Məhkəmə qərarları › İş №2(107)-1551/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1551/2020

22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1551/2020 22.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X5 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən mülkiyyətində olan mənzildən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması və onun zəbt etdiyi həmin mənzildən çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mənzilə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-52/2020 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh RX seriyalı ******* nömrəli HDQH DƏDRX-dən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 23 nömrəli mənzildən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehin zəbt etdiyi həmin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxarkən iş üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərərək ünvan 1, mənzil 23-də yerləşən ev üzərində X2 onunla arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra Cavabdeh məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək mübahisəli mənzil üçün çəkilmiş 13000 manatın İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə icraata götürülmüşdür. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-52/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilk iddianın təmin edilməsi, cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızı tərəfindən iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan, Zaqatala şəhəri, Vidadi küçəsi, 2 saylı binanın 23 saylı mənzilindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş mənzilə daxil olmağa qoymamaqdan ibarət qərəzli hərəkətlərinə son qoyulması,cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızının həmin mənzildən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı-cavabdeh İddiaçı Zaqatala şəhəri, Vidadi küçəsi, 2 saylı binanın 23 saylı mənzilinin təmiri ilə bağlı cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızı tərəfindən çəkilmiş xərcin məbləği olan 1132 manat alınaraq cavabdehiddiaçı Cavabdeh Hüseyin qızına verilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh-iddiaçı Cavabdeh mənzildən çıxarılması və iddiaçı-cavabdeh İddiaçı 1132 manat pulun alınaraq cavabdeh-iddiaçı Cavabdeh verilməsiin eyni vaxtda icra edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 127 (bir yüz iyirmi yeddi) manat cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızından alınaraq Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat iddiaçı-cavabdeh İddiaçı alınaraq Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi,KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT Bik CTREAZ22 nömrəli hesaba keçirilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apelyasiya şikayətləri vermişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində ünvan 1 ünvanında mənzili vardır. Qeyd olunan mənzil üzərində hüquqları xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq RX seriyalı ******* nömrəli Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh mənzili zəbt edərək onun mənzilindən istifadə etməsinə maneçilik törədir. Cavabdehdən mülkiyyətində olan mənzildən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyması və zəbt etdiyi həmin əmlakdan çıxmasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Vəkil birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddia ərizəsini belə əsaslandırmışdır ki, mübahisəli mənzilin sahibi X4 olmuşdur. Bu onun ölüm kağızı və evə dair sənədləri ilə bir daha təsdiq olunmuşdur. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı həmin mənzili mərhum Xanbəyim İbrahimovadan 1993-cü ildə alqı-satqı müqaviləsi imzalayaq almışdır. Buna dair rəsmi sənədləri vardır. Həmin evdə qarşılıqlı iddia üzrə iddiaçının mərhum atası Bağırov Hüseynin rəsmi qeydiyyatda olması onunla birgə yaşaması 1994-cü ildən 2014-cü ilin dekabr ayınadək kommunal xərclərin onun və atası tərəfindən ödənilməsini təsdiq edən arayış mövcuddur. Onlar 25 ildir ki, o həmin mənzildə yaşayır, mənzili təmir edir və idarə edir. Bundan başqa evin sahibi 1994-cü ildə vəfat etdiyinə görə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin müddəaları tətbiq olunaraq bu mübahisə həll olunmalıdır. Həmin mənzilin sahibi xəstə olduğuna görə alqısatqını öz aralarında aktla rəsmiləşdirmişlər. Daha sonra həmin şəxs vəfat etdiyindən alqısatqını notariat kontorunda rəsmiləşdirə bilməmişlər. Cavabdeh həmin mənzilin idarə olunması üçün bütün kommunal xərclərini özü ödəmişdir. Eyni zamanda hər ildə bir dəfə həmin mənzildə təmir bərpa işləri apararaq mənzilin döşəməsinin, divarların və tavanın ağardılması. Kosmetik işlərin görülməsi üçün hər il 500 manat pul xərclənmişdir. Belə olduğu halda 1993-cü ildən bu günədək 26 il ərzində hər ildə 500 manat olmaqla cəmi 13 000 manat pul xərclənmişdir. Odur ki, qarşılıqlı iddia təmin edilmədiyi halda 13000 manat pulun ilk iddia üzrə iddiaçıdan alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh qanunsuz olaraq 25 (iyirmi beş) ildir ki, mülkiyyətində olan fərdi yaşayış evindən istifadə edir. Dəfələrlə cavabdehi mülkiyyətində olan evdən çıxarmaq istəsə də mümkün olmamış və uzun çəkən məhkəmə proseslərindən sonra həmin mənzil üzərindəki mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilmiş və hazırki iddiayla məhkəməyə müraciət edə bilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh əmlakını qanunsuz olaraq istifadə etdiyi bu müddət ərzində mənzildə heç bir əsaslı abadlıq işi aparmamışdır. Yalnız məhkəmə mübahisənin getdiyi bir dövürdə ekspertə abadlıq işləri apardığı görüntüsü yaratmaq məqsədi ilə evin polunun müəyyən hissəsini və divarların müəyyən hissəsini boyamışdır. Qeyd olunan xərc isə heç 100 manat belə ola bilməz.Digər bir tərəfdən isə o, Cavabdeh mənzilinin içərisini boyamasını xahiş etməmiş və evdən çıxdıqdan sonra boya üçün çəkilən xərcləri ödəməyi öhdəsinə götürməmiş, Cavabdeh əgər evin təmirinə (boyanmasına) xərc çəkibsə belə orada yaşayışı üçün bunu etmişdir. Göstərilənləri nəzərə alaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-52/2020 nömrəli qətnaməsinin ləğv olunmasını, qarşılıqlı iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, sözügedən evin sahibi X4 olmuşdur. Bu onun ölüm kağızı və evə dair sənədləri ilə bir daha təsdiq olunmuşdur.Bundan başqa o, həmin mənzili mərhum X1 1993-cü ildə alqı-satqı müqaviləsi imzalayaraq almışdır. Buna dair rəsmi sənədləri vardır. Belə ki, həmin evdə mərhum atası Bağırov Hüseynin rəsmi qeydiyyatda olması onunla birgə yaşaması 1994-cü ildən 2014-cü ilin dekabr ayınadək kommunal xərclərin onun və atası tərəfindən ödənilməsini təsdiq edən mənzil İstismar idarəsinin arayışı vardır.25 ildir həmin mənzildə o yaşayır, mənzili təmir edir, mənzili idarə edir. Sual olunurki İddiaçı indiyədək harada idi.Bundan başqa evin sahibi 1994-cü ildə vəfat etdiyinə görə həmin dövrdə qüvvədə olmuş Mülki Məcələnin müdəaları tətbiq olunaraq bu mübahisə həll dilməlidir. Həmin mənzilin sahibi xəstə olduğuna görə alqı-satqını öz aralarında aktla rəsmiləşdirmişlər. Daha sonra isə həmin şəxs vəfat etdiyindən alqı-satqını notariusda rəsmiləşdirə bilməmişlər. O, həmin mənzili qanunsuz olaraq əldə etməmişdir. Mərhum mənzil sahibi həmin mənzili könüllü olaraq ona sataraq ondan pul almışdır. Sadəcə olaraq onlar onu notariusda alqı-satqı elətdirə bilməmişlər. Bugünkü gündə də iddiaçı məhkəmələr vasitəsilə vərəsəliyi qəbul etmiş və onu mənzildən çıxartmaq üçün məhkəməyə müraciət etmişdir. O, vicdanlı alıcı olduğuna görə təmir üçün, ev üçün, mənzil üçün çəkdiyi xərclər iddiaçıdan alınıb ona qaytarılmalıdır. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 050 *** ** ** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri müvafiq olaraq qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edibetməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-52/2020 nömrəli qətnaməsi qarşlıqlı iddianın qismən təmin edilmiş hissəsində və qətnamənin eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın və texniki pasportun surətindən görünür ki, ünvan 1, 23 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx xxxxxx 2018-ci ildə qeydiyyata alınmışdır. İş üzrə təyin edilmiş ekspertiza nəticəsində alınmış xx xxxxxx 2019-cu il tarixli 28350 saylı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən məlum olur ki, mülki işin 70-ci vərəqəsində X3 adından olan 1992-ci il tarixli müqavilənin aşağı tərəfində “İmzаlаr” hissəsində “2” rəqəmi qarşısında yerləşən imza İlə 71-ci vərəqəsində xx xxxxxx 1993-cü il tarixli X2 adından olan müqavilənin aşağı tərəfində “İbrаhimоvа” soyadı qarşısındakı imza – müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. İş üzrə təyin edilmiş ekspertiza nəticəsində alınmış xx xxxxx 2020-ci il tarixli 1759 saylı Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən məlum olur ki, ünvan 1, mənzil 23 ünvanında yerləşən bir otaqlı evinə hazırkı vəziyyətdə təmirlə bağlı çəkilmiş xərclərin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 1132 manat olduğu müəyyən edilmişdir. 1993-cü ildən hal-hazıradək sözügedən evin ayrı-ayrı vaxtlarda təmir olunmasına çəkilmiş xərcin müəyyən edilməsinə dair metodika olmadığından qoyulmuş sual üzrə tədqiqat aparılmamışdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası ilk iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin iddia ilə bağlı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8. maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesabedirki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia ilə bağlı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası qarşılqılı iddiaçı (cavabdeh) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki,məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı anası Xanbəyim İbrahimova 1994-cü ildə vəfat etdikdən sonra ondan miras qalmış Zaqatala şəhəri, Vidadi küçəsi ev 2, mənzil 23-ü mərhumla heç bir qohumluq münasibətində olmayan X8 xx xxxxxxxx 2013-cü il tarixli, 2V-103 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında öz adına keçirmiş, sonra isə Nicat Musayev adlı şəxsə bağışlamışdır. Lakin sonradan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, qətnaməsi ilə xx xxxxxxxx 2013-cü il tarixli, 2V-103 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə və ondan sonra rəsmiləşdirilmiş bağışlama müqaviləsi və çıxarışlar etibarsız hesab edilmiş, həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Buradan da belə məlum olur ki, mübahisəli miras əmlak qeyri-qanuni sənədlərlə başqa şəxslərin əlinə keçdiyindən və həmin şəxslər heç bir hüquqi əsas olmadan orada yaşamaqda davam etdiklərindən, qanuni vərəsə İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli miras əmlaka daxil ola bilməmişdir. Məhkəmə kollegiyası ilk İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, ilk iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsaslı olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin olunmuş hissəsinin ləğv olunması üçün əsasdır. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi mübahisəli miras əmlak əvvəl ilk iddiaçının anasının adına olmaqla sonradan vərəsəlik qaydasında İddiaçı adına keçmiş və sonuncunun adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Hazırda əmlak onun xüsusi mülkiyyətindədir. İkinci, işin faktiki hallarından göründüyü kimi mübahisəli əmlakla bağlı ilk iddiaçı ilə cavabdeh arasında uzun müddət məhkəmə mübahisələri olmuş, iddiaçı öz iradəsindən asılı olmayan səbəbdən mülkiyyətinə daxil ola bilməmiş, bu qoca və ahıl yaşında daim cavabdeh tərəfin msneələri ilə rastlaşmışdır. Üçüncü, həm qarşılıqlı iddianın məzmunundan, eləcə də cavabdeh tərəfin verdiyi apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh 25 ilə yaxın həmin evdə yaşadığını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəf heç bir hüquqi əsas olmadan, iddiaçının iradəsinin əleyhinə həmin evdə yaşamış və dediyinə görə təmir-bərpa işləri aparmışdır. Buradan da göründüyü kimi cavabdehin aparmış olduğu təmir-bərpa işləri heç də mülkiyyətçinin sifarişi və ya razılığı əsasında aparılmamış, həmin yaxşılaşdırmadan bu illər ərzində məhz cavabdeh tərəf özü bəhərlənmişdir. Dördüncü, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla, cavabdehə məxsus olan əşyalar qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf qeyd olunan evə mülkiyyət hüququna malik olmaqla cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Nəhayət, cavabdeh özünün də həmin evdə hüququnun olmasını bildirsə də, apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə təqdim etdiyi sənədlər əvvəlki məhkəmə işlərində təkzib olunmuşdur. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadıqda məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan iddiaçının apelyasiya şikayəti təmin edilməli, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşlıqlı iddianın qismən təmin edilmiş hissəsində və qətnamənin eyni vaxtda icra edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-52/2020 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində-yəni “İddiaçı Zaqatala şəhəri, Vidadi küçəsi, 2 saylı binanın 23 saylı mənzilinin təmiri ilə bağlı cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızı tərəfindən çəkilmiş xərcin məbləği olan 1132 manat alınaraq cavabdeh-iddiaçı Cavabdeh Hüseyin qızına verilməsi” və “Cavabdeh mənzildən çıxarılması ilə iddiaçı-cavabdeh İddiaçı 1132 manat pulun alınaraq cavabdeh-iddiaçı Cavabdeh verilməsinin eyni vaxtda icra edilməsi” hissələrində ləğv edilsin. Həmin hissələrdə də yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə, Cavabdeh İddiaçı qarşı mübahisəli mənzil üçün çəkilmiş 1132 manatın İddiaçı alınaraq ona verilməsi təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar