Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1591/2020 27.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X4, Cavabdeh şirkətinin nümayədəsi X1 iştiraklı ilə, İddiaçı Cavabdeh şirkətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) İddiaçı Cavabdeh şirkətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat Dövlət Xəzinədarlıq Agentliyinin (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK-CTREAZ22) və mütəxəssis rəyinin dəyərinə görə 60 (altmış) manat Kadastr və X12 Mərkəzi MMC-nin (kod 200071, VÖEN(bank) **********, müxbir hesab AZ37NABZ ********************, SWİFT: AİİBAZ2X, VÖEN:**********, hesab N:AZ23AİİB********************) xeyrinə tutulmasıqət edilmişdir. İşin halları İddiaçı cavabdehə qarşı torpaq sahəsinin boşaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon X9 xx xxxxxx 1998-ci il tarixli, 17 nömrəli qərarı və JN-642, коd 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət аktına əsasən Ucar rayonu, Qaracallı kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,61 hа torpaq sahəsindəçəkilmiş boru kəmərinin həmin torpaq sahəsinin 0,55 ha hissəsindən cavabdehin vəsaiti hesabına sökülməsi, 0,61 hа torpaq sahəsinin 0,55 ha hissəsinin boşaldılması və torpaq sahəsinin əkinə yararlı, əvvəlki vəziyyətinə qaytarılmasıbarədə qətnaməçıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,Ucar Rayon X9 xx xxxxxx 1998-ci il tarixli, 17 nömrəli qərarı iləX18 oğluna ailəüzvləri - arvadıİddiaçı, uşaqlarıX5, X10, X3 vəƏhmədova Gülzar Hidayət qızına kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,61 hа torpaq sahəsi verilmişdir.X18 оğlunun ailəüzvləri - arvadıİddiaçı, uşaqlarıX15 qızının, X6, X2 vəƏhmədova Gülzar Hidayət qızının torpağa mülkiyyət hüququ JN-642, коd 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir.Həmin 0,61 hа torpaq sahəsi X18 оğluna ailəüzvləri - arvadıİddiaçı, uşaqlarıX5, X10, X3 vəƏhmədova Gülzar Hidayət qızına ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin torpaq sahəsi Cavabdeh Şirkəti tərəfindən zəbt edilmiş və onun tərəfindən qeyriqanuni istifadə edilir. Belə ki, ailəüzvülərinə məxsus 0,61 ha torpaq sahələrinin üzərindən “TANAP” qaz kəməri keçsə də onlara düşəcək kompensasiya düzgün verilməmişdir. Bununla da X7 ailəüzvləri-arvadıİddiaçı, uşaqlarıX15 qızının, X6, X2 vəƏhmədova Gülzar Hidayət qızının həmin torpaq sahəsi üzrə mövcud olan mülkiyyət hüququ pozulmuşdur. Ümumi birgə mülkiyyətdə olan 0,61 ha torpaq sahəsinin 0,06 hektar hissəsinə dair Ucar Rayon İcra Hakimiyyəti ilə xx xxxxxxxx 2014-cü il tarixdə aralarında müqavilə bağlanmışdır. O, həmin müqaviləni mübahisələndirmir. Lakin, Cavabdeh Şirkəti ümumi birgə mülkiyyətdə olan 0,61 ha torpaq sahəsinin 0,06 hissəsindən əlavə 0,55 hektar hissəsini heç bir qanuni əsas olmadan zəbt etmişdir. Belə ki, Ucar Rayon İcra Hakimiyyəti ümumi birgə mülkiyyətdə olan 0,61 hа torpaq sahəsinin 0,06 hissəsinə müqavilə bağlayıb, Cavabdeh Şirkəti isə bütövlükdə 0,61 hа torpaq sahəsindən istifadə edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıməhkəmə iclasındaiddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, torpaq sahəsinin ayrılması Azərbaycan Respublikasının Hökuməti ilə layihə iştirakçıları arasında bağlanmış sazişə uyğun həyata keçirilmişdir. Həmin sazişəəsasən hökumətin və digər dövlət orqanlarının üzərinə düşən öhdəliklər boru kəmərinin tikintisinə məruz qalan torpaq sahələrinin mülkiyyətçilərinin müəyyən edilməsi və digər hüquqları olan şəxslərin müəyyən edilməsi olmuşdur. Torpaq ayırma prosesinin ilkin mərhələsində keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ərazi üzrə torpaq sahələrinin bölgüsünü əks etdirən təsdiq edilmiş xəritəni layihə iştirakçılarına təqdim etmişdir. Həmin xəritəyəəsasən iddiaçıya məxsus torpaq sahəsini 0,061 ha hissəsinin kəmərin təsirinə məruz qalması müəyyən edilmişdir. Boru kəmərinin çəkilməsi ilə əlaqədar sazişə uyğun olaraq Ucar Rayon İcra Hakimiyyəti ilə torpağın mülkiyyətçisi olan iddiaçı arasında icarə müqaviləsi bağlanmış, sonradan həmin əldə edilmiş hüquqlar cavabdehə ötürülmüşdür. İcarə müqaviləsinin şərtlərinə görə 0,061 ha torpaq sahəsi iddiaçıdan icarəyə götürülmüş, orada tikinti işləri aparılmış, sonradan isə sahə bərpa olunaraq iddiaçıya qaytarılmışdır. Həmçinin, X19 Kəməri Şirkətinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (RX seriyalı, ******* nömrəli) verilmişdir. Həmin sazişəəsasən torpaq hüquqlarına dair hər hansı mübahisə yaranarsa, buna görə X19 Kəməri Şirkəti hər hansı məsuliyyət daşımır. Rəylərdən göründüyü kimi iddiaçının iddia etdiyi və icarə müqaviləsində göstərilən 0,0610 ha torpaq sahəsindən artıq olan hissəsinin (mülkiyyətçinin sənədinəəsasən) layihəyə məruz qalmasıöz əksini tapmamışdır. Əlavə olaraq bildirdi ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən plan vəölçü sənədi verilməmişdir. Birinci instansiya məhkəməsinin iclasındaüçüncüşəxsin nümayəndəsi izahatında göstərmişdir ki, təmsil etdiyi Ucar Rayon İcra Hakimiyyəti boru kəmərinin təsirinə məruz qalmış vətəndaşlara məxsus torpaq sahələrinə dair həmin şəxslərlə təqdim edilmiş sənədlərə uyğun icarə müqaviləsi bağlamışdır. Sazişə əsasən İddiaçı ilə Ucar Rayon İcra Hakimiyyəti arasında icarə müqaviləsi bağlanmışdır. Ekspert rəyində sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olması göstərilmişdir. İddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsindən istifadə olunmasına etirazları yoxdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onun sənəd üzrə torpaq sahəsi 0,61 hektardır. Ekspert rəyinə görə isə onun göstərdiyi torpaq sahəsi 0,56 hektardır. Göründüyü kimi onun göstərdiyi torpaq sahəsi sənəd üzrə olan torpaq sahəsindən də azdır. Belə olan halda konfiqurasiya fərqinin olması təbiidir. Çünki, o heç kimin torpaq sahəsini zəbt etməmişdir, əksinə onun torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Torpağın 0,38 ha hissəsindən boru kəməri keçir. Ona verilən 2237 manat kompensasiya 0,061 hektara görədir. Deməli cavabdeh mülkiyyətçinin razılığı olmadan torpağın 0,319 hektarından qanunsuz istifadə edir. Hesab edir ki, cavabdeh ona təxminən 11700 manat kompensasiya verməli idi. Odur ki, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsini ləğv edərək, iddiasının təmin edilməsini xahiş edir. Tərəflərin İzahatları Ucar Rayon İcra Hakimiyyəti işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına nümayəndəsini göndərməmiş, teleqram göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X11 bildirdi ki, Ucar Rayon Məhkəməsi tikinti ekspertizasının rəyinə əsasən qərar çıxarmışdır. Ekspertizanın rəyində ziddiyyətlər var. Ekspert mütəxəssis rəyinə əsasən rəy vermiş və göstərmişdir ki, sənədlə olan torpaqla yerində yaranan konfiqurasiyada kordinat uyğunsuzluğu var. Həmçinin göstərilmişdir ki, vətəndaşın faktiki istifadə etdiyi torpağın 0.38 ha torpağı boru kəmərinin keçdiyi əraziyə düşür. Lakin, müqavilədə 0.6 ha torpaq sahəsi göstərilmişdir. Ekspert rəyində ziddiyyət olduğundan torpaq sahəsinin yerləşdiyi yerdə mütəxəssislərin iştirakı ilə yenidən baxış keçirilməli və məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2019-cu il tarixli 10223 saylı və xx xxx 2020-ci il tarixli 4609 saylı rəylərinin verilməsi zamanı rəy vermiş mütəxəsislər məhkəməyə dəvət edilərək dindirilməlidirlər. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, onunla 3 illik müqavilə bağlanılıb lakin, təhvil verilmədiyindən yenidən əlavə bir illikdə müqavilə bağlanılmışdır. O həmin ilin pulunu eyni zamanda həmin yeri də təhvil almamışdır. Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şirkətinin nümayədəsi X8 bildirdi ki, ümumilikdə 0.61 ha torpaq sahəsi mülkiyyətçilərin istifadəsindədir. Baza məlumatlarında mülkiyyətçinin mülkiyyətində olan 0.61 ha torpaq sahəsinin 0.06 ha ərazisinə müqavilə bağlanıldığı göstərilmişdir. Rəydə heç bir ziddiyyət və uyğunsuzluq yoxdur. Torpaq sahəsi zəbt olunmayıb, bərpa olunaraq mülkiyyətçinin istifadəsinə təhvil verilmişdir. Boru kəməri qaz boru kəməridir, torpağın 1 metr dərinliyində basdırılıb və həmin borunun sökülməsi dövlətin mənafeyinə ziddir. Həmin boru kəməri olan torpaq sahəsi uzun müddətli icarəyə götürülür. Uzun müddətli icarə 2066-cı ilə qədər vaxtı əhatə edir. Azərbaycan dövləti ilə xarici investorlar arasında saziş bağlanıb. Həmin sazişə əsasən torpaq sahəsi götürülür, boru kəməri basdırılır və mülkiyyətçiyə təhvil verilir. Həmin sahədə 95 atmosfer qaz keçdiyindən mülkiyyətçi həmin sahədən müəyyən məhdudiyyətlə istifadə edir və müqaviləyə əsasən 2066-cı ilə qədər mülkiyyətçiyə birdəfəlik icarə haqqı ödənilir. Həmin sahəyə də xüsusi dövlət mühafizə xidməti nəzarət edir. İddiaçı ilkin kompensasiya 2237 manat, bərpa müqaviləsinin uzadılması ilə əlaqədar 12 aylıq 232 manat məbləğ vətəndaşın hesabına köçürülmüşdür. Odur ki, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəliqətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəliqətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarında olan JN-642, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ucar rayonu X9 xx xxxxxx 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Ucar rayonu, Qaracallı kəndindəX18 oğluna, İddiaçı, X5, X10, X3 vəƏhmədova Gülzar Hidayət qızına kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,61 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpaq mülkiyyətçisi İddiaçı və Azərbaycan Respublikası adından Ucar Rayon İcra Hakimiyyəti arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, təsir ərazisinə düşən ərazi 0,061 ha təşkil edir, CQBKG layihəsi üzrə kompensasiya məbləği 2237 manat müəyyən edilmiş, icarə müqaviləsi onun imzaladığı tarixdən qüvvəyə minmiş və ona istismar müddətinin sonuncu günündə xitam verilir. İş materiallarında olan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 4609 nömrəli ekspert rəyindən görünür ki, Ucar rayon X9 xx xxxxxx 1998-ci il tarxli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktıüzrə İddiaçı və ailəüzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalıüçün verilmiş 0.61 hektar torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşir, lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə konfiqurasiya (koordinatlara əsasən) fərqi vardır. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olduğundan üst-üstə düşməni dəqiq müəyyən etmək mümkün deyildir. Ucar rayon X9 xx xxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktıüzrə İddiaçı və ailəüzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalıüçün verilmiş 0.61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0.0616 ha-dək hissəsi neft kəmərini keçdiyi torpaq sahəsinə düşür. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada faktiki göstərdiyi torpaq sahəsi 0.56 ha təşkil edir və həmin sahənin 0.38 ha hissəsi boru kəmərinin keçdiyi əraziyə düşür. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan ölçü sənədi təqdim edilmədiyindən qərardadda qoyulmuş 4-cü və 5-ci sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MMin) 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinəəsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinəəsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Hazırda birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Ucar rayon X9 xx xxxxxx 1998-ci il tarxli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktıüzrə İddiaçı və ailəüzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalıüçün verilmiş 0.61 hektar torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşir, lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə konfiqurasiya (koordinatlara əsasən) fərqi vardır. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olduğundan üst-üstə düşməni dəqiq müəyyən etmək mümkün deyildir. Ucar rayon X9 xx xxxxxx 1998-ci il tarixli, 17 saylı qərarı və JN- 642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktıüzrə İddiaçı və ailəüzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalıüçün verilmiş 0.61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0.0616 ha-dək hissəsi neft kəmərini keçdiyi torpaq sahəsinə düşür. İcarə müqaviləsinin surətindən də görünür ki, iddiaçı 0,061 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlamış və ona müvafiq qaydada kompensasiya hesablanmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qeyd olunan rəylərdən görünüdüyü kmi dövlət aktı ilə iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,61 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşsə də iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə konfiqurasiya (koordinatlara əsasən) fərqi vardır, sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olduğundan üst-üstə düşməni dəqiq müəyyən etmək mümkün deyildir, iddiaçının tələbi əsaslı və qanunauyğun deyildir, buna görə də, iddia təmin edilməməlidir. Qeyd olunan rəydə iddiaçının faktiki göstərdiyi torpaq sahəsinin 0,56 ha təşkil etməsi və həmin sahənin 0,38 ha hissəsinin boru kəmərinin keçdiyi əraziyə düşməsi göstərilsə də yuxarıda qeyd olunduğu kimi sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin arasında konfiqurasiya uyğunsuzluğu olması müəyyən edilmişdir. Həmçinin, tədqiq olunan iş materialları ilə o da öz təsdiqini tapır ki, iddiaçı ilə bağlanmış icarə müqaviləsinin şərtlərinə görə 0,061 ha torpaq sahəsi iddiaçıdan icarəyə götürülmüş, orada tikinti işləri aparılmış, sonradan isə sahə bərpa olunaraq iddiaçıya qaytarılmışdır. Digər tərəfdən iddiaçı özü də etiraf edir ki, torpağın icarəyə verilməsinə dair müqavilən Ucar Rayon İcra Hakimiyyəti ilə bağlamışdır. Bu da onu təsdiq edir ki,X19 Kəməri Şirkəti hazırkı işdə hər hansı bir məsuliyyət daşımır MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. MPM-in 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. MPM-in 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları yuxarıda şərh olunan maddi və prosessual hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. MPM-in 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və MPM-in 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(063)-42/2020 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1591/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1591/2020
27.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver