Məhkəmə qərarları › İş №2(107)-1573/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1573/2021

07.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1573/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki şəhəri 17 nöməli tam orta məktəbinə və 4 saylı Ərazi X2rşı “işə bərpa məcburi iş buraxma müddəti üçün pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: iddia- işə bərpa, məcburi iş buraxma müddəti üçün pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbin direktoru Nümayəndə1, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbin vəkili X1, üçüncü şəxs Cavabdeh2 nümayəndəsi Nümayəndə2,iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsindən cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrin ləğv edərək, əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edib, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020- ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısının 4 saylı Oğuz Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nöməli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nöməli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş 08 iyun 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş 23 oktyabr 2019-cu il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı İddiaçı həmin məktəbdə işlədiyi müddətdə öz işinin öhdəsindən lazımınca gəlmişdir. Lakin, buna baxmayaraq, hər hansı bir qanuni əsas olmadan və ona xəbərdarlıq edilmədən əsassız olaraq 12 iyun 2020-ci il tarixli əmrlə 16 iyun 2020-ci il tarixdən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə iddiaçı İddiaçı işdən azad edilmişdir. Halbuki iddiaçı işdən çıxarılması ilə bağlı heç bir qanun pozuntusuna yol verməmiş, İddiaçı ilə cavabdeh məktəbin arasındakı əmək münasibətinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edə biləcək heç bir sənəd də mövcud deyildir. Bir sözlə Şəki şəhəri 17 nöməli tam orta məktəbinin İddiaçı işdən azad edilməsi ilə bağlı 12 iyun 2020-ci il tarixdə verdiyi əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (bundan sonra cavabdeh və ya Şəki şəhəri 17 nömrəli tam orta məktəb, 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi) qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilərək cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbin direktoru Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(075)-1025/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov sədrliyi və məruzəsi ilə, hakimlər M.Hüseynov və E.Hüseynovdan ibarət tərkibdə, iş № 2(107)-2283/2020) cavabdeh Şəki şəhəri 17 saylı tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X2rşı Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli 2(107)-2283/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20.05.2021-ci il tarixli, 2(102)-2707/2021 nömrəli qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2283/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (bundan sonra cavabdeh və ya Şəki şəhəri 17 nömrəli tam orta məktəb, 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi) qarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilərək cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nöməli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbinə ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nöməli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. İddiaçı İddiaçı 15 sentyabr 2012-ci il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmiş və o, 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı ilə Şəki şəhəri 17 nöməli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. İddiaçı da əsassız olaraq işdən azad edildiyini göstərərək iddianı müdafiə etmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Şəki şəhəri 17 nöməli tam orta məktəbinə 15 sentyabr 2016-ci il tarixdən rizaziyyat müəllimi təyin edilərkən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin, 3 ildən artıq müddət keçdikdən sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanmasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinın hansı hallarda müəyyən müddətə bağlanıla bilməsi dəqiq olaraq sadalanmışdır. Həmçinin, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində işləməsi ilə bağlı müddət müəyyən edilmiş əmr verilərkən həmin əmrdə İddiaçı ilə müddətsiz deyil, hansı əsaslara görə müddətli əmək müqaviləsi bağlanması göstərilməmiş, həmin tarixdən sonra müddətli əsasla və hansı müddətə əmək münasibətlərinin davam etdirilməsini nəzərdə tutan əmək müqaviləsi nə iddiaçı, nədə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı da həmin münasibətlərin müddətli olması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsasların olmadığı müəyyən edilmişdir. Bundan başqa Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru tərəfindən İddiaçı vəzifəsindən azad edilməsi barədə verdiyi əmrdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin məhz 16 iyun 2020-ci il tarixdə bitdiyi əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması əsas götürülərək Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək 16 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir. Halbuki, cavabdeh tərəfdən iddiaçı ilə aralarındakı əmək münasibətlərinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru əmək qanunvericilinin tələblərini pozaraq İddiaçı işdən azad edilməsi barədə əmr vermişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru iddianın təmin edilməsinə etiraz etməyərək qanuni qətnamə çıxarılmasını, digər cavabdeh 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi isə iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmalıdır. İşəgötürən, yəni cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru Əmək Məcəlləsinin 68 və 70-ci maddələrində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsi əsaslarını diqqətə almadan, həmin Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, İddiaçı ilə əmək münasibətlərinə xitam verdiyindən, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmr ləğv edilməli, İddiaçı əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısı 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əmək Məcəlləsinin2-ci, 3-cü, 8-ci, 45-ci, 47-ci, 68-ci, 69-cu, 70-ci, 71ci, 73-cü, 74-cü, 75-ci, 76-cı, 79-cu, 300-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı əsas iş yeri Şəki şəhər 18 nömrəli tam orta məktəbdir. O, həmin məktəbin riyaziyyat müəllimi kimi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində Cavabdeh1 riyaziyyat müəlliminə ehtiyac olduğu üçün İddiaçı ikinci iş yeri kimi şəhər 18 №-li tam orta məktəbdən müddətli müqavilə ilə dəvət olunmuşdur. Həmin tədris ili başa çatdıqdan sonra 14 iyun 2017-ci ildə onunla bağlanmış müqaviləyə xitam verilmişdir. Bundan sonra mütəmadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müqavilə bağlanılmışdır. Görüldüyü kimi, hər il iyun ayında iddiaçı ilə bağlanılmış müqaviləyə xitam verilmişdir. İddiaçı 2016-cı il tarixli, 45 №-li əmrdən şikayətçi olduğunu göstərmişdir. Həmin əmrlə İddiaçı 14 iyun 2017-ci il tarixdə işdən azad edilmişdir. İddiaçının əmrdən 3 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi qanunauyğun hesab olunmur. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti 16 iyun 2020-ci ildən başlayaraq işə bərpa olunduğu günə qədər orta əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı İddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda qeyd edilir ki, 15 sentyabr 2016-cı il tarixdə X3 ilə cavabdehin iddia etdiyi kimi müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə 14 iyun 2017-ci il tarixdə xitam verilməmiş və bu barədə əmək müqaviləsi bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasına vurulmamışdır. Daha sonra cavabdeh apellyasiya şikayətinin növbəti abzasında göstərmişdir ki, “Bundan sonar mütəmadi olaraq hər il sentyabr ayının 15-dən iyun ayının 15-dək müqavilə bağlanılmışdır” Cavabdehin növbəti yanlış iddiası ilə bağlı bildirir ki, cavabdehlə iddiaçı arasında bağlanılmış yalnız 1 əmək müqavilsəi mövcuddur. Həmin müqavilə də 15 sentyabr 2016-cı il tarixində bağlanılmış müddətsiz əmək müqaviləsidir. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq iş üzrə birinci instansiya məhkəməsinin 08.09.2020-ci il tarixli 2(075)- 1025/2020 saylı qətnaməsində və Ali Məhkəmənin 20.05.2021-ci il tarixli 2(102)- 2707/2021 saylı qərarında göstərilən hüquqi mövqeyi nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etməyini Məhkəmə Kollegiyasından xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbin direktoru Nümayəndə1 və vəkili X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə bərpa olunmasını və məcburi iş buraxma müddəti 16 iyun 2020-ci ildən başlayaraq işə bərpa olunduğu günə qədər orta əmək haqqının ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 08.09.2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iş üzrə qanuni qərar qəbul olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən: Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda , bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, işəgötürən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilir; İşçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsini cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsi cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nöməli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbinə ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nöməli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. İddiaçı İddiaçı 15 sentyabr 2012-ci il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmiş və o, 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə İddiaçı ilə Şəki şəhəri 17 nöməli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, İddiaçı Şəki şəhəri 17 nöməli tam orta məktəbinə 15 sentyabr 2016-ci il tarixdən rizaziyyat müəllimi təyin edilərkən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin, 3 ildən artıq müddət keçdikdən sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanmasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Həmçinin, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nöməli tam orta məktəbində işləməsi ilə bağlı müddət müəyyən edilmiş əmr verilərkən həmin əmrdə İddiaçı ilə müddətsiz deyil, hansı əsaslara görə müddətli əmək müqaviləsi bağlanması göstərilməmiş, həmin tarixdən sonra müddətli əsasla və hansı müddətə əmək münasibətlərinin davam etdirilməsini nəzərdə tutan əmək müqaviləsi nə iddiaçı, nədə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru tərəfindən İddiaçı vəzifəsindən azad edilməsi barədə verdiyi əmrdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin məhz 16 iyun 2020-ci il tarixdə bitdiyi əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbi ilə İddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması əsas götürülərək Şəki şəhəri 17 nöməli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək 16 iyun 2020-ci il tarixdən işdən azad edilmişdir. Halbuki, cavabdeh tərəfdən iddiaçı ilə aralarındakı əmək münasibətlərinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru əmək qanunvericilinin tələblərini pozaraq İddiaçı işdən azad edilməsi barədə əmr imzalamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas deyildir. Yüksək Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının qanuni göstərişlərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arsındakı münasibətə düzgün hüquqi qiymət vermiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Tərəflər arasında bağlanmış istənilən müddətli müqavilənin onların hüquq bərabərliyi prinsipinə əməl edilməklə qarşılıqlı razılıq əsasında bağlanmış müqavilə kimi qiymətləndirilməsi Əmək Məcəlləsinin ümumi prinsiplərinə, 45 və 47-ci maddələrinin təyinat və məqsədlərinə zidd olmaqla ümumiyyətlə həmin maddələri əhəmiyyətsiz normaya çevirmiş olardı. Kollegiya qeyd etməyi vacib bilir ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunusuz olması ilə bağlı sübutetmə yükünün bütünlüklə və birmənalı olaraq işçinin üzərinə qoyulması əsaslı və qanuni hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasındadır (Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi). Mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşəgötürən işçi ilə əmək münasibətlərinin rəmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bu baxımdan Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə 1 illik müqavilənin bağlanması əmək qanunvericiliyinin yuxarıda sadalanan tələblərinə uyğun hesab edilə və belə işçi ilə bağlanmış yeni müqavilə müddətli hesab oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsi cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli, 2(075)-1025/2020 saylı qətnaməsi cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar