Məhkəmə qərarları › İş №2(107)-157/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-157/2023

01.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-157/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: reqres qaydada pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-440/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Kapital Bank ASC ilə Cavabdeh arasında 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq KapitalBank ASC ilə İddiaçı arasında 16 mart 2019-cu il tarixli, Z170GTKR0209549AA nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, KapitalBank ASC-nə olan kredit borcunu ödəməmişdir. Buna görə də KapitalBank ASC tərəfindən kredit borcunun ödənilməsi Cavabdeh zamini İddiaçı tələb edilmiş və onun tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kredit borcuna görə ödədiyi 9659,96 manat pulun reqres qaydada və iddia tələbi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işlədiyi müddətdə iş yoldaşı Cavabdeh KapitalBank ASCdən aldığı kreditə zamin durmuşdur. Belə ki, Cavabdeh ona pula ehtiyacının olduğunu, KapitalBank ASC-dən istədiyi məbləğdə kreditin verilmədiyi nəzərə alınaraq ona zamin durmasını xahiş etmişdir. O da buna etiraz etməmiş və cavabdehə zamin durmuşdur. Cavabdehin eyni zamanda kart krediti də olmuşdur. Daha sonra onun özünün pula ehtiyacı yarandığından 14 noyabr 2019-cu il tarixdə KapitalBank ASC-dən 8000 manat kredit götürmüşdür. Bir neçə ay keçəndən sonra cavabdehi işdən çıxartdıqlarından sonuncu KapitalBank ASC-yə olan borcunu ödəməmişdir. O, cavabdehə zamin durduğundan KapitalBank ASC 27 aprel 2020-ci il tarixdən onun əmək haqqından tutulmalara başlamışdır. Belə ki, onun əmək haqqından cavabdehin borcuna görə 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutulmalar aparılmışdır. Onun əmək haqqının demək olar ki, 90 faizi tutulduğundan ayın axırında onun kartında heç bir vəsait qalmamışdır. Bütün ayı işləməsinə baxmayaraq ayın axırında əmək haqqı ala bilmədiyindən demək olar ki, heç bir işini görə və dolanışığını qarşılaya bilməmişdir. Əmək haqqısının çox hissəsi tutulduğundan bezmiş və KapitalBank ASC-nin Şəki filialına gedib məsələni yoluna qoymağa çalışmışdır. Məcburiyyət qarşısında qalıb KapitalBank ASC ilə 27 avqust 2020-ci il tarixdə kredit müqaviləsi imzalamış və bankdan 14514,14 manat pul götürüb, Bəhruzun KapitalBank ASC-yə qalan qalıq borcundan 7232,24 manatını nəqd olaraq kassaya ödəmiş, ödəniş qəbzlərinə özü imza etmişdir. Kassa ona 3 ədəd ödəniş qəbzi vermiş, həmin qəbzlərdə üst hissədə onun adı, lakin qəbzlərin ödəniş təyinatı hissəsində cavabdehin adının yerinə cavabdehin hesab nömrələri qeyd edilmişdir. Belə ki, onun 3 ədəd ayrı-ayrı qəbzlərlə ödədiyi 4705,4 manat, 1197,52 manat və 1329,32 manat məbləğlər cavabdehin borcunun ödənilməsinə yönələn məbləğlərdir. Onun cavabdehə zamin durduğu müddətdə, yəni 27 aprel 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək onun əmək haqqından cavabdehin borcuna görə 2423,72 manat pul tutulmuş, daha sonra 27 avqust 2020-ci il tarixdə o, cavabdehin əvəzindən nəqd olaraq 7323,24 manat olmaqla, ümumilikdə 9659,96 manat pul ödəmişdir. O, bir neçə dəfə cavabehlə əlaqə saxlayıb pulun qaytarılmasını tələb etməsinə baxmayaraq, cavabdeh borcun ödənişindən yayınmışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

6. Məhkəmə iclası zamanı Cavabdeh izahatında göstərmişdir ki, o, həqiqətən də əvvəllər İddiaçı ilə birlikdə Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işləmişdir. İddiaçı ilə bir yerdə işlədikləri dövrdə, yəni 2019- cu ilin əvvəllərində o, KapitalBank ASC-nin Şəki filialından 7000 manat kredit götürmüş, İddiaçı da ona zamin durmuşdur. Həmin tarixdə onunla KapitalBank ASC-nin arasında kart krediti ilə də bağlı müqavilə imzalanmışdır. 24 oktyabr 2019-cu il tarixdə o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədən ehtiyyata buraxılmışdır. İşdən azad edildiyi tarixədək o, KapitalBank ASC-dən götürdüyü, İddiaçı da zamin durduğu kredit müqaviləsi üzrə hər ay 350 manat olmaqla kredit borcundan ödənişlər etmişdir. O, işdən azad edildikdən sonra iddiaçı ilə banka olan kredit borcunun iddiaçının əmək haqqından tutulmasını, onun tərəfindən isə iddiaçının əmək haqqından tutulan məbləğlərin ödəniş terminalı vasitəsi ilə iddiaçıya göndərilməsini razılaşdırmışdır. O, bu minvalla 7-8 ay müddətində iddiaçının əmək haqqı kartına ödəniş terminalı vasitəsi ilə razılaşdırdıqları məbləği ödəmişdir. Bundan sonra iddiaçı onun tərəfindən aparılan ödənişlərin özünün deyil, qayınatasının kartına yüklənməsini təklif etmişdir. O da 7-8 ay ərzində iddiaçı ilə razılaşdırdıqları həmin məbləği iddiaçının qayınatasının kartına ödəmişdir. Bundan sonra iddiaçı onunla telefon əlaqəsi saxlayaraq həmin məbləğlərin onun gizir yoldaşının kartına ödənilməsini təklif etmişdir. O da buna etiraz etmədən 2 ay müddətində iddiaçının gizir yoldaşının əmək haqqı kartına hər ay 350 manat olmaqla pul məbləğlərini ödəmişdir. Nəhayət 2021-ci ilin fevral ayında onun iddiaçıya 4800 manat borcu qalmışdır. Həmin vaxt o, iddiaçı ilə telefonla danışaraq iddiaçıya olan qalıq borcunun ona məxsus Mersedec markalı avtomaşının iddiaçıya verilməsi yolu ilə bağlanmasına razılaşmışlar. Belə ki, o, bu məqsədlə özünə məxsus Mersedec 190 markalı avtomaşını 4800 manat borc əvəzi iddiaçıya təqdim etməsi üçün iddiaçının əmisi oğlu Şəhadətə vermişdir. Həmçinin bu məqsədlə notariatda Şəhadətə baş etibarnamə də vermişdir. Şəhadət də ondan qəbul etdiyi avtomaşını İddiaçı təhvil vermişdir. İddiaçı 2021-ci ilin oktyabr ayında ona zəng vurmuşdur ki, onun daha ona heç bir borcu qalmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə 27 avqust 2020-ci il tarixli qəbzlərini əlavə etdiyi 4705,40 manat, 1329,32 manat məbləğləri iddiaçı nəqd olaraq onun KapitalBank ASC-dən götürdüyü kredit məbləği ilə bağlı onun əvəzindən banka ödəmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə əlavə etdiyi ödəniş kartı üzrə çıxarışda qeyd edilən 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat tutulmalar iddiaçının əmək haqqından məhz onun KapitalBank ASCdən götürdüyü kreditin ödənilməsi üçün tutulmuşdur. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğ iddiaçı tərəfindən onun borcuna görə ödənilməmişdir və həmin 1197,52 manat məbləğin onun kredit borcu ilə heç bir əlaqəsi yoxdur. O, əslində iddiaçıya olan borcunu ödəniş terminalları vasitəsi ilə iddiaçının özünün və iddiaçının dediyi digər şəxslərin kartlarına ödəmiş, həmçinin borcun bir hissəsinin əvəzi olaraq iddiaçıya avtomaşın vermişdir. Lakin ödənişlər bank vasitəsi ilə aparılmadığından iddiaçının onun əvəzindən ödədiyi borcun iddiaçıya qaytarılmasına dair zəruri sübutları məhkəməyə təqdim edə bilmir. İddianı qəbul etmir və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, onun İddiaçı ilə qohumluq münasibətləri vardır. Belə ki, onun atası ilə Cəlilin atası dayıoğlubibioğludurlar. Cavabdeh ilə isə qohumluq münasibətləri yoxdur. Həmçinin Cəlillə və Bəhruzla aralarında heç bir ədavəti yoxdur, onlarla arasında normal münasibətləri vardır. 2020-ci ilin yay aylarında İddiaçı onunla telefonla danışaraq ona Beyləqan rayonuna gedib, Vüsal adlı şəxsdən avtomaşına dair etibarnamə götürməsini təklif etmişdir. O da etiraz etmədən Beyləqan rayonuna getmiş, orada Vüsal adlı şəxs ona avtomaşın üçün baş etibarnamə vermişdir. Həmçinin telefon danışığında İddiaçı ona Vüsal tərəfindən etibarnaməsi verilmiş Mersedec 190 markalı avtomaşını Lənkəran rayonundan götürməli olduğunu demişdir. O, buna da etiraz etməmiş, Lənkəran rayonuna gedərək Cavabdeh Mersedec 190 markalı avtomaşını götürüb, gətirib İddiaçı atasının yaşadığı evin həyətində saxlamışdır. Cəlil ona demişdir ki, Bəhruzla aralarında kredit söhbəti vardır. Ona görə də Bəhruz həmin avtomaşını ona verir. Ancaq Bəhruz tərəfindən avtomaşının hansı məbləğdə kredit borcunun müqabilində Cəlilə verilməsindən, avtomobilin dəyərindən onun məlumatı olmamışdır. O, avtomaşını Cəlilin atasının həyətində saxladıqdan bir neçə gün sonra Cəlil atası evinə gəlmiş və o, Cəlilə həmin avtomaşına dair baş etibarnamə vermişdir. Cəlil də maşını evakuatorla atası evindən aparıb, təmir etdirmiş və satmışdır. 2022-ci ilin əvvəllərində o, Cəlillə danışığında bu maşın söhbətinin nə məsələ olduğunu soruşmuşdur. Cəlil də ona Bəhruzun maşından əlavə də ona borcunun qaldığını bildirmişdir. Onun həmin avtomaşının neçəyə satılmasından məlumatı yoxdur. Bəhruzdan götürüb, Cəlilin atası evinə gətirdiyi Mersedec 190 markalı avtomaşının Cəlil tərəfindən qəbul edilməsindən sonra Cəlilin Bəhruz tərəfindən ona olan borcun tam şəkildə ödənilibödənilməməsi kimi kimi fikirləri işlədib-işlətməməsi hazırda xatirində deyildir.

8. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Kapital Bank ASC ilə Cavabdeh arasında 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq KapitalBank ASC ilə İddiaçı arasında 16 mart 2019-cu il tarixli, Z170GTKR0209549AA nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, KapitalBank ASC-nə olan kredit borcunu ödəməmişdir. Buna görə də KapitalBank ASC tərəfindən kredit borcunun ödənilməsi Cavabdeh zamini İddiaçı tələb edilmiş, İddiaçı tərəfindən də 16 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh kredit borcundan 27 avqust 2020-ci il tarixdə nəqd olaraq 4705,40 manat və 1329,32 manat məbləğlər Kapital Bank ASC-nə ödənilmişdir. Həmçinin Cavabdeh ilə Kapital Bank ASC arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası olaraq Kapital Bank ASC tərəfindən zamin İddiaçı əmək haqqından 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020-ci il tarixdə 971,30 manat olmaqla cəmi 2423,72 manat məbləğində tutulmalar aparılmışdır. İddiaçı iddia tələbində cavabdehin Kapital Bank ASC qarşısındakı kredit öhdəliklərinin icrası olaraq həmin məbləğdə deyil, daha yüksək bir məbləğdə, yəni cəmi 9659,96 manat vəsaitin Kapital Bank ASC-nə ödənildiyini bildirməsinə, bununla bağlı Kapital Bank ASC-nə 27 avqust 2020-ci il tarixdə 1197,52 manat pul vəsaitinin də ödənilməsinə dair qəbzi iddia ərizəsinə əlavə etməsinə baxmayaraq, Kapital Bank ASC-dən əldə edilmiş məlumatlardan İddiaçı tərəfindən 27 avqust 2020-ci il tarixdə 1197,52 manat məbləğin digər bir müqavilə üzrə deyil, məhz İddiaçılə KapitalBank ASC arasında bağlanmış 17 avqust 2019-cu il tarixli, BBLK0988321A170 nömrəli kredit müqaviləsi üzrə ödənildiyi müəyyən edilmişdir. Cavabdeh da məhkəmə iclasında verdiyi izahatında 1197,52 manat pul vəsaitinin İddiaçı tərəfindən onun kredit borcuna görə ödənilmədiyini göstərmişdir. Həmçinin, İddiaçı tərəfindən 4705,40 manat, 1329,32 manat və 2423,72 manat pul vəsaitlərindən əlavə olaraq Cavabdeh əvəzindən Kapital Bank ASC-nə hər hansı bir pul vəsaitinin ödənilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

9. Buna görə də, məhkəmə Kapital Bank ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin İddiaçı tərəfindən Kapital Bank ASC-nə cəmi 8458,44 manat pulun ödənilməsini qəbul etmişdir.

10. İşin bu halları cavabdehin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir.

11. İddiaçı tərəfindən Cavabdeh ilə Kapital Bank ASC arasında 16 mart 2019-cu il tarixdə bağlanmış 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin İddiaçı KapitalBank ASC-nə cəmi 8458,44 manat pulu ödəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, Cavabdeh həmin vəsaitin onun tərəfindən iddiaçıya hissə-hissə, həmçinin Mersedec 190 markalı avtomaşının verilməsi yolu ilə ödənildiyini bildirməklə iddia tələbini qəbul etməmişdir. Lakin Cavabdeh özü məhkəmə iclasında verdiyi izahatında iddiaçıya hissə-hissə ödənişlər aparmasına dair məhkəməyə təqdim edəcək heç bir sübutunun olmadığını bildirmiş, iddiaçıya olan 4800 manat pul vəsaitinin ödənişinin təsdiqi məqsədi ilə məhkəməyə şahid dəvət etməsinə baxmayaraq, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində həmin nəqliyyat vasitəsinin dəyəri, hansı məbləğdə borcun müqabilində iddiaçıya təhvil verilməsi, avtomobilin təhvil verilməsindən sonra cavabdehin iddiaçı qarşısında nə kimi borcunun qalması, buna iddiaçının münasibəti barədə heç bir fikir ifadə edə bilməmişdir. Bu baxımdan məhkəmə şahid X1 ifadəsini iş üzrə mötəbər sübut kimi qəbul etmir.

12. İddiaçı 8458,44 manat pulu əvəzindən ödədiyi Cavabdeh tələb etməkdə haqlı olsa da, həmin məbləğdən əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehin əvəzindən ödədiyini təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etmədiyindən 8458,44 manatdan əlavə olaraq 1201,52 manat pul vəsaitini cavabdehdən tələb etməkdə haqlı deyildir.

13. Məhkəmə iddia tələbini qismən əsaslı hesab etdiyindən cavabdehdən iddiaçının xeyrinə məhz tələbin əsaslı hesab edildiyi həcmdə dövlət rüsumu tutulmalıdır.

14. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 8458,44 manat pul və ödənilmiş 104,59 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddianın qalan hissəsi təmin edilməməlidir.

15. İddia qismən təmin edildiyindən iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 117 manat dövlət rüsumunun 12,41 manatı İddiaçı özünə aid edilməlidir.

16. Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(075)-440/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 8458,44 manat pul və ödənilmiş 104,59 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 389, 442, 448, 475, 739 və 740-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

18. İşdə olan KapitalBank ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsindən görünür ki, KapitalBank ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik faiz dərəcəsi 26,9 faiz olmaqla 7000 manat məbləğində kredit verilmişdir.

19. İşdə olan KapitalBank ASC ilə İddiaçı arasında bağlanmış 16 mart 2019-cu il tarixli, Z-170GTKR0209549AA nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı KapitalBank ASC ilə Cavabdeh arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısındakı kredit öhdəliklərinin icrasında məsuliyyəti öz üzərinə götürmüşdür.

20. İşdə olan KapitalBank ASC-nin Şəki filialı tərəfindən 02 mart 2022-ci il tarixdə verilmiş hesabdan çıxarışlardan görünür ki, müştəri Cavabdeh Kapital Bank ASC-nə olan kredit borcundan İddiaçı tərəfindən 27 avqust 2020-ci il tarixdə 1329,32 manat və 4705,40 manat məbləğlər Kapital Bank ASC-nə ödənilmişdir. Həmçinin Cavabdeh ilə Kapital Bank ASC arasında bağlanmış 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası olaraq Kapital Bank ASC tərəfindən zamin İddiaçı əmək haqqından 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020ci il tarixdə 971,30 manat olmaqla cəmi 2423,72 manat məbləğində tutulmalar aparılmışdır.

21. İşdə olan KapitalBank ASC-nin Şəki filialının 08 aprel 2022-ci il tarixli, 79 nömrəli məktubundan görünür ki, İddiaçı tərəfindən KapitalBank ASC-nin Şuşa filialına 27 avqust 2020-ci il tarixdə ödənilmiş 1197,52 manat məbləğ BBLK0988321A170 nömrəli kredit müqaviləsi üzrə ödənilmişdir. Həmin kredit müqaviləsi üzrə zaminlik müqaviləsi mövcud deyildir.

22. İşdə olan KapitalBank ASC ilə İddiaçı arasında bağlanmış 17 avqust 2019-cu il tarixli, BBLK0988321A170 nömrəli kredit kartına dair müqavilədən görünür ki, həmin müqavilə əsasında bank tərəfindən müştəriyə kart təqdim edilmişdir.

23. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, iddiaçı X5 ilə birlikdə Şəki şəhərində yerləşən N saylı hərbi hissədə işləmişdir. İddiaçı ilə bir yerdə işlədiyi dövrdə, yəni 2019- cu ilin əvvəllərində o, Kapital Bank ASC-nin Şəki filialından 7000 manat kredit götürmüş və iddiaçı X5 da ona zamin durmuşdur. Həmin tarixdə onunla KapitalBank ASC-nin arasında kart krediti ilə də bağlı müqavilə imzalanmışdır. 24 oktyabr 2019-cu il tarixdə o, Şəki şəhərində yerləşən N saylı hərbi hissədən ehtiyyata buraxılmışdır. İşdən azad edildiyi tarixədək o, Kapital Bank ASC-dən götürdüyü, X2 da zamin durduğu kredit müqaviləsi üzrə hər ay 350 manat olmaqla kredit borcundan ödənişlər etmişdir. O, işdən azad edildikdən sonra iddiaçı ilə banka olan kredit borcunun cavabdehin əmək haqqından tutulmasını, onun tərəfindən isə X2 əmək haqqından tutulan məbləğlərin ödəniş terminalı vasitəsi ilə X3 göndərilməsini razılaşdırmışlar. O, bu minvalla 7-8 ay müddətində X2 əmək haqqı kartına ödəniş terminalı vasitəsi ilə razılaşdığı məbləği ödəmişdir. Bundan sonra X5 onun tərəfindən aparılan ödənişlərin özünün deyil, qayınatasının kartına yüklənməsini ona təklif etmişdir. O da 7-8 ay ərzində iddiaçı ilə razılaşdırdığı kimi həmin məbləği X2 qayınatasının, kartına ödəmişdir. Bundan sonra iddiaçı X5 onunla telefon əlaqəsi saxlayaraq həmin məbləğlərin onun gizir yoldaşının kartına ödənilməsini təklif etmişdir. O da buna etiraz etmədən 2 ay müddətində iddiaçının gizir yoldaşının əmək haqqı kartına hər ay 350 manat olmaqla pul məbləğlərini ödəmişdir. Nəhayət 2021-ci ilin fevral ayında onun iddiaçıya 4800 manat borcu qalmışdır. Həmin vaxt o, iddiaçı ilə telefonla danışaraq iddiaçıya olan qalıq borcunun ona məxsus Mersedes markalı avtomaşının iddiaçıya verilməsi yolu ilə bağlanmasına razılaşmışdır. Belə ki, o, bu məqsədlə özünə məxsus Mersedes 190 markalı avtomaşını 4800 manat borc əvəzi iddiaçıya təqdim etməsi üçün iddiaçının əmisi oğlu Şəhadətə vermişdir. Həmçinin bu məqsədlə notariatda Şəhadətə baş etibarnamə də vermişdir. Şəhadət də ondan qəbul etdiyi avtomaşını iddiaçı X3 təhvil vermiş və İddiaçı 2021-ci ilin oktyabr ayında ona zəng vurub demişdir ki, “sənin daha mənə heç bir borcun yoxdur”. Məhz bu sözünə görədir ki, iddiaçı Şəki rayon məhkəməsində keçirilən iclaslara gəlməmiş və ərizə göndərərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə 27 avqust 2020-ci il tarixli qəbzlərini əlavə etdiyi 4705,40 manat və 1329,32 manat məbləğləri iddiaçı nəqd olaraq onun Kapital Bank ASCdən götürdüyü kredit məbləği ilə bağlı onun əvəzindən banka ödəmişdir. Həmçinin iddiaçının iddia ərizəsində göstərdiyi və iddia ərizəsinə əlavə etdiyi ödəniş kartı üzrə çıxarışda qeyd edilən 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020- ci il tarixdə 971,30 manat tutulmalar iddiaçının əmək haqqından məhz onun KapitalBank ASC-dən götürdüyü kreditin ödənilməsi üçün tutulmuşdur. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi, həmçinin bununla bağlı iddia ərizəsinə qəbzini əlavə etdiyi 1197,52 manat məbləğ iddiaçı tərəfindən onun borcuna görə ödənilməmişdir və həmin 1197,52 manat məbləğin onun kredit borcuyla heç bir əlaqəsi yoxdur. O, əslində iddiaçıya olan borcunu ödəniş terminalları vasitəsi ilə iddiaçının özünün və iddiaçının dediyi digər şəxslərin kartlarına ödəmiş, həmçinin borcun bir hissəsinin əvəzi olaraq iddiaçıya avtomaşın vermişdir. Lakin ödənişlər bank vasitəsi ilə aparılmadığından iddiaçının onun əvəzindən ödədiyi borcun iddiaçıya qaytarılmasına dair zəruri sübutları məhkəməyə təqdim edə bilməmişdir.

25. X2 qohumu da onun Cəlilə maşın verdiyini təsdiq edir. Görəsən o “Mersedes 190” markalı avtomaşını nəyin müqabilində Cəlilə vermişdi. Təbii ki, 4800 manat borcun müqabilində. Təbii ki, Şəhadət onun qohumu kimi üzərindən xeyli müddət keçdiyinə görə Cəlilin onun tərəfindən ona olan borcunun tam şəkildə ödənilib-ödənilməməsi kimi fikirləri işlədib-işlətməməsini hazırda xatırlamaması təbii haldır. Hər halda o da qohumu olduğu üçün onunla üz-göz olmaq istəməmişdir. Amma məhkəmə işin bu halını tam və ətraflı araşdırsaydı onun X3 borcunu tam şəkildə ödədiyini görəcəkdir.

26. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)- 440/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

29. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 739-cu maddəsinə əsasən müqavilə iştirakçılardan bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

33. Cavabdeh Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-440/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, qətnamənin iddianın rədd edilmiş hissəsində nə üçün ləğv edilməli olduğunu əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 24-25-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin özünün də qeyd etdiyi kimi, göstərdiklərini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim edilmədiyindən qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır.

Kapital Bank ASC ilə Cavabdeh arasında 16 mart 2019-cu il tarixli, 170GTKR0209549AA nömrəli kredit müqaviləsi və həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Kapital Bank ASC ilə İddiaçı arasında 16 mart 2019-cu il tarixli, Z170GTKR0209549AA nömrəli zaminlik müqaviləsinin bağlanması, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməməklə KapitalBank ASC-nə olan kredit borcunu ödəməməsi, İddiaçı tərəfindən 16 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh kredit borcundan 27 avqust 2020-ci il tarixdə nəqd olaraq 4705,40 manat və 1329,32 manat məbləğlər Kapital Bank ASC-nə ödənilməsi, həmçinin İddiaçı əmək haqqından 27 aprel 2020-ci il tarixdə 0,23 manat, 30 aprel 2020-ci il tarixdə 100 manat, 14 may 2020-ci il tarixdə 743,90 manat, 19 iyun 2020-ci il tarixdə 608,29 manat, 21 iyul 2020ci il tarixdə 971,30 manat olmaqla cəmi 2423,72 manat məbləğində tutulmalar aparılması işin mübahisəsiz hallarındandır. İddiaçı tərəfindən Cavabdeh ilə Kapital Bank ASC arasında 16 mart 2019-cu il tarixdə bağlanmış 170GTKR0209549AA nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini olaraq zamin İddiaçı Kapital Bank ASC-nə cəmi 8458,44 manat pulu ödəməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına baxmayaraq, Cavabdeh həmin vəsaitin onun tərəfindən iddiaçıya hissə-hissə, həmçinin Mersedes 190 markalı avtomaşının verilməsi yolu ilə ödənildiyini bildirməklə iddia tələbini qəbul etməsə də, o, bildirdiklərini təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi bu qətnamənin 8-11-ci bəndlərində qeyd olunmuş əsaslarla, yuxarıda göstərilmiş hallar da nəzərə alınmaqla, iddianı qismən təmin etməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-440/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(075)-440/2022 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar