Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1565/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, iddiaçının nümayəndəsi X3 və Cavabdeh3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındancavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Zaqatala Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, DƏDRX-nın çıxarışına əsasən ona məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv metrdən cavabdehlərin məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 106,25 kv m tikilinin birinci mərtəbəsində yerləşən qaraj, mətbəx və açıq eyvandan istifadə etmələrinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəsini alanadək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışına əsasən, İddiaçı məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv metrdən istifadə etmələrinə qadağa qoyulması qərara alınmışdır. Cavabdehlər Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və İddiaçı iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizəsinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəməsindən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, İddiaçı, ümumiyyətlə bizə qarşı iddia qaldırmamışdır. Bizim belə bir iddiadan xəbərimiz yoxdur. Bizə qarşı iddia qaldıran şəxs X3 olmuşdur ki, həmin iddia ərizəsi də iddiaçının ərizəsi əsasında hazırki qərardadın qəbul edildiyi vaxt, yəni, xx xxxx 2020-ci il tarixdə baxılmamış saxlanılmışdır. İddiaçı bizə qarşı iddia qaldırmasından sonra fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv metrdən istifadə etmələrinə qadağa qoyulması barədə məhkəməyə ərizə təqdim etməsindən də xəbərimiz olmamışdır. İddiaçının əsas kimi istinad etdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması ilə bağlı tərəfimizdən iddia qaldırılmış və həmin iş 2(033)-575/2020 iş nömrəsi ilə məhkəmənin icraatındadır. Belə ki, mərhum ailə üzvümüz Mustafayev Ömər Abdulqədir oğlundan miras qalmış Zaqatala şəhəri, A.Həmidov küçəsi, 3A, döngə 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində biz və iş üzrə üçüncü şəxs İddiaçı hüquqları vərəsəlik şəhadətnamələrinə əsasən xx xxxxxx 2016-cı il tairxdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşımaz əmlakm dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. İş üzrə üçüncü şəxs X1 bizə qarşı qaldırdığı iddiadan sonra məlum olmuşdur ki, iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X9 ümumi birgə mülkiyyətimizdə olan fərdi yaşayış evinin müəyyən hissəsini bizim razılığımız, o cümlədən heç bir qanuni əsas olmadan və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə ola-ola xx xxxxx 2018-ci il tarixdə iş üzrə üçüncü şəxs İddiaçı adına qeydiyyata alaraq, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqmda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs İddiaçı torpaq sahəsindəki payını, iş üzrə üçüncü şəxs X2 bağışlamışdır. X1 həmin əmlak üzərində hüquqları xx xxxxxx 2019-cu il tarixdə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmiş, həmçinin texniki pasport tərtib etmişdir. Həmin işin materiallarından da göründüyü kimi, hüquqarın dövlət qeydiyyatı üçün əsas olan sənədlərin içərisində Zaqatala Rayon İcra Hakimiyyətinin qeydiyyatı və nömrəsi olmayan bir məktubu, o cümlədən, yenə də qeydiyyatı olmayan bir layihəsi var. Həmin sənədlərdə mərhum ailə üzvümüzdən miras qalmış həmin əmlak iş üzrə üçüncü şəxs İddiaçı tərəfindən inşa edilmiş ev kimi qeyd olunmuşdur ki, bunun da heç bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, DƏDRX-nın 18 saylı X7 hərəkətləri qanunsuz olmuşdur ki, bu səbəbdən verilmiş sənədlər də etibarsız hesab edilməlidir. İddiaçı girişimizə qadağa qoyulmasını xahiş etdiyi hissədən 1996-cı ildən, yəni tikildiyi vaxtdan iddiaçının ailə üzvləri ilə birgə istifadə edirik və bizim həmin hissədə yaşayışımız üçün zəruri olan ev əşyalarımız, mətbəximiz, evin digər hissələrinə giriş yerimiz, avtomobil saxlamaq üçün qarajımız var. Qeyd olunan məhkəmənin qərarı icra olunacağı təqdirdə gərək biz həmin evdən çıxaq. Çünki, qeyd olunan sahələrə girməyimiz mümkün deyildirsə, ondan bizim həmin evdən də istifadəmiz heç cür mümkün olmayacaqdır. Zaqatala Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli 2(033)-687/2020 nömrəli qərardadı qəbul etməklə İddiaçı iddiasına mahiyyəti üzrə baxılmanı da yekunlaşdırmışdır. Belə ki, iddiaçının iddia ərizəsində məhkəmdən xahiş etdiyi də bizim qeyd olunan hissələrdən cıxarılmağımızdır ki, bu qərardadla məhkəmə qətnaməsi qəbul olunmasa belə iddiaçı öz arzusuna çatmış olur. Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh3 bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edirəm. Zaqatala Rayon Məhkəməsində iddia tələbinə hələ baxılmamış və iş üzrə yekun qətnamə çıxarılmamışdır. İddiaçı eyvandan və mətbəxdən çıxarılmağımızı tələb etsə də, evimizə giriş elə eyvandan və mətbəxdən keçir. Məhkəmənin qeyd olunan qərardadı icra olunduğu təqdirdə, gərək biz həmin evdə yaşamayaq. Ona görə də şikayətimizin təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının nümayəndəsi Ceyran Mustafayeva bildirmişdir ki, İddiaçı mənim ərimdir. Cavabdeh3 isə ərimin ögey qardaşıdır. Cavabdehlər evlərinə təkcə eyvandan yox, digər tərəfdən də girə bilərlər. 1967-ci ildə tikilmiş mübahisəli evin birinci və ikinci mərtəbəsində həmçinin aynabənd hissəsində qapısı var. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cu il tarixli qətnaməsi ilə mən yetkinlik yaşına çatmayan uşaqlarımla birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşəm. Hal-hazırda ikinci mərtəbədə uşaqlarımla birlikdə yaşayıram. Həmin evə köçdüyümüz vaxtdan cavabdehlər bizi orada yaşamağa qoymur, hər cür maneçilik törədir, ustalarımızı qovurlar. Cavabdehlər ərimə məxsus olan tikilinin birinci mərtəbəsindəki qaraj, mətbəx və açıq eyvandan çıxmaq istəmirlər. Bundan başqa, 2019-cu ildə cavabdehlər mətbəxə su qızdırıcısı qoymuşdular. Həmin qızdırıcıdan dəm qaz gəldiyi üçün mən ailəliklə ikinci mərtəbədə mətbəxin üstündə yerləşən otaqdan istifadə edə bilmirəm. Məhkəməyə müraciət etməkdən başqa yolumuz olmamışdır. Ona görə də şikayətin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edirəm. Şikayətə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və digər cavabdehlər X4, Cavabdeh2məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq edilərkən müəyyən olunmuşdur ki, DƏDRX-dan verilmiş çıxarışa əsasən Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 3, ev 3a-da yerləşən, sahəsi 0,03135 ha olan, təyinatına görə yaşayış məntəqəsinin torpaqlarına aid, məqsədli istifadə növü sahibkarlıq fəaliyyətinə aid torpaq sahəsi və fərdi yaşayış evinin hüquqi sahibləri hazırki iş üzrə tərəflərdir. Çıxarışa əsasən fərdi yaşayış evinin 102,55 kv m-nin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin (iki yaşayış otağı 43,4 kv m, qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv m) hüquqi sahibi İddiaçıdur. Həmin fərdi yaşayış evinə əlavənin 1-ci mərtəbəsində yerləşən hissədən cavabdehlər istifadə etdiklərindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müracit etmiş və eyni zamanda məhkəməyə ayrıca ərizə təqdim edərək iddialarına baxılıb yekun qərar qəbul edilənədək cavabdehlərə Zaqatala şəhəri, A.Həmidov küçəsində yerləşən fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv m-dən istifadə etmələrini qadağan etmək barədə qərardad çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir (mad. 157.1). Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (mad. 157.2). İddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər (mad. 158.1.1, 158.1.2, 158.1.3). İddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır (mad. 159.1). Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır (mad. 159.2). İddianı təmin etmək haqqında qərardad dərhal icra edilir (mad. 160.1). Qeyd olunan prosessual hüquq normalarının mənasından göründüyü kimi, mübahisə predmeti olub mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan fərdi yaşayış evinin əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən, yəni qaraj 25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv m-dən cavabdehlərin məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsinə baxılıb yekun qərar qəbul edilənədək cavabdehlərin mübahisəli evə əlavə inşa edilmiş 106,25 kv m hissəsinin birinci mərtəbəsindən (25,4 kv m, mətbəx 16,45 kv m və açıq eyvan 21,20 kv m) istifadə etmələrini qadağan etmək barədə qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tаrixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 264, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1565/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1565/2020
11.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver