Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1567/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsindən iş üzrə Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin (hakim Rəfayel Şirinov) 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi İsmayıllı rayon Əhən kənd sakinləri X28 və X21 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3, X10 məxsus olması və X6 miras qalan JN-097F Kod 40704018 nömrəli şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. İşin halları Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayonu Əhən kənd sakinləri X28 və X21 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olması və X6 miras qalan JN- 097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ərizəçinin nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, həmkəndlisi və qohumu X2 İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı fərdi yaşayış evini, JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə anası X28 ilə özünün birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni ərizəçiyə vəsiyyət etmişdir. Mərhumların istifadəsində olan həyətyanı torpaq sahəsi ümumilikdə 0.142 hektar olmuş, onun 0.08 hektarı şəhadətnamə üzrə adlarına qeydə alınmış, qalan 0.062 hektarı sənəd üzrə bələdiyyənin mülkiyyətində qalmışdır. X28 19 fevral 2003-cü ildə vəfat etmiş, ondan qalan mirası birinci növbəli vərəsəsi olan, onunla birlikdə yaşayan ailə qurmamış qızı X15 faktiki qəbul etmişdir. Gülarə Xankişiyeva 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Ərizəçi vəsiyyət üzrə vərəsə kimi Gülarə Xankişiyevadan miras qalan, Gülarə Xankişiyeva və Gülzaman Rzayevanın birgə mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən iki otaqlı fərdi yaşayış evini, habelə tövlə binasını faktiki qəbul etmiş və idarə etmiş, vergiləri, kommunal xidmətlər üçün haqları ödəmişdir. Eyni zamanda miras qoyanın faktiki istifadəsində olan 0.062 hektar torpaq sahəsi ərizəçinin faktiki olaraq istifadəsinə keçmişdir. X28 və X8 adlarına verilmiş JN-097F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0.045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şahid1 Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə X28 və X8 adlarına verilmiş JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissədə ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə, ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə 2017-ci ildə çıxarışlar almış və mülkiyyətində olan həmin torpaq sahələrini və iki otaqlı fərdi yaşayış evini bacısı Şahid2 bağışlamışdır. 2019cu ildə ərizəçi həmin iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İşə yenidən baxılmış və məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən iş üzrə icraata xitam verilməsi barədə 04 dekabr 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Hazırda ərizəçi Şəki İnzibati Məhkəməsinə müraciət edərək Şahid1 adına 31,5 kv.m. sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələb etmiş və iş üzrə məhkəmə iclası 25 noyabr 2020-ci il tarixə təyin edilmişdir. Torpaq islahatları zamanı X28 və X21 adlarına verilmiş JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X4 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə “Gülarə” əvəzinə “Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X10 məxsusdur. Həmin faktların məhkəməyə qədər və məhkəmədən kənar təsdiqi mümkün deyildir. O, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X28 və X21 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olması və X6 miras qalan JN097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, ərizəçi yeznəsi Nümayəndə qardaşıdır. X44 və Gülarə Xankişiyeva qonşuları olmuşlar. X36 və Xankişi adlı uşaqları olmuşdur. Xankişi Rzayevin rəsmi nikahdan olmayan oğlu Əlirza Süleymanov Bakı şəhərində yaşayır. Əlirza Süleymanov hər il Əhən kəndinə gedibgəlir. JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə Gülzaman və Gülarənin mülkiyyətində olan 0.08 hektar həyətyanı torpaq sahəsini və həmin həyətyanı torpaq sahəsində olan tövləni əvvəllər Gülarə, Gülarənin vəfatından sonra əvvəlcə o istifadə etmişdir. O, daha sonra oranı bacısı Gülsirəyə bağışlamış, oradan Gülsirə və ailəsi istifadə etmişlər. Ərizəçi köçəri həyat sürmüş, müəyyən əşyalarını, istifadə etdiyi odunları tövləyə yığmışdır. Daha sonra Gülsirənin əri İsa tövləni sökmüşdür. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, o, mübahisəli torpaqdan istifadə edir, vergiləri və kommunal xidmətlər üçün haqları ödəyir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. Birinci instansiya məhkəməsinin iclasında şahid X48 ifadə verərək göstərmişdir ki, torpaq sahəsindən əvvəl X25 istifadə etmiş, 1998-ci ildə Azərbaycana gələndən sonra özü istifadə etmişdir. Ərizəçinin öz torpaq sahəsi var və oradan istifadə edir. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)- 429/2021 nömrəli qətnaməsi ilə Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)- 685/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)- 429/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2021ci il tarixli 2(102)-3668/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2021-ci il tarixli 2(107)-429/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsi ərizəni rədd etməklə ədalətsizlik etmiş, qanuni hüquqlarını pozmuşdur. Məhkəmə işin faktiki hallarının heç birinə, təqdim olunmuş sübutlara əhəmiyyət verməyərək tələbini təmin etməmişdir. Bütün sənədlərdə və izahatlarda qeyd edilməsinə baxmayaraq, vəsiyyət üzrə vərəsəsi kimi qanuni əsaslarla müraciət etdiyi halda İsmayıllı rayon Əhən kənd sakinləri mərhumlar X28 və X21 birgə mülkiyyətində 0,08 ha həyətyanı torpaq sahəsinin olması barədə JN - 097F Kod 40704018 olan “Torpağm mülkiyyətə verilməsinə dair” şəhadətnamənin həmin mərhumlar X28 və X11 məxsus olması faktının təsdiqi üçün lazım olan bütün sübutlar mövcud olduğu halda məhkəmə həmin faktı da əsassız olaraq təmin etməmişdir. Eyni zamanda, məhkəmə bəzi şahidlərin ifadələrini təhrif etmiş, şahidlərin ifadəsində göstərilən və iş üçün əhəmiyyəti olan bəzi detallar qətnamədə öz əksini tapmamışdır. Şahid1 ifadəsində iş üçün əhəmiyyəti olmayan və ya onun əleyhinə olan fikirlər qeyd edilmiş, lakin iş üçün əhəmiyyəti olan fikirlər qeyd edilməmişdir. Belə ki, Şahid1 adından ifadəsində qeyd edilir ki, “Gülzaman Rzayevanın nəvəsi kimi qeyd edilən Bakı şəhər sakini Əlirza Süleymanovun hər il Əhən kəndinə mübahisəli evə gəlib -getməsi, JN - 097F Kod 40704018 olan şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin həyətyanı torpaq sayhəsində olan tövlədən əvvəl Gülarənin, sonra da Mirzağanın istifadə etməsi” qeyd edilir. Lakin Mirzağa ifadəsində göstərmişdir ki, Gülzaman Rzayeva və Gülarə Xankişiyevanın vəfatından sonra torpaq, ev və tövlədən Alı istifadə etmiş, sonradan onun Şəki İnzibati Məhkəməsinə müraciətindən sonra 2016-cı ildə qəbul olunmuş qətnamə əsasında mübahisəli torpaq sahəsi və ev Mirzağanın mülkiyyətinə keçmiş, bundan sonra Mirzağa həmin əmlakı bacısı Gülsirəyə bağışlamışdır. Bundan sonra adı çəkilən tövlə binası Gülsirənin əri İsa tərəfindən sökülmüşdür. Mirzağanın adını çəkdiyi digər tövlə binası isə həmin ərazidən kənardadır. Məhkəmə isə işin hallarını düzgün araşdırmamış və fikirlər çaşbaş salınmışdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir. Bununla da, məhkəmə tərəfindən MPM-nin 385-390-cı maddələrinin tələbləri pozulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli qətnaməsi haqsız, ədalətsiz, qanunsuz qəbul olunmuş qətnamədir və birbaşa mülkiyyətə dair konstitusion hüquqlarının pozulmasına səbəb olan qanunsuz hüquqi aktdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Ərizəçi nümayəndəsi, eyni zamanda qardaşı Nümayəndə izahatında göstərdi ki, miras qoyan Gülzaman Rzayeva onların qohumu, yəni nənələrinin xalası olub. X19 Xankişiyeva ölənə kimi ailə qurmayıb və heç bir vərəsəsi yoxdur. X7 Xankişiyevanın qardaşıdır. Onu da uzun illər əvvəl xəstəliyi ilə əlaqədar olaraq psixiatriya xəstəxanasına yerləşdirdikdən sonra barəsində heç bir məlumat olmamış, sonradan eşitmişlər ki, o, psixiatriya xəstəxanasında ölmüşdür. Xankişi Rzayevin qeyri-rəsmi nikahdan bir övladı var, o da hal-hazırda Bakı şəhərində yaşayır, Bakı şəhərində özünə məxsus evi-eşiyi vardır. Hərdən bir kəndə gəlib qohum-əqrəba ilə görüşüb gedir. X37 həmin şəxs nikahdan kənar münasibətdən doğulduğundan onun Xankişi Rzayevin oğlu olması sübuta yetirilməyib. Belə ki, Əlirza Süleymanovun doğum şəhadətnaməsində ata qrafası boşdur və orada Xankişi Rzayevin və ya digər şəxsin adı yazılmayıbdır. Əlirza Süleymanov onların belə bir iddia qaldırdıqlarından xəbərdardır və buna etirazı yoxdur. Xankişi Rzayevin heç vaxt rəsmi ailəsi olmayıb, özü isə çoxdan vəfat edibdir. Onunda varisi qalmayıbdır. X50 Xankişiyevanın razılığı ilə 2011-ci ildə onlar həmin evə köçürmüşlər. Alı iki ilə yaxın müddətdə Gülarə Xankişiyeva ilə birlikdə yaşayıb və hal-hazırda da miras qoyulan evdə yaşayır. Gülarə Xankişiyeva 2013-cü ildə vəfat edib, onun dəfnini və yas mərasimini Alı təşkil etmişdir. Miras əmlakı Alı qəbul etmişdir. Evdə qalan məişət əşyalarından həm mərhum Gülarənin sağlığında, həm də indi qardaşı Alı istifadə edir. Miras əmlak iki otaqlı evdən, 0,08 ha həyətyanı torpaq sahəsindən və tövlədən ibarətdir. Həmin torpaq sahəsinin bir hissəsi qeyri-qanuni olaraq bacanağı X41 adına sənədləşib. Belə ki, Şahid1 onun qaynıdır, onun Gülarə Xankişiyeva ilə heç bir qohumluq əlaqəsi yoxdur. Mirzağa onların etibarından sui-istifadə edərək sənədləri onlardan almış və onların xəbərləri olmadan qanunsuz olaraq torpaq sahəsini öz adına sənədləşdirmiş, sonra isə həmin torpaq sahəsini bacısı Şahid2 bağışlamışdır. Şahid1 Alının yaşadığı evə yox, sadəcə torpaq sahəsinə və tövləyə iddia etmiş, onlar hazırkı mülki iddianı qaldırdıqdan sonra isə haqsız olduğunu başa düşərək qeyd olunan miras əmlaka olan bütün iddialarından imtina etmişdir. Qeyd olunan 0,06 ha torpaq sahəsinin onlara aidiyyatı yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X16 qanuni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2021-ci il tarixli 2(102)-3668/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-cu il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Baxılan işdə ərizəçinin birinci tələbi (sənədin məxsus olması faktının müəyyən edilməsi) üzrə ərizəsinə baxılarkən birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək ərizədəki həmin tələblə bağlı sənədi verən Müvafiq İcra Hakimiyyəti orqanını (və ya orqanın hüquqi varisini) maraqlı şəxs qismində işə cəlb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi də bu pozuntuya əhəmiyyət verməyərək məhkəmənin gəldiyi səhvi təkrarlamışdır. Bundan başqa birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2- 1(84)764/2016 saylı qərarına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin qərardada istinad etmiş, lakin eyni iş üzrə işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadını nəzərə almamışdır. Belə ki, 04 dekabr 2019-cu il tarixli qərardadla iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X22 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdiyi hüquqi faktların müəyyən edilməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmamış, məhkəmə mübahisələrinin hazırkı iş üzrə hüquqi faktların müəyyən edilməsinə nə kimi maneəçilik törətməsini əsaslandırmamış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarının nəticələrini sadalamaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciətinin artıq hüquqi əhəmiyyətini itirməsi, subyektiv hüququnun olmaması qənaətinə gəlməyə çalışmışdır. Apellyasiya instansiyası məhkəməsi də məhkəmənin gəldiyi səhvi təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, ərizəçinin şikayətdə göstərdiyi hallarla bağlı heç bir sübut təqdim etmədiyini qeyd etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, miras qoyan X8 qanun üzrə vərəsələri yoxdur, ərizəçi onun yeganə vərəsəsidir, sonuncu tərəfindən mirasın qəbul edilməsi faktını mübahisləndirmək hüququna malik olan şəxslər müəyyən olunmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri və hazırkı işin mahiyyəti sübutların tədqiqi ilə bağlı olmamışdır. Ərizəçi məhkəmədən yuxarıda qeyd edilən iki hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş etmiş, işə baxan məhkəmələr birinci faktla bağlı hər hansı bir hüquqi qiymətləndirmə aparmamış, ikinci faktla bağlı isə ərizənin rədd edilməsi barədə məhkəmələrin gəldiyi nəticə işin hallarına və ərizənin dəlillərinə uyğun olmamışdır.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: JN 097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə 0.08 hektar həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Əhən kənd sakini X28 və X21 birgə mülkiyyətinə verilmişdir. 13 avqust 2020-ci il tarixli AZ-İ № 006656 nömrəli arayışdan görünür ki, X28 19 fevral 2003-cü ildə vəfat etmişdir. 13 avqust 2020-cil tarixli AZ-İ № 627522 nömrəli arayışdan müəyyən edilir ki, X15 19 dekabr 2013-cü ildə vəfat etmişdir. İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, İsmayıllı rayonu Əhən kəndində yaşayan X15 özünə məxsus olan Əhən kəndində 2 (iki) otaqlı 28,8 kv.m. yaşayış evini, tövləsini, JN097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə verilən həyətyanı torpaq sahəsini Əhən kəndində yaşayan Ərizəçi vəsiyyət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(84)-764/2016 saylı qərarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə X17 və X22 adlarına verilmiş JN-097F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi iddiaçı Şahid1 adına qeydə alınması öhdəliyi qoyulmuşdur. 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.0438 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsi Şahid1 adına qeydə alınmışdır. 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 07 fevral 2017-ci il tarixdə **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 14 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən edilir ki, Şahid1 DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 09 avqust 2017-ci il tarixdə verilmiş **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Əhən kəndində yerləşən ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsini tam mülkiyyət üzrə hədiyyə alan Şahid2 mülkiyyətinə vermişdir. 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 407-4018/68 inventar nömrəli texniki pasportdan müəyyən edilir ki, ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evi və 0.1288 hektar həyətyanı torpaq sahəsi Şahid2 adına qeydə alınmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadından görünür ki, iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X22 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0.045 hektar hissəsinin ləğv edilməsi, həmin 0.045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 24 iyul 2020-ci il tarixli 868 nömrəli məktubundan görünür ki, Ərizəçi mərhum anasının xalası X6 miras qalmış əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət buraxıldığından, miras əmlakın faktiki qəbulu üçün faktların sübutu mümkün olmadığından miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 29 iyul 2020-ci il tarixli **********74 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-097F nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquq müəyyən edici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli bildirişindən müəyyən edilir ki, iddiaçı Ərizəçi cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m. sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 07.02.2017-ci ildə qeydə alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı və Şahid1 adına həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair Şahid1 mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə 09.08.2017-ci ildə dövlət qeydiyyatına alınaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə iclası 25 noyabr 2020-ci il tarixə saat 12:00 Şəki Məhkəmə Kompleksinin binasına təyin edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli **********43 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN-097F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.08 hektar torpaq sahəsinin 0.04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evi Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi qalan 0.036 hektar hissədə qüvvədədir. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 171 nömrəli arayışından görünür ki, Əhən kənd sakini olmuş mərhum X15 15 dekabr 2013-cü ildə vəfat edənə kimi Əhən kəndində yaşamışdır. X8 anası X28 ilə ölənə kimi birgə yaşamışlar və qızı X6 başqa varisi olmamışdır. X8 vərəsəsi olmamışdır. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 172 nömrəli arayışından görünür ki, Əhən kəndində həyətyanı torpaq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), Aqrar İslahat Komissiyası tərəfindən verilmiş siyahıda X8 adında və soyadında texniki səhv olaraq X30 yazılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş bildirişlərdən və istifadə olunmuş elektrik enerjisinə görə haqların ödənilməsinə dair mədaxil qəbzlərindən görünür ki, abonentin adı X12 qeyd edilmiş və haqlar ayrı-ayrı vaxtlarda X23 adından ödənilmişdir. 23 may, 31 may 2018-ci il və 11 iyul 2020-ci il tarixli tədiyyə bildirişlərindən və 15 iyul 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən müəyyən edilir ki, Əhən Bələdiyyəsi tərəfindən torpaq vergisinin ödənilməsi üçün Ərizəçi adına bildiriş göndərilmiş və Ərizəçi öz adından 15 iyul 2020-ci il tarixdə torpaq vergisini ödəmişdir. Mülki işin 95-ci vərəqində olan X18 aid olan Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 20 avqust 1964-cü ildə doğulduğu qeyd edilən şəxsə aid Şəhadətnamədə ata qrafası boş saxlanılaraq hər hansı şəxsin adı qeyd edilməmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında alınmış Şəki İnzibati Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2-1(116)-77/2021 nömrəli cavab məktubundan görünür ki, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 2-1(116)-77/2021 nömrəli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə (üçüncü şəxslər Şahid1, Şahid2) qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi idarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m. sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə 07.02.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair 2-1(116)-77/2021 nömrəli işin icraatı iddiaçının məhkəməyə 06.08.2021-ci il tarixdə daxil olan vəsatətinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1567/2021 nömrəli mülki işə baxılıb qurtaranadək dayandırılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Şəki İnzibati- İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə JN-097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0.08 hektar həyətyanı torpaq sahəsinin 0.04378 hektar hissəsi və üzərində yerləşən fərdi yaşayış evinin Şahid1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar alaraq həmin əmlakları bacısı Şahid2 bağışladığından, Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evinə və 0.1288 hektar həyətyanı torpaq sahəsinə dair 21 sentyabr 2017-ci il tarixli **********30- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış aldığından və hazırda JN097F KOD 40704018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.036 hektar hissəsi qüvvədə qaldığından ərizə rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. İşin gerçək halı ondan ibarətdir ki, JN-097F KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.08 hektar həyətyanı torpaq sahəsi X28 və X21 birgə mülkiyyətlərinə verilmişdir. X28 19 fevral 2003-cü ildə vəfat etmişdir. Əhən kənd sakini X5 Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş və reyestrdə 02 nömrə ilə qeydə alınmış 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə iki otaqlı 28.8 kv.m fərdi yaşayış evini, tövləsini, JN-097F, KOD 40704018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə həyətyanı torpaq sahəsini ərizəçiyə vəsiyyət etmişdir. X15 19 dekabr 2013-cü ildə vəfat etmişdir. Daha sonra İsmayıllı rayonu Əhən kənd sakini Şahid1 X28 və X21 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN097F, KOD 40704018 topağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 0.045 hektar hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 0.045 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydə alınması öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə X17 və X22 adlarına verilmiş JN-097F, KOD 40704018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin 437,8 m2 hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb olunan 437,8 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi Şahid1 adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daha sonra Şahid1 ümumi və yaşayış sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evinə, 0.0438 hektar həyətyanı torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli **********36- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və ümumi sahəsi 0.085 hektar həyətyanı torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli **********51 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışlar almışdır. Şahid1 həmin çıxarışlar əsasında mülkiyyətində olan ümumi sahəsi 31.5 kv/m olan iki otaqlı fərdi yaşayış evini, 0.0438 hektar həyətyanı torpaq sahəsini 18 fevral 2017-ci il tarixdə, 0.085 hektar həyətyanı torpaq sahəsini isə 14 sentyabr 2017-ci il tarixdə notarial qaydada bacısı Şahid2 bağışlamışdır. Şahid2 isə bağışlama müqavilələri əsasında ümumi sahəsi 31.5 kv/m olan fərdi yaşayış evinə, 0.1288 hektar həyətyanı torpaq sahəsinə dair 21 sentyabr 2017-ci il tarixli **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və 21 sentyabr 2017-ci il tarixli 407- 4018/68 inventar nömrəli texniki pasport almışdır. Ərizəçi həmin məhkəmə proseslərindən məlumat alan kimi onun ərizəsinə əsasən 2019-cu ildə həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Məhkəmə prosesi zamanı Şahid1 iddiasını geri götürdüyündən onun iddiası üzrə olan inzibati işin icraatına xitam verilməsi barədə Şəki İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 04 dekabr 2019-cu il tarixli yeni qərar qəbul edilmişdir. Ərizəçi yenidən Şəki İnzibati Məhkəməsinə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Şahid1 adına 31,5 kv.m sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinə dair 07 fevral 2017-ci il tarixli RX seriyalı ******* saylı və həyətyanı torpaq sahəsinin tərkib hissəsi olan 0.085 hektar torpaq sahəsinə dair 09 avqust 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarışların ləğv edilməsi öhdəliyinin DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmiş, Şəki İnzibati Məhkəmənin 07.09.2021-ci il tarixli qərardadı ilə 2-1(116)-77/2021 nömrəli inzibati işin icraatı hazırki mülki işə baxılıb qurtaranadək dayandırılmışdır. Sadalanan məhkəmə qərarlarından görünür ki, sözügedən miras əmlakın Şahid1 adına rəsmiləşməsinə əsas olmuş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilmişdir. Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişə uyğun olaraq məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsini maraqlı şəxs qismində işə cəlb edərək nümayəndəsinin izahatını almış və ərizəyə münasibətini örgənmişdir. Göründüyü kimi hazırkı baxılan işdə ərizəçi iki faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişdir: 1) İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının 23 avqust 1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kənd sakinləri X28 və X21 birgə mülkiyyətinə verilmiş 0,08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olması; 2) X6 miras qalan JN 097F KOD 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,08 hektar həyətyanı torpaq sahəsi, iki otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Əhən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsə kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi. Ərizədən müəyyən edilir ki, ərizəçi JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olmasını xahiş edərkən ərizəsini onunla əsaslandırmışdır ki, torpaq islahatları zamanı X28 və X21 adlarına verilmiş şəhadətnamədə texniki səhv olaraq X4 anasının soyadına uyğun olaraq “Rzayeva”, adı isə “Gülarə” əvəzinə “Güllər” yazılmışdır. Əslində həmin şəhadətnamə X10 məxsusdur. İsmayıllı RİHB-nin Əhən kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 02 oktyabr 2020-cu il tarixli 172 nömrəli arayışından görünür ki, Əhən kəndində həyətyanı torpaq sahələri özəlləşdirmə üçün ölçülərkən torpaq sahəsinin JN-097F plan və ölçüsü sənədlərində (kadastrda), Aqrar İslahat Komissiyası tərəfindən verilmiş siyahıda X8 adında və soyadında texniki səhv olaraq X30 yazılmışdır. İnzibati orqanın qeyd edilən Arayışı və işin digər mübahisəsiz halları ilə JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X8 adının səhvən X13 yazılması sübut olunur. Belə olan halda, ərizəçi JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. 306.2-ci maddəsinə görə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Bundan başqa birinci instansiya məhkəməsi ərizəni rədd edərkən iş materiallarına əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2- 1(84)764/2016 saylı qərarına istinad etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi həmin qərardada istinad etmiş, lakin eyni iş üzrə işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1637/2019 saylı qərardadını nəzərə almamışdır. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)- 1637/2019 saylı qərardadından görünür ki, iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “X9 və X22 adlarına verilmiş JN-097F KOD 40704018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin 0,045 hektar hissəsinin ləğv edilməsi, həmin 0,045 hektar torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Kollegiyaya görə, birinci instansiya məhkəməsi ərizəçinin ərizəsində göstərdiyi hüquqi faktların müəyyən edilməsi ilə bağlı heç bir hüquqi qiymətləndirmə aparmamış, məhkəmə mübahisələrinin hazırkı iş üzrə hüquqi faktların müəyyən edilməsinə nə kimi maneəçilik törətməsini əsaslandırmamış, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarının nəticələrini sadalamaqla iddiaçının hazırkı tələblə məhkəməyə müraciətinin artıq hüquqi əhəmiyyətini itirməsi, subyektiv hüququnun olmaması qənaətinə gəlməyə çalışmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. İşin gerçək halları ilə müəyyən edilir ki, X1 Gülzaman Fərhad qızının yeganə vərəsəsi olmuşdur. Ərizəçi isə X22 bacısının nəvəsi olmaqla onun sağlığında, yəni 2011-ci ildə mirasqoyanın razılığı ilə sözügedən yaşayış evinə köçmüş, ailəsini və şəxsi əmlaklarını həmin evə köçürmüş, Gülarə Xankişiyeva 2013-cü ildə vəfat edənə kimi onunla birlikdə həmin evdə yaşamışdır. X15 09 dekabr 2011-ci il tarixli vəsiyyətnamə ilə sözügedən əmlakları Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi Gülarə Xankişiyeva 2013-cü ildə vəfat etdikdən sonra hazırkı vaxta kimi ailəsi ilə birlikdə həmin evdə yaşayır və mirasqoyandan qalan təsərrüfatı idarə edir. İşin halları ilə mərhum Gülarə Xankişiyevanın ərizəçidən savayı digər vərəsəsinin olması inkar edilir. Belə olan halda, kollegiyaya görə ərizəçi sözügedən miras əmlakların vərəsə kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də kollegiya hesab edir ki, ərizəçi ərizəsində qeyd etdiyi faktarın təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 14 iyun 2021-ci il tarixli 2(102)-3668/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. Ərizəçi İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin maraqlı şəxs qismində cəlb edildiyi vəsiyyət üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin və sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. İsmayıllı rayon Əhən kənd sakinləri X28 və X21 birgə mülkiyyətinə verilmiş 0.08 hektar həyətyanı torpaq sahəsinə dair JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair X3 və X10 məxsus olması faktı və X6 miras qalan JN-097F Kod 40704018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə üzrə 0.08 hektar həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində 09 dekabr 2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1567/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1567/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver