Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1595/2020 01.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı vəkili X8, Cavabdeh, onun nümayəndəsi və vəkili X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnməsindən Cavabdeh numayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsi (Cahid İmanov) ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə iddia tələbinin təmin edilməsi, cavabdeh 1954-cü ildə anadan olmuş Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 11, mənzil 19-da qeydiyyatda olan Cavabdeh, ƏMDK yanında DƏDRXnin 12 saylı X21 tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarış üzrə İddiaçı qanuni və şəxsi mülkiyyətində olan Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir. işin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 1954-cü ildə anadan olmuş Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 11, mənzil 19da qeydiyyatda olan Cavabdeh, onun qanuni və şəxsi mülkiyyətində olan Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxxx 2019-cu il tarixli, Seriya RX ******* nömrəli Çıxarışa əsasən onun Şəki rayonu Cəfərabad kəndində 0,22 ha torpaq sahəsi üzərində 94,8 kv.metr xüsusi mükiyyət üzrə fərdi yaşayış evi vardır. Bildirmişdir ki, həmin fərdi yaşayış evi onun adına tam və torpaq sahəsi isə oğlu ilə isə ümumi birgə paylı mülkiyyətdədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə xx xxxx 2019-cu il tarixdə reyestr nömrəsi **********86-10301 olan texniki pasport hazırlanıb verilmişdir. Mingəçevir şəhərində qeydiyatda olan qardaşı Cavabdeh onun mülkiyyətində olan evə qanunsuz daxil olaraq orada yaşamağa başlamışdır. Qardaşı Telman həmin evdə qanunsuz yaşamaqla həmin evdə xoşagəlməz əməllərə və əxlaqsız hərəkətlərə yol vermişdir. Dəfələrlə cavabdehin mülkiyyətində olan evdən çıxarılmasını tələb etsə də o, buna məhəl qoymamış, həmin evin ata mülki olmasını bəhanə edərək qərəzli olaraq həmin evdən çıxmaqdan imtina etmişdir. Bununla bağlı o, qardaşının qanunsuz hərəkətləri ilə bağlı Şəki rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Şəki ŞRPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli qərarı ilə ərizəsi üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Polis şöbəsində qardaşı verdiyi izahatında da göstərmişdir ki, xx.xx.2020ci il tarixədək həmin mülkiyyətindən olan evdən çıxacaqdır. Həmin mülk onların ata mülkü deyildir. Ata mülkləri Şəki rayonu Kəhrizoba kəndində yerləşmişdir. Həmin ata mülkləri hesab edilən torpaq sahəsi hazırda tamamilə boşdur. 1978-ci il tarixdə atası bütün xərcləri çəkməklə qardaşı Telmana toy etmiş, qızıl-ziynət əşyaları almış və həmin tarixdən də ona çatan miras payının əvəzi olaraq Mingəçevir şəhərindən ev almış və həmin vaxtdan da Mingəçevir şəhərində yaşamışlar. O, 1980-ci il tarixdən iş yerinin dəyişməsi ilə bağlı Şəki rayonu Cəfərabad kəndinə köçmüşdür. Həmin vaxtdan da həmin kənddə olan hazırda mübahisə predmetinə çevrilən evi tikmişdir. Həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Sonradan valideyinlərini də həmin evə gətirmişdir. Valideynləri də onun ailəsi ilə birlikdə həmin evdə yaşamışlar. 2005-ci il tarixdə atası ölmüş və onun bütün dəfn xərclərini o özü çəkmişdir. Hazırda qoca anası onunla birlikdə yaşayır. Bundan başqa bildirdi ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Qardaşı tərəfindən onun mülkiyyətində olan fərdi yaşayış evinə olan müdaxilə onun qanunla qorunan mülkiyyət hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Qardaşı Telman həmin fərdi yaşayış evindən könüllü şəkildə çıxmadığına görə məcbur qalıb ona qarşı iddia qaldırmışdır. İddia tələbini müdafiə edir və onun təmin edilməsini xahiş edir. Bundan əlavə göstərmişdir ki, DƏDRX-nin 12 saylı X21nə soğu verilərək qardaşı Cavabdeh mülkiyyətində hər hansı daşınmaz əmlakın olub-olmasını xahiş etmiş, DƏDRX-nin 12 saylı X21nin xx xxx 2020-ci il tarixli 1356 nömrəli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh mülkiyyətində xüsusi mülkiyyət hüququ üzrə 64.2 kv.metr olan ünvan 1 mənzil 19 ünvanında evi vardır. Həmin evə dair ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2017-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Bundan da əlavə ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, Cavabdeh adına Şəki rayonu Göybulaq kəndində 0,12 ha xüsusi mülkiyyət hüququ üzrə torpaq sahəsi də vardır. Bildirmişdir ki, cavabdeh olan qardaşı təxminən 1978-ci ildən ayrılaraq Mingəçevir şəhərində yuxarıda qeyd olunan evdə yaşamağa başlamışdır. Bildirmişdir ki, hazırda mübahisələndirilən evini atasına-anasına məxsus torpaq sahəsində tikmiş, sonradan həmin yaşayış evi 2004-cü ildə övladı X4 adına rəsmiləşdirilmişdir. Daha sonra həmin fərdi yaşayış evi qanuna uyğun olaraq onun adına keçirilmişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı vəkili X14 da İddiaçı ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsi iclası məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq birinci instansiya məhkəməsi işə onlarən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı ərizədə göstərmişdir ki, ata yurdları Şəki rayonu Cəfərabad kəndində olmasına baxmayaraq qardaşlarının və 4 bacısının 14 il bundan əvvəl heç birilərinin xəbəri olmadan qardaşı İddiaçı saxta yol ilə ata yurdlarını öz adına sənədləşdirmiş və buna görə də onlar ata mülkündən hər hansı paya sahib ola bilməmişlər. İddiaçı Şəki şəhərində bir neçə evi olmasına baxmayaraq tamah məqsədi ilə onları öz ata yurdlarından qovur. Onun 66 yaşı var, təqaüdçüdür. 2 ildir yaşayış yerinin olmaması səbəbli ata yurdunun 1 otağından istifadə etməklə, güc bəla ilə orada yaşayır. Həmin evdə yaşadığı müddətdə müntəzəm olaraq işıq, qaz və sair komunal xərcləri öz vəsaiti hesabına ödəmişdir. Lakin Nəriman aidiyyatı təşkilatlara müraciət edərək onun işığını və qazını kəsdirməklə onu işıqsız və qazsız qoyur. Qardaşı Nərimanln əməllərinə son qoyması və onların ata yurdlarında olan hüquqlarının bərpa olunmasında onlara qanuna müvafiq qayda da köməklik olunmasına köməklik edilməsini xahiş etməklə iddiaya etiraz etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh numayəndəsi və vəkili X13 apelyasiya şikаyəti vermişdir. apelyasiya şikayətinin dəlilləri: Cavabdeh numayəndəsi və vəkili X13 verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işə yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iclasının keçirilməsi vaxtı barədə məlumatlandırılmamış, həmçinin Cavabdeh ünvanına heç bir bildiriş və SMS xidməti vasitəsi ilə heç bir xəbərdar edici məlumat daxil olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi ilk öncə prosessual normaları kobud surət pozmuşdur. Bu səbəbdən də Cavabdeh hüquqları pozulmuşdur. tərəflərin İzahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun numayəndəsi və vəkili X13 apelyasiya şikayətinin məzmununa uyğun verərək onun təmin edilməsini və Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, işə yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X14 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclası təxirə salındıqdan sonra İddiaçı növbəti məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh numayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialına əlavə edilmiş JN256F, KOD 40411018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X7 xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X15 və X3 0,22 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı mülkiyyətinə verilmişdir. İş materialına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixdə qeydə alınmış, 39 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən 2 otaqlı, 48 kv. metrdən ibarət yaşayış sahəsi X4 adına qeydə alınmışdır. İş materialına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 0,22 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə özünə məxsus pay hissəsini İddiaçı bağışlamışdır. İş materialına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X2 rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 48 kv.m, yaşayış sahəsi 48 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsini İddiaçı bağışlamışdır. İş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş reyestr nömrəsi **********86-10301 olan Texniki Pasportun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. İş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 94,8 kv.m, torpaq sahəsi 0,22 ha olan fərdi yaşayış evi tam İddiaçı torpaq sahəsi İddiaçı ilə X4 ümumi birgə mülkiyyətindədir. İş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 mənzil 19 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Göybulaq kəndində yerləşən, 0,12 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materialına əlavə edilmiş Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, İddiaçı Şəki rayonu, Cəfərabad kəndində 0,22 ha torpaq sahəsində özünə məxsus yaşayış evi var və yalnız o özü həmin evdə qeydiyyatdadır. İş materialına əlavə edilmiş Şəki şəhər İHB-nın Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş Çobanov X6 şəhər A.Şaiq küçəsi, ev 11, m.19 ünvanında qeydiyyatda olsa da iki ilə yaxındır ki, Cəfərabad kəndində yaşayır. Onun halhazırda yaşadığı ev qardaşı İddiaçı adındadır. Cavabdeh qeydiyyatda olmadığından Cəfərabad kənd İƏD-si üzrə nümayəndəliyinin təsərüffatbaşına kitabında qeyd olunmamışdır. Hal-hazırda İddiaçı adına olan yaşayış evinin kim tərəfindən tikildiyi və vergilərin (torpaq, əmlak) kim tərəfindən ödənilməsi barəsində nümayəndəlikdə heç bir məlumat yoxdur. İş materialına əlavə edilmiş Cəfərabad bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 17 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Cəfərabad bələdiyyəsində qeydə alınmış və onun mülkiyyətində olan 0,50 ha həyətyanı, 1,94 ha pay torpağı və 96 kv. metr əmlak sahəsinə hər il üçün hesablanmış 23 man. 05 qəp vergi məbləği 2017-2018-2019-cu illər ərzində bələdiyyənin hesabına nəğdsiz qaydada poçt vasitəsiylə İddiaçı tərəfindən ödənilmişdir. İş materialına əlavə edilmiş Şəki rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 05/Q-710/70 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, xx.xx.2005-ci ildə Şəki rayonunun Cəfərabad kəndində ölmüşdür. Ölüm haqqında xx.xx.2005-ci ildə 07 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən 2 otaqlı, 48 kv. metrdən ibarət yaşayış sahəsi xx xxxxxx 2004-cü il tarixdə iddiaçının övladı X4 adına qeydə alınmışdır. Sonradan həmin əmlak bağışlama yolu ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Həmçinin iş materialları ilə müəyyən olunur ki, ünvan 3 mənzil 19 ünvanında yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qanunsuz olaraq iddiaçının mülkiyyətində olan evə daxil olmuş və hal-hazırda iddiaçının razılığı olmadan qeyd edilən mübahisəli mənzildə yaşayır. Bu isə mülkiyyətçinin mülkiyyət hüququnun pozulması və məhdudlaşdırılması deməkdir. Buna görə də iddiaçı cavabdehin qeyd edilən mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilməli, cavabdeh 1954cü ildə anadan olmuş Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 11, mənzil 19-da qeydiyyatda olan Cavabdeh, ƏMDK yanında DƏDRX-nin 12 saylı X21 tərəfindən verilmiş Seriya RX, ******* nömrəli çıxarış üzrə İddiaçı qanuni və şəxsi mülkiyyətində olan Cəfərabad kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətində cavabdehin nümayəndəsi və vəkililin göstərdiyi dəlillərə münasibət bildirirək qeyd edir ki, cavabdeh ümumiyyətlə birinci instansiya zamanı məhkəmə iclasının keçirilməsindən xəbərsiz olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh məhkəmə prosesləri barədə məlumatlı olmuşdur. Həmçinin, həmin ərizəsində qeyd etdiyi əlaqə nömrəsi ilə birinci instansiya məhkəməsi tərəfindən ona SMS xəbərdarlığın AZEMİS vasitə ilə göndərilməsi barədə bildirişdə qeyd edilən nömrə eynilik təşkil edir. Bundan başqa Cavabdeh özü apellyasiya şikayətində məhkəmə işçisinin ona zəng vurduğunu və yarım saat sonra məhkəmədə olmalı olduğunu qeyd etmişdir ki, bu səbəblərdən də məhkəmə kollegiyası onun məhkəmə iclaslarının keçirilməsindən xəbərdar olmaması barədə dəlillər əsassız sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh numayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh numayəndəsi və vəkili X13 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(075)-557/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-1595/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1595/2020
01.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver