Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-160/2025 27.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Tahirov Zamin Cəbrayıl oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı barədə verilmiş qanunsuz əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olub. İddiaçı 2008-2012-ci illərdə Sumqayıt Müəllimlər instutunun Tarix və Coğrafiya fakültəsində ali təhsil alıb. xx.xx.2013cü il tarixdə “Engin LTD" MMC-yə Merçendayer vəzifəsinə təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cii il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən xüsusi müştərilər üzrə ticarət nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən xüsusi müştərilər üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən аparıcı sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış üzrə sahə meneceri vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən аparıcı satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən satış nümayəndəsinin assisenti vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən аparıcı satış nümayəndəsi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən (öz təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən "xxxx" MMC-yə аparıcı satış nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən ( öz təşəbbüsü ilə) tutuduğu vəzifədən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə 104/22 saylı, xx.xx.2022-ci il tarixli əmr əsasında Cavabdeh MMC-in satış şöbəsinin meneceri vəzifəsində işləməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə iddiaçıya həvalə edilmiş əmək funkisyalarını vicdanla yerinə yetirməməsi, eləcə də ona həvalə olunan vəzifədən sui-istifadə edərək cavabdeh MMC-yə məxsus məhsulu mənimsəyib, şirkətə maddi ziyan vurması səbəbi göstərilərək işdən azad edilmiş və cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “AZGRANATA" MMC iddiaçının işdən xaric olunmasına səbəb kimi əmək müqaviləsi üzrə ona həvalə edilmiş əmək funkisyalarını vicdanla yerinə yetirməmiş, eləcə də ona həvalə olunan vəzifədən sui-istifadə edərək cavabdeh MMC-yə məxsus məhsulu mənimsəyib, şirkətə maddi ziyan vurmasını göstərmişdir. İddiaçı bu günə qədər bir neçə yerdə, fərqli vəzifələrdə işləmişdir. Bu günə qədər işlədiyi heç bir yerdən iddiaçının öz iş öhdəliklərini yerinə yetirməməyinə və ya vəzifədən sui-istifadə etməsinə dair heç bir şikayət və ya narazılıq olmamışdır. İddiaçının işdən çıxarılmağı barədə əmr əsaslandırılmayıb və işdən azad edilərkən, qanunvericiliyin tələbləri gözlənilməyib, alternativ tənbeh tədbirlərinin tətbiqi imkanı araşdırılmayıb. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı (hakim: B.Qasımov) qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir: İddiaçı "xxxx" MMC-nin 13 iyul 2022-ci il tarixli, 104/22 saylı əmri ilə cəmiyyətin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsinə təyin edilmiş, "xxxx" MMC-nin 12 yanvar 2024cü il tarixli, 009/24 saylı əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə X2 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 02 (iki) ay 25 (iyirmi beş) gün sonra məhkəmədə “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır: Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır və məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə İddiaçı Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı əmək kitabçası və digər sənədləri almış və bundan sonra xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 15 gün, X2 iştirak edilməmə barədə arayış tərtib edildikdən 02 ay 25 gün sonra) müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində haqlı olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi eyni zamanda iddia tələbinin “məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə də rədd edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə əmək haqqı ödənilə bilməz. Odur ki, iddianın məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində hissəsi də rədd edilməlidir. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab etmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instaniya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 45, 68, 70, 296, 300-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmiş, lakin iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmiş, lakin iddia müddətinin bərpa olunması istiqamətində heç bir araşdırma aparmamış, iddia müddətinin ötürülməinin səbəblərini araşdırmamışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 15 gün, X2 iştirak edilməmə barədə arayış tərtib edildikdən 02 ay 25 gün sonra) müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində haqlı olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi mediasiya prosesində məsafəylə bağlı iştirakın çətinliklərini, mediasiya sesiyasının vaxtını, rüsumun ödənilməsini, arayışın tərtib edilmə vaxtını nəzxərə almamışdır. Belə ki, onun kifayət qədər maddi inkanı olmadığından mediasiya üçün tələb olunan rüsumu gec ödəmiş, arayışı gec almışdır. Məhkəmə arayışın nə vaxt alınmasını deyil, tərtib olunma tarixini araşdırmışdır. Halbuki iddiaçı arayışı 14 iyun tarixində almış, vəkillə müqavilə bağlamış, 26 iyunda iddia verilmişdir. İddiaçının 12 yanvarda işdən azad olunduğunu, 27 yanvarda mediasiyaya müraciət etdiyini, bununla da 15 günlük iddia müddətinin qaldığını, 14 iyunda mediasiya arayışını alaraq müqavilə bağlamaqla yerdə qalan 15 gün ərzində iddia verdiyini məhkəmə nəzərər almamışdır. Qeyd edilənləri nəzərə alaraq Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlillər Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı izahatı: 20 fevrаl 2025-ci il tаrixdə keçirilən məhkəmə kоllegiyаsının iclаsındа iştirаk edən iddiаçı Gülüşоv Оrxаn Zаkir оğlu аpellyаsiyа şikаyətini müdаfiə edərək, bildirmişdir ki, "xxxx" MMC işlədiyi "xxxx" MMC-nin distributoru olub və оnun "xxxx" MMC-də işi"xxxx" MMC-də olan malların düzgün satışına nəzarət etmək olub."xxxx" MMC tərəfindən təhvil verilən məhsulların heç birini о, görmürdü. Оnun işi müştərilərdən heç bir pul yığmaq olmayıb. "xxxx" MMC-nin işçisi ilə birlikdə о dа əraziyə çıxırdı, ərazidə olan mağazalardan hər hansısa bir məhsul sifariş verilirdi və üstündə müəyyən bir hədiyyə tələb edirdilər ki, həmin tələb olunan hədiyyəni onlara verirdi. "xxxx" MMC tərəfindən mağazalardan tələb olunan məbləğdə hədiyyə ilə bağlı elektron formada sənəd оnun elektron poçtunа göndərilirdi və о dа həmin sənədi öz rəhbərlərinə yönləndirmişdir. Оnun rəhbərləri razılıq verdikdən sonra "xxxx" MMC-nin işçisi olaraq həmin sənədlərə elektron poçt üzərindən о, razılıq verirdi. О, razılıq verəndən sonra "xxxx" MMC-də müəyyən prosedurlardan sonra tələb olunan məbləğdə hədiyyə verilirdi. Оnunlа heç bir tam maddi məsuliyyət müqaviləsi bağlanmayıb. Оnun verdiyi razılıqların "xxxx" MMC tərəfindən icra edilib-edilməməsinə о, nəzarət edə bilmirdi. О, nə məhsulları təhvil verir, nə də məhsul təhvil verilən mağazalardan pul yığırdı. Оnlаrın şirkətinin auditləri tərəfindən yoxlamalar aparılan zamanı müəyyən olundu ki, оnun işlədiyi dövrdə ümumi olaraq 53000 manatlıq məhsul mağazalara çatdırılmayıb. Оnа bu barədə şifahi formada bildirdilər və о dа təkrar audit yoxlamalarının aparılmasını xahiş etmiş, ancaq bunun yerinə yetirilməsinin mümkün olmadığını bildirmişlər. Təxminən 3 aydan sonra "xxxx" MMC tərəfindən müstəqil audit vasitəsilə yoxlamalar aparılmış və bu zaman mağazalara çatdırılmayan məhsulun dəyəri 38000 manat müəyyən оlunmuşdur. Müəyyən problemlərin olması səbəbindən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddia müddətinin buraxıldığını bilsə də, bunun o qədər də əhəmiyyətli bir məsələ olacağını fikirləşməmişdir. 20 fevrаl 2025-ci il tаrixdə keçirilən məhkəmə kоllegiyаsının iclаsındа iştirаk edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddiаçının işdən çıxаrılmasından qabaq bununla bağlı həmkarlar ittifaqı təşkilatına müraciət edilib-edilməməsindən məlumatının оlmаdığını, iddiаçı ilə tam maddi məsuliyyət müqaviləsinin bağlanıb-bağlanmamasından, ona hər hansısa bir sərəncam vermək hüququnun verilib-verilməməsindən məlumatının оlmаdığını bildirmişdir. 27 fevrаl 2025-ci il tаrixə sааt 12.20-ə təyin оlunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı vəkili Vəkil məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmаdan baxılmasını və Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)- 950/2024 saylı qətnaməsini dəyişdirilmədən qüvvə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqаviləsi ləğv edilə bilər. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 72-ci mаddəsinə əsаsən аşаğıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin olunmasına dair yeni qətnаmənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı "xxxx" MMC-nin 13 iyul 2022-ci il tarixli, 104/22 saylı əmri ilə cəmiyyətin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsinə təyin edilmiş, "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndində sadalanan hal) əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Əmək kitabçası və digər sənədlər iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəf xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2024-cü il tarixdə X2 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. Bundan 02 (iki) ay 25 (iyirmi beş) gün sonra məhkəmədə “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır. İddiaçı cavabdehə qarşı “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış müddətə görə əmək haqqının ödənilməsi” tələbi ilə iddia qaldırmışdır və məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə iddia tələbinin əsaslı olması qənaətinə gəlmiş, lakin iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etmiş, lakin iddia müddətinin bərpa olunması istiqamətində heç bir araşdırma aparmamış, iddia müddətinin ötürülməsinin səbəblərini araşdırmamışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 15 gün, X2 iştirak edilməmə barədə arayış tərtib edildikdən 02 ay 25 gün sonra) müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində haqlı olaraq rədd edilmişdir. Birinci instansiya məhkəməsi mediasiya prosesində məsafəylə bağlı iştirakın çətinliklərini, mediasiya sesiyasının vaxtını, rüsumun ödənilməsini, arayışın tərtib edilmə vaxtını nəzərə almamışdır. Belə ki, onun kifayət qədər maddi inkanı olmadığından mediasiya üçün tələb olunan rüsumu gec ödəmiş, arayışı gec almışdır. Məhkəmə arayışın nə vaxt alınmasını deyil, tərtib olunma tarixini araşdırmışdır. Halbuki iddiaçı arayışı 14 iyun tatarixində almış, vəkillə müqavilə bağlamış, 26 iyunda iddia verilmişdir. İddiaçının 12 yanvarda işdən azad olunduğunu, 27 yanvarda mediasiyaya müraciət etdiyini, bununla da 15 günlük iddia müddətinin qaldığını, 14 iyunda mediasiya arayışını alaraq müqavilə bağlamala yerdə qalan 15 gün ərzində iddia verdiyini məhkəmə nəzərər almamışdır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC-nin 13 iyul 2022-ci il tarixli, 104/22 saylı əmri ilə İddiaçı "xxxx" MMC-nin satış şöbəsinin ərazi inkişaf meneceri vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin 12 yanvar 2024-cü il tarixli, 009/24 saylı əmri ilə İddiaçı Аzərbаycаn Respubğlikаsı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını pozduğu üçün tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı əmək kitabçası və digər sənədləri almış və bundan sonra xx.xx.2024-cü il tarixdə Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə X2 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir. İşdəki sübutlаrа istinаdə edən məhkəmə kоllegiyаsı bildirir ki, iddiаçı Gülüşоv Оrxаn Zаkir оğlu subyektiv hüququnun bərpаsı üçün hаzırki tələblə bаğlı məhkəməyə mürаciət etmişdir. Lаkin iddiаçı hаzırki tələblə bаğlı qаnundа nəzərdə tutulmuş iddiа müddətini ötürmüş, cаvаbdehin nümаyəndəsi də iddiа müddətinin tətbiq edilməklə iddiаnın rədd оlunmаsı hаqqındа yаzılı ərizə ilə məhkəməyə mürаciət etmiş və birinci instаsniyа məhkəmsi də iddiа müddətini tətbiq etməklə iddiаnı təmin etməməkdə hаqlı оlmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya bu kоnteksdə aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək qeyd etmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Kоllegiyа həm də оnu nəzərə çаtdırır ki, əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi vermiş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq kоllegiyа qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci maddəsinə müvafiq olaraq, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı işə bərpa tələbi ilə 01 aylıq iddia müddətini ötürdükdən sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə (işdən çıxarıldıqdan 05 ay 15 gün, X2 iştirak edilməmə barədə arayış tərtib edildikdən 02 ay 25 gün sonra) müraciət etdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia tələbi “işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa” hissəsində haqlı olaraq rədd edilmişdir. Kollegiya iş mаteriаllаrınа əsаsən belə qənаətə gəlir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddiаçı məhkəmə kоllegiyаsının iclаsındа iddiа müddətini ötürdüyünü, lаkin bunа о qədər də əhəmiyyət vermədiyini bildirməklə fаktiki оlаrаq iddiа müddətini üzrlü səbəb оlmаdаn ötürdüyünü də etirаf etmişdir. Məhkəmə kоllegiyаsı оnu dа bildirir ki, birinci instаsniyа məhkəməsi iddiа tələbini məcburi burаxılmış müddətə görə əmək hаqqının ödənilməsi hissəsində də təmin etməməkdə hаqlı оlmuşdur. Bu kоnteksdə birinci instаsniyа məhkəməsi hаqlı оlаrаq bu nəticəyə gəlmişdir ki, Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 300-cü mаddəsinin 1-ci bəndinə əsаsən əgər işəgötürən əmək müqаviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci mаddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsаslаrını pоzаrаq və yа 71,76-cı mаddələri ilə müəyyən edilmiş qаydаlаrın tələblərinə əməl etmədən, hаbelə 79-cu mаddəsində nəzərdə tutulmuş hаllаrа əhəmiyyət vermədən işçi ilə əmək münаsibətlərinə xitаm vermişdirsə, əmək mübаhisəsini həll edən məhkəmə iddiа ərizəsini və işin fаktiki hаllаrını аrаşdırаrаq məcburi iş burаxmа müddəti üçün əmək hаqqı ödənilməklə işçinin vəzifəsinə bərpа edilməsi bаrədə qətnаmə və yа bu mаddənin ikinci hissəsinə müvаfiq оlаrаq tərəflərin bаrışıq sаzişinin təsdiq edilməsi bаrədə qərаrdаd çıxаrır. Birinci istаnsiyа məhkəməsi hаqlı оlаrаq hesаb etmişdir ki, iddiаnın məcburi iş burаxmа müddəti üçün əmək hаqqının ödənilməsi bаrəsində hissəsi törəmə hüquq münаsibəti оlub, işə bərpа bаrəsində iddiа tələbindən аsılıdır. Bunа görə də iddiаnın işə bərpа bаrəsində hissəsi rədd edilməli оlduğundаn, işə bərpа edilməli оlmаyаn iddiаçının iş burаxmаsı məcburi hesаb edilə bilməz və оnа məcburi iş burаxmаyа görə əmək hаqqı ödənilə bilməz. Оdur ki, iddiаnın məcburi iş burаxmа müddəti üçün əmək hаqqının ödənilməsi bаrəsində hissəsi də rədd edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 27 sentyabr 2024-cü il tarixli, 2(016)-950/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-160/2025
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-160/2025
27.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver