Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1606/2020 18.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh (bundan sonra cavabdeh) iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadındancavabdehin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı "cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi 19İ0001694 olan çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması, 5 ildə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız varlanaraq ona dəymiş 22.100 (iyirmi iki min yüz) manat maddi ziyanın ödənilməsi və ödədiyi 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi və ilkin iddiaya etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddiasının təmin edilməməsini, İddiaçı ailəsinə məxsus olan hal-hazırda da onun istifadəsində olan 1,9171 hektar torpaq sahəsindən son 5 ildə istifadə etməməsi 50.000 manat qiymətlənidirilərək İddiaçı alınıb ona ödənilməsi, 1,9171 hektar torpaq sahəsi üzərində müvafiq icazə olmadan, qanunazidd quraşdırdığı elektrik dirəklərinin, həmin dirəklərə keçirmiş olduğu və bu günə kimi onun istifadəsində olan elektrik xəttinin sökülməsi, 2010-cu ildən ona məxsus 1 hektar torpaq sahəsi üzərində, 1991-1992-ci ildə üzərində əkdiyi və bu günə kim qulluq etdiyi, ona məxsus 167 ədəd fındıq ağacının ümumi dəyəri olan 25.000 manatın onun xeyrinə ödənilməsi, ödəməkdən imtina etdiyi halda 167 ədəd ağacın çıxarılıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və maddi ziyan tələbinə dair iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı maddi ziyanın ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini apelyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qəradadı ilə şikayət təmin edilməmiş və iş materialları baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir Şikayət belə əsasladırılmışdır ki, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia tələbi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)- 638/2020 nömrəli qərardadı ilə razı deyiləm. Belə ki, həmin qərardadda göstərilmişdir ki, məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini təmin edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Bundan əlavə, dövlət rüsumunun ödənilməməsi səbəbinə görə, qarşılıqlı iddia ərizəm və ona əlavə olmuş sənədlər də həmin qərardadla geri qaytarılmışdır. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, məhkəmə kollegiyası isə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayətin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi MPM-in 170.1ci maddəsinə əsaslanaraq iddia ərizəsini qaytarmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu zaman birinci instansiya məhkəməsi qanun pozuntusuna yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir. Ona görə də şikayətin bununla bağlı dəlili əsaslı sayıla bilməz. Şikayətin dövlət rüsumunun ödənilməməsi səbəbinə görə, qarşılıqlı iddia ərizəsi və ona əlavə olmuş sənədlərin geri qaytarılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir (MPM-in 155-ci maddəsi). Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: -qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; -qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; -qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər(MPM-in 156-cı maddəsi). İddianın qiyməti ilə bağlı MPM-in 112-ci maddəsində göstərilir ki, qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. İş materiallarından müəyyən оlunur ki, cаvаbdeh Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə bağlı qanunverciliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, məhkəməyə iddia ərizələri verilərkən iddia qiyməti 500 manatadək olduqda 20 manat, iddia qiyməti 500 manatdan çox olduqda isə 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunan hüquq normalarının tələbinə əsasən, hazırki iddia tələbinin qiyməti 500 manatdan çox olduğundan, iddia ərizəsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 112.3-cü maddəsinə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. Cavabdeh isə hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu zaman birinci instansiya məhkəməsi qanun pozuntusuna yol verməmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir Bundan əlavə, cavabdeh şikayətində onu da bildirmişdir ki, hakiminə etirazla bağlı Qəbələ Rayon Məhkəməsinə xx xxxx 2020-ci il tarixli ərizəsi ilə əlaqədar məhkəmə aktının surəti ona verilmədiyindən, həmin sənədin surətinin ona verilməsi təmin edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadının surətini almaq üçün bununla bağlı cavabdehə birinci instansiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Beləliklə, şikayətin dəlillərini araşdırıb, tərəfləri dinləyib məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və MPM-in 264, 398, 402-ci mаddələrini rəhbər tutаrаq məhkəmə kоllegiyаsı QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1606/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1606/2020
18.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver