Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-157/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, Şəki rayonu İkinci Biləcik kəndində yerləşən, fərdi yaşayış evi üçün nəzərdə tutulmuş torpaq sahəsindən çıxarılması və ona məxsus olan torpaq sahəsindən istədiyi kimi istifadə edilməsində cavabdeh tərəfindən ona qarşı edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiiyat Nazirliyinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı mülkiyyətinə yaradılmış maneələrin aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsinin ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbinin dəyişdirilməsi barədə ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi X9 kitabında 17avqust 2009-cu il tarixdə, A№195500 – 2420 nömrə ilə uçota alınmışdır. Lakin atasından miras qalmış torpaq sahəsindən bu günə kimi istifadə edə bilmir. Belə ki, Şəki rayonu, Baqqal kənd sakini Cavabdeh həmin torpaq sahəsini 2005-ci il tarixdən zəbt etmiş, həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Cavabdehdən dəfələrlə həmin torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamış, kənd bələdiyyəsinin və kənd icra nümayəndəsinin rəsmi sənədlərinə məhəl qoymayaraq həmin torpaq sahəsindən konkret olaraq çıxmayacağını bildirmişdir. Bundan başqa o, Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmişdir. Reyestr Xidməti isə torpaq sahəsinin digər şəxsin istifadəsində olmaqla ərazidə mübahisə olduğundan ərizənin icrasının mümkün olmadığını və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə baxılmalı olduğu bildirilmişdir. Hal-hazırda da cavabdeh onun hüquqlarını pozaraq ona məxsus olan torpaq sahəsindən çıxmır və ona məxsus olan torpaq sahəsində hər hansı bir işi görməyə maneəçiliklər törədir. Ona görə də, indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 09 sentyabr 2002-ci il tarixli, 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mərhum atası X2 1226 kv.m torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə ərizə ilə müraciət edərək İkinci Biləcik kəndində yerləşən 0.1226 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etməsinə baxmayaraq Şəki rayonu, Baqqal kənd sakini Cavabdeh həmin torpaq sahəsini zəbt edərək, həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyindən, Reyestr Xidməti isə torpaq sahəsinin digər şəxsin istifadəsində olduğundan və iş üzrə mübahisə olduğundan torpaq sahəsinə çıxarış verilməsindən imtina etmişdir.
6. Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşlarının ölçü işlərinin aparılması ilə bağlı İddiaçı mülkiyyətinə yaradılmış maneələr aradan qaldırılmaqla istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 158, 159 və 560-cı maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 07 avqust 2003-cü il tarixli ölüm haqqında şəhadətnamə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 oktyabr 2021-ci il tarixli cavab məktubu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2021-ci il tarixli cavab məktubu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 fevral 2022-ci il tarixli cavab məktubu Azərbaycan Respublikası Şəki rayonu X5 tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli, 02 nöməli arayış Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1155/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərarı
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnaməni qeyriobyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.
11. Ona görə də, Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)- 22/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olamdan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 169.1-ci maddəsinin tələblərinə əsasən yalnız Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. Hazırki işə apellyasiya qaydasında baxılarkən Cavabdeh məhkəməyə vəsatət göndərərək göstərmişdir ki, “Şəki rayon Baqqal kəmində mənə tərdi yaşayış evi tikmək üçün Şəki Rayon AİK-nın xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə 1258 53 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpağa dair mənə AN 195501 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədi işlənib verilmişdir. Bundan əlavə mənə ayrılan torpaq sahəsinə bitişik ərazidə 12 sot torpaq sahəsi zəbtimdə olduğundan həmin torpaq sahəsi zəbt olaraq mənim istifadəmə verilmişdir. Mən zəbtimdə olan bu torpaq sahəsini islahat vaxtından istifadə edirəm. Lakin torpaq sahəsinə hazıradək sənəd verilməmişdir. Şəki rayon İkinci Biləcik kənd sakini İddiaçı mənim zəbtimdə olan torpaq sahəsinin onun olduğunu iddia edərək mənə qarşı məhkəmədə iddia qaldırmışdır. İddiasının əsası olaraq da ona verilən 17 avqust 2009-cu il tarixli, AN № 195500 torpaq sahəsinin planı və ölçüsü sənədini əsas gətirir. Halbu ki, həmin torpaq sahəsi hələ islahatdan qabaq mənim istifadəmdə olmuş və hazırda da 195500 nömrəli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsi "X3 Uçotu informasiya Sistemi" proqramında mənim istifadəmdə olması uçota alınmışdır. Həmçinin göründüyü kimi mübahisələndirdiyi 17 avqust 2009-cu ıl tarixli, AN № 195500 torpaq sahəsinin planı və ölçüsü sənədi 2009-cu ildə verilmişdir ki, həmin vaxtı artıq X4 mövcud deyildi. 17 avqust 2009-cu il tarixli, AN № 195500 torpaq sahəsinin planı və ölçüsü sənədi tamamilə saxtadır. O, Şəki Rayon Məhkəməsinə cavabdehlər İddiaçı və AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin-12 saylı Şəki Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin planı və ölçüsü sənədini etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Həmin mülki iş üzrə yekun qərar qəbul edilənə və qəbul ediləcək qərar qanuni qüvvəsini alana kimi hazırkı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş edir.” Həmin vəsatətə əsasən 2(075)-540/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi işin icraatı dayandırılmışdır. Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-540/2024 nömrəli mülki iş üzrə icraata 14 mart 2024-cü il tarixli qərardadla xitam verilmişdir. Həmin qərardad Şəki Apellyasiya Məhkəməsinin 21 may 2024-cü il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
21. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 5-ci bəndində göstərilmiş əsaslandırmasında haqlı olsa da, iddia tələbini istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi hissəsində də təmin etməkdə haqlı olmamışdır. Belə ki, torpaq sahəsinin ölçülməsi hazırki iş üzrə Cavabdeh deyil, AR iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin-12 saylı Şəki Ərazi İdarəsinin səlahiyyətində olan məsələdir. Yəni, iddia tələbi həmin hissədə ona cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. MPM-in 54.1-cü maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə iddiaçı iddia tələbini Cavabdeh qarşı qaldırmışdır. Ona görə də, hazırki halda, işə mövcud tələb üzrə baxılmalı və iddia tələbinin həmin hissəsi ona cavab verməli olmayan şəxsə qarşı qaldırıldığından rədd edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı məhkəmə kollegiyasına xx.xx.2024cü il tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədlərini təqdim edərək mübahisəli torpaq sahəsində ölçmə işlərinin aparılaraq müvafiq sənədlərin verildiyini, bütün bunlara baxmayaraq, cavabdehin yenə də onun öz torpaq sahəsindən istifadəsinə maneəçilik törətdiyini bildirmişdir. Həmin sənədlər birinci instansiya məhkəməsində hazırda mübahisələndirilən qətnamə qəbul edilərkən mövcud olmadığından hazırki apellyasiya icraatı qaydasında araşdırma zamanı nəzərə alınmamışdır.
22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsi qismən istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(075)-22/2023 nömrəli qətnaməsi qismən - istifadəsində olan torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.