Məhkəmə qərarları › İş №2(107)-1568/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1568/2021

27.10.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1568/2021 27.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Gündüz Qasım оğlu və Şükürov İmanverdi Həşimxan оğlundаn ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili X15, hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3cü şəxs X5 nümayəndəsi X6, hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3-cü şəxs X7 nümayəndəsi, həmçinin özü üçüncü şəxs olan X14 iştirakları ilə, İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin sədri X16 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı “torpağın mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ilə (hakim Elmira Həsənova) iddia təmin olunmuş, Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li Dövlət Aktı 0.72 ha torpaq sahəsi üzrə, Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktının 0.51 Ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları Göygöl rayonunun Quşqara Bələdiyyəsinin sədri X4 Leyla İbrahim qızına qarşı iddia qaldırıb sonuncunun adına olan torpağın mülkiyyətə verilməsinə dair JN-0491 №-li Dövlət Aktının qismən etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmədə həmin işə 2(066)- 358 /2010 №-li iş açılmışdır. Məhkəmənin icraatında Göygöl rayonunun Quşqara Bələdiyyəsinin sədri X16 Cavabdeh2 qarşı sonuncunun adına olan torpağın mülkiyyətə verilməsinə dair JN-497 №li Dövlət Aktının qismən etibarsız hesab edilməsinə dair iddaisı üzrə 2(066)-359/2010 nömrəli mülki iş vardır. Həmin işlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə uyğun olaraq 2(066)-358 /2010 № altında birləşdirilmişdir. İddiaçı X28 məhkəmədə iddiaçını müdafiə edərək göstərmişdir ki, cavabdeh Mirqədirova onun sədr olduğu Göygöl rayonunun Quşqara Bələdiyyəsindən 1 ha torpaq sahəsi aldığı halda torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li Dövlət Aktı verilərkən səhvən və ya qərəzlə onun mülkiyyətində 1,72 ha torpaq sahəsi, yəni 0.72 ha artıq sahə olması göstərilməklə bələdiyyə mülkiyyətinin əsassız olaraq əldə edilməsinə yol verilmişdir. Eynilə o, Quşqara bələdiyyəsinin sədri kimi Cavabdeh2 21.11.2005-ci il tarixli 54A nömrəli qərarı ilə 0.80 ha torpaq sahəsi satdığı halda sonuncu torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktı alarkən həmin aktda onun mülkiyyətində 1.31 ha torpaq sahəsi olması göstərilmiş. yəni əsassız olaraq Dövlət Aktına əlavə 0.51 ha torpaq sahəsi yazılmışdır. X26 artıq yazılmış sahələr bələdiyyə mülkiyyəti olduğundan qeyd edilən Dövlət Aktlarının müvafiq olaraq 0,72 və 0.51 ha torpaq sahələri üzrə etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi X10 məhkəmədə iddianı etiraf edərək göstərmişdir ki, həqiqətən X19 Bələdiyyəsindən 1 ha torpaq sahəsi aldığı halda səhv üzündən ona verilmiş Dövlət Aktında 1.72 ha torpaq sahəsi göstərilmişdir. Cavabdeh2 cəzaçəkmə müəssisəsindən məhkəməyə iddia ilə bağlı izahat göndərib iddianı etiraf etməmişdir. Üçüncü şəxs DT və XK-nin Göygöl rayon şöbəsinin nümayəndəsi X17 məhkəmədə iddianı etiraf edib qeyd edilən Dövlət Aktlarında səhvə yol verilməsini, Dövlət Aktlarını artıq yazılmış sahələr üzrə etibarsız hesab edilməsinə etirazı olmamasını göstərmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Göygöl Rayon Məhkəməsinin mübahisələndirilən 29 oktyabr 2010-cu il tarixli qətnaməsi ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuş qətnamədir və onların hüquqlarının pozulmasına səbəb olmuşdur. Hazırda mübahisələndirilən qətnaməni Gəncə Apellyasiya Məhkəməsində onun iddia tələbi üzrə Nicat Mehtiyevə və digərlərinə qarşı iddia tələbinə baxılan zaman əldə etmişdir. Hazırda mübahisələndirilən qətnamə icraya yönləndirilməmiş və icra edilməmişdir. Bu baxımdan mübahisələndirilən torpaq sahəsinin 0.51 ha hissəsindən 0.209686 ha hissəsini alqı-satqı yolu ilə almışdır və hüquqlarını dövlət qeydiyyatından keçirərək mübahisələndirilən torpaq sahəsinin 0.209686 ha hissəsinin mülkiyyətçisidir. (hüquqların dövlət qeydiyyatına dair Çıxarışı və Texiniki pasportu şikayətə əlavə etmişdir). İddia tələbinin onun Cavabdeh2 aldığı torpaq sahəsinə aid hissədə iddiaçı Quşqara Bələdiyyəsi 21.11.2005-ci il tarixli 54A nömrəli qərara əsaslanaraq Cavabdeh2 0.80 ha torpaq sahəsi satıldığı göstərilərək, 25.04.2006-cı il tarixli, JN-0497 nömrəli Dövlət Aktını alarkən həmin akt-da torpaq sahəsinin 0.80 ha deyil, 1.31 ha göstərildiyini bildirmiş və məhkəməyə qeyd olunan qərarı təqdim etmiş və torpaq sahəsinin onun 0.51 ha hissədən aldığı sahənin artıq yazılmasını göstərmişdir. Həmçinin iddia tələbi üzrə alqı-satqı müqaviləsinə əsaslanmışdır. İlk növbədə məhkəmə iclasında iştirak edə bilməmiş Cavabdeh2 cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini və məhkəməyə təqdim olunan sənədlərin saxta olduğunu və həmin sənədlərin kötüyündə heç bir qanunsuzluğun olmamasını göstərmişdir, məhkəməyə iddiaçı tərəfindən təqdim edilən sənədlərin iddiaçı tərəfindən saxtalaşdırıldığını göstərmişdir. İddia ərizəsinin ilkin müraciəti ilə məhkəmənin nəticədə təmin etdiyi iddia tələbi birbirindən fərqlidir. Beləki, məhkəmə yekunda Dövlət Aktlarının etibarsızlığını təmin edir. Məhkəmə qətnaməsində və iş materiallarında isə iddia tələbinin sonradan dəyişdirilməsi barədə heç bir ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qətnaməsində alqı-satqı müqaviləsindən söhbət getdiyi halda Cavabdeh2 münasibətdə heç bir alqı-satqı müqaviləsi göstərilmir. O, cümlədən iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı məsələlərədə düzgün hüquqi qiymət verməmişdir. Beləki, hazırki iddia tələbi Gəncə inzibati-iqtisadi Məhkəməsinin səlahiyyətinə aid iddia predmetidir. Apellyasiya şikayətinə əlavə edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan mülki işdən götürülmüş sənədlərin surətlərindən görünür ki, Cavabdeh2 21.11.2005-ci il tarixli, 54A nömrəli qərara, AKT-a, AR DT və XK-nin 26.04.2006-cı il tarixli, 283 nömrəli arayışına əsasən 1.31 ha torpaq sahəsi ayrılmış və yerqurluşu sahələri göstərilmişdir. Beləki, Göy-Göl rayon Məhkəməsində (Sədrlik edən: Elmira Həsənova) məhkəmə iclasının (baxışının) keçirilməsi barədə tərəflərin hüquqi ünvanına bildiriş məktubu göndərməmiş, nə də ki tərəflərə heç bir məlumat bildirməmişdir. Ona görə də, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)- 358/2010 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs1 və onun və Cavabdeh2 nümayəndəsi və vəkili X29 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3cü şəxs X5 nümayəndəsi X12 və hüquqlarına toxunan şəxs kimi işə cəlb edilmiş 3-cü şəxs X7 nümayəndəsi, özü də 3-cü şəxs olan X23 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin nümayəndəsi, Cavabdeh1 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin sədri X16 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li Dövlət Aktının 0.72 ha torpaq sahəsi üzrə və Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 567 və 646.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2 və 191.1-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında araşdırılmış alqısatqı sənədlərindən, yəni Göygöl rayonunun Quşqara Bələdiyyəsinin 24.02.2006-cı ıl tarixli 14 №-li qərarından görünür ki. Cavabdeh1 1,0 ha torpaq sahəsi satılması qərara alınmış və torpaqların alqı-satqısına dair aktda və ona əlavə edilmiş «kadastr qiyməti rayonu»da, yəni alqı-satqı ilə əlaqədar əsas sənədlərdə 617.500 manata məhz 1,0 ha torpaq sahəsi satılması göstərilmişdir. Lakin işdə olan torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li X30 Bələdiyyəsinin 24.02.2006-cı il tarixli 14 №-li qərarına əsasən ona 1.72 ha torpaq sahəsi satlımasi göstərilmişdir. Cavabdeh2 aid eyni adlı sənədlərdən də görünür ki, Quşqara Bələdiyyəsinin 21.11.2005-ci il,tarixli 54A №*li qərarı ilə ona 0.80 ha torpaq sahəsi satıldığı halda onun adına olan torpağa, mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktında 0,80 ha torpaq sahəsi əvəzinə 1.31 ha. yəni 0,51 ha artıq torpaq sahəsi göstərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki qanunvericiliyin tələblərinə baxmayaraq cavabdehlər Mirqədirova və Şərifov torpağa mülkiyyət hüququna dair dövlət aktları alarkən əsassız olaraq həmin aktlara bələdiyyəyə məxsus əlavə torpaq sahələri yazdırmış, yaxud həmin yazılar səhv etmə nəticəsində baş vermişdir. Beləliklə, məhkəmədə torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı ıl tarixli JN- 0491 №-li Dövlət Aktında və 25.04.2006-cı ıl tarixli JN-0497 №-li Dövləf Aktında torpaq sahələrinin kəmiyyəti cavabdehlərlə bağlanmış torpaqların alqı-satqısı aktlarına uyğun olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin digər halları ilə yanaşı cavabdehlərin iddianı etiraf etməsi halına da istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 52.5-ci maddəsinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlərin bir qisminin iddianın etirafını qəbul etməkdə haqlı olmamışdır. Çünki, hazırki iş üzrə cavabdehlərdən iddianı etiraf edənlərin etirafının nəticəsi olaraq digər şəxslərin, o cümlədən iddianı etiraf etməyən cavabdehin və ictimai maraqların ziddinə əsaslandırma aparılmadan qərar qəbul edilməsi ilə nəticələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinin 16.09.2017-ci il tarixli vəkil sorğusuna verdiyi cavab məktubunda həmin qurumun rəisi Qalib Xudaverdiyev göstərmişdir ki, sizin Cavabdeh2 məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.209686 ha və 0.8 ha torpaq sahələri barədə arayışın verilməsinə dair 08 sentyabr 2017-ci il tarixli, MO-43/2017 saylı məktubunuza 3 saylı Ərazi İdarəsində baxılmışdır. Məktubunuza cavab olaraq bildiririk ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Göygöl rayon şöbəsi tərəfindən Cavabdeh2 Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.31 ha torpaq sahəsinə dair 26.04.2006-cı il tarixli JN-0497 saylı torpağaa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Dövlət aktında göstərilən torpaq sahəsi 0.6 ha, 0.2 ha və 0.509686 ha hissələrdən ibarət olmuşdur. Bu torpaq sahəsinin 0.509686 ha hissəsinə dair Cavabdeh2 18,07.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. 0.509686 ha torpaq sahəsinin 0.06 ha hissəsi Xanlar rayon notariat kontorunun 26.07.2007-ci il tarixli 4Ə-2-411 saylı alqı-satqı müqaviləsinə əsasən X9, 0.24 ha hissəsi isə 4Ə-2-412 saylı alqı-satqı müqaviləsinə əsasən X2. Cavabdeh2 qalan 0.209686 ha torpaq sahəsinə dair 31.07.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Göygöl rayon notariat kontorunun 18.12.2012-ci il tarixli 4Ə-3-836 saylı alqı-satqı müqaviləsinə əsasən 0.209686 ha torpaq sahəsi Maraqlı şəxs1 satılmışdır və alıcıya 12.04.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Dövlət aktında göstərilən torpaq sahəsinin qalan 0.8 ha-ın 0.3 ha hissəsi Xanlar Rayon notariat kontorunun 27.12.2006-cı il tarixli 4Ə-3-637 saylı alqı-satqı müqaviləsinə əsasən X3 və alıcıya 0.175 ha torpaq sahəsinə dair 12.01.2007- ci il tarixli ********* qeydiyyat nömrəli, 0.125 ha torpaq sahəsinə dair 12.01.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışlar verilmişdir. 0.42 ha hissəsi Xanlar rayon notariat kontorunun 01.06.2007-ci il tarixli 4Ə-2-299 saylı alqı-satqı müqaviləsinə əsasən X1 və alıcıya 1.345 ha torpaq sahəsinə dair 24.07.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, 0.075 ha torpaq sahəsinə dair 24.07.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışlar verilmişdir. 0.08 ha hissəsi Xanlar rayon notariat kontorunun 01.06.2007-ci il tarixli 4Ə-2-300 saylı alqı-satqı müqaviləsinə əsasən X2 və alıcıya 24.07.2007- ci il tarixli ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarından göründüyü kimi JN-0497 №-li Dövlət Aktı 25.04.2006-cı il tarixdə, JN-0491 №-li Dövlət Aktı isə 07.04.2006-cı il tarixdə verilmişdir. Həmin aktların bir hissəsinin etibarsız hesab olunması barədə iddia isə həmin aktların verilməsindən təqribən 4 ildən artıq müddət keçdikdən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, həmin norma iddia müddəti ilə bağlı olmadığından onun tətbiqi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddətinin tətbiqi barədə ərizənin verilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Nəzərə alınsa ki, özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz, o halda Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət də əqdin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd əsassız varlanmaya səbəb olduğu, yəni müqavilənin predmetini əvəzedilən əşyalar təşkil etdiyi halda isə Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar). Mülki və Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələri baxımından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarlarındakı şərh baxımından hazırki iş üzrə iddiaçı qeyd olunan aktların qismən də olsa etibarsız hesab edilməsini xahiş edərkən onun bu tələbi irəli sürmək hüququ olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin halı nəzərə almayaraq iddianı təmin etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin sədri X16 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li Dövlət Aktının 0.72 ha torpaq sahəsi üzrə və Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli, 2(066)-358/2010 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Göygöl Rayon Quşqara Bələdiyyəsinin sədri X16 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə qarşı Cavabdeh1 adına verilmiş torpağa mülkiyyət hüququna dair 07.04.2006-cı il tarixli JN-0491 №-li Dövlət Aktının 0.72 ha torpaq sahəsi üzrə və Cavabdeh2 adına verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli JN-0497 №-li Dövlət Aktının 0.51 ha torpaq sahəsi üzrə etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Gündüz Abbasov İmanverdi Şükürov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar