Məhkəmə qərarları › İş №2(107)-1562/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1562/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1562/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 10 (on) manatın onun özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən, qaynatası Cavabdeh məxsus 1986-cı ildə tikilmiş, ümumi sahəsi 170 kvm, yaşayış sahəsi 100 kvm olan 5 otaqlı fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdehin oğlu X6 10 dekabr 2008-ci il tarixdə rəsmi nikahla ərə köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(033)- 573/2020 saylı qətnaməsinə əsasən X9 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından iki, 27.02.2010-cu ildə doğulmuş X14 və 03.01.2012-ci ildə doğulmuş X15 adlı övladları olmuşdur. Məhkəmə qərarı əsasında uşaqlar onun himayəsində yaşayırlar. O, Anar Ramazanovla ailə həyatı quraraq Əliabad qəsəbəsində yerləşən qaynatası Cavabdeh evinə gəlin köçmüş, 2010-cu il tarixdə Rusiya Federasiyasına getmişlər. 2013cü ilin oktyabr ayında qayıdıb, yenidən 2014-cü ilin may ayında Rusiya Federasiyasına getmişlər. 2017-ci il tarixdə gəlib, bir ay qalıb yenidən Rusiya Federasiyasına getmişlər. 2019-cu ilin iyul ayında Azərbaycana qayıdıb, ondan sonra getməmişlər. 2020-ci il tarixdə qaynatasının evindən tam çıxmışdır. Həyat yoldaşı ilə ayrıldıqdan sonra onu evdən qovduqları üçün o məcbur olaraq evdən çıxmalı olmuşdur. O boşandıqdan sonra indiyədək azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq valideynlərinin evində yaşayır. Cavabdeh onu evə girməyə, həmin evdə yaşamağa qoymur. Cavabdeh onu həmin evdə yaşamağa qoymadığına görə məhkəməyə müraciət etməli olmuşdur. Onun həmin ailənin üzvü olduğunu və həmin evə gəlin köçərək yaşadığını Zaqatala RİHB-nm Əliabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 879 nömrəli arayış da təsdiq edir. O, Anar Ramazanovla birgə nikah dövründə olduqları zaman qaynı X7 məxsus pay torpaqda 3 otaqlı ev tikmişlər. O, Anar Ramazanovla birgə nikah dövründə tikdikləri evə köçürülməsi barədə Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdmişdir. Lakin məhkəmə 2(033)-642/2020 saylı 22.09.2020-ci il tarixli qətnaməsi ilə iddiasını təmin etməmişdir. O, Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti versə də, Şəki Apelyasiya Məhkəməsinin 2(107)- 307/2021 saylı 02.02.20221-ci il tarixli qətnaməsi ilə şikayəti təmin olunmamışdır. Ona görə o yenidən məhkəməyə müraciət edərək gəlin köçdüyü, qaynatasına məxsus fərdi yaşayış evinə köçürülməsi barədə məhkəməyə müraciət edir. İddia ərizəsinin təmin edilməsini məhkəmədə xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Onun oğlu Anar Ramazanov iddiaçı ilə 10 dekabr 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Ailə qurduqdan sonra bir müddət ona məxsus evdə yaşamışlar və sonra daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər. 2019-cu ilin yay aylarında Rusiya Federasiyasından qayıtmışlar və yenə də ona məxsus evdə yaşamışlar. Aralarında mütəmadi mübahisələr olduğundan iddiaçı və oğlu Anar evdən çıxmışlar və digər oğlu olan Hacı Ramazanova məxsus torpaq sahəsində oğlu tərəfindən tikilmiş evdə yaşamışlar. İddiaçı 2020-ci ilin aprel ayında evdən çıxmışdır və həmin ilin oktyabr ayında Anar Ramazanovla boşanmışdır. İddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil Cavabdeh verdiyi izahata uyğun çıxış edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının iddiası tam əsassızdır. İddiaçı cavabdehin oğlu ilə 10 dekabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə qurduqdan 1 il sonra həyat yoldaşı ilə birlikdə çıxıb Rusiya Federasiyasına getmişlər. İddiaçı ümumiyyətlə cavabdehin evində yaşamamış, 11 il Rusiya Federasiyasında yaşamışlar. İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatı ilə təsdiq edir ki, həyat yoldaşı Anar ilə birlikdə uzun müddətli çıxıb Rusiya Federasiyasma yaşamaq üçün getmişlər. İddiaçının, cavabdehin evində hər hansı bir əmlakı qalmamış, cavabdeh ilə birlikdə yaşamamış, birgə təsərrüfat aparmamışlar. İddiaçının iddiasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 16 oktyabr 1992-ci il tarixli Respublika Məhkəmələri tərəfindən Mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında qərarına istinad etmişdir. Qeyd edir ki, həmin qərar artıq qüvvədən düşmüşdür. İddiaçı 2009-cu ilin sentyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələrinə əsasən cavabdehə məxsus yaşayış evində yaşamaq və istifadə etmək hüququnun olmasına istinad edir. 2009-cu ilin oktyabr ayına kimi qüvvədə olmuş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır. Qanunun yuxarıda göstərilən mövqeyindən birmənalı aydın olur ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsinin 6 ay saxlanılmasını nəzərdə tutur. Lakin iddiaçı müvəqqəti deyil, daimi Russiya Federasiyasına gedərək orada yaşamağa başlamışdır. Belə olan təqdirdə mübahisəyə Mülki Məcəllənin normaları tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, o, 10.12.2008-cı ildə Anar Ramazanova ərə getmişdir və qaynatası Cavabdeh məxsus evə gəlin köçərək orada yaşamışıq. Anar Ramazanovla nikahımız Zaqatala rayon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(033)-573/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mənə gəlin köçdüyü evdən istifadə etməyə və həmin evdə yaşamağa qoymur, onu və iki uşağını gəlin köçdüyü evdən qovmuşdur. Onun və övladlarının gəlin köçdüyü evdən istifadə hüququ vardır. Cavabdeh onun həmin evdən istifadə etməyinə mane olması onun hüquqlarını pozur. Onun yaşamağa başqa yeri yoxdur, o iki uşağıyla birlikdə müvəqqəti olaraq atasının evinə sığınmışdır. Məhkəmə Mülki Məcəllənin 11.1-ci maddəsinə istinad edərək analogiya qaydasında hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəalarını tətbiq edərək səhvə yol vermiş və onun vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə nəzərə almamışdır ki, şəxsin hüquq və vəzifələri ağırlaşdıran halda qanunun analogiya üzrə tətbiqinə yol verilmir. Hazırki mübahisə üzrə evdən istifadə hüququ 2008-ci ildə yarandığından 2008-ci ildə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. 2008-ci ildə qüvvədə olan qanunlarda isə tələb qoyulmuşdur ki, istifadə hüququ notarial qaydada müqavilə ilə rəsmiləşdirilməlidir. Lakin 2008-ci ildə gəlin köçdüyü qaynatasının evinin isə rəsmi mülkiyyət sənədi, yəni Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına dair Reyestrdən ÇİXARİŞİ olmamışdır. Mübahisəli evə gəlin köçərkən mübahisəli yaşayış evi müvafiq qaydada dövlət reyestrində qeydə alınmamışdır. Bu baxımdan da 2008-ci ildə cavabdehin həmin ev üzərində istifadə və sahiblik hüququ olsa da, yaşayış evi reyestr xidmətində qeydiyyata alınmadığından iddiaçının yaşayış evi üzərində sərəncam vermək hüququ yaranmamışdır. 2008-ci ildə həmin evə gəlin köçərkən hətta tələb etmiş olsaydı belə notariat kontorunda evdən istifadə hüququnun əldə etməsi ilə bağlı cavabdehlə aralarında müqavilə bağlana bilməzdi. Ona görə ki, istər həmin dövrdə, istərsə də münasibətlərinin pisləşməsinə kimi yaşayış evi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınmamışdır. Notarial qaydada müqavilə bağlamaqla yaşayış sahəsindən başqa şəxsə istifadə hüququ əldə etmək üçün razılıq verilməsi mübahisəli evə münasibətdə sərəncam hüququ ilə bağlıdır. Mübahisəli yaşayış evi üzərində cavabdehin tam mülkiyyət hüququ gözlənilən olsa da, ancaq mübahisəli hüquq münasibəti yaranan zaman yaşayış evi ilə bağlı sərəncam vermək hüququ olmamışdır. Ona görə də mübahisəli hüquq münasibəti Mülki Məcəlləsinin 228-ci maddəsi deyil, 2009-ci il oktyabr ayına kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-53-cü maddələrinin tələblərinə uyğun tənzimlənməlidir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)- 381/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları , Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət torpaq Kadastrı kitabında 31.01.2011-ci il tarixli 4745 nömrə ilə uçota alınmış A298707 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə X3 verilmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 15.02.2021-ci il tarixdə verilmiş 879 nömrəli arayışdan görünür ki, İddiaçı X9 ilə evlənəndə Cavabdeh mülkiyyətində olan evə gəlin düşmüşdür. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-573/2020 nömrəli 07.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında Zaqatala RİHB-nın Əliabad qəsəbə İƏD üzrə nümayəndəliyində bağlanmış 10 dekabr 2008-ci il tarixli 61 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməsi, tərəflərin uşaqları olan-27 fevral 2010-cu il təvəllüdlü X14 və 03 yanvar 2012-ci il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmaları, iddiaçı X4 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi qət edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsini 2(033)-642/2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X6 və X7 qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli 2(107)-307/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və vəkili X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2(033)-642/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********85 nömrəli 19 may 2021-ci il tarixli məktubdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında Cavabdeh adına fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş DTİ və MHQ idarələrinin arxiv fondunda məlumat aşkar edilməmişdir. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 20.05.2021-ci il tarixdə verilmiş 1570 nömrəli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini Cavabdeh özü, arvadı X2 və oğlu X1 ibarət ailə üzvləri vardır. İşdə olan Zaqatala Rayon İcra Hakimmiyyəti Başçısının Əliabad qəsəbə üzrə İnzibati Ərazi Dairəsi tərəfindən 19.05.2021-ci il tarixdə verilmiş 38 nömrəli məktubdan görünür ki, Əliabad qəsəbə sakini Cavabdeh nümayəndəlikdəki 9 saylı ev təsərrüfatlarının uçotu kitabının. 169-cu səhifəsinə əsasən onun adında 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi qeydə alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında şərh edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüququna malik olub-olmamasını araşdırmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X9 ilə cavabdeh İddiaçı 10 dekabr 2008-ci il tarixdə nikahlarını qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra İddiaçı Anar Ramazanovun atası olan Cavabdeh məxus Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evində yaşamışdır. Daha sonra iddiaçı və Anar Ramazanov yaşamaq üçün Rusiya Federasiyasına köçmüş və 2019-cu ildə yenidən Zaqatala rayonu Əliabad qəsəbəsinə qayıtmışlar və bir müddət cavabdehə məxsus 5 otaqlı fərdi yaşayış evində yaşamışlar. İddaçı və həyat yoldaşının atası olan cavabdeh Vələddin Ramaznovla və onun ailə üzvləri ilə aralarında olan mübahisələrə görə İddiaçı ailəsi ilə birlikdə cavabdehə məxsus 1986-cı ildə inşa edilmiş 5 otaqlı fərdi yaşayış evindən çıxaraq yaşamaq üçün qaynı X5 adına olan Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş altıaçıq tipli tikiliyə köçmüşlər. İddiaçı Anar Ramazanovla olan nikahından 27 fevral 2010-cu il tarixdə X14 və 03 yanvar 2012-ci il tarixdə X15 adında iki övladları anadan olmuşdur. İddiaçı ilə X13 arasında olan nikah qeydi Zaqatala Ryon Məhkəməsinin 07.10.2020-ci il tarixli 2(033)- 573/2020 nömrəli qətnaməsinə əsasən pozulmuş və birgə nikah dövründə anadan olmuş iki nəfər azyaşlı uşaq anaları iş üzrə iddiaçı X8 himayəsinə verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-642-2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X6 və X7 qarşı azyaşlı uşaqları ilə birgə evə köçürülmə tələbinə dair iddia ərizəsi rədd edilmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli 2(107)-307/2021 nömrəli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-642-2020 nömrəli 22.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda gəlin köçdüyü Cavabdeh məxus Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinə himayəsində olan azyaşlı uşaqları ilə birlikdə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə etiraz edərək hazırki mübahisəyə Mülki Məcəllənin normaları tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 1800 kv.m həyətyanı torpaq sahəsi üzərində inşa edilmişdir. Həmin torpaq sahəsi üzərində 1986-cı ildə tikilmiş ümumi sahəsi 170 kv.m, yaşayış sahəsi 100 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22.05.2004-cü il tarixli 113 saylı qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir. Lakin yaşayış evi hazıradək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda iddiaçının köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də vətəndaşlara yaşayış evlərinin tikintisi məqsədilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşayır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi evin sahibi Cavabdeh həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, buna görə də, hazırki münasibətlərə Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun anologiyası qaydasında Mənzil Məcəlləsinin “mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan, xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsası mövcud deyil. Eyni zamanda yuxarıda göstərilən qanun normalarının, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhinin tələbi baxımından iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi eyni zamanda, iddianın “azyaşlı uşaqların mübahisəli mənzilə köçürülməsi”nə dair hissəsini araşdıraraq, hesab etmişdir ki, iddia tələbi qeyd edilən hissədə də əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Belə ki, iddianın iddiaçının mübahisəli mənzilə köçürülməsinə dair hissəsi rədd edilməli olduğundan, və birgə nikahdan anadan olmuş iki azyaşlı nikah ləğv edildikdən sonra iddiaçının himayəsində saxlanıldığından, habelə on dörd yaşına çatmamış uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Cavabdeh məhkəmə kollegiyasına təqdim etdiyi 08.09.2021-ci il tarixli Çıxarışdan görünür ki, Zaqatala Rayon Əliabad qəsəbəsində 0.18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 146.9 kvm olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə birinciyə məxsusdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2(033)-381/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar