Məhkəmə qərarları › İş №2(107)-1556/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1556/2020

12.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1556/2020 12.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-543//2020 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Pərviz Hacıyev) xx xxxx 2020-ci il tаrixli 2(075)- 543//2020 nömrəli qətnaməsi ilə Ərizəçi X6 1903-cü ildə Şəki şəhərində anadan olmaqla atasının X7, anasının isə Məhəmmədova Dilfiruz olması hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. İşin hаllаrı : Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X12 onun nənəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissədə X15, 1/8 hissədə X11, 1/8 hissədə X13, 1/8 hissədə X22, 1/8 hissədə X8, 1/8 hissədə Əhməd Nurməmməd oğlu, 1/8 hissədə İdris Nurməmməd oğlu, 1/8 hissədə X3 paylı mülkiyyətlərində olmuşdur. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissədə paylı mülkiyyətçisi nənəsi X6 atası Əhməd Nurməmməd oğlunun mülkiyyətindədir. O, həmin miras əmlaka olan vərəsəliyi faktiki olaraq qəbul etmişdir və həmin evdə yaşayır. Lakin ulu babası Əhməd Nurməmməd oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün sənədləri toplayarkən məlum olmuşdur ki, nənəsi X6 doğum haqqında şəhadətnaməsi yoxdur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixli arayışla X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt aşkar edilməmişdir. O, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Tarix Arxivinə müraciət etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixli məktubla bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Lakin nənəsi X12 1903-cü ildə Şəki şəhərində anadan olmuş, onun atası X7, anası isə Məhəmmədova Dilfiruz olmuşdur. X1 məxsus XVİ-ЖГ seriyalı, 692507 nömrəli pasportda da onun 1903- cü il tarixdə Azərbaycan Respublikasının Şəki şəhərində doğulması qeyd edilmişdir. Bundan əlavə nənəsinin yaşadığı evin «Ev dəftəri»ndə də 1903-cü ildə Şəki şəhərində anadan olması qeyd edilmişdir. Hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirmiş, Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bütün sübutlarını məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə etdiklərindən başqa hər hansı sübutu, məhkəməyə təqdim edə biləcəyi şahidləri yoxdur. Əgər atası sağ olsa idi, bütün faktları təsdiq edərdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X27 birinci instansiya məhkəməsinin iclasında göstərmişdir ki, Ərizəçi X6 1903-cü ildə Şəki şəhərində anadan olmaqla atasının X7, anasının isə Məhəmmədova Dilfiruz olması faktının təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Maraqlı şəxsnə zəruri sənədləri təqdim edəcəyi halda ona X9 məxsus doğum haqqında şəhadətnamə verilə bilər. Məhkəmədən qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Аpellyаsiyа şikаyətinin dəlilləri : Ərizəçi аpelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-543/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edirəm. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, X12 onun nənəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissədə X15, 1/8 hissədə X11, 1/8 hissədə X13, 1/8 hissədə X22, 1/8 hissədə X8, 1/8 hissədə Əhməd Nurməmməd oğlu, 1/8 hissədə İdris Nurməmməd oğlu, 1/8 hissədə X3 paylı mülkiyyətlərində olmuşdur. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 rissədə paylı mülkiyyətçisi onun nənəsi X6 atası Əhməd Nurməmməd oğlunun mülkiyyətindədir. O, həmin miras əmlaka olan vərəsəliyi faktiki olaraq qəbul etmişdir və həmin evdə yaşayırmışam. Lakin ulu babası Əhməd Nurməmməd oğlundan miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün sənədləri toplayarkən məlum olmuşdur ki, nənəsi X6 doğum haqqında şəhadətnaməsi yoxdur. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixli arayışla bildirildi ki, X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt aşkar edilmədi. O, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Tarix Arxivinə müraciət etmişdir. Lakin xx xxxxxxx 2019cu il tarixli məktubla bildirdilər ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri fondunun sənədlərində X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. Lakin nənəsi X12 1903-cü ildə Şəki şəhərində anadan olmuş, onun atası X7, anası isə Məhəmmədov Dilfıruz olmuşdur. X1 məxsus XVİ-7KE №692507 nömrəli pasportunda da onun 1903-cü il tarixdə Azərbaycan Respublikasının Şəki şəhərində doğulması qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, ərizəçi bu qeyd edilənlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Buradan da görünür ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, işə qərəzli baxmış, qətnaməyə yalnış məlumatlar daxil etmişdir. Belə ki, tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ərizəmə nənəm X9 məxsus SSSR pasportunun notarial qaydada təsdiq edilmiş surəti əlavə edilsə də qətnamədə həmin sənədə istinad edilməmişdir. Həmçinin məhkəmə iclasında tərəfindən nənəsinin yaşadığı evin “Ev dəftəri” də təqdim edilmiş hə həmin ev dəftərindən də nənəsinin 1903-cü ildə anadan olması təsdiq edilmişdir. Lakin məhkəmə tərəfindən bu iki mötəbər sübut nəzərə alınmamış, qətnamədə hər iki mötəbər sübutun mövcudluğu qeyd edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində işə baxılarkən qardaşı X30 tərəfindən şahid qismində dəvət edilərək dinlənilsə də məhkəmə öz qətnaməsində bu faktların mövcud olmasının şahid ifadələri ilə təsdiqlənmədiyini qeyd etmişdir. Həmçinin o, bibisi X2 şahid qismində dindirilməsini lakin onun hazırda paraliç vurduğunu hazırda həkimlərin ona yataq rejimini məsləhət gördüyünü və buna görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də hakim tərəfindən buna məhəl qoyulmadı. Burdan da göründüyü kimi birinci instansiya məhkəməsi ərizəni təmin etməmək üçün işin faktiki hallarını saxtalaşdırmışdır. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-543/2020 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-543//2020 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. İşdə olan Nuxa rayon ZAQS bürosu tərəfindən xx xxxx 1946-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1926-cı il təvəllüdlü X16 atası X17, anası isə X10r. İşdə olan Nuxa rayon ZAQS bürosu tərəfindən xx xxxxx 1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1962-ci il təvəllüdlü Ərizəçi atası X31, anası isə X5r. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxxxx 2019 il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx xxxxxx 1982-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 2169/70 nömrəli arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arxvində doğum haqqında akt qeydiyyatı kitabları 1944cü ilədək saxlanılmır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 13-231 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni Ərizəçi münаsibətdə düzgün həll etmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Həmin qərarın 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.2-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Maraqlı şəxs tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 2169/70 nömrəli arayışdan görünür ki, X6 barəsində Maraqlı şəxsndə doğum haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs arxvində doğum haqqında akt qeydiyyatı kitabları 1944-cü ilədək saxlanılmır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə verilmiş 13-231 nömrəli məlumatdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış «Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri» fondunun sənədlərində X4 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Göründüyü kimi ərzəçinin iddiasının təmin edilməsi üçün gətirdiyi arqumentlər hər hansı bir sənədə, şahid ifadələrinə əsaslanmır. Bundan əlavə birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, X12 1903-cü ildə Şəki şəhərində anadan olmuş, atası X7, anası isə Məhəmmədova Dilfiruzdur. Lakin ərizəçi bu qeyd edilənlərlə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Belə ki, ərizədə qeyd edilən halların təsdiq edilməsi üçün Ərizəçi sübutlarını məhkəməyə təqdim etməsi dəfələrlə təklif olunmuş, ərizəçi heç bir sübutu olmadığını bildirmişdir. Bundan başqa göstərilən faktların şahid ifadələri ilə təsdiqlənməsi üçün Ərizəçi vaxt verilmiş, bununla bağlı məhkəmə iclası təxirə salınmışdır. Lakin Ərizəçi məhkəmə tərəfindən ona verilmiş müddət ərzində hər hansı sübutunu və işlə bağlı şahidlərini təqdim edə bilməmiş, məhkəmədən işə təqdim etdiyi mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bununlа bаğlı məhkəmə kоllegiyаsının qənayətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X6 doğum qeydinin, doğumun əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər mövcud olmadığından, bərpası mümkün deyil. X6 doğum faktının müəyyən olunması qanunvericiliyə ziddir. Buna görə də ərizəçinin ərizəsi təmin edilməməlidir. Odur ki, X6 1903-cü ildə Şəki şəhərində anadan olması faktı təsdiq edilmədiyindən, X6 atasının X7, anasının isə Məhəmmədova Dilfiruz olması faktının müəyyən edilməsi tələbi də özü-özlüyündə əsaslı deyildir Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, ərizəçi apellyasiya şikayətinə dəlillərinin əsası kimi heç bir mötəbər sübut əlavə etməmiş, şikayətini əsaslandırmamışdır. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Ərizəçi münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, həmin qətnаmə оnа münаsibətdə dəyişdirilmədən, аpellyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Yuxаrıdа göstərilənlərə əsаsən, məhkəmə kollegiyаsı qət etdi: Ərizəçi apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli 2(075)-543//2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar