişdir. Həmin işlə bağlı məhkəmə qətnaməsi qəbul edilmiş, qətnaməyə əsasən Abidətin cehiz və qızıl-zinət əşyaları ona verilmişdir. Nəvələri Elcan, Firudin və Aysunun analarından miras qalmış əmlak tələbinə Şəki Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən həmin miras əmlakda onların payı müəyyən edilərək uşaqlara verilmişdir. Eyni zamanda digər vərəsələr də daxil olmaqla o və əri Əbülfət də Abidətin vərəsəsi hesab edilmişlər. Məhkəmədən ilkin iddianın rədd edilməsi, mərhum qızı X1 miras qalmış əmlakın 1/6 hissəsi üzərində onun vərəsəlik hüququnun tanınması, miras əmlakda onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia tələbi təmin edilmiş, İddiaçı mərhum arvadı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınsın və həmin əmlakdakı payı 1/6 hissədə müəyyən edilərək payına düşən hissənin ona verilməsi, İddiaçı mərhum arvadı X1 miras qalmış əmlakdakı payı 2000 (iki min) manat dəyərində divar mebeli, 45 (qırx beş) manat dəyərində 60 ədəd çay qaşığı, xörək qaşığı və çəngəl, 20 (iyirmi) manat dəyərində 2 ədəd meyvə qabı olmaqla müəyyən edilməsi, Qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh mərhum qızı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınsın və həmin əmlakdakı payı 1/6 hissə müəyyən edilərək payına düşən hissənin ona verilməsi, Cavabdeh mərhum qızı X1 miras qalmış əmlakdakı payı 2100 (iki min bir yüz) manat dəyərində 583 əyarlı komplekt qızıl sırğa üzük olmaqla müəyyən edilmiş, Qarşılıqlı iddia üzrə iddiaçı X4 mərhum qızı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınsın və həmin əmlakdakı payı 1/6 hissə müəyyən edilərək payına düşən hissənin ona verilməsi, Qarşılıqlı iddia üzrə iddiaçı X4 mərhum qızı X1 miras qalmış əmlakdakı payı 200 (iki yüz) manat dəyərində iddiaçının anası hədiyyə etdiyi üzük, 150 (bir yüz əlli) manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğa, 100 (bir yüz) manat dəyərində trimo, 100 (bir yüz) manat dəyərində jurnal stolu, 35 (otuz beş) manat dəyərində duxovka, 500 (beş yüz) manat dəyərində 2 ədəd xalça, 100 (bir yüz) manat dəyərində payəndaz (darojka), 70 (yetmiş) manat dəyərində stul, 50 (əlli) manat dəyərində paltar ütüləyən, 30 (otuz) manat dəyərində ütü stolu, 50 (əlli) manat dəyərində çilçıraq (lüstur), 70 (yetmiş) manat dəyərində tozsoran, 100 (bir yüz) manat dəyərində divan-kreslo üzləri, 300 (üç yüz) manat dəyərində 4 dəst yorğan, 120 (bir yüz iyirmi) manat dəyərində 4 dəst yastıq, 12 (on iki) manat dəyərində 12 ədəd kasa, 30 (otuz) manat dəyərində 30 kompot bankası, 12 (on iki) manat dəyərində 12 ədəd boşqab olmaqla müəyyən edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax rayon məhkəməsi işə baxan zaman Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikası Mülki Məcəlləsini, habelə Azərbaycan Respublikası Miilkı Prossesııal Məcəllənin 2, 8, 9, 13, 14, 217.2-ci maddələrini, habelə həıııin Məcəllənin 385- 387-ci maddələrinin tələblərinə riayət etməmiş, maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş MPM-nin 385.1.1-ci maddəsi), işin məhkəmə baxışı zamanı məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış (MPM-nin 385.1.2-ci maddəsi), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır (MPM-nin 385.1.3-cii maddəsi). Göstərilənlərə yol verildiyindən və eləcə də məhkəmənin çıxartdığı qətnamədə göstərilmiş nəticələr işin hallarına uygıın gəlmədiyindən (MPM-nin 385.1.4- cü maddəsi) həıııin qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya şikayətində iddia ərizəsində istinad olunan faktiki hallara istinad edərərk birinci instansiya məhkəməsi təıətındəıı müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların siibut edilməməsi: birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə baxmayaraq qanunsuz, əsassız və qeyri- obyektiv qətnamə qəbul etməklə mənim konstitusion hüquqlarımı pozmuşdur. Hesab edirəm ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə uyğun olmayan Qax Rayon məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi aşağıda qeyd olunan hallar səbəbindən ləğv olunmalıdır: Qax rayon məhkəməsi tərəfindən Elmarın payı müəyyən edilərkən ədalətli bölgü aparılmamış və qızıl-zinyət əşyalarında yalnız qarşılıqlı iddiaçı Cavabdeh və Əbülfət İbrahimovun payı müəyyən edilmişdir. Bununla da Birinci növbəli vərəsə kimi Elmarın hüquqları pozulmuşdur. Çünki, o təkcə cehiz əşyalarda deyil, qızıl-zinyət əşyalarında da payının müəyyən edilməsini xahiş etməsinə baxmayaraq onun payı ayrılmamışdır. İddiaçı hesab edir ki. bu bölgü ədalətli deyil və paylar yenidən ədalətli şəkildə müəyyən edilməlidir. Nəzərə almaq lazımdır ki, üç az yaşlı uşaq onun himayəsindədir və anadan qalan qızıl-zinyət əşyalarına daha çox onların ehtiyacı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə görə Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Miilki-Prossesual məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər ö/ qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin elmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.Həmin məcəllənin 1151.1-ci maddəsi Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay. əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217-ciaddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. X18 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsinin payların müəyyən edilməsi hissəsində ləğv edib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməsini Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməməsini Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)- 21/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq İddiaçı heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi mövqeyi onunla əsaslandırmışdır ki, ilkin iddia təmin edilməli, İddiaçı mərhum arvadı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınmalı və həmin əmlakdakı payı 1/6 hissədə müəyyən edilərək payına düşən hissə ona verilməli, onun miras qalmış əmlakdakı payı 2000 (iki min) manat dəyərində divar mebeli, 45 (qırx beş) manat dəyərində 60 ədəd çay qaşığı, xörək qaşığı və çəngəl, 20 (iyirmi) manat dəyərində 2 ədəd meyvə qabı olmaqla müəyyən edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh mərhum qızı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınmalı və həmin əmlakdakı payı 1/6 hissə müəyyən edilərək payına düşən hissə ona verilməli, Cavabdeh mərhum qızı X1 miras qalmış əmlakdakı payı 2100 (iki min bir yüz) manat dəyərində 583 əyarlı komplekt qızıl sırğa üzük olmaqla müəyyən edilməli, qarşılıqlı iddia üzrə iddiaçı X4 mərhum qızı X1 miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınmalı və həmin əmlakdakı payı 1/6 hissə müəyyən edilərək payına düşən hissə ona verilməli, qarşılıqlı iddia üzrə iddiaçı X4 mərhum qızı X1 miras qalmış əmlakdakı payı 200 (iki yüz) manat dəyərində iddiaçının anası hədiyyə etdiyi üzük, 150 (bir yüz əlli) manat dəyərində 583 əyarlı qaşsız qızıl sırğa, 100 (bir yüz) manat dəyərində trimo, 100 (bir yüz) manat dəyərində jurnal stolu, 35 (otuz beş) manat dəyərində duxovka, 500 (beş yüz) manat dəyərində 2 ədəd xalça, 100 (bir yüz) manat dəyərində payəndaz (darojka), 70 (yetmiş) manat dəyərində stul, 50 (əlli) manat dəyərində paltar ütüləyən, 30 (otuz) manat dəyərində ütü stolu, 50 (əlli) manat dəyərində çilçıraq (lüstur), 70 (yetmiş) manat dəyərində tozsoran, 100 (bir yüz) manat dəyərində divan-kreslo üzləri, 300 (üç yüz) manat dəyərində 4 dəst yorğan, 120 (bir yüz iyirmi) manat dəyərində 4 dəst yastıq, 12 (on iki) manat dəyərində 12 ədəd kasa, 30 (otuz) manat dəyərində 30 kompot bankası, 12 (on iki) manat dəyərində 12 ədəd boşqab olmaqla müəyyən edilməlidir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(024)- 54/2019 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X12, X10 və X8 qanuni nümayəndəsi İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Dövlət Notariat Kontoruna qarşı, iddiaçıların analarından miras qalmış cehiz əşyaları və qızıl-zinət əşyalarının onlar tərəfindən faktiki qəbulu, vərəsəlik hüququnun tanınması və mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(107)-2082/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək Qax Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar X12, X10 və X8 qanuni nümayəndəsi İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qax rayon Dövlət Notariat Kontoruna qarşı mərhum analarından miras çalmış əmlakdakı payları müəyyən edilərək onlara verilməsi, mirasın faktiki qəbulu, həmin əmlakın vərəsəlik hüququnun tanınması tələbi təmin edilərək, iddiaçılar X12, X10 və X8 miras əmlakda hər birinin payı 6/1 hissədə müəyyən edilərək paylarına düşən hissə onlara verilməsi, iddiaçı X9 miras əmlakdakı payı: 500 manat dəyərində 583 əyyarlı nişan üzüyü, 200 manat dəyərində televizor, 30 manat dəyərində elektrik samavarı, 100 manat dəyərində paltaryuyan maşın, 100 manat dəyərində video maqnitafon, 300 manat dəyərində üzlük, döşək üzü, dəsmal, süfrə, çay dəsmalı, hamam dəsmalları, süfrələr, 100 manat dəyərində qapı üçün tül pərdə, 90 manat dəyərində bülur badə. 600 manat dəyərində divan-kreslo, 20 manat dəyərində 6 iri dövrə, 20 manat dəyərində 3 mərtəbəli ləbləbi qabı və 5 manat dəyərində süzgəc olmaqla müəyyən edilməsi, iddiaçı X5 miras əmlakdakı payı: 1560 manat dəyərində 583 əyyarlı boyunbağı, 150 manatlıq iki nəfərlik taxt, 200 manat dəyərində yemək servizi, 50 manat dəyərində 20 ədəd tort qabı, 25 manat dəyərində şirə çəkən. 20 manat dəyərində divar saatı, 60 manat dəyərində qənd qabı və konfet qabı olmaqla müəyyən edilməsi, iddiaçı X8 miras əmlakdakı payı: 600 manat dəyərində 583 əyarlı qolbağı, 200 manat dəyərində uşağa qızıl qolbağı və sırğa, 33 manat dəyərində ət çəkən, 40 manat dəyərində gəlinlik güzgüsü və ləmpə, 80 manat dəyərində sandıq, 30 manat dəyərində gecə lampası, 200 manat dəyərində çay servisı, 150 manat dəyərində 2 qəhvə servisi, 100 manat dəyərində 2 qazan dəsti, 120 manat dəyərində 12 billur stəkan(armudu), 30 manat dəyərində 12 nəlbəki, 50 manat dəyərində mürəbbə qabı, 100 manat dəyərində 4 büllur kül qabı, 240 manat dəyərində 4 döşək, 100 manat dəyərində taxt üçün örtük olmaqla müəyyən edilməsi, tələbin mirasın qəbulunun uzadılmasına dair hissəsi əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.11 2019-cu il tarixli 2(102)-7481/2019 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan AZ-İ № 887610 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə 14 nömrə ilə qeydiyyat aparılmışdır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 rayonu Tasmalı kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu Zəyəm kəndində qeydiyyatdadır. İşə əlavə edilmiş Seriya AZE № 09067593 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Zəyəm kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X21 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. -1159.1.1-ci maddəsinə əsasənbirinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. -1159.1.1-ci maddəsinə əsasən maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sırasına daxildir. -1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin normalarına uyğun olaraq miras qalmış əmlak üzərində vərəsəlik hüququ tanınmış şəxslərin əmlakdakı payını 1/6 hissədə müəyyən etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-n 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən İlkin iddianı təmin etməklə, Qarşılıqlı iddianı qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(024)-21/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1544/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1544/2020
12.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver