Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1585/2020 18.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X9 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı oğlu və cavabdehlər Cavabdeh və X10 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh və X16 qarşı yaşayış evindən cavabdehlərin çıxarılması və maddi zərər tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı oğlunun cavabdehlər Cavabdeh və X16 qarşı yaşayış evindən cavabdehlərin çıxarılması və maddi zərər tələbinə dair iddiasının rədd edilməsi, 30 (otuz) manat dövlət rüsumunun İddiaçı oğlunun özünə aid edilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçı oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,21 ha torpaq sahəsində yerləşən yaşayış evindən cavabdehin çıxarılmasına və cavabdeh tərəfindən onun xəbəri olmadan mülkiyyətində olan evin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş ziyanın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı oğlu sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, X10 da cavabdeh kimi işə cəlb olunmasını və ona cavabdehlər tərəfindən vurulmuş 7668 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğlunun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehlər Cavabdeh və X22 birinci instansiya məhkəməsinə etiraz göndərərək İddiaçı oğlunun iddiası əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı İddiaçı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü ildə Zaqatala rayonun Bəhmətli kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə ailəsi ilə birlikdə yaşayır. Atası X11 2004-cü ildə vəfat etmişdir. Mərhum atası sağlığında özünün mülkiyyətində olan əmlakını o cümlədən Zaqatala rayonu Bəhmətli kəndində olan 0.20 ha həyətyani torpaq sahəsində yerləşən iki yaşayış evini bağışlama müqaviləsi ilə onun mülkiyyətinə vermişdir. Bununla əlaqədar olaraq mübahisələndirilən torpaq sahəsində yerləşən 84,10 kv.m. fərdi yaşayış evini rəsmi olaraq çıxarışla rəsmiləşdirmiş, digər fərdi yaşayış evinin isə çıxarışını maddi imkanı olmadığından almamışdır. Lakin bütün qeydiyyat sənədləri mövcuddur. Ondan başqa atasının başqa oğlu da olmuşdur. Qardaşı X23 2005-ci ildə vəfat etmişdir. O, 1988-ci ildə ailə həyatı qurmuş, 5-6 aydan sonra arvadını da götürərək birdəfəlik Rusiya Federasiysına getmişdir. Onun atasının təsərrüfatı ilə heç bir əlaqəsi olmamışdır. Həmin dövrdə qüvvədə olan qanunlara əsasən kolxozçu həyətinin üzvü üç il müddətində həyətin təsərrüfatı ilə əlaqəsi kəsilərsə onda o bütün hüquqlardan, o cümlədən kolxozçunun ümumi əmlakına olan hüququnu tam itirirdi. Beləliklə qardaşı uzun müddət kolxozçu həyəti ilə əlaqəsi olmadığına görə onun kolxozçu həyətində olan əmlaka dair heç bir hüququ olmamışdır. Mərhum atası tərəfindən ona rəsmi surətdə bağışlanmış evlər olan həyətyani torpaq sahəsində iki ev vardır. 2018-ci ilin mart ayında cavabdeh onun xəbəri və razılığı olmadan onun mülkiyyətində olan üç otaqlı evin iki otağını sökərək ona külli miqdarda ziyan vurmuşdur. Hal hazırda həmin evin bir otağında yaşayır. Vurulmuş ziyanın məbləği 7668 manat olmuşdur. Anası X2 90 yaşı vardır. O, təkcə ailəsinə yox, həmçinin ahıl yaşında olan anasına da baxır. Onun müalicəsi ilə məşğul olur. Bundan sonra o, dəfələrlə cavabdehə mülkiyyətində olan evdən çıxmasını tələb etsə də, o bundan imtina etmişdir. Hətta ağsaqqalların iştirakı ilə onunla söhbət aparılsa da o, öz bildiyini etməkdə davam edir. Ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəmsinin məhkəmə iclası zamanı İddiaçı oğlunun vəkili X4 iddia tələbini müdafiə edərək İddiaçı oğlunun izahatına uyğun çıxış edərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəmsinin məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qeyd olunan fərdi yaşayış evi heç vaxt iddiaçının mülkiyyətində olmamışdır. Belə ki, iddiaçı qanunsuz olaraq onlara məxsus fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi və iddiaçının hazırda özünün yaşadığı 1960-cı ildə inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirmişdir. Əgər ki, iddiaçının əlində qeyd etdiyi fərdi yaşayış evinin mülkiyyətində olmasını təsdiq edən sənəd varsa xahiş edirik həmin sənədi həm məhkəməyə, həm də onlara təqdim etsin. İddiaçının özünə məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evi isə 1987-1988-ci illərdə müvafiq icazə sənədləri olmadan onun və mərhum əri X23 tərəfindən inşa olunmuşdur. İddiaçı oğlu əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıran zaman da həmin tikili özbaşına tikili kimi əmlaka dair texniki pasportda öz əksini tapmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsi ilə müəyyən edilmiş işin hallarından da göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi 1988-ci illərdə müvafiq icazə sənədləri olmadan X23 tərəfindən inşa olunmuşdur. Məhkəmənin qətnaməsinə əsasən onun və mərhum əri X12 həmin torpaq sahəsinə mülkiyyət hüququ bərpa edilmişdir. O, ancaq onun mülkiyyətinə verilmiş torpaq sahəsindən istifadə edir. Bundan başqa, o, iddiaçının fərdi yaşayış evini zəbt etmədiyi təqdirdə ona heç bir maddi ziyan da vurmamışdır. Ona görə də, iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəmsinin məhkəmə iclası zamanı cavabdeh X22 oğlu iddianı qəbul etməyərək Cavabdeh izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X26 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2153 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 84,10 kv.m. fərdi yaşayış evi İddiaçı oğlunun tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsindən görünür ki, X2 X23 və Cavabdeh yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş, X23 və Cavabdeh JN 923 saylı dövlət aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin 2911,60 kv.m. torpaq sahəsindəki mülkiyyət hüququ bərpa edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2-32/2002 nömrəli qərardadından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsindən X7 və onun oğlu İddiaçı oğlu tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsinə dair ərizənin təmin olunmasından imtina edilmişdir. İşdə olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-216/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qərardadından görünür ki, iddiaçılar Cavabdeh, X5 və X10 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X13rşı "X6 adına olan A-118499 nömrəli (**********0353 kadastr nömrəli) "Torpaq sahəsinin planı və ölçüsü"nün, X8 adına tərtib olunmuş A129071 nömrəli (**********0860 kadastr nömrəli) "Torpaq sahəsinin planı və ölçüsü"nün, X2, X6 və İddiaçı oğlunun adlarına xx.xx.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın JN-9xx xxx 40203018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə iddiaçıların mülkiyyətində olan 2911,60 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üstüstə düşən hissələrdə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Qeyd edilən qərardad qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəmsitərəfindən mübahisəli Zaqatala rayonu Bəhmətli kəndində yerləşən çıxarışla İddiaçı oğluna məxsus 0,2153 ha torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi hasarla iki hissəyə ayrılmışdır. Həmin iki hissəyə ayrılan torpaq sahəsinin bir hissəsindən İddiaçı oğlu, digər hissəsindən Cavabdeh istifadə edir. İddiaçı istifadə etdiyi hissədə 2 tikili mövcuddur ki, həmin tikililərdən biri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməklə qeydiyyata alınmışdır (RX seriya ******* nömrəli çıxarış). Cavabdeh istifadə etdiyi hissədə isə bir tikili mövcuddur ki, həmin tikili isə rəsmi olaraq qeydiyyata alınmamışdır. İddiaçının da cavabdehlərin çıxmasını tələb etdiyi tikili sonuncu qeyd edilən tikilidir. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı oğlu tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : İddiaçı oğlu аpelyаsiyа şikаyətində göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-14/2020 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, onun mərhum atası X14 1946-cı il tarixdə İranın şah rejimindən qaçaraq siyasi mühacir qismində Azərbaycan SSR-nə gəlmiş və həmin vaxtdan Zaqatala rayonunun Bəhmətli kəndində məskunlaşmışdır. Atası bir zəhmətkeş insan kimi kolxozda işləmiş və öz əməyi ilə 1960-cı ildə fərdi yaşayış evi inşa etdirmişdir. Bundan sonra ailəmiz böyüdükcə atası 1988-ci il tarixdə həmin evin yanında ikinci fərdi yaşayış evini inşa etdirmişdir. 1960-cı il tarixdə inşa edilmiş ev atasının adına qeydiyyata alınaraq ona 701 inventar nömrəli texniki pasport verilmişdir. 1988-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi də mərhum atasının adına qeydiyyata alınaraq ona 703 inventar nömrəli texniki pasport verilmişdir. Hər iki ev onun mərhum atası tərəfindən inşa edilmişdir. Atası mülkiyyətində olan bütün daşınmaz əşyaları xx xxxxxx 2002-ci il tarixli vəsiyyətnamə ilə ona vəsiyyət etmişdir və ondan sonra atasından qalmış bütün daşınmaz əmlaklar onun mülkiyyətinə keçmişdir. Atasının yeganə vərəsəsi odur. 2018-ci ilin mart ayında cavabdehlər onun xəbəri və razılığı olmadan onun mülkiyyətində olan üç otaqlı evin iki otağını sökərək ona külli miqdarda ziyan vurmuşlar. Lakin birinci instansiya məhkəməsi onun mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq onun mülkiyyətinə qarşı vurulmuş ziyanı araşdırmadan qanunsuz, əsassız və ədalətsiz qətnamə çıxarmışdır. Hakim Tural Həsənov onun milliyətcə iranlı olmağına, cavabdehlərin isə milliyətcə azərbaycanlı olduğuna görə milli ayrı seçkiliyə yol vermiş beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsini və beynəlxalq qanunvericiliyi kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, məhkəmə işin faktiki hallarını araşdırmamış iddiaçının təqdim etdiyi sənədlərə hüquqi qiymət vermədən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hakimi Tural Həsənov cavabdehlərin qanunsuz əməllərinə qanuni göstərmək üçün dəfələrlə məhkəmə iclasında həmin evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını qeyd edərək sonda da bu əsasla qanunsuz və əsassız qətnamə qəbul etdi. Lakin o, dəfələrlə maddi imkanı olmadığı üçün həmin evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıra bilmədiyini, lakin evin texniki pasportunun olmasını, həmin texniki pasportla da həmin evin tam tərəfindən inşa edildiyinin təsdiq edildiyini, beləliklə onun gözlənilən mülkiyyət hüququmun olmasını, bununla bağlı X29 məhkəməsinin bir sıra qərarlarının olmasını bildirsə də bütün bu xüsusatlar hakim tərəfindən gözardına vuruldu və sonra da hakimin milli ayrı seçkiliyi o həddə çatdı ki, qətnamədə ona dəymiş zərər hissəsini araşdırmağa belə zəruri olmadığını qeyd etdi. Hakimdə milli ayrı seçkilik o həddə çatmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalaq qanunvericiliyi kobud şəkildə saymayaraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və dövlətin birbaşa vəzifəsi olan mülkiyyət hüququnun qorunmasını təmin etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində qeyd edilmişdir ki, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(033)-14/2020 saylı qətnaməsi ləğv edilərək iddia tələbimim təmin edilməsi barədə qətnamə, işə baxan hakim X15 barəsində isə xüsusi qərardad qəbul edəsiniz. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh və X22 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquq məsələləri : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, prosesdə iştirak edən tərəflərin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsinə əsasən X2 X23 və Cavabdeh yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş, X23 və Cavabdeh JN 923 saylı dövlət aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin 2911,60 kv.m. torpaq sahəsindəki mülkiyyət hüququ bərpa edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı X26 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,2153 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 84,10 kv.m. fərdi yaşayış evi İddiaçı oğlunun tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində torpaq sahəsinin plan ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu Bəhmətli kəndində yerləşən çıxarışla İddiaçı oğluna məxsus 0,2153 ha torpaq sahəsi hasarla iki hissəyə ayrılmışdır. Həmin iki hissəyə ayrılan torpaq sahəsinin bir hissəsindən İddiaçı oğlu, digər hissəsindən Cavabdeh istifadə edir. İddiaçı istifadə etdiyi hissədə 2 tikili mövcuddur ki, həmin tikililərdən biri hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməklə qeydiyyata alınmışdır (RX seriya ******* nömrəli çıxarış). Cavabdeh istifadə etdiyi hissədə isə bir tikili mövcuddur ki, həmin tikili isə rəsmi olaraq qeydiyyata alınmamışdır. İddiaçının da cavabdehlərin çıxmasını tələb etdiyi tikili sonuncu qeyd edilən tikilidir. İddiaçı oğlu tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,21 ha torpaq sahəsində yerləşən hazırda Cavabdeh istifadə etdiyi yaşayış evindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən onun xəbəri olmadan mülkiyyətində olan evin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş 7668 manat məbləğində ziyanın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh isə iddianı qəbul etmir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qətnaməsi ilə müəyyən olunmuş hallardan görünür ki, X7 həyat yoldaşı X14 ilə birlikdə Zaqatala rayonu Bəhmətli kəndində 1961-ci ildə inşa etdikləri evdə yaşamışlar. Onların oğlu X1 Vəzifə Sadəddin qızı ilə ailə qurduqdan sonra əvvəl onlarla, 1988-ci ildən isə həyətdə rəsmi razılıq olmadan inşa edilmiş evdə yaşayırlar. Ərşad Məmmədov və onun ailəsindən başqa 1988-ci ildən heç kimin yaşamadığı mübahisəli evin inşasında işləmiş uşaqların da əmək haqqının X23 tərəfindən ödənməsinə baxmayaraq Zərifə Məmmədova onların 2 hektar pay torpağının olmasını və əmlak payı kimi onlara həmin sahədə yaşayış evinin verildiyini və onların bir neçə dəfə Rusiya Federasiyasına getməsini əsas gətirərək həmin evdən onun ailəsi ilə birlikdə məcburi qaydada çıxarılması tələbinə dair iddia qaldırmışdır. Məhkəmə isə bu qənaətə gəlmişdir ki, X23 ailəsi ilə birlikdə 1988-ci ildə rəsmi razılıq almadan atası X6 həyətində ev tikdirməklə həmin vaxtdan orada ailəsi ilə birlikdə yaşamaqla son vaxtlara qədər Zərifə Məmmədova ilə birgə təsərrüfat aparmışdır. Son vaxtlar valideynləri ilə münasibətləri pozulduğundan valideynləri dövlət aktı əsasında onun mülkiyyətinə verilmiş torpaq sahəsindən 2911,60 kv.m. sahəsindən istifadə etməyə imkan vermir və 1988-ci ildən tikilmiş evdən azyaşlı uşaqları ilə məcburi qaydada çıxarmaq istəyirlər. Ərşad Məmmədovun və ailəsinin kənarda da evi yoxdur. İddiaçının qeyd etdiyi ev isə 1972-ci ildə Bəhmətli kolxozu tərəfindən inşa edilmiş əmlak payı hesabına X3 verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, göründüyü kimi iddiaçının cavabdehlərin çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməklə qeydiyyata alınmamışdır. Lakin Cavabdeh gəlin gəlməklə 1988-ci ildən mübahisələndirilən evdə yaşamış, 2 uşağı anadan olmuş, həmin vaxtdan indiyə kimi də orada yaşayır. Onların başqa yaşayış yeri yoxdur. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdehlərin iddiaçının qeyd etdiyi kimi tikilidən çıxarılması hazırkı vəziyyətdə təmin edilə bilməz. Ən azı cavabdehlərin uzun müddət yaşadığı evə münasibətdə cavabdehlərin əmlak və əşya hüquqları mövcuddur. Hazırkı vəziyyətdə də mübahisə predmeti olan tikili üzərində iddiaçının mülkiyyət hüquqları mövcud olmadığından onun cavabdehlərin həmin tikilidən çıxarılması barədə iddiası təmin edilə bilməz. Məhkəmə kollegiyası İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, İddiaçı cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə etməsi, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, MPM-ə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsasdır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxx 2002-ci il tarixli, 2-32 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə X2 X23 və Cavabdeh yaşayış evindən məcburi qaydada çıxarılmaları tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilmiş, X23 və Cavabdeh JN 923 saylı dövlət aktı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsinin 2911,60 kv.m. torpaq sahəsindəki mülkiyyət hüququ bərpa edilmişdir. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin digər dəlilinə (cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan mülkiyyətində olan evin qanunsuz sökülməsi ilə əlaqədar ona vurulmuş 7668 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq ona verilməsi) münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(033)-14/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəzirxan Məlikov Hаkimlər: Rövşən Rəfiyev Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1585/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1585/2020
18.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver