Məhkəmə qərarları › İş №2(107)-1592/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1592/2021

06.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1592/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-519/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-519/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestiri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Dövlət Notariat Kontorunda 01 fevral 2006cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0.50 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə ona və ailə üzvlərinə məxsus olan həmin torpaq sahəsinə sahib olması , ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərə və qəsdlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ki, Balakən rayonu Qullar kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvləri olmuş X6, X10, İddiaçı, X24 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənəsi X14 məxsus olmuş fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. 13 yanvar 2006-cı ildə nənəsi X14 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evini anası X1 rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 satmışdır. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. Onun məlumatı olmadan JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. Sonradan notariat orqanı tərəfindən müqavilənin surəti ona verilərkən məlum olmuşdur ki, bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsi X8, X17 və İddiaçı ilə X33 arasında 0.50 ha torpaq sahəsinə dair bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə görə 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə o, imza etməmiş,notariat kontorunda hər hansı müqaviləyə imza etməmiş və onun bundan məlumatı olmamışdır. Həmin müqavilədəki imza onun adından saxtalaşdırılmışdır.Həmin alqı-satqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırki iş üzrə həm onun, həm də digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X8, X17, İddiaçı, X29ma və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən rayon Notariat Ofisi öz səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən X8, X17 və İddiaçı arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini Cavabdeh1 satmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının vəkilini, məhkəmə iclasına gəlmiş cavabdehi dinləyib, işdə olan sənədlərə baxaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin əvvəlki iclasında iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi 01 fevral 2006-cı il tarixdə X17, X8 və İddiaçı tərəfindən rəsmi olaraq notarial qaydada alqı-satqı müqaviləsi ilə ona satılmışdır. Həmin vaxt İddiaçı yetkinlik yaşına çatmadığından onun əvəzindən müqaviləyə anası X8 imza etmişdir. O, torpaq sahəsinə görə iddiaçı Pirdas Saramanovanın qardaşına 4000 manat pul ödəmişdir. Alqı-satqı müqaviləsindən sonra iddiaçılar həmin torpaq sahəsinin Dövlət Aktını ona vermişlər və həmin torpağa dair JN 439 KOD 40107018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ondadır. Göstərilən torpaq sahəsinin alınması ilə bağlı alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirilmişdir. Bir neçə ildir ki, iddiaçı və ailə üzvüləri ona qarşı sözügedən torpaq sahəsi ilə bağlı məhkəmədə iddialar qaldırırlar. Onların iddia tələblərinin təmin edilməməsi barədə məhkəmə qətnamələri vardır. İddiaçının bu iddiasını da əsassız hesab edir. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Balakən rayon Dövlət Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndələri birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Onlar məhkəməyə yazılı müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən rayon məhkəməsinin hakimi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. O, Balakən rayonu Qullar kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olur. Balakən rayonu Qullar kəndində aparılan torpaq islahatı nəticəsində Balakən rayonu Aqrar İslahat komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə ailə üzvləri olmuş X6, X11, İddiaçı Əsildər oğluna, X24 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 0.50 ha hissəsi nənəsi X14 məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. 13 yanvar 2006-cı ildə nənəsi X14 məxsus olmuş 0.15 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən evi anası X1 rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Cavabdeh1 satmışlar. Həmin torpaq sahəsinə bitişik olan 0.50 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini isə cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. Onun məlumatı olmadan JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən 0.59 ha torpaq sahəsindən 0.50 ha hissəsini valideynləri Cavabdeh1 satmışlar. Sonradan notariat orqanı tərəfindən müqavilənin surəti ona verilərkən məlum olmuşdur ki, bağlandığı tarixi məlum olmayan torpaq alqı-satqı müqaviləsi X8, X18 və İddiaçı Əsildər oğlu ilə X33 arasında 0.50 ha torpaq sahəsinə dair bağlanılmışdır. Həmin müqavilə ilə guya Etibar Alqayev ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə dair 4000 manat pul ödəmişdir. Bağlandığı tarix bəlli olmayan alqı-satqı müqaviləsinə o imza etməmişdir, notariat kontorunda hər hansı müqaviləyə imza etməmişdir və onun bundan məlumatı olmamışdır. Həmin müqavilədəki imza onun adından saxtalaşdırılmışdır. Həmin alqı-satqı müqaviləsi həm qanunvericiliyin tələblərinə zidd bağlanmış, həm də hazırki iş üzrə həm onun, həm də digər mülkiyyətçilərin mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə X8, X18, İddiaçı Əsildər oğlu, X24 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Balakən rayon Notariat Ofisi öz səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsini iddiaçıların məlumatı və razılığı olmadan öz mülahizəsinə əsasən X8, X18 və İddiaçı Əsildər oğlu arasında hər birinə 0.17 ha torpaq payı ayırmaqla 0.50 ha hissəsini X2. Məhkəmə iclasında müqavilədəki imzanın ona məxsus olub-olmaması ilə bağlı məhkəməyə şifahi vəsatət verərkən cavabdeh X33 buna etiraz etmiş, məhkəməyə bildirmişdir ki, İddiaçı Əsildər oğlu 01 fevral 2006-cı il tarixdə Balakən rayon Notrariat Kontorunda alqı-satqı zamanı iştirak etməmiş və alqı-satqı müqaviləsinə imza etməmişdir. Lakim məhkəmə qətnamə qəbul edərkən bunları nəzərə almamışdır. Ona görə də, Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)- 519/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İddiaçı, cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinin nümayəndəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-519/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qullar kənd soveti tərəfindən 15 aprel 1988-i ildə verilmiş Xİİİ-JQ seriyalı 272604 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxx 1988-ci ildə anadan olmuş, atası X17, anası X27 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-439 (KOD ********) nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə Balakən rayonu Qullar kəndi ərazisindən X17, X6, İddiaçı, X24 və X16 0.59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş notarial qaydada təsdiq olunmuş 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsindən görünür ki, X17, X8 və İddiaçı Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə JN-439 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən, ümumi sahəsi 0.50 ha olan torpaq sahəsini 4000 manata Cavabdeh1 satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 yanvar 2006-cı il tarixli müqavilədən görünür ki, X7, X8 və X3 rayon DNK-nin 28.12.2005-ci il tarixli 2V-231 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi və Balakən TİBnin 12.01.2006-cı il tarixli arayışına əsasən onlara məxsus olan Balakən rayonu Qullar kəndində yerləşən 1936-cı ildə tikilən, divar çaydaşı, üstü keramit, yaşayış sahəsi 45 kv.m, ümumi sahəsi 45 kv.m-dən ibarət yaşayış evini 9000 ABŞ dolları, yəni 8000 manata Cavabdeh1 satmışlar. İşdə olan Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X4 və X9 Cavabdeh1 qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları, mübahisəli torpaq sahəsinin iddiaçılar tərəfindən notariat qaydasında təsdiq edilmiş 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında cavabdehə satılması,həmin andan cavabdehin o torpaq sahəsinə sahiblik və istifadə hüququnun yaranması əsası ilə təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 avqust 2019-cu il tarixli, 2(107)-2555/2019 saylı qətnaməsindən görünür ki, iddiaçılar X8 və X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızının cavabdehlər Cavabdeh1 və Balakən rayon Notariat Ofisinə qarşı Balakən rayon Notariat Kontorunda bağlanmış JN 439 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-711/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının, Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli,2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1 və 55.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 222.2, 222.3 və 354.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə ...” 12.03.2020-ci il tarixli qərarına, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə və “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 55.7-ci maddəsinə əsasən valideynlərin və uşaqların birgə mülkiyyət hüququ yarandıqda əmlak üzərində sahiblik, sərəncam və ondan istifadə hüququ mülki qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansını bağlanmasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3-cü maddəsinə əsasən, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal (əqdin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması) istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə ...” 12.03.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Qullar kəndində yerləşən mübahisəli 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli qərarı ilə X9, X4, İddiaçı, X19 və X15 ümumi birgə mülkiyyətinə verilmişdir. 01 fevral 2006-cı il tarixdə həmin torpaq sahəsinin 0,50 hektarı X17, X8 və İddiaçı tərəfindən notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 4000 manata Cavabdeh1 satılmışdır. Həmin vaxt İddiaçı yetkinlik yaşına çatmadığından onun adından müqaviləni anası X8 imzalamışdır. 2019-cu ildə İddiaçı valideynləri X8 və X17 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN 439 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyətlərinə verilmiş, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, onların həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sözügedən işə baxılarkən iddiaçılar X8 və X17 01 fevral 2006-cı il tarixli alqısatqı müqaviləsindəki onlara aid imzaların özləri tərəfindən icra edilmədiyini bildirdiklərindən məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və məhkəmə-xətşünaslıq ekspertizasının 02 may 2019-cu il tarixli, 8623 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, həmin müqavilədəki imzalar X20 və X6 məxsusdur. Ona görə də Balakən Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2(019)-79/2019 saylı qətnaməsi ilə iddiaçılar X4 və X9 Cavabdeh1 qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir.Bundan sonra İddiaçı bacıları İsayeva (Saramanova) Afət Əsildar qızı və Qurbanova (Saramanova) Adilə Əsildar qızı cavabdehlər Cavabdeh1 və Balakən rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)- 588/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının,Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil qətnamədən apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-711/2021 nömrəli, 08.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İsayeva (Saramanova) Afət Əsildar qızının,Qurbanova (Saramanova) Adilə Əsildar qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətləri təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(019)-588/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.Bundan sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından göründüyü kimi mübahisə predmeti olan 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9, X5, İddiaçı, X19 və X15 ümumi birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi 01 fevral 2006-cı ildə notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdehə satılmışdır. Həmin vaxt İddiaçı 17 yaşı olmuşdur. X17, X8 və İddiaçı 01 fevral 2006-cı il tarixli torpaq alqı-satqı müqaviləsini bağlayaraq ümumi birgə mülkiyyətdə olan 0.50 ha torpaq sahəsini Cavabdeh1 satarkən onların birgə mülkiyyətdə olan bu torpaq sahəsinə dair sərəncamçılığı bütün mülkiyyətçilərin, o cümlədən iddiaçının razılığı ilə həyata keçirilmişdir. Əqd bağlanarkən X17 və X8 həm də İddiaçı qanuni nümayəndələri qismində çıxış etmiş və qanuni nümayəndələrə dair hüquqlarından istifadə etmişlər. İddiaçının mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllədə əqdlərin etibarsızlığı üçün əsaslar nəzərdə tutulmuşdur ki, həmin əsaslar mövcud olduğu və müvafiq müddətlər daxilində iddia verildiyi halda bağlanmış əqd etibarsız sayıla bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, Mülki Məcəllənin 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, Mülki Məcəllənin 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, Mülki Məcəllənin 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, Mülki Məcəllənin 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı və Mülki Məcəllənin 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığının əsasları və şərtləri nəzərdə tutulmuşdur. İş üzrə iddiaçılar mübahisələndirdikləri 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanun normalarında nəzərdə tutulan əsas və şərtlərin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Qanunvericilik əqdin etibarsızlığını mübahisələndirmək üçün kəsici müddət müəyyən etmişdir; maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə müddətin keçməsi ilə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2006-cı ildən alqı-satqı müqaviləsinin bağlanmasını, torpaq sahəsinin cavabdehin sahibliyinə və istifadəsinə verildiyini bilmişdir. Bundan başqa iki ildən artıq müddətdir ki,sözügedən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisələri davam edir. İddiaçı 1 il ərzində həmin müqavilənin etibarsızlığını mübahisələndirə bilərdi. Həmin müddət ötürüldüyündən iddiaçı əslində hazırkı iddianı qaldırmaq hüququnu çoxdan itirmiş və onun artıq mövcud olmayan hüquqları müdafiə oluna bilməz. İddia tələbinin Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Birinci instansiya məhkəməsi mübahisəli torpaq sahəsinin iddiaçı və ailə üzvüləri tərəfindən Cavabdeh1 satılmasını, həmin alqı-satqı müqaviləsinin qüvvədə olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır, ona görə də təmin edilə bilməz. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Balakən rayon Dövlət Notariat Ofisinə,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 01 fevral 2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayonu Qullar kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmış torpaq sahəsindən cavabdehin çıxarılması, ümumi paylı mülkiyyət hüququ ilə onlara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-519/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(019)-519/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar