Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1561/2021 26.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarma tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsinin təmin edilməsi barədə Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)- 29/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətimdə olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha, 0,3001 ha və 0,11 ha (0,01 + 0,10) torpaq sahələrindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Laçm oğluna hazırki iş üzrə mübahisə predmeti olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahələrinə yekun məhkəmə qərarı qəbul olunanadək daxil olmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərardadı ilə iddianı təmin etmə tədbirinin görülməsinə dair İddiaçı ərizəsinin təmin edilməsi, hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində 22.05.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********18 olan ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsinə, daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli kitabının 6 nömrəli vərəqində 24.05.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********81 olan ünvan 1i ünvanında yerləşən 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli kitabının 44 nömrəli vərəqində 08.09.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********84 olan ünvan 1i ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə Cavabdeh daxil olmasının qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh şikayəti 30 iyun 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişldir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-160, 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1561/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1561/2021
26.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver