Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-156/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair ilk və Cavabdeh4 İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: evindən çıxarılma, müqavilənin ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin əmlakları ilə birlikdə fərdi yaşayış evindən çıxarılması və istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair ilk və Cavabdeh4 İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)-1471/2022 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 m2 , yardımçı sahəsi 39,88 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı bunun müqabilində Cavabdeh4 50.000 manat məbləğində pul ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına və fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərinə əməl etməyərək yaşayış evini tərk etməmiş və həmin evi iddiaçıya təhvil verməkdən boyun qaçırmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi ilə onun mülkiyyətində olmuş Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Bundan sonra həmin yaşayış evini öz adına qeydiyyatdan keçirərək xx.xx.2020- ci il tarixli çıxarış əldə etmişdir. Aralarında alqı-satqı müqaviləsi bağlanarkən cavabdeh və onun ailə üzvləri olan digər cavabdehlər hər biri notarial razılıq verərək müqavilədə nəzərdə tutulan müddətdə (xx.xx.2021-ci ildən) evi tərk etməyi və qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdürlər. Lakin bu günə kimi cavabdehlər evi boşaldaraq ona təhvil verməmiş və evdən qeydiyyatdan çıxmamışdırlar. Nəticədə onun mülkiyyətində olan yaşayış evindən mülkiyyət hüquqları kobud surətdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** nömrəli çıxarışdan göründüyü kimi Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyətindədir. Məhz buna görədə məhkəməyə müraciyət etmək məcburiyyətində qalmışdır.
4. İşə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınan, ********** qeydiyyat nömrəli, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən ona təhvil verilməsi, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus əşyalarla birlikdə həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ona və ailə üzvlərinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək fərdi yaşayış evinin təhvil verilməsini, onun və ailə üzvlərinin əşyalarla oradan çıxarılmasını xahiş etmişir. Cavabdehlə aralarında xx.xx.2020-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə o mülkiyyətində olan ünvan 3 ünvanındakı evi satmağı öhdəsinə götürmüşdür. Bunun müqabilində qarşılıqlı iddia üzrə cavabdeh evin dəyri 50.000 manat ödəməli idi. Müqvilə bağlanan vaxt ona 50.000 manat ödənilməmişdir. Bu səbəbdəndə, o, evi təhvil verməmiş, özü və ailə üzvləri həmin evdən çıxmamışdır. Odur ki, iddia ərizənin ləğv edilməsini və İddiaçı ilə onun arasında xx.xx.2020-ci il tarixdə notarila qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia ərizəsinin rədd olunmasını ilkin iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirdi ki, alqı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq tərəf öz üzərinə düşən öhəlikləri yerinə yetirməmiş və cavabdehə vəsait ödənilməmişdir. Bankdan 50.000 manat ödənişin götürülməsi ilə bağlı bildirişi Cavabdeh4 təqdim etmiş və o, həmin imzanının onun olmadığını və pulu götürmədiyini bildirmişdir. Həmin evin dəyəri ödənilmədiyindən hesab edir ki, müqvilə ləğv edilməlidir. Odur ki, ilkin iddianın rədd olunmasını və qarşılıql iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2l Rahim qızı, Cavabdeh3, Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər.
10. İlkin iddianın cavabdehlərə məxsus əşyaların yaşayış evindən məcburi qaydada çıxarılması tələbi Şəki Rayon Məhkəməsinin qəradadı ilə baxılmamış saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilən hallar müəyyən edilmişdir.
12. Həmin hallara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 06 noyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 m2, yardımçı sahəsi 39,88 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı bunun müqabilində Cavabdeh4 50.000 manat məbləğində pul ödəmişdir. Sözügedən alqı-satqı müqaviləsinin bağlanmasına və fərdi yaşayış evinin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq cavabdehlər müqavilənin şərtlərinə əməl etməyərək yaşayış evini tərk etməmiş və həmin evi iddiaçıya təhvil verməkdən boyun qaçırmışlar.
13. Göründüyü kimi İddiaçı Cavabdeh4 ilə xx.xx.2020-ci il tarixdə aralarında bağlanan və notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Şəki şəhəri M.Maqomayev küçəsində 21 ünvanında yerləşən fərdi yaşayış evini almış və hazırda həmin evin mülkiyətçisidir. İddiaçı alqısatqı müqaviləsinə əsasən evin razılaşdırılmış dəyərini bankın müvafiq hesabına köçürmüş və bunula da üzərinə düşən öhdəliyi icra etmişdir. Bu səbəbdən də, İddiaçı öz əmlakından istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus evdən çıxmamaqla iddiaçının mülkiyyətində olan öz mənzilindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Cavabdehlər həmin fərdi yaşayış evindən çıxmaqdan yayınırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur. Cavabdehlərin həmin evdən istifadə hüquqlarının qalması üçün hər hansı bir hüquqi əsas yoxdur. Eyni zamanda cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermiş, müqavilədə göstərilən müddətdə yaşayış evini könüllü tərk etməyi və evdən pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürmüşlər.
14. Odur ki, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin Cavabdeh4 tərəfindən təhvil verilməsini, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin yaşayış evindən məcburi qaydada çıxarılması və cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini İddiaçı tələb etməkdə haqlıdır
15. Bundan başqa məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh4 qarşılıqlı iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, Cavabdeh4, iddia ərizəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması müqabilində İddiaçı tərəfindən evin dəyəri olan 50.000 manat məbləğində pulun ona ödənilməməsini göstərmişdir. Lakin "xxxx" ASC tərəfindən təqdim edilmiş qəbzlə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə 50 saylı notariat şöbəsində 12-38 saylı qəbzlə AZ94İİB******************** nömrəli hesaba köçürülmüş 50.000 (əlli min) manat vəsaitin 49 820 manatı X4 tərəfindən 06 noyabr 2020-ci il tarixində qəbul edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, əgər sözügedən məbləğ həqiqətən də Cavabdeh4 ödənilməmişdirsə, o zaman alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan, yəni 06 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh4 bu barədə nə iddiaçıya, nə də məhkəməyə müraciət etməməsinin ağlabatan izahını verə bilməmişdir.
16. Göründüyü kimi qarşılıqlı iddia ərizəsinin dəlilləri ancaq formal mülahizələrdən ibarət olmuş, qarşılıqlı iddia ərizəsinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır.
17. Bundan başqa məhkəmə qeyd edir ki, tərəflər müqavilə bağlayarkən artıq iradələrini ifadə etmiş, alıcı İddiaçı müqavilədən irəli gələn öhdəliyini, yəni muvafiq bank hesabına razılaşdırılmış evin dəyərini köçürməklə icra etmişdir. Cavabdeh4 bildirdiyi kimi, hesabdan pulu götürməsə belə bunda İddiaçı təqsirli hərəkəti müəyyən olunmur.
18. Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)-1471/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Hacıyev) ilk iddia qismən təmin olunmuş, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh4 tərəfindən təhvil verilməsi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi qaydada çıxarılması və onların həmin evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın cavabdehlərə məxsus əşyaların yaşayış evindən məcburi qaydada çıxarılması tələbi hissəsində baxılmamış saxlanılmasına dair Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadının nəzərə alınması, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh4 İddiaçı qarşı xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ödənilən dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 389, 421, 547 və 648-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
20. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış 06 noyabr 2020-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, yaşayış sahəsi 53,31 m2 , yardımçı sahəsi 39,88 m2 olan 3 otaqlı fərdi yaşayış evini və həmin evin yerləşdiyi ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini İddiaçı satmışdır. Satıcı daşınmaz əmlakı 50.000 manata satmış, alıcı isə həmin qiymətə almışdır.
21. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 06 noyabr 2020-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermiş, müqavilədə göstərilən müddətdə yaşayış evini tərk etməyi və evdən pasport qeydiyyatından çıxmağı öz öhdələrinə götürmüşlər.
22. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 25 noyabr 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 93.19 m2 olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
23. İş materiallarına əlavə edilmiş ünvan 4 ünvanlanmış 06 noyabr 2020-ci il tarixli, 1861 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 50.000 manat məbləğində pulun 180 manatı vergi öhdəliyi olaraq dövlət xəzinədarlığına ödənilməsi məqsədi ilə əmlakın satış dəyərindən çıxıldıqdan sonra 49.820 manatının Cavabdeh4 verilməsi üçün həmin bankda olan müvafiq depozit hesabına qəbul olunması xahiş edilmişdir.
24. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, TT**********01150000 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən X3 (Bakı şəhəri 50 saylı notariat ofisinin notariusu) hesabına 50.000 manat pul köçürmüşdür.
25. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş 28 sentyabr 2022-ci il tarixli, 49/76 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə 50 saylı notariat şöbəsində 12-38 saylı qəbzlə AZ94İİB******************** nömrəli hesaba köçürülmüş 50.000 (əlli min) maat vəsaitin məxaricinə dair sənəd (çək) təqdim olunmuşdur. Qəbzdən müəyyən olunur ki, 49 820 manat pul X4 tərəfindən 06 noyabr 2020-ci il tarixində qəbul edilmişdir.
26. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh4 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
27. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, müqavilə bağlanan vaxt ona 50.000 manat ödənilməmişdir. Bu səbəbdən də, o, evi təhvil verməmiş, özü və ailə üzvləri həmin evdən çıxmamışdır. Məhkəmə nəzərə almamışdır ki, yaşayış evinin dəyəri ödənilməyib və ödənilməməsi barədə təqdim olunacaq sübutlar yalnız məhkəmə tərəfindən tələb edilə bilər. Belə ki, vəsatətlə tələb edilməsi zəruri olan kamera görüntüsü və məxaric qəbzin əsli bank sirridir və yalnız məhkəmə qərarı ilə açıqlana bilər. Təqdilm edilmiş sənədlər əsasında məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməmiş, həmin məsələ araşdırılmamışdır. Əslində məhkəmə qarşılıqlı iddianı təmin etməli idi.
28. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi etibarlıdır və iddiaçı Mahir Həsənov həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir, yəni 50.000 manatı ödəmişdir. Lakin məhkəməyə Kapital Bank ASC-dən təqdim olunmuş və Cavabdeh4 imzası ehtimal olunan məxaric qəbzi həmin Cavabdeh4 tərəfindən məhkəmədə mübahisələndirilmiş, imzanın xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə isə həmin vəsatəti təmin etməmişdir.
29. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)- 1471/2022 saylı qətnaməsinin ləğv edilməsini və ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçı, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 389.1-ci maddəsinə əsasən Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Cavabdeh Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)- 1471/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qətnamənin 12-17 və 32-ci bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir.
38. Cavabdehin apellyasiya şikayətnidə göstəriklərinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 8 fevral 2023-cü il tаrixli, 2(107)-156/2023 nömrəli qərаrdаdı ilə şərh edilən iş üzrə qаnuni və obyektiv qərаrın çıxаrılmаsındаn ötrü, surəti mülki işin 107-ci vərəqində yer alan və əsli ekspertizaya təqdim ediləcək olan 06 noyabr 2020-ci il tarixli çekdəki imzanın Cavabdeh4 tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 20 aprel 2023-cü il tarixli 4/295 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh4 adına olan 6 noyabr 2020-ci il tarixli çekin arxa tərəfində “Çekdə göstərilən məbləği aldım” qrafasındaki imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və göstərilən ekspert rəyi ilə tam təkzib olunur.
39. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
40. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)-1471/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat Cavabdeh4 tutularaq dövlət büdcəsi hesabına keçirilməlidir. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22).
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli 2(075)-1471/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 127 manat Cavabdeh4 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev