Məhkəmə qərarları › İş №2(107)-1584/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1584/2020

11.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1584/2020 11.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏSMM yanında DSMF-un Zaqatala rayon şöbəsinə qarşı xx.xx.1992-xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya Laboratoriyasında işləməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hаkim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 saylı qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsinə qarşı xx.xx.1992–xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında işləməsinin faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmiş, 10 (on) manat dövlət rüsumunuƏrizəçi özünə aid edilməsi qət edilmişdir. İşin hаllаrı : Ərizəçi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun xx.xx.1992 – xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək tələbini belə əsaslandırmışdır ki, xx xxxxxx 1992-ci ildə Zaqatala rayon Aqrokimya laboratoriyasına sürücü qəbul edilmişdir. 2006-cı il tarixədək Zaqatala rayon Aqrokimya laboratoriyasında sürücü işləmiş və xx xxxxxx 2006-cı il 41 saylı sərəncamına əsasən işdən azad edilmişdir. Onun Zaqatala rayon Aqrokimya laboratoriyasında sürücü işləməsi barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Pensiya yaşına çatdığı üçün bununla bağlı yaşa görə əmək pensiyası təyin edilməsi məqsədi ilə sənədləri DSMF Zaqatala rayon şöbəsinə təqdim etmişdir. Lakin, Zaqatala rayon şöbəsi xx xxxxxx 2019-cu il tarixli məktubu ilə cavab verərək bildirmişdir ki, X1 halhazırda fəaliyyət göstərmədiyindən və maliyyə uçot sənədlərini rayon arxivinə verməməsi səbəbindən 1992-ci il tarixindən 2006-cı il tarixə olan iş stajı yoxlanması mümkün olmamışdır. Ona görə də, həmin illər sığorta stajı kimi qəbul edilmir. O, “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Aqrokimya Laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir. Onun həqiqətən də, xx.xx.1992 – xx.xx.2006cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında sürücü işləməsini təsdiq edən və həmin illərdə həmin təşkilatda işləyən şahidləri vardır. Hazırda pensiya almaq üçün xx.xx.1992 – xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında işləməsi faktının müəyyən edilməsi lazım gəlmişdir ki, həmin illər də onun sığorta stajına əlavə edilsin. İddiası əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı maraqlı şəxs Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, «X6» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda onu da bildirir ki, xx.xx.2019-cü il tarixdən «X6» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayonu Aqrokimiya Laboratoriyasında işləməsi qeyd edilməsinə baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamışdır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. Zaqatala rayonu Aqrokimiya Laboratoriyasının halhazırda fəaliyyəti olmadığına görə və maliyyə uçot sənədlərini rayon arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanması mümkün olmamışdır. Qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 1990-2015-ci illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında baş laborant vəzifəsində işləmişdir. O, işlədiyi dövrdə Ərizəçi həmin laboratoriyada sürücü işləmişdir. Ancaq onun hansı müddətdə, nə qədər işləməsi yadında deyil. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, atası Zaqatala rayon Aqrokimya laboratoriyasının müdiri vəzifəsində çalışıb, hazırda vəfat etmişdir. Onun özü isə 19871994-cü illər ərzində həmin laboratoriyada mühəndis işləmişdir. O, işlədiyi dövrdə Ərizəçi da həmin laboratoriyada işləmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 14-cü səhifəsində 1992-ci il tarixində aparılmış 23 nömrəli qeyddə olan möhür əksində latın qrafikası ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala rayon Aqrokimya Laboratoriyası” yazılmışdır. Eyni zamanda iddiaçının sürücü vəzifəsinə qəbul olunması barədə yazılar kiril əlifbası ilə yazıldığı halda, “əmr” sözü latın qrafikası ilə yazılmışdır. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-605/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət X10 Zaqatala rayon şöbəsinə qarşı “xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayon Aqrokimya Laboratoriyasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-53/2020 nömrəli qərarından görünür ki, iddiaçı Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-605/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsinin xx xxx 2020-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsi, Zaqatala rayonu Lahıc kəndində yaşayan Ərizəçi Dövlət X10 Zaqatala rayon şöbəsinə qarşı xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayonu Aqrokimiya Laboratoriyasında işləməsi faktının müəyyən edilməsinə dair mülki iş üzrə xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 nömrəli məhkəmə bildirişinə əsasən aşağıdakıları bildirir. «X6» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 64 yaşı olmuş kişilər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, xx.xx.2019-cü il tarixdən «X6» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə edilmiş dəyişikliyə əsasən fərdi hesabın sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Zaqatala rayonu Aqrokimiya Laboratoriyasında işləməsi qeyd edilməsinə baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamışdır. «X6» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri dövlət müəssisələrində çalışmasını göstərən qeydlərini yerində qarşılıqlı yoxlanması tələb olunur. Zaqatala rayonu Aqrokimiya Laboratoriyasının hal hazırda fəaliyyəti olmadığına görə və maliyyə uçot sənədlərini rayon arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanması mümkün olmamışdır. Nəzərə almağınızı xahiş edirik. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Ərizəçi Əliyev X9 Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Ərizəçi аpelyаsiyа şikаyəti verərək bildirmişdir ki, Zaqatala rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 saylı qətnaməsi ilə onun maraqlı şəxs Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsinə qarşı xx.xx.1992- xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında işləməyini faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Qətnaməni xx xxxx 2020-ci il tarixdə poçt vasitəsilə almışdır. Qətnaməni qanunsuz və əsassız, hesab edir. Qətnamə ilə razı deyil. Belə ki, məhkəmə həmin qətnamədə X13 Məhkəməsinin qərarının və həmin iş üzrə apelyasiya məhkəməsinin qərarının üzünü köçürtməklə qətnamə qəbul etmişdir. Ərizəsində yazılan tələblər üzrə heç bir araşdırma aparmamış, heç bir düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə işə əlavə edilmiş İnzibati İqtisad Məhkəməsinə verilmiş X7 məktubunu əsas götürərək işə qiymət vermişdir. Həmin məktubda da qeyd olunmuşdur ki, 1993-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yaradılmışdır. Lakin əmək kitabçasında da 1992-ci il tarixdən Kənd Təsərrüfatı Nazirliyi yazılmışdır. Bundan başqa həqiqətən də o, izahatında qeyd etmişdir ki, əmək kitabçasını 3 il əvvəl almışdır. Bəli, Əmək Məcəlləsinə əsasən işçi işdən azad olunduqdan sonra etməlidir. Həmin dövrdə 2006-ci ildə o, işdən çıxdıqdan sonra əmək kitabçasını almamışdır, onun əmək kitabçasına ehtiyacı olmamışdır, ona görə də orada qalmışdır. Bundan 3 il əvvəl pensiya yaşı bitdiyinə görə o, öz əmək stajını toplamağa başlamış və gedib işlədiyi yerdən əmək kitabçasını götürmüşdir. Ona görə 3 il əvvəl əmək kitabçasını götürmüş. Bundan başqa da əmək kitabçasında əmrin latın və ya kiril qrafikası ilə yazılmasına, möhürün üstündə yazılmış yazılara məhkəmə düzgün qiymət verməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə heç bir münasibət bildirməmişdir. Belə ki, bundan başqa məhkəmə araşdırma aparmamışdır ki, həmin onun sürücü işlədiyini söyləyən şahidlərin də əmək kitabçasında həmin möhürlərin Kənd Təsərrüfatı Nazirliyi adından olub-olmaması, Zaqatala rayon Aqrokimya Birliyinin, Aqrokimya Laboratoriyası adına yazılıb yazılmaması, onun əmək kitabçasında olan yazılara onların əmək kitabçasında olan yazıların eynilik təşkil edib-etmədiyini möhürlərin eyni olub-olmadığını araşdırmamışdır. Bundan başqa həmin möhürlərin o, aldığı tarixə uyğun olub-olmadığını, ondan əvvəl möhürün hansı qrafika ilə olub-olmadığı barədə heç bir araşdırma aparmamışdır. Hansı ki, o, həmin təşkilatda 2006-cı ilin dekabr ayının 31-nə kimi təşkilatda sürücü işləmişdir. Belə olan halda məhkəmələr tərəfindən qanunsuz olaraq qəbul olunmuş qətnamələr əsasında onun pensiya hüququ pozulmuş hesab olunur. Beləliklə, məhkəmə maddi hüquq normasının tələblərini pozmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ləğv edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357- 362-ci maddələrinə əsasən Zaqatala rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 saylı qətnaməsinin ləğv edilməsinə, ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏSMM yanında DSMF-un Zaqatala rayon şöbəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni maraqlı şəxs Azərbaycan Respublikası ƏSMM yanında DSMF-un Zaqatala rayon şöbəsinə münаsibətdə düzgün həll etmişdir. Məhkəmə kollegiyası iddiaçı Ərizəçi apelyasiya şikayətinin dəliləri ilə razılaşmıyaraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Əmək və X5 Nazirliyi yanında Dövlət X10 Zaqatala rayon şöbəsinə qarşı xx.xx.1992 – xx.xx.2006-cı illərdə Zaqatala rayon Aqrokimya laboratoriyasında işləməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi məhkəmə tərəfindən düzgün olaraq təmin edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının 14-cü səhifəsində 1992-ci il tarixində aparılmış 23 nömrəli qeyddə olan möhür əksində latın qrafikası ilə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala rayon Aqrokimya Laboratoriyası” yazılmışdır. Eyni zamanda iddiaçının sürücü vəzifəsinə qəbul olunması barədə yazılar kiril əlifbası ilə yazıldığı halda, “əmr” sözü latın qrafikası ilə yazılmışdır. Vergilər Nazirliyinin 13 saylı X7 xx.xx.2019-cu il tarixli **********843800 nömrəli məktubundan görünür ki, X1 Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1983-cü il tarixli, 320 saylı qərarına əsasən “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyinin nəzdində yemlərin keyfiyyətini təyin edən laboratoriya kimi yaradılmış və sonra Respublika Dövlət AqrarSənaye Komitəsinin xx.xx.1990-cı il tarixli, 517 saylı əmri ilə Zaqatala rayon Aqrokimya Laboratoriyası adlandırılmışdır. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxx 1993-cü il 611 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi ləğv edilmiş və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yaradılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.1993-cü il tarixində yaradıldığı halda iddiaçının əmək kitabçasında onun xx.xx.1992-ci il tarixindən laboratoriyada işləməsi barədə qeyddə möhür əksində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Zaqatala rayon Aqrokimya Laboratoriyası” yazılması əmək kitabçasının sonradan yazılması nəticəsinə gəlməyə imkan verir. Həmçinin iddiaçı yazılı izahatında da kitabçanı 3 il əvvəl aldığını bildirməklə bu qənaətə gəlinməsinə əsas vermişdir. Göründüyü kimi, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(084)-605/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə də müəyyən edilmişdir ki, iddia ərizəsindən, iddiaçının izahatından və iş materiallarında olan sənədlərdən müüəyyən olunmuşdur ki, iddiaçı ərizəsində qeyd etdiyi illərdə faktiki olaraq müəssisədə işləməmişdir. Ona görə yuxarıda qeyd olunanlara əsasən ərizəçinin tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, məhkəmə kollegiyası ancaq fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə kollegiyası qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin Ərizəçi münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, birinci instansiya məhkəməsinin qətnаməsi оnа münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-458/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar