Məhkəmə qərarları › İş №2(107)-1575/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1575/2021

29.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1575/2021 29.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X13 iştirakı ilə İddiaçı cavabdeh ünvan 3 və üçüncü şəxs X14 qarşı məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsindən üçüncü şəxs X20 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli (hakim Tural Həsənov) qətnaməsi ilə iddia təmin edilmiş, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququnun tanınması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində ona çatacaq paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, mərhum anası X2 miras qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 2/6 hissəsi üzərində iddiaçının məcburi paya vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Üçüncü şəxs Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi birinci instansiya məhkəməsinin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X32 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçının anası X10 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Qeyd olunan miras əmlakların qəbulu ilə bağlı iddiaçı tərəfindən 04 fevral 2019-cu il tarixdə ünvan 3 müraciət olunmuşdur. İddiaçının bacısı X19 isə 26 fevral 2019-cu il tarixli ərizəsi ilə ünvan 3 müraciət edərək miras əmlaklardan özünə çatacaq paydan iddiaçının xeyrinə imtina etmişdir. Həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə 29 avqust 2019-cu il tarixdə iddiaçı tərəfindən ünvan 3 müraciət olunmuş, lakin ünvan 1rə üçüncü şəxs X20 ilə arasında mübahisə olduğu əsası ilə 29 avqust 2019-cu il tarixli, 735 nömrəli məktubla həmin əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Həmçinin iddia verdikdən sonra onlara məlum olmuşdur ki, iddiaçının mərhum anası X10 üçüncü şəxs X14 əmlaklarını vəsiyyətnamə əsasında vəsiyyət etmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X20 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, anası X10 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Sonuncudan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və 0,04 ha həyətyanı torpaq sahəsi (1/4 hissəsi), o cümlədən Zaqatala rayonu Fındıqlı kəndində 3,06 ha, 4,04 ha və 0,1159 ha (1/4 hissəsi) kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Həmin əmlaklardan hazıradək o, istifadə edir. Bundan başqa, mərhum anası qeyd olunan əmlakları 16 noyabr 2018-ci il tarixdə vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir. İddiaçı isə həmin əmlaklardan heç vaxt istifadə etməmişdir, ona və digər bacısına həmin mirasdan pay düşmür. Mərhum anası həmin əmlakları ancaq ona vəsiyyət etmişdir. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X20 apelyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1880/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1880/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X20 və onun vəkili X25 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarı ilə üçüncü şəxs X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (107)-1880/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Üçüncü şəxs X20 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə hakim tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamışdır. İddiaçı mərhum anasına baxmamış, ona işgəncə vermiş, mərhum anası bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin faktları təsdiq edəsi şahidləri mövcuddur, həmin əmlaka dair onun vərəsəlik hüquqları pozulduğundan çıxarılan bu qətnaməni əsassız hesab edir. Həmin qətnamə ilə razı deyil, narazıdır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)- 348/2020 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X32 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi, İddiaçı və üçüncü şəxs X20 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Üçüncü şəxs X20 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş vəməhkəmə iclasını təxir edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, proses iştirakçılarının çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2021-ci il tarixli qərarı ilə üçüncü şəxs X20 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (107)-1880/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən 17 noyabr 1973-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı 385240 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 13 fevral 1959-cu il tarixdə anadan olmuş, onun atası X18, anası isə X5r. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən 22 noyabr 1961-ci il tarixdə verilmiş A3 seriyalı 020759 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 20 noyabr 1961-ci il tarixdə anadan olmuş, onun atası X18, anası isə X5r. İşdə olan Zaqatala rayonu VVAQ şöbəsi tərəfindən 27 iyun 1985-ci il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 450615 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 ilə X21 27 iyun 1985-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 66 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Poladov”, arvad isə “Poladova” soyadını qəbul etmişlər. İşdə olan Zaqatala rayon Maqov kənd ərazi nümayəndəliyi tərəfindən 02 fevral 2019cu il tarixdə verilmiş AZ-İ 987000 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 24 dekabr 2018-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 yanvar 2019-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşdə olan İddiaçı ünvan 3 ünvanladığı 04 fevral 2019-cu il tarixli ərizəsindən görünür ki, Poladova X22 rayon 2 saylı Notariat Ofisinə ərizə ilə müraciət edərək Zaqatala rayonu Fındıqlı kəndində yaşayan anası X3 24 dekabr 2018-ci il tarixdə öldüyünü, onun əmlakına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İşdə olan X9 ünvan 3 ünvanladığı 26 fevral 2019-cu il tarixli ərizəsindən görünür ki, X19 ünvan 3 ərizə ilə müraciət edərək 24 dekabr 2018-ci il tarixdə vəfat etmiş anası X2 bütün əsaslarla miras qalmış əmlaka dair ona düşən paydan, vərəsəlikdən 13 fevral 1959cu il təvəllüdlü İddiaçı xeyrinə imtina etdiyini göstərmişdir. İşdə olan ünvan 2 ünvanladığı 29 avqust 2019-cu il tarixli 735 nömrəli məktubdan görünür ki, mərhum 24 dekabr 2018-ci il tarixdə ölmüş X2 miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsəsi olan qardaşı-X20 ilə arasında mübahisə olduğunu bildirmişdir. Odur ki, mübahisəli işin notariat qaydasında həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Seriya RX ******* nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, **********47 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha kənd təsərrüfatı təyinatlı (çoxillik əkmələr) torpaq sahəsi tam mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 92 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində 30 aprel 2016-cı il tarixdə qeydiyyata alınmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0275 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X6 Zaqatala rayonu Dövlət Notariat Kontorunun 4-Ə-57 saylı alqısatqı müqaviləsi ilə satılmış cizgidə göstərilən sərhəd daxilində 3,06 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 12 nömrə ilə 16 may 2005-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair JN-968F seriyalı, kod 40201004 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Mamedova Rəhmey, X20, X11 və X7 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005- ci il tarixli 117 saylı qərarı ilə 0,04 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İşdə olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunun təsdiq olunmuş surətindən görünür ki, keçmiş DTİ və MHQİ-nin arxiv fonduna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alınmışdır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0072 seriyalı, kod 40212077 saylı Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, X10, X16, X12 və X4 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 0,1159 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş, həmin dövlət aktı qeydiyyat kitabında 23857 nömrə ilə 04 avqust 2000-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən 16 noyabr 2018ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Fındıqlı kəndində yaşayan X10 ona məxsus olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və fərdi yaşayış evini, pay torpağını və ona məxsus olan bütün əmlakını oğlu X14 vəsiyyət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli əmlaklar iddiaçının anası Rəhimə Məmmədovaya məxsus olub və o, öz sağlığından bütün əmlakını oğlu Mehdi Qurbanova vəsiyyət edib. Rəhimə Məmmədovanın ölməsi ilə ondan miras qalmış əmlaka vərəsəlik açılıb. Miras qoyan Rəhimə Məmmədovanın beş vərəsəsi olub və onlardan ikisi, yəni İddiaçı və Səidə Tagibova notariat orqanına müraciət edərək miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş ediblər. Mehdi Qurbanov isə mərhum anası Rəhimə Məmmədovadan miras qalmış əmlakları faktiki idarə etməklə qəbul edib. Ona görə də iddia təmin edilərək, miras əmlakın 2/6 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdən görünür ki, Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 3,06 ha; 4,04 ha torpaq sahələri tam, 4,16 ha torpaq sahəsinin ¼ hissəsi; habelə 0,04 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi Rəhimə Məmmədovanın mülkiyyətində olub. Eyni zamanda, Zaqatala rayon ZDSnin İcraiyyə Komitəsinin 11 may 1959-cu il tarixli, 01 saylı protokol-qərarı ilə Rəhimə Məmmədovaya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılıb. 1961-ci ildə Rəhimə Məmmədova tərəfindən ünvan 5 ünvanda fərdi yaşayış evi tikilib və həmin evə dair onun adına 27 iyul 1962-ci il tarixli “Texniki pasport” tərtib edilib verilib. Reyestr Xidməti tərəfindən həmin fərdi yaşayış evi 01 saylı reyestr kitabının 41-ci səhifəsində inventar uçotuna alınıb, lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmayıb. 16 noyabr 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən Rəhimə Məmmədova ölən günədək ona məxsus olan bütün əmlaklarını oğlu Mehdi Qurabanova vəsiyyət edib və 24 dekabr 2018-cü ildə ölüb. X17 Zina, Səidət, Mehdi, Müslüm və Muxtar adlı beş övladı olub. Bundan sonra, 04 fevral 2019-cu il tarixli ərizə ilə İddiaçı notariat orqanına müraciət edərək, 24 dekabr 2018-ci ildə ölmüş anası Rəhimə Məmmədovadan miras qalmış bütün əmlaka dair onun adına qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsini xahiş edib. Eyni zamanda, 26 fevral 2019-cu il tarixli ərizə ilə Səidət Tagibova notariat orqanına müraciət edərək, 24 dekabr 2018-cü il tarixdə ölmüş anası Rəhimə Məmmədovdan miras qalmış əmlaka dair ona düşən paydan bacısı İddiaçı xeyrinə imtina etdiyini bildirib. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 29 avqust 2019-cu il tarixli məktubu ilə isə vərəsələr X36 Poladova arasında miras əmlakla bağlı mübahisə yarandığı sonuncunun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilməsindən imtina edilib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Deməli, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbəli vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür. Mirasda məcburi pay- sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ- ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir. Beləliklə, qanunverici vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətləri iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır. Bundan başqa Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddənin mənasına görə yalnız vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payları vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır, lakin bu zaman vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Digər tərəfdən birinci instansiyası məhkəməsi, X17 birinci növbəli beş vərəsəsindən yalnız İddiaçı və Səidət Tagibovanın notariat ofisinə mirası qəbul etmələri barədə ərizələr verməklə, Mehdi Qurbanovun isə miras əmlaka sahiblik etməyə və miras əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etmələri və Səidət Tagibovanın öz payından bacısı İddiaçı xerinə imtina etdiyi üçün sonuncunun miras əmlakdakı məcburi payının artaraq 2/6 hissədə olması qənaətinə gələrkən də gəldiyi nəticəni əsaslandırmamışdır. Mülki Məcəllənin 1202.1-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X17 miras əmlakından İddiaçı çatası məcburi payı müəyyən edərkən, mirasdan pay almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısını nəzərə almayıb, əksinə vəsiyyət üzrə vərəsə Mehdi Qurbanovu da nəzərə alıb və miras əmlakdan İddiaçı çatası məcburi payı hansı qaydada müəyyən etməsini qətnamədə əsaslandırmayaraq nəticədə qanuni olmayan qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, X1 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/10 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Üçüncü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(033)-348/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. X1 miras qalmış Zaqatala rayonu, Fındıqlı qəsəbəsində yerləşən 4,04 ha və 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi və fərdi yaşayış evinin 1/4 hissəsinin və 0,1159 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/4 hissəsinin 1/10 hissəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar