Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-159/2022 12.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9, İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, Cavabdeh2 və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzinə qarşı “10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(014)-151/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cаvаbdеhlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin və 3-cü şəxslər Mingəçevir “ASAN Xidmət” Mərkəzi və Cavabdeh2 qarşı «10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və onun nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və onun nəticələrinin-Mingəçevir “ASAN Xidmət” mərkəzinin 16.08.2019-cu il tarixli. 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh2 adına verilmiş 29.08.2019-cu il qeydiyyat nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar ərizə verərək bildirmişdir ki, üçünçü şəxs qismində işə cəlb etdiyi Cavabdeh2 əslində cavabdehdir. Ona görə də Cavabdeh2 cavabdeh kimi prosesə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 51.3-cü maddəsinə əsasən Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 27 may 2021-ci il tarixli, 2(014)- 151/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiаçıyа аid еdilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyаsiyа şikаyəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum qayınatası X6 özünə məxsus olub ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat konturunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mərhum əri X2. Mərhum X8 həmin 10 yanvar 2009-cu il tarixdə Ağdaş rayon notariat ofisində reyestrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhər, H.Əliyev pr, 1/7 ünvanında (keçmiş ünvan 3/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını ona, yəni arvadı İddiaçı vəsiyyət etmişdir. X8 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamışdır. 2020-ci ildə ərinin vərəsəliyini açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, ərinin mülkü qanunsuz əsaslarla qardaşı Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Bundan istifadə edən qaynı Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini saxta sənədlər, yəni Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət X22nın 14 sentyabr 2020-ci il tarixli arayaışına görə, Ağdaş rayon XDS İK-nin sənədləri filialda saxlamır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Ağdaş rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədikləri üçün məlumat vermək mümkün olmamışdır. Cavabdeh1 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini üçüncü şəxs Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs Cavabdeh2 satmışdır. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi 29.08.2019cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Yevlax ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bildirir ki, mərhum əri tərəfindən adına verilmiş vəsiyyətnamə ləğv edilməmiş və dəyişdirilməmişdir. O, həmin evin və həyətyanı torpaq sahəsinin Cavabdeh1 adına qeydə alınmasından xəbəri olmamışdır və bu mülkün onun adına sənədləşməsi tam saxta olmuşdur. Cavabdeh1 onun ərinin vərəsəsi sayılmır. Belə ki, qanunvericiliyin tələblərinə görə şəxs xüsusi mülkiyyətində olan əmlakını başqasının xeyrinə özgəninkiləşdirilməsi bağışlama, alqı-satqı, dəyişdirmə və s., rəsmi qaydada rəsmiləşdirilmiş müqavilələr əsasında həyata keçirilir. Ona görə də hesab edir ki, cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavabdeh Əhmədov Sənani İsrəfil oğlunun adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və onun nəticələri ləğv edilməlidir. Qeyd olunan iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Məhkəmə sadalanan işin həqiqi hallarını, onun Cavabdeh1 İsrəfıl oğlu ilə qarşılıqlı münasibətlərini nəzərə almayaraq onun xəbəri, icazəsi və imtinası olmadığı halda, ona vəsiyyətnamə ilə miras qalmış mübahisəli torpaq sahəsini və yaşayış evini saxta yollarla əvvəlcə öz adına qeydə aldırmış, sonra da alqı-satqı ilə başqa şəxsin xeyrinə özgəninkiləşdirmişdir. qeyd edilənlərə əsasən Agdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnamsinin ləğv edilməsini və iddianin təmin edilməsinə dair yeni qatnamə çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, sözügedən ev mülkiyyət hüququ ilə ona məxsus olmasına baxmayaraq, cavabdeh tərəf saxta yollarla yeni sənəd düzəltmişdir. Lakin Ağdaş Rayon Məhkəməsi işi obyektiv araşdırmadan qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını kollegiyadan xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, 16.08.2019-cu il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsindən iddiaçının xəbəri olmamışdır. Hesab edir ki, iddiaçı hüquq və mənafelərinə toxunan şəxs kimi hazırki iddianı verməkdə sübyektiv hüququ vardır. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf (nümayəndələri) məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçı tərəfin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(014)-151/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 09 dekabr 1994-cü il tarixli Vİ-ЖГ saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X19 ilə X3 aralarında nikahın bağlanması haqqında 09 dekabr 1994-cü il tarixdə 166 saylı qeyd aparılmışdır. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 oktyabr 2009-cu il tarixli AZ-İ № 371073 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X18 31 iyul 2009-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 oktyabr 2009-cu il tarixli qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli **********24 saylı məktubdan məlum olur ki, Ağdaş şəhəri, H.Əliyev prospekti 1/7 nömrəli ünvanda 0.087 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memarın eskiz layihəsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ 10.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmışdır. Sonradan həmin fərdi yaşayış evi Mingəçevir “Asan xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ 29.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X22 tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli 78 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Xalq deputatları Soveti icraiyyə Komitəsinin sənədləri filialda saxlanılmır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Odur ki, Komitənin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokolundan çıxarışı sizə vermək mümkün olmadı. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 23.09.2020-ci il tarixli 39 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Xalq deputatları Soveti İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədiyimiz üçün sizə heç bir məlumat verə bilmirik. 18 may 2021-ci il tarixli № 05/01-1881/11 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1990-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrin qeydə alındığı reyestr kitablarında qeyd olunan şəxslər barəsində rəsmiləşdirilmiş müqavilə, həmçinin 2009-cu ilə dair vərəsəlik işlərində X10 miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, “Elektron notariat” İnformasiya sistemindəX18 tərəfindən Ağdaş rayon dövlət notariat ofisində 10 yanvar 2009-cu il tarixdə 2V-01-01 reyestr nömrəsi ilə vəsiyyətnamənin qoyulduğu müəyyən edilmiş və sözügedən vəsiyyətnamənin 16.05.2021-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ağdaş rayon notariat ofisində 2010-2021-ci illərdə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. 13 aprel 2021-ci il tarixli № 05/01-1172/11 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş rayon dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1990-cı ilə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə baxış keçirilərkən, qeyd olunan şəxslər arasında rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. 16 oktyabr 2020-ci il tarixli № 05/01-Ə-112/13 saylı Dövlət Notariat Arxivi tərəfindən verilmiş məktubdan məlum olur ki, Ağdaş rayon dövlət notariat ofisində 10 yanvar 2009-cu il tarixdə 2V-01-01 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması və surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılaraq bildirilir ki, həmin vəsiyyətnamənin 16.10.2020-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Ağdaş rayon dövlət notariat konturu tərəfindən verilmiş 10 yanvar 2009-cu il tarixli vəsiyyatnamənin surətindən məlum olur ki, Ağdaş şəhəri Azadlıq küçəsi 1/7-də yaşayan X20 həmin vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam vermişdir. 1.Ölən günədək ona məxsus olan Ağdaş şəhəri H.Əliyev pr 1/7-də yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini və bütün əmlakını Ağdaş şəhəri, H.Əliyev pr 31-də yaşayan arvadı İddiaçı Əhmədiyyə qızına vəsiyyət etmişdir. “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışdan məlum olur ki, X11 30.08.2010-cu il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışdan məlum olur ki, X18 31.07.2009-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət agentliyi “Tibbi ərazi Bölmələrini idarəetmə birliyi” Publik hüquqi şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04 aprel 2020-ci il tarixli 347 saylı arayışdan məlum olur ki, X12 həqiqətən hal-hazırda “Ağdaş RMX” publik hüquqi şəxsin Laboratoriya şöbəsində laborant vəzifəsində çalışır. 29.08.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Heydər Əliyev pr, 1-ci dalan, 7 ünvanında yerləşən 0.087 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən məlum olur ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Heydər Əliyev pr, 1-ci dalan, 7 ünvanında yerləşən 0.087 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Milli Arxivi idarəsi Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon dövlət arxivi tərəfindən 25.04.2018-ci il tarixli 99 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli 12 saylı iclas protokoluna əsasən Ağdaş şəhər sakini Cavabdeh1 0.09 ha torpaq sahəsi verilmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 27 may 2021-ci il tаrixli 2(014)- 151/2021 nömrəli qərardadı ilə İddiaçı iddia ərizəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş 10.05.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair bu tələblə bağlı hissəsində mülki iş üzrə icraata ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2021-ci il tarixli, 2(107)-1895/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, İş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tаrixli 2(014)-151/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 03 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X14 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 onun atasıdır. Həmin evdə onlar yaşamışlar, ev onlara babasından qalmışdır. X7 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 ilə qonşu olmuşdur. Həmin evdə Cavabdeh1 və onun ailəsi yaşamışdır. İddiaçı həmin evdə yas mərasimində görmüşdür.Həmin evin İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişlərdir. X4 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 ilə qonşu olmuşdur. Həmin evdə Cavabdeh1 və onun ailəsi yaşamışdır. İddiaçı həmin evdə yas mərasimində görmüşdür. Həmin evin İddiaçı Əhmədiyyə qızına məxsus olmasını bilməmişlərdir. X15 ifadə verərək bildirmişdir ki, Cavabdeh1 onun yoldaşıdır. O, həmin evə gəlin gəlmişdir. Yoldaşı evin kiçik oğlu olduğu üçün, evi atası ona vermişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; -6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) -324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). - 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 421-424-cü maddələri müqavilənin dəyişdirilməsini və ləğv edilməsini tənzimləyir. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Mülki Məcəllənin 421-ci maddəsi). Qanunvericiliyin tələbinə görə müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsinin əsasları Mülki Məcəllədə, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər. Göründüyü kimi tərəflərin iradəsinə əsasən bağlanmış müqavilə başlıca olaraq onların iradələrinə əsaslanan razılaşmaları ilə də dəyişdirilə və ya ləğv edilə bilər. Bu müddəa müqavilə azadlığı prinsipindən irəli gəlir. Bu halda xüsusilə qeyd edilməlidir ki, müqavilənin dəyişdirilməsinin və ya ləğv edilməsi nəticəsində yaranmış hüquqi nəticələr tərəflərin mənafelərini pozarsa, pozulmuş hüquqlar bərpa edilməlidir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (MM-nin 423-cü maddəsi). - 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. -567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür Beləliklə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, X6 özünə məxsus olub ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 62.4 kv.metr olan yaşayış evini 21 sentyabr 1990-cı ildə notariat konturunda reyestr kitabında 53 nömrə ilə qeydiyyata alınmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əri X2. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ ilə bağlı hər hansı qeydiyyat iddiaçı və onun mərhum ərinin adına aparılmamışdır. Mərhum X8 həmin 10 yanvar 2009cu il tarixdə Ağdaş rayon notariat ofisində reyestrdə 2V-01-01 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə özünə məxsus olub Ağdaş şəhər, H.Əliyev pr, 1/7 ünvanında (keçmiş ünvan 3/7) yerləşən fərdi yaşayış evini, evin yerləşdiyi həyətyanı torpaq sahəsini və bütün əmlakını arvadı İddiaçı vəsiyyət etmişdir. X18 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. Müəyyən səbəblərdən iddiaçı ərinin ölümündən sonra miras qalmış həmin əmlakla əlaqədar vərəsəlik işi açdırmamış, miras əmlakı nə formal, nə də faktiki olaraq qəbul etməmişdir. Mübahisəli ev və torpaq sahəsi Cavabdeh1 adına sənədləşdirilmiş və Cavabdeh2 satılmışdır. Cavabdeh1 həmin yaşayış evini və onun yerləşdiyi 0.08 hektar torpaq sahəsini Ağdaş rayon XDS İK-nin 03.09.1990-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarış, Ağdaş rayon Dövlət Arxivinin 25.04.2018-ci il tarixli 99 nömrəli arxiv arayışına və Ağdaş RİHBA-nın Memarlıq və tikinti şöbəsinin eskiz layihəsinə əsasən tam mülkiyyət hüququ əsasında 10.05.2018-ci il tarixdə cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsində qeydiyyata aldırmış və bu barədə cavabdeh tərəfindən onun adına həmin qeydiyyat tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Dövlət X22nın 14 sentyabr 2020ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin sənədləri filialda saxlamır, Ağdaş rayon Dövlət Arxivində saxlanılır. Ağdaş rayon Dövlət Arxivinin 23.09.2020-ci il tarixli arayışına görə, Ağdaş rayon XDS İK-nin 03 sentyabr 1990-cı il tarixli 12 saylı protokol kitabını tapa bilmədikləri üçün məlumat vermək mümkün olmamışdır. Cavabdeh1 həmin çıxarışa əsasən həmin həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən yaşayış evini üçüncü şəxs Mingəçevir “ASAN Xidmət” mərkəzində notariat kontorunun 16.08.2019-cu il tarixli, 4Ə-1476 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Həmin müqavilə əsasında həyətyanı torpaq sahəsi və yaşayış evi 29.08.2019-cu il tarixdə cavabdeh DƏDRX-nin 17 saylıl Yevlax ərazi İdarəsində Cavabdeh1 adına qeydə alınmış və bu barədə onun adına həmin tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, apellyator İddiaçı apellyasiya şikayətinin dəlillərinə, xüsusən də Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilə tərəfi olmadığı müqaviləni ləğv etmək hüququnun olmaması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən dəlilinə qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe baxımından mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin bu iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eyni zamanda İddiaçı şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarı baxımından qeyd edir ki, müqavilə tərəflərinin müqavilə üzrə vicdanlılığına qiymət verməmişdən əvvəl iddiaçının ümumiyyətlə hazırki iddianı qaldırmaq üçün tələb olunan müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməlidir. İddiaçının subyektiv hüququna qiymət verərkən isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrin ləğvi və yaxud dəyişdirilməsi qaydasını tənzimləyən 421.2-ci maddəsinə əsasən müqavilələrin etibarsızlığı iddialarından fərqli olaraq müqavilənin ləğvi tələbini irəli sürmə hüququ yalnız həmin müqavilənin tərəflərinə məxsusdur. İşin mübahisələndirilməyən halından göründüyü kimi iddiaçı mübahisə predmeti olan alqı-satqı müqaviləsi üzrə tərəf olmadığından, hazırki iddianı qaldırmaq üçün subyektiv hüququn daşıyıcısı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; -384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. -385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(014)-151/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(014)-151/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-159/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-159/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver