Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-158/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “mərhum X7ndan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq səhəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə vərəsəlik açılaraq ona düşən payın onun mülkiyyətinə verilməsi tələbi” və Cavabdeh2 cavabdehlər X13, X15, İddiaçı və Cavabdeh1 qarşı “mərhum X7ndan və anası X3 Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə, 0.20 ha həyətyanl torpaq sahəsinin ¼hissəsinə və Qax rayonu Əmircan kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış 0.7827 ha və **********457 reyestr nömrəli Çıxarış 0.2039 ha) torpaq sahəsindən ibarət miras qalan əmlaklara dair mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlaka dair payın müəyyən edilməsi, vəsiyyətnamə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mərhum X7ndan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq səhəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə vərəsəlik açılaraq ona düşən payın onun mülkiyyətinə verilməsi tələbi” və Cavabdeh2 cavabdehlər X13, X15, İddiaçı və Cavabdeh1 qarşı “mərhum X7ndan və anası X3 Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə, 0.20 ha həyətyanl torpaq sahəsinin ¼ hissəsinə və Qax rayonu Əmircan kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış 0.7827 ha və **********457 reyestr nömrəli Çıxarış 0.2039 ha) torpaq sahəsindən ibarət miras qalan əmlaklara dair mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsi tələbi”nə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 2(024)-160/2022 saylı, 27 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı “mərhum X7ndan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq səhəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə vərəsəlik açılaraq ona düşən payın onun mülkiyyətinə verilməsi tələbi” və Cavabdeh2 cavabdehlər X13, X15, İddiaçı və Cavabdeh1 qarşı “mərhum X7ndan və anası X3 Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə, 0.20 ha həyətyanl torpaq sahəsinin ¼hissəsinə və Qax rayonu Əmircan kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış 0.7827 ha və **********457 reyestr nömrəli Çıxarış 0.2039 ha) torpaq sahəsindən ibarət miras qalan əmlaklara dair mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsi tələbinə dair iddia ərizələri məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 15 mart 2022-ci il tarixli qərardadına əsasən mülki işlər bir icraatda birləşdirilmiş və mülki işə 2(024)-160/2022 nömrəsi verilmişdir. 13 aprel 2022-ci il tarixdə iddiaçı Cavabdeh2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mərhum X7ndan və anası X3 miras qalan Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə, 0.20 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə və Qax rayonu Əmrican kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış üzrə 0.7827 ha və **********57 reyestr nömrəli Çıxarış üzrə 0.2039 ha) torpaq sahəsindən ibarət miras qalan əmlaklara dair mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 15 may 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X7nun mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə və qeyd olunan Çıxarışa əsasən mərhum anası X5 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsinə, **********5156 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.7827 ha və 0.2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ hissəsinə vərəsəliyin açılması, mirasın qəbulu müddətinin uzadılması və miras əmlakdan ona düşən payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 ərizəsi onunla əsaslandırılmışdır ki, atası X2 Südayə Abdulla qızı ilə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 1960-cı il tarixdə X15, 1962-ci ildə Cavabdeh1,1964-cü ildə X13, xx.xx.1966-cı ildə Cavabdeh2, xx.xx.1968-ci ildə isə İddiaçı adında övladları doğulmuşdur. Mərhum valideyinlərinin Qax rayon Əmircan kəndində 0,20 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi və 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən alınmış xx.xx.2021-ci il tarixli Çıxarışına əsasən onların Əmircan kəndində olan 94,2 kv.m-dən ibarət fərdi yaşayış evi mərhum X7nun tam, 0,20 ha torpaq sahəsi isə mərhum X7nun, X11, X5 və X16 ümumi birgə payları müəyyən olunmuşdur. Mərhum anası X10 xx.xx.1998-ci ıl tarixdə, X7 isə 09 05.2020-ci il tarixdə, vəfat etmişlər. Atası X1 yəni 26 yanvar 2014-cü il tarixində özünün bütün əmlakını qızı X8 vəsiyyət etmişdir. 2020-ci ildə atası vəfat etdikdən sonra atasından qalmış evdə o yaşamışdır. Evin kommunal xidmət haqqlarını və əmlak vergisini o ödəmişdir. Bundan başqa atasının vəfatından sonra həmin evin müəyyən hisssələrındə bərpa və yenidənqurma işləri həyata keçirmişdir. Qeyd olunan təmir-tikinti işlərini kənddə yaşayan olan ustalar icra etmişlər. Evin təmir tikinti işlərini kənddən olan Səlimov Bayram, Mübariz və Samır Cəbrayılov tərəfindən icra olunmuşdur. Evin təmir-ikinti işlərinə sərf olunan mal materialı o Qax şəhərində fəaliyyət göstərən “NƏSİMİ TOPDANSATİŞ” -dan almışdır. Ümumilikdə o təmir-tikinti və ustalara xidmət haqqı olaraq 5000 (beş min) manatdan artıq vəsait xərcləmişdir. Bundan başqa valideynlərinin vəfatından sonra əmlakın komunal xərclərini bu günə kimi o ödəmişdir. Bundan başqa atasından qalmış bütün əmlaklardan o cümlədən həyətyanı torpaq sahəsinə bitişik olan 0,99 ha (fındıq bağı) zəbt torpaq sahəsindən və Torpağa mülkiyyət hüququna dair JN-0078 nömrəli Dövlət Aktına əsasən 0,99 ha əkinə yararlı torpaq sahəsindən istifadə edərək həmin əmlakları qəbul etmişdir. Əlavə olaraq qeyd edir ki, həyətyanı torpaq sahəsinə bitişik olan 0,99 ha fındıq bağı islahat zamanı onların ailə üzvlərinə verilməli olan torpaq normasından çıxılmış və yerdə qalan hissə 0,99 ha kəsir olan ərazi JN-0078 nömrəli Dövlət Aktı əsasında kəndin başqa hissəsindən verilmişdir. Atasının verdiyi vəsiyyətnaməyə əsasən qeyd olunan əmlaklardan o müstəqil olaraq istifadə etmişdir. Digər vərəsələr son vaxtlara kimi bu əmlaklara heç bir iddiaları olmamışdır. Belə ki, İddiaçı Ukrayna Respublikasında digər varislər isə başqa şəhərlərdə yaşadıqları üçün bu əmlaklardan isifadə edə bilməmişlər. Bu məqsədlə valideynlərindən miras qalmış əmlakları qəbul etdiyindən eyni zamanda atası tərəfindən verilmiş vəsiyyətnaməyə əsasən əmlakın ona verilməsinə və mülkiyyət hüququnun tanınmasına ehtiyac olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh vərəsələrin notariat kontoruna qanunla müəyyən olunmuş müddətdə mirasın qəbulu ilə bağlı ərizə ilə müraciət etmədiklərini, həmçinin əmlaka faktiki sahiblik etmədiklərini və faktiki əmlakı idarə etmədiklərinı vurğulayaraq onların hərəkətsizlikləri mirasdan imtina hüquqi faktının yaranmasına gətirib çıxardığını göstərmək istəyir. Göstərilənləri nəzərə alaraq məhkəmədən mərhum X7ndan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə vərəsəlik açılaraq ona düşən payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Mərhum X7nun ölümündən sonra Qax rayonu Əmrican kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evi miras qalmışdır. O həmin miras əmlakdan ona düşən payın üzərində onun mülkiyyət hüququnun tanınmasını və həmin hissənin onun mülkiyyətinə verilməsini istəyir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X7nun mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı topaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə və qeyd olunan Çıxarışa əsasən mərhum anası X5 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsinə, **********5156 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.7827 ha və 0.2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ hissəsinə vərəsəliyin açılması, mirasın qəbulu müddətinin uzadılması və miras əmlakdan ona düşən payın mülkiyyətinə verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi ilə (hakim M.Qarayev) iddianın təmin edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61- 10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi və X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsindən ibarət miras əmlakların Cavabdeh2 tərəfindən qəbul edilməsi faktının tanınması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi və X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsindən ibarət miras əmlaklar iddiaçı Cavabdeh2 Mahud qızının mülkiyyətinə verilməsi, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evi X12, həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsi X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsi X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmişdir. X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günə ona məxsus olan bütün əmlakını, o cümlədən Qax rayonu Əmircan kəndində yerləşən evini qızı Cavabdeh2 vəsiyyət etmiş və bu barədə 26 yanvar 2014-cü il tarixdə Qax rayonu DNK-da vəsiyyətnamə tərtib olunmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə Cavabdeh2 iddia tələbi ilə bağlı qeyd edir ki, X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən gündə ona məxsus olan əmlakını, o cümlədən Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evini qızı Cavabdeh2 vəsiyyət etmiş və bu barədə 26 yanvar 2014-cü il tarixdə Qax rayonu DNK-da vəsiyyətnamə tərtib olunmuşdur. Mahmud Mahmudovdan miras qalan Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi, Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin ¼ hissəsi və Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha torpaq sahəsinin ¼ hissəsi Cavabdeh2 vəsiyyət olunduğundan həmin əmlakdan digər vərəsələr olan X13, X15 və Cavabdeh1 məcburi pay hüququ və Südayə Mahmudovadan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsi, Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin ¼ hissəsi və Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha torpaq sahəsinin ¼ hissəsi üzərində Cavabdeh2 və digər vərəsələr X13, X15 və Cavabdeh1 qanun üzrə pay hüquqları ilə bağlı məhkəmə qeyd edir ki, X13, X15 və Cavabdeh1 mərhum valideyinlərindən miras qalmış əmlakları nə notariat ofisinə ərizə verərək, nə də faktiki sahiblənərək qəbul etməmiş, eyni zamanda da məhkəmə iclasında iddiaçı Gülnar Seyidəliyevanın mərhum valideyinlərindən miras qalmış əmlakı faktiki qəbul etməsi ilə bağlı etiraz etmədiklərini göstərmişlər. Beləliklə qeyd edilən vərəsələr susaraq miras əmlakdan imtina etdiklərini nümayiş etdirmişlər. Bu hal da X13, X15 və Cavabdeh1 susması və miras əmlakdan imtinası kimi qiymətləndirilməlidir. Cavabdeh2 mərhum ata və anasının dəfn mərasimini özü götürmüş, həmin şəxslərin ölümündən sonra miras əmlakda yaşamaqla, miras əmlakları idarə etmiş və miras əmlaka nəzarət etmiş, kommunal xərcləri və vergiləri ödəmiş, miras əmlaklarda tikinti işləri aparmış və faktiki olaraq mirasa sahibləndiyini açıq-aşkar nümayiş etdirərək miras əmlakları faktiki olaraq qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 tələbində haqlıdır və mərhum Mahmud Mahmudov və Südayə Mahmudovadan miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktı tanınmalı və miras əmlaklar onun tam mülkiyyətinə verilməlidir. Şərh edilənlərə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh2 iddiası təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61- 10301 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12 mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən ümumi sahəsi 94.2 kv.m olan fərdi yaşayış evi və X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş həmin evin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.7827 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən X12, İddiaçı Musa oğlunun, X17 və X5 ümumibirgə mülkiyyətinə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən 0.2039 ha torpaq sahəsinin X12 payına düşən ¼ hissəsi və X5 payına düşən ¼ hissəsindən ibarət miras əmlakların Cavabdeh2 tərəfindən qəbul edilməsi faktı tanınmaqla həmin əmlaklar onun mülkiyyətinə verilməli, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 521, 528, 532, 539, 552, 552, 556, 563, 1243, 1179, 1193, 1262, 1243, 1243.3, 1245, 1246ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsınd mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ hissələrinə o narazıdır və hesab edir ki, həmin qətnamə hüquq pozuntularına yol verilməklə çıxarılmışdır və bu səbəbdən də ləğv edilməlidir. Belə ki, Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri-mötəbər, ziddiyyətli və aid olmayan sübutlarla əsaslandırılmış və nəticədə əsassız və hüquqlarını pozan qətnamə çıxarılmışdır. X7 xx.xx.2020-cı il tarixdə, anası X10 isə 01,04.1998-ci il tarixdə ölmüşdür. Az.Resp. İN yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən, mərhum X7nun mülkiyyəti olmaqla Qax rayon Əmirca kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid 1/4 hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evi və qeyd olunan çıxarışa əsasən mərhum anası X5 mülkiyyəti olmaqla Qax rayon Əmirca kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid 1/4 hissəsi, **********56 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.7827 ha və 0.2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ hissələri miras əmlakı olaraq qalmışdır. Bildirir ki, Qax Rayon Məhkəməsi 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsində qeyd edir ki, o Ukraynada yaşadığından miras əmlakını qəbul etməmiş və bu səbədən də mirasa olan hüququnu itirmişdir. Bildirir ki, o atasının vəfatının 5-ci ayında Azərbaycan Respublikasına gəlmiş və paylı mülkiyyət hüquq əsasında atasına və anasına məxsus olan əmlakdan miras əmlakı olaraq atasına və anasına məxsus olan hissələrini faktiki olaraq qəbul etmiş və təsərüfatı o idarə etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini, iddia tələbi təmin edilərək Az.Resp. İN yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********61-10301 reyestr nömrəli Çıxarışa əsasən, mərhum X7nun mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayon Əmirca kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid 1/4 hissəsi və həmin torpaq sahəsində yerləşən 94 20 kv.m fərdi yaşayış evinə və qeyd olunan çıxarışa əsasən mərhum anası X5 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayon Əmirca kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsinə, **********56 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.7827 ha və 0.2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin 1/4 hissələrinə vərəsəliyin açılması və miras əmlakından ona düşən pay onun mülkiyyətinə verilsin xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-160/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Qax Rayon Məhkəməsinin 2(024)-160/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. O aşağıdakı səbəblərə görə verilmiş apellyasiya şikayətini təmamilə əsassız hesab edir. Qeyd edir ki, cavabdeh İddiaçı yaşadığı Ukrayna Respublikasının Odessa vilayətində vəfat edib. Bu səbəbdən də onun nümayəndəsi Nümayəndə Kamal oğluna verdiyi etbarnamə qüvvədən düşmüş hesab edilir. Bundan başqa apellyasiya şikayətində qeyd edilib ki, iddaçı mərhum İddiaçı yaşadığı Ukrayna Respublikasından atasının ölümündən 5 ay sonra gəlib. Lakin bu dediyi faktın təsdiqini heç bir sübut dəlillə əsaslandırmaıb. Əgər iddiaçının dediyi həqiqətdirsə o halda Azərbaycan Respublikasının sərhəddən giriş-çıxışını təsdiqləyən ümumvətəndaş pasportunu təqdim edə bilərdi. Əslində isə iddiaçının mərhum atasının vəfatından 1 ildən çox vaxt keçdikdən sonra gəlmiş bir neçə vaxt burda qaldıqdan sonra yenidən ailəsinin və özünün uzun müddətdir ki, yaşadığı Ukrayna Respublikasına getmişdir. Mərhum atasının vəfatından əvvəl xəstə olduğu zaman o xidmət və qayğı göstərmişdir. Atasının vəfatından sonra isə miras qalmış əmlakı faktikı o idarə edərək qəbul etmişdir. Bütün komunal xidmətlər onun adına qeydiyyata alınmış və tərəfindən ödənilmişdir. İddia ərizəsində qeyd edilir ki, atasının vəfatından 5 (beş) ay sonra iddiaçı Ukrayna Respublikasından gəlib. Ardınca qeyd edir ki, miras əmlakı o qəbul edərək idarə etmişdir. Qeyd olunanlara inansaq əmlak 5 (beş) ay istifadəsiz qalıb. İddiaçıdan və ondan başqa mərhum atasının digər övladlarıda var. Yəni bunların həmin evə heç bir marağı olmayıb ki, əmlak 5 ay istifadəsiz, və kimsəsiz qalıb. Göründüyü kimi iddia ərizəsində qeyd olunanlar uydurma yalandan başqa bir şey deyil. İddiaçının mirası onun qəbul etmiş deməsi tam ağ yalandır. Əslində o miras əmlakını qəbul etməyinə dair dəlillərini birinci instansiya məhkəməsinə təqdim etmişdir. İddiaçı özü isə appellyasiya şikayətində qeyd etdiyi fikirləri dair məhkəməyə heç bir sübut dəlil təqdim etməmişdir. Halbu ki, qeyd etdikləri ilə bağlı ümumvətəndaş pasportunu və mirası qəbul etməsini və yas mərasimini təşkil etməsinə dair sübut etmə vəzifəsi onun üzərinə düşür. Odur ki, icraatınızda olan 2(107)-1490/2022 nömrəli mülki iş üzrə İddiaçı Qax Rayon Məhkəməsinin 2(024)160/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin əsasız olduğundan rədd edilməsini, Qax Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 məhkəmə iclasına İddiaçı vəfat etdiyini bildirmişdir. Eyni zamanda Qax rayon Əmircan bələdiyyəsinin arayışında qeyd edilmişdir ki, həqiqətən Ukrayna Respublikasında müvəqqəti yaşayan İddiaçı qəza nəticəsində vəfat etmiş və doğmaları ona Qax rayon Əmircan kəndində yas keçirmişlər. Kollegiya bununla bağlı qeyd edir ki, İddiaçı vəfat etməsi ilə bağlı məhkəməyə ölüm haqqında şəhadətnamə təqdim edilmədiyindən İddiaçı vəfat etməsi müəyyən edilməmişdir. Onu məhkəmə iclasında vəkili Nümayəndə təmsil etmişdir. Ona görə də Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (2000-ci ilədək qüvvədə olan) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün (şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün) hesab olunur. Həmin Məcəllənin 532-ci maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 539-cu maddəsinin 1-ci hissəsinə əsasən əmlakın vəsiyyət edilməmiş hissəsi qanun üzrə vərəsəliyin ümumi qaydaları ilə müəyyən edilən qaydada qanun üzrə vərəsələr arasında bölünür. Həmin Məcəllənin 552-ci maddəsinin 1-ci hissəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin 5-ci hissəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 1-ci hissəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Həmin Məcəllənin 563-cü maddəsinin 1-ci hissəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü məhkəmə qaydasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: (yeni məcəllə) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1262-ci maddəsinə əsasən Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1263-cü maddəsinə əsasən Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Maddə 1273-1-ci maddəsinə əsasən Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1282-ci maddəsinə əsasən əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz paylarını pul şəklində ala bilərlər. 1283-cü maddəsinə əsasən əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. 1284-cü maddəsinə əsasən torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarı; «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun... Göründüyü kimi, Konstitusiya Məhkəməsinin şərhinə görə mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsullarını ehtiva edir. Birinci halda vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Faktiki idarəçilikdə isə vərəsə tərəfindən adətən mülkiyyətçinin öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olduğu hərəkətlərin edilməsində ifadə olunur. Başqa sözlə, təkcə miras qoyanın ölümündən sonra nəinki miras mülkə gedibgəlmək və orada qeydiyyatda olmaq özü-özlüyündə mirasın faktik qəbulu kimi qiymətləndirilə bilməz. Əgər vərəsə mirasın faktik qəbulu üçün yuxarıda qeyd olunan aktiv hərəkətlər etməmişdirsə, onda mirasın faktik qəbulundan da söhbət gedə bilməz. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 16 mart tarixli Qərarındə göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir. Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməsini, iddia tələbi təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı iddiası təmin etməməklə və eyni zamanda Cavabdeh2 iddiasını tam təmin edilmiş hissəsinə münasibətdə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, digər vərəsələri işə cəlb etməmiş, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)- 160/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı iddiası və Cavabdeh2 iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsinin təmin edilməsinə yönəlmişdir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Kollegiya ilk növbədə Cavabdeh2 iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; Cavabdeh2 iddia ərizəsindən görünür ki, iddiaçı məhkəməyə ərizə təqdim edərək mərhum X7ndan və anası X3 miras qalan Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə, 0.20 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinə və Qax rayonu Əmrican kəndində yerləşən Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış üzrə 0.7827 ha və **********57 reyestr nömrəli Çıxarış üzrə 0.2039 ha) torpaq sahəsindən ibarət miras qalan əmlaklara dair mirasın faktiki qəbul edilməsi və həmin miras əmlakların özünün mülkiyyətinə tam olaraq verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X18 və X10 ilə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından 1960-cı il tarixdə X15, 1962-ci ildə Cavabdeh1,1964cü ildə X13, xx.xx.1966-cı ildə Cavabdeh2, xx.xx.1968-ci ildə isə İddiaçı adında övladları doğulmuşdur. Mərhum valideyinlərinin Qax rayon Əmircan kəndində 0,20 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi və 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. X10 xx.xx.1998-ci ıl tarixdə, X18 isə 09 05.2020-ci il tarixdə, vəfat etmişlər. Daha sonra müəyyən edilmişdir ki, mirasqoyan X10 xx.xx.1998-ci il tarixdə öldükdən sonra onun torpaqda olan payı üzrə mirasını onun əri X18 qəbul etmişdir. Daha sonra müəyyən edilmişdir ki, X9 qalmış mirasdan vərəsələrin imtina edilməsinə dair işdə hər hansı bir rəsmi sənəd mövcud deyildir. Yəni vərəsələrdən 3 nəfəri hər hansı bir tələb irəli sürməmiş, susmuşlar. Belə olan halda, mirasdan imtina və miras əmlakdan açıq saxlanılmalı olan pay müəyyən edilmir. Kollegiya ilk növbədə miras kütləsinə daxil olan X9 miras qalan Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə Cavabdeh2 payının müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin ev Cavabdeh2 vəsiyyət edildiyindən evin ½ hissəsi ona vəsiyyətnamə üzrə çatır. Digər vərəsələr də mirası qəbul etmədiklərindən və İddiaçı həmin miras evdə məcburi payı olduğundan və digər vərəsələrin payı Cavabdeh2 keçdiyindən Miras evdə onun payı 9/10 hissədə olacaqdır. Bundan sonra kollegiya fərdi yaşayışış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsi üzrə payların müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, X10 xx.xx.1998-ci il tarixdə öldükdən sonra onun torpaqda olan payı üzrə mirasını onun əri X18 qəbul etmişdir. Ona görə də həmin torpaqda X12 payı ½ hissədə olmuşdur. Fərdi yaşayışış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə, Cəmi 0,20 ha həyətyanı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə müəyyən edilməlidir. Daha sonra kollegiya miras kütləsinə daxil olan 0,99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı qeyd edir ki, tərəflər torpaq sahəsinin bölüşdürülməsinə razı olduqlarını bildirərək bölüməsini xahiş etmişlər. Ona görə də kollegiya hesab edir ki, 0,99 ha kənd təsərrüfatı təyinatlı miras kütləsinə daxil olan 0,99 ha (Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış üzrə 0.7827 ha və **********57 reyestr nömrəli Çıxarış üzrə 0.2039 ha) miras qalan torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə, cəmi 0,99 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası İddiaçı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; İddiaçı iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyat nömrəli, **********61- 10301 reyestr nömrəli Çıxarışa əsasən mərhum X7nun mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsi və həmin torpaq sahəsində yerləşən 94.20 kv.m fərdi yaşayış evinə və qeyd olunan Çıxarışa əsasən mərhum anası X5 mülkiyyəti olmaqla ondan miras qalmış Qax rayonu Əmircan kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə aid ¼ hissəsinə, **********5156 və **********57 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlara əsasən 0.7827 ha və 0.2039 ha torpaq sahələrinin mərhum anası və atasının mülkiyyətində olmuş müvafiq olaraq hər birinin ¼ hissəsinə vərəsəliyin açılması, mirasın qəbulu müddətinin uzadılması və miras əmlakdan ona düşən payın onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddia ilə bağlı qeyd edir ki, iddianın vərəsəliyin açılması barədə hissəsinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Göründüyü kimi, qanun mirasın açılmasını birbaşa miras qoyanın ölümü ilə şərtləndirmiş və həmin məsələ barədə hər hansı mübahisə yeri qoymamışdır. Belə olduqda, belə bir tələbə məhkəmədə baxıla bilməzdi. Lakin, iddiaçı iddia ərizəsində vərəsəliyin açılmasını xahiş etsə də, əslində qalmış mirasın ona düşən payın onun mülkiyyətinə verilməsini istədiyini bildirdiyindən, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinin tələbinə əsaslanmaqla, məhkəmə kollegiyası iddianın həmin hissədə əsasının dəyişdirildiyini hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.3-cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. İddiaçının iddia tələbinin itirilmiş müddətin bərpa edilməsi barədə hissəsinə münasibət bildirərək kollegiya qeyd edir ki, hazırki iş üzrə miras əmlak mirasın qəbulunun qeyri-formal üsulu ilə qəbul olunmuşdur və mirasın qəbulu müddətinin ötürülməsi halı aşkar edilmir. Bu səbəblə də, iddianın həmin hissəsi təmin edilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Daha sonra kollegiya qeyd edir ki, iddiaçının miras payda məcburi pay hüququ olduğundan onun mirasda məcburi payı tanınmalıdır. O, məcburi payı ona görə tələb edə bilər ki, vəsiyyət edilən əmlkaın həcmi onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından çoxdur. Kollegiya ilk olaraq miras kütləsinə daxil olan X9 miras qalan Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə Cavabdeh2 payı 9/10 hissədə müəyyən edildiyindən İddiaçı payı 1/10 hissədə olacaqdır. Fərdi yaşayışış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə müəyyən edildiyindən İddiaçı payı 1/10 hissədə müəyyən edilməlidir. Cəmi 0,20 ha həyətyanı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə, müəyyən edildiyindən İddiaçı payı 6/20 hissədə müəyyən edilməlidir. Miras kütləsinə daxil olan 0,99 ha (Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış üzrə 0.7827 ha və **********57 reyestr nömrəli Çıxarış üzrə 0.2039 ha) miras qalan torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə müəyyən edildiyindən İddiaçı payı 1/10 hissədə müəyyən edilməlidir. Cəmi 0,99 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə müəyyən edildiyindən İddiaçı payı 6/20 hissədə müəyyən edilməlidir. Sonda kollegiya qeyd edir ki, hər iki iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı və Cavabdeh2 iddia tələbi qismən təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(024)-160/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2 və İddiaçı iddia tələbi qismən təmin edilsin. Miras kütləsinə daxil olan X9 miras qalan Qax rayonu Əmircan kəndində yerləşən 94.2 kv.m fərdi yaşayış evinə Cavabdeh2 payı 9/10 hissədə, İddiaçı payı 1/10 hissədə müəyyən edilsin. Fərdi yaşayışış evinin yerləşdiyi 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə, İddiaçı payı 1/10 hissədə müəyyən edilsin. Cəmi 0,20 ha həyətyanı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə, İddiaçı payı 6/20 hissədə müəyyən edilsin. Miras kütləsinə daxil olan 0,99 ha (Qax rayon Aqrar İslahat Komissiyasının verdiyi 0.99 ha (**********56 reyestr nömrəli Çıxarış üzrə 0.7827 ha və **********57 reyestr nömrəli Çıxarış üzrə 0.2039 ha) miras qalan torpaq sahəsinin 1/2 hissəsi üzrə Cavabdeh2 payı 9/10 hissədə, İddiaçı payı 1/10 hissədə müəyyən edilsin. Cəmi 0,99 kənd təsərüfatı təyinatlı torpaq sahəsindən isə Cavabdeh2 payı 9/20 hissədə, İddiaçı payı 6/20 hissədə müəyyən edilsin. İddiaçı Cavabdeh2 və İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-158/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-158/2023
30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver